Edebiyyat.az

  •  

NÜSRƏT KƏSƏMƏNLİ

E-poçt Çap PDF faylını al

NÜSRƏT KƏSƏMƏNLİ - DAYAN

Toxunma əlimə günahın çoxdur,
Gözümdə tikanlı məftil kimisən
Sənin gözlərində həqiqət yoxdur,
Kiminlə dəyişdin bir bax,kimi sən?

E-poçt Çap PDF faylını al

ALNINDAN ÖPDÜKLƏRİM – NÜSRƏT KƏSƏMƏNLİ

...Həyətdəki sevincimdən
çağırdılar məni
qaşqabaqlı adamlar,
“Yatmış” əmimin
yanına gətirdilər,
-Alnından öp, - dedilər...

E-poçt Çap PDF faylını al

3 MART 1985 - NÜSRƏT KƏSƏMƏNLİ

Yasında ağlaya bilmədim, ana,
Boşalda bilmədim
daşlı ürəyimin ağrısını.
Deyə bilmədim
ayrılığın acısını;
Həsrətlə süzdüm
saçlarını yolanları,
gözləri dolanları.

E-poçt Çap PDF faylını al

TANIYA BİLMƏDİM - NÜSRƏT KƏSƏMƏNLİ

Tanıdım, dünyanın hər üzünü mən,
Qorxaq gecəsini, gündüzünü mən,
Seçdim incisini, ilbizini mən,
Özümü tanıya bilmədim, anam.

Alnıma yazılan taleyi gördüm,
Başımda fırlanan ələyi gördüm,
Mənə bic-bic baxan kələyi gördüm,
Gözümü tanıya bilmədim, anam.

E-poçt Çap PDF faylını al

QAPAMAYIN GÖZLƏRİMİ... NÜSRƏT KƏSƏMƏNLİ

Vaxtlı-vaxtsız bir ölümdür, gələcək,
Boğub məni qəh-qəh çəkib güləcək,
Açıq qalan gözlərimsə görəcək,
Qapamayın gözlərimi, amandır.

Baxacağam yurdumun dan üzünə,
Tarixində quruyan qan izinə,
Gözüm dönər bir tufan dənizinə,
Qapamayın gözlərimi, amandır!

E-poçt Çap PDF faylını al

QAR KİMİ - NÜSRƏT KƏSƏMƏNLİ

Qar kimi ağ gəldim,
ləkəsiz gəldim,
Səssizcə yağmışdım yollarına mən.
Mən sənin ömrünə “Bəlkə” siz gəldim
Yığıldım güc kimi qollarına mən…

E-poçt Çap PDF faylını al

DÜNYA KÖHNƏ DÜNYADI.. - NÜSRƏT KƏSƏMƏNLİ

Yenə də ömrümüzü
Gül-çiçəklər bəzədi.
Dünya köhnə dünyadı,
Sevgiləri təzədi.

Görüşə gedəni var,
Görüşdən gələni var.
Kövrəlib ağlayanı,
Ürəkdən güləni var.

E-poçt Çap PDF faylını al

ÖZÜMƏ - NÜSRƏT KƏSƏMƏNLİ

Şimşəkdən qanad al,
yolun uzaqdı,
Hələ neyləmisən,
ömür yarıdı.
Səni gedəcəyin son mənzilə də
Şerin qanadında aparmalıdı…
Arxayın salmasın qoy şöhrət səni,

E-poçt Çap PDF faylını al

AVTOPORTRET - NÜSRƏT KƏSƏMİNLİ

İçimdən qəm ilməli
əriş-arğac keçibdir,
Sevinc yarıtox gəlib,
qəm yarıac köçübdür,
Sel olan göz yaşımı
bir ehtiyac içibdir;
Tanış olar, oxucum,
tanış olaq: bu mənəm.

E-poçt Çap PDF faylını al

QƏRİB AXŞAMIN SÜKUTU – NÜSRƏT KƏSƏMƏNLİ

Bu qərib axşamın sükutu ağır,
Üfüqdən gözümə bir həsrət yağır.
Gündüzün gözündə ölüm kölgəsi.
Bir səssiz fəryadla günəş qürubda.
Ulduzlar gecənin sadiq köləsi
Ayla nazlanacaq bulud – qoruqda…
Dünya öz işində.

E-poçt Çap PDF faylını al

AĞLAMA, TƏBRİZİM, AĞLAMA – NÜSRƏT KƏSƏMƏNLİ

Demə yollar uzaqdır,
Araya bir çay düşüb;
Vüsal kimin qisməti,
Bizə həsrət pay düşüb.
Birimizə göz yaşı,
Birimizə toy düşüb;
Danış, ucadan danış,
Sən dilini bağlama.

E-poçt Çap PDF faylını al

VƏTƏN ALOV ETSİN ODUNU SƏNİN – NÜSRƏT KƏSƏMƏNLİ

Vətən alov etsin odunu sənin,
Böyü bu torpaqla,
bu yurdla öyün.
Mən Araz qoydum ki, adını sənin
Evimdə Arazı çağırım hər gün.

E-poçt Çap PDF faylını al

VƏTƏN - NÜSRƏT KƏSƏMƏNLİ

Anaların torpağı sulayan
tərini sevdim.
Göy qurşağı kimi əlvan
yerini sevdim;
Acını, şirini seçə bilmədim,
Arazdan içə bilmədim,
Körpüsündən keçə bilmədim.
Dəli kimi vuruldum.
Dəli Kürünü sevdim, Vətən!