Edebiyyat.az » Film » Zeki Demirkubuz - Sənət həyatı yaşanan edir

Zeki Demirkubuz - Sənət həyatı yaşanan edir

Zeki Demirkubuz - Sənət həyatı yaşanan edir
Film
Necef Esgerzade
Müəllif:
16:52, 20 may 2019
1 531
0
Zeki Demirkubuz 1965-cü ildə İspartda da doğulub. Orta məktəbi bitirər-bitirməz İstanbula gəlir. Burda litseyə daxil olsa da, ilk semestr sonrası təhsilini yarımçıq buraxıb, fabrik və atelyelərdə işləməyə başlayır. 1980-cı ilin 12 sentyabr çevrilişində tutulur və 3 il azadlıqdan məhrum edilir. Onda Zekinin cəmi 15 yaşı var idi. Həbsdə olarkən ədəbiyyatla məşğul olur. Gələcəyin rejissoru Dostoyevski və Kamyudan çox təsirlənir. Həbsdən çıxdıqdan sonra isə xırda alver işləri ilə məşğul olur. Əsgərliyini ertələmək üçün təhsilini davam etmək qərarına gəlir. Litseydə qiyabi təhsil alıb, "İstabul Universiteti"nin İletişim fakultəsinə daxil olur.
  
 1986-cı ildə böyük kinoya Zeki Ökten-ə asistent olaraq gəlir. Amma kino sənətində özünü görməyən (bəlkə də görmək istəməmək) Zeki dəfələrlə seti yarımçıq tərk etmiş, yenidən alverə qayıtmışdı. Amma adaşı Zeki Ökten uzaqgörənliyi və saatlarca onunla söhbətlər Demirkubuzu yenidən setə gətirirdi. Ökten Demirkubuzun içində yatan vulkanı görmüşdü və istəmirdi bu vulkan fəaliyyətini itirsin. Odur ki, nəyin bahasına olursa olsun onu setdə görmək istəyirdi. Demirkubuz isə "Nifrət edirəm, bütün bu filmlərə, bu süni aktyorlara, aktrisalara!" deməkdən çəkinmirdi. Ökten səbrlə Demirkubuzun kinonu sevməsini gözləyirdi... Öktendən sonra bir neçə rejissora asistenlik edən Demirkubiz, nəhayət günlərin birində Demirkubuz setdə növbəti davadan sonra "Bu çəkdiyiniz filmsə, mən bunun kralını yaparım" deyib, seti birdəfəlik tərk edir. Bu əminliklə 1994-cü ildə ilk filmi olan "C-Blok"u çəkir. Film fiaskoya uğrayır. Heç kim tanımadığı bir rejissorun "çərçivə"yə oturmayan bu "əcaib" filmi ilə maraqlanmır. Demirkubuz isə inadla davam edir. 1997-ci ildə rejissor ikinci filmini təqdim edir- Masumiyet! Və bu filmlə kinoya Zeki Demirkubuz adı möhürlənir. "Yeşilçam" sindromunu alt-üst edən film Türkiyədə izləyicilərinə şok yaşadır. Etiketdən, bəh-bəhdən, ütülü pencəklərdən ekranlara söyüşlü, olduqca təbii, sosioloji mesajlar hayqıran İŞIQ gəlir. Venesiya Film Festivalında alqışlarla qarşılanır. "Qızıl Portağal"da mükafat qazanır. Artıq nəzərləri üzərinə cəlb edən rejissor üçün qapılar açılmağa başlayır... Zeki 1999-cu ildə "Üçüncü sayfa" filmini təqdim edir. Dostoyevskinin "Cinayət və Cəza"sından təsirlənən film də uğurlu alınır. Demirkubuz yenə tamaşaçısını sevindirir. Onlara növbəti faciə yaşadır. 2001-ci ildə isə "Qaranlıqdan hekayələr" trilogiyasınını- "İtiraf" və "Yazgı" filmləri ilə tamamlayır. Xüsusən "Yazgı" filmi rejissorun nələrə qadir olduğunu bir daha təsdiqləyir. 2003-cü ildə rejissor "Bekleme odası" aktyor kimi öz filmində çəkilir. 2006-cı ildə "Kader" filmi ilə yenidən gündəmi zəbt edir. Mükəmməl sənət əsəri kimi göstərilən film mükafatlar sıralayır. 2009-cu ildə "Kıskanmak" filmini təqdim etsə də, film gözləniləni doğrultmur. 2012-ci ildə isə Zeki yenidən ustası Dostoyevskinə qayıdır – "Yeraltı" filmi ilə. Amma filmə qarşı haqsızlıqlar nəticəsində rejissor Türkiyə festivallarını boykot edir. 
 
 
 
 Bəs Zeki Demirkubuzun bu qədər sevilməsinin sirri nədir? Bu məsələyə toxunmadan keçə bilməzdim. Rejissorun adı çəkilən zaman mütləq suallar yaranır. O suallar hansılardı:

Sual: Niyə Türkiyədə bu qədər sevilən, uğurlar sıralayan rejissor Nuri Bilge Ceylandan fərqli olaraq Avropa film festivallarında uğur qazanmır?

Cavab: Rejissora bu sual verilib və təxmini bu cür cavab verib: "Mən faciə göstərirəm. Və insanların faciəni alqışlaması, ona mükafat verməsi, sevməsi normal deyil. Yenidən həyata gəlsəm rejissor olmazdım məsələn. Mən insanlıq üçün nəsə etməyə çalışan biriyəm. Sadəcə peşəm rejissorluqdur. Və mən də peşəmi istəyimə uyğunlaşdırmağa çalışıram."
 
Sual: Zeki üstündü ya Nuri?

Cavab: Nə qədər səhv olsa da, onlar həmişə müqayisə olunurlar. Hər ikisinin öz üstünlükləri var və hər ikisi peşəkarlardı. Amma Zeki filmləri ədəbiyyata, Nuri filmləri foto sənətinə daha yaxındı. Məndən soruşsaz mənə Zeki Demirkubuz daha içdən gəlir.
Sonda bir neçə maraqlı faktı da qeyd edim: * Zeki Demirkubuz sözün əsl mənasında "Beşiktaş" fanatıdır.

 * Olduqca sərt rejissordur. Aktyorları söymək, döymək dərəcəsində əsəbi olur çəkiliş zamanı.
 * Nuri Bilge Ceylanın "Üç maymun" filminin ssenarisi Zeki Demirkubuza aiddir. İki rejissor arasındakı inciklik də məhz bu məsələyə görədi.
 * Sevdiyi rejissorlar Tarkovski, Bresson və Keslevskidi.
 * Ən sevdiyi əsər: Dostoyevskinin "Cinayət və Cəza" romanıdır.
 * Qatı solçudur.
 * Evlidir, bir qızı var. 

Mənbə: shahinkhalil.blogspot.com
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)