BİR DƏ BAXSAN MƏNƏ
Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.
DÜNYA ƏDƏBİYYATI KİTABXANASI - KİTAB KLUBU TƏQDİM EDİR
Kitab Klubu sentyabrın 11-də saat 15:00-da mətbuat konfransı-təqdimat keçirir...
YENİLƏNMİŞ ƏDƏBİYYAT.AZ
Hörmətli Ədəbiyyat.az Ziyarətçiləri, Sizin ixtiyarınıza yenilənmiş olan veb səhifəmizi təqdim edirik. Veb səhifədə kiçik çatışmamazlıqlar hal-hazırda mövcüddur. Bu çatışmamazlıqlar qısa müddət ərzində bərpa ediləcək.
YARADICILIĞINDAN SƏSLİ ŞERLƏR
Hörmətli Ziyarətçilər, tezliklə sizin ixtiyarınıza Məhəmmədhüseyn Şəhriyar yaradıcılığından heç bir veb səhifədə yer almayan səsli şerlər təqdim edəcəyik... Veb səhifəmizi izləməyi unutmayın...!!! Müddəti: 118 dəqiqə. YÜKLƏMƏ ARTIQ AKTİVDİR YÜKLƏ Materialı bizə təqdim etdiyi üçün Əli Xəyyam`a öz dərin təşəkkürümüzü bildiririk...
SURA RZAYEVA - PANTEİZM
Bildiyimiz kimi, hər bir dövrün fəlsəfi problemləri bir birindən fərqli olmuşdur. Antik dövrdə insan və onun daxili aləmi əsas problem olmuş, orta əsrlərdə isə bu problemi yaradılış əvəz etmişdir. İntibah dövründə isə bir qədər fərqli məsələlər ortaya qoyulmuşdur. Həmin dövrdə
HAFİZ HACXALIL - AYTƏN...
Lap arxada – sonuncu partada oturub gözünü sağa, sola gəzdirməyə başladı. Bilirdi ki, hamının nəzərləri ona dikilib. Müəllim də sanki uşaqların bu səssizliyindən istifadə edib mühazirəni elə aram-aram deyirdi ki, elə bil nəsə yaddan çıxacaq və bir daha fikrini tamamlaya
ФАРИД - ЧЕРНОВИК
07.06.2010 tarixindən etibarən bütün ALİ&NİNO mağazalar şəbəkəsində satışda... Kitabdakı yazılardan bir neçə misra sizə təqdim edirik...
RAM - BLACK SUN VOL. 1
Epiloq’un musiqi qolunun yaranmasında böyük səyləri olan, beatmaker Ram’ın ilk instrumental albomunu sizlərə təqdim edirik.
MİKAYIL MÜŞFİQ
MİKAYIL MÜŞFİQ YARADICILIĞINDAN SEVGİ ŞERLƏRİ
MİKAYIL MÜŞFİQ HƏYATI
Mikayıl Müşfiq yoxsul bir ailədə böyümüş, uşaqlığı ehtiyac içində keçmişdir. Tale gələcək şairlə bəd rəftar etmiş, ay yarımlıq körpə ikən o anası Züleyxanı itirmişdir. Çox çəkmədən, altı yaşın içində ikən atası da rəhmətə getmişdir. Beləliklə, erkən yaşlarında Mikayıl bacı və qardaşları ilə birlikdə yetim qalmış, yaxın qohumlarının himayəsində böyümüşdür. M.Müşfiqin tərbiyəsinə nənəsi Qızqayıt böyük tə`sir göstərmişdir. O, çoxlu nağıl, əfsanə, xalq şe`ri və mahnılarını, bayatı və laylaları əzbər bilirdi. M.Müşfiq bu nağıl və şe`rləri hələ uşaq ikən dinləmiş və bunlar onun qəlbində silinməz izlər buraxmışdı.
Mikayıl Müşfiq Mirzə Qədir oğlu İsmayılzadə 1908-ci ildə Bakının Xızı kəndində dünyaya gəlmişdir. Onun atası da şair olmuşdur. Mirzə Qədir İsmayılzadə “Səadət” məktəbində müəllim işləməklə bərabər “Vüsaqi” təxəllüsü ilə şe`rlər yazırdı. Böyük bəstəkar M.Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaratmışdır.1908-1938
MİKAYIL MÜŞFİQ YARADICILIĞI
M.Müşfiqə az bir vaxt ərzində yazıb-yaratmaq qismət olsa da, onun poetik irsi həqiqi şairə məxsus xüsusiyyətlərlə zəngin olub yetkin yaradıclıq nümunəsidir. Ilk mətbu şe`ri 1926-cı il aprelin 28-də “Gənc işçi” qəzetində dərc olunmuş “Bir gün” şe`ridir. Son şe`ri isə “Duyğu yarpaqları” əsəridir. Müşfiqin poetik fəaliyyəti bu iki əsər arasındakı dövrü, yə`ni düz on bir illik müddəti əhatə edir. Lakin bu qısa vaxt şairin fəaliyyətində məhsuldar yaradıcılıq illəri olmuşdur. M.Müşfiqi şəxsən tanıyanlar onun hər gün yazdığını, həyatında az qala şe`r yazmadığı bir gün olmadığını göstərirlər.M.Müşfiq həqiqətən şe`rsiz bir gün keçirməmişdir. 1935-ci ildə yazdığı bir məqaləsində: “Mənim ən bədbəxt dəqiqəm şe`rsiz keçən dəqiqəmdir”, – demişdi və biz şairin şe`rləri ilə tanış olduqda bu sözlərinin səmimiliyinə inanmaya bilmirik. Şe`rlərinin birində isə o özü haqqında belə demişdi:
YENƏ O BAĞ OLAYDI - MİKAYIL MÜŞFİQ (ŞER)
Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik.
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim,
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham… Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə ürəyincəmi?
Ürkək baxışlarınla ruhumu dindirəydin, Məni sevindirəydin.
Gizli söhbət açaydıq ruhun ehtiyacından, Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin.
Yenə də bir vuraydı qəlbimiz gizli-gizli, Sən ey əsmər bənizli!
ANA - MİKAYIL MÜŞFİQ (ŞER)
Bu kəlmənin vurğunuyam əzəldən,
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəşir hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.Ana,ana!…
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
XALI - MİKAYIL MÜŞFİQ (ŞER)
Qabaqlanan o incə, o nazik barmaqların
Işçi qız, toxuduğun o divar xalısında
Heyran oldum ürəkdən işlədiyin sənətə,
Bir gözəllik əsəri verdin bəşəriyyətə.Böyüklüyün çoxuna məchul ikən əvvəllər,
Vurduğun naxışların, qız, ən bahalısında
Meydana çıxdı bu gün səndəki böyük hünər.
Birinin təəssüflə cəlb etsə nəzərini,
Alqışlar tutacaqdır o baxışın yerini.
HƏSRƏTLİ QARI - MİKAYIL MÜŞFİQ (ŞER)
Ayrıcında yolun bir qarı durmuş,
Kürdüstan dağları döşündə bir yol,
Bir yol ki, upuzun, bir yol ki, qıvrıq,
Zümrüd ətəklərlə qapalı sağ, sol.
Alnı düşüncəli, qolları sarqıq,
Yetim baxışlarla boynunu burmuş.
SEVGİLƏR - MİKAYIL MÜŞFİQ (ŞER)
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudun qəlbi də bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Ona yaxlaşmayalım çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyalətlə dolu.
MƏNİM DOSTUM - MİKAYIL MÜŞFİQ (POEMA)
Zuvanddan gəldiyi bir ay olardı…
(Onun bir dumanlı keçmişi vardı).
Bulduğum bu qoçaq, yeni qəhrəman
Olmuş xəyalıma, fikrimə mehman.
Dostumun şöhrəti Nəsib ağaydı,
Köhnə müəllimdi, adı Sadaydı.
Göyçə mahalının bu nəcib oğlu
Bir gün Gürcüstana gedilən yolu
Tutaraq, Qoridə almışdı təhsil.
Mənim qəhrəmanım xəyali deyil.
DİLƏNÇİ - MİKAYIL MÜŞFİQ (ŞER)
Gələn də var, gedən də var, mən də varam bu gecə,
Sərt, soyuq bir qış gecəsi… Səma bəyaz, yer bəyaz,
Uğuldayan küləklərlə sarsılmada soqaqlar.
Hər kimin ki, qanadı var çovğun olsa darılmaz.
Fəqət yenə bu soyuqdan qısılmada soqaqlar.
Təbiətin dəhşətləri titrədiyor ətrafı.
Bir bucaqda yorğun titrək əllərilə kəmənçə
Çalan zəif bir ixtiyar işlədiyor ətrafı.
XƏZAN İÇİNDƏ BAHAR - MİKAYIL MÜŞFİQ (ŞER)
Gedir əldən bahar və mövsümi-gül,
Gedir əldən çəmən, çiçək, bülbül.
Demək,
Əlvida etmədə gül mövsümü, gəlmədə xəzan.
Titrək
Baxışlarında əməllər gəzən, soyuq, nalan.
Ruzgarlarıyla, xəstə soluq çöhrəsiylə bir
Mövsüm gəlir, gəlir.
BURUQ ADAMI - MİKAYIL MÜŞFİQ (OÇERK)
Buruqları göylərə boy atan bir diyarın, Gecəydi… Yox, ətrafı görən gündüz sanırdı.
I
Üzümüzü dünyada ağardan bir diyarın
Bir təsadüf üzündən gedib yolçusu oldum. -
Onu seyrə qoyuldum.
Baş ucumda gözlərim kimi alovlanırdı
Kiçik-kiçik günəşlər bir dərin ehtirasla.
Bir sərin ehtirasla.
DÜDÜK SƏDALARI - MİKAYIL MÜŞFİQ (ŞER)
Bir çılğın ürpərişlə bu hayqıran düdüklər,
Səhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə.
Tıxanır qulağımız sinirli bir ahəngə,
O zaman xəyalımız düdüklər coşmuş sanır.
Boynumuza həyatın ağır yükünü yüklər,
Nəhayət hər tərəfdə gediş-gəliş başlanır.
Səhifə 1 > 6
YAZARLARDAN SEÇMƏLƏR »
YENİ YAZARLARDAN SEÇMƏLƏR »
ƏN ÇOX OXUNULANLAR »
AZƏRBAYCAN DİLİ »
- İXTİSARLAR - AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA QAYDALARI
- BİRİNCİ HƏRFİ BÖYÜK YAZILAN SÖZLƏR - AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA QAYDALARI
- KÖMƏKÇİ SÖZLƏRİN YAZILIŞI - AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA QAYDALARI
- MÜRƏKKƏB SÖZLƏRİN YAZILIŞI - AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA QAYDALARI
- Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı - AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA QAYDALARI










