Düşdün fatehlərin işgəncəsinə,
Yüz illər uğrunda sinə gəribdir
Koroğlular nəsli, Azərbaycanım.
Qan ilə yuyulan yaşıl düzlərin
Qış olub hər fəsli, Azərbaycanım.
Quzğun çaynağına, qurd pəncəsinə.
Fəryadın qarışdı zəncir səsinə,
Min aslan qəfəsli Azərbaycanım.
DÜNYA ƏDƏBİYYATI KİTABXANASI - KİTAB KLUBU TƏQDİM EDİR
Kitab Klubu sentyabrın 11-də saat 15:00-da mətbuat konfransı-təqdimat keçirir...
YENİLƏNMİŞ ƏDƏBİYYAT.AZ
Hörmətli Ədəbiyyat.az Ziyarətçiləri, Sizin ixtiyarınıza yenilənmiş olan veb səhifəmizi təqdim edirik. Veb səhifədə kiçik çatışmamazlıqlar hal-hazırda mövcüddur. Bu çatışmamazlıqlar qısa müddət ərzində bərpa ediləcək.
YARADICILIĞINDAN SƏSLİ ŞERLƏR
Hörmətli Ziyarətçilər, tezliklə sizin ixtiyarınıza Məhəmmədhüseyn Şəhriyar yaradıcılığından heç bir veb səhifədə yer almayan səsli şerlər təqdim edəcəyik... Veb səhifəmizi izləməyi unutmayın...!!! Müddəti: 118 dəqiqə. YÜKLƏMƏ ARTIQ AKTİVDİR YÜKLƏ Materialı bizə təqdim etdiyi üçün Əli Xəyyam`a öz dərin təşəkkürümüzü bildiririk...
SURA RZAYEVA - PANTEİZM
Bildiyimiz kimi, hər bir dövrün fəlsəfi problemləri bir birindən fərqli olmuşdur. Antik dövrdə insan və onun daxili aləmi əsas problem olmuş, orta əsrlərdə isə bu problemi yaradılış əvəz etmişdir. İntibah dövründə isə bir qədər fərqli məsələlər ortaya qoyulmuşdur. Həmin dövrdə
HAFİZ HACXALIL - AYTƏN...
Lap arxada – sonuncu partada oturub gözünü sağa, sola gəzdirməyə başladı. Bilirdi ki, hamının nəzərləri ona dikilib. Müəllim də sanki uşaqların bu səssizliyindən istifadə edib mühazirəni elə aram-aram deyirdi ki, elə bil nəsə yaddan çıxacaq və bir daha fikrini tamamlaya
ФАРИД - ЧЕРНОВИК
07.06.2010 tarixindən etibarən bütün ALİ&NİNO mağazalar şəbəkəsində satışda... Kitabdakı yazılardan bir neçə misra sizə təqdim edirik...
RAM - BLACK SUN VOL. 1
Epiloq’un musiqi qolunun yaranmasında böyük səyləri olan, beatmaker Ram’ın ilk instrumental albomunu sizlərə təqdim edirik.
TOFİQ BAYRAM
AZƏRBAYCANIM - TOFİQ BAYRAM (ŞER)
VAQİFİN MƏQBƏRƏSİ ÖNÜNDƏ - TOFİQ BAYRAM (ŞER)
Zəmanənin hər üzünü görə-görə
“Görmədim”lə sona çatdı söz vuruşun.
Bircə dəfə məğrur başın endi yerə
Qılıncıyla bir əlləri qurumuşun.
Nöqtə qoyduq qan qoxulu o illərə
Qüdrətiylə bu dövranın, quruluşun.
Xalqın kimi sən də çıxdın al səhərə,
Halal xoşun olsun, Vaqif, halal xoşun!
BAKI FƏHLƏSİ - TOFİQ BAYRAM (ŞER)
Qolları tuncdandır, sifəti misdən,
Inqilab nəfəsli odlar içində
Bərkiyən poladdır Bakı fəhləsi.
Dünyanı bəzəyən adlar içində
Şərəfli bir addır Bakı fəhləsi.
Saçları codlaşıb qaralır hisdən.
Min tufan aşsa da başının üstdən,
Dözümdür, inaddır Bakı fəhləsi.
VURĞUN YAŞAYIR - TOFİQ BAYRAM (ŞER)
Əbədiyyat ünvanlıdır onun səfəri,
Anaların süd qoxulu laylalarında,
Körpələrin nəğməsində Vurğun yaşayır.
O dil açır ürəklərin şah damarında,
Sevənlərin sinəsində Vurğun yaşayır.
O ilahi şer kimi dillər əzbəri.
Yer üstündən yer altına köçəndən bəri
Ölməzlərin cərgəsində Vurğun yaşayır.
FİKRƏT ƏMİROVUN XATİRƏSİNƏ - TOFİQ BAYRAM (ŞER)
Sən sənət zirvəsini
Fəth eləyən qartaldın.
Əfsus, səni də əcəl
Xalqın əlindən aldı.
Günəş kim nur saçıb
Parlayanda qaraldın.
Təkcə oğlun Cəmil yox,
Musiqim yetim qaldı.
Yaslı analar kimi
Qara geydi sənətim,
Əlvida, ey Fikrətim!
YAZARLARDAN SEÇMƏLƏR »
YENİ YAZARLARDAN SEÇMƏLƏR »
ƏN ÇOX OXUNULANLAR »
AZƏRBAYCAN DİLİ »
- İXTİSARLAR - AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA QAYDALARI
- BİRİNCİ HƏRFİ BÖYÜK YAZILAN SÖZLƏR - AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA QAYDALARI
- KÖMƏKÇİ SÖZLƏRİN YAZILIŞI - AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA QAYDALARI
- MÜRƏKKƏB SÖZLƏRİN YAZILIŞI - AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA QAYDALARI
- Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı - AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA QAYDALARI










