Edebiyyat.az

  •  

XƏSTƏ QASIM

E-poçt Çap PDF faylını al

YAXŞIDIR - XƏSTƏ QASIM (AŞIQ ŞERLƏRİ)

Dəli könlüm, məndən sənə əmanət,
Demə bu dünyada qalım yaxşıdır.
Bir gün olar qohum, qardaş yad olar,
Demə ulusum var, elim yaxşıdır.

Bir məclisə varsan, özünü öymə,
Şeytana bac verib kimsəyə söymə.
Qüvvətli olsan da yoxsulu döymə,
Demə ki, zorluyam, qolum yaxşıdır.