Edebiyyat.az

  •  

AŞIQ ƏLƏSGƏR

E-poçt Çap PDF faylını al

DAĞLAR - AŞIQ ƏLƏSGƏR (AŞIQ ŞERLƏRİ)

Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar!
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən aralı dağlar!

Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar!