Edebiyyat.az

  •  

SƏMƏD VURĞUN

E-poçt Çap PDF faylını al

SƏMƏD VURĞUN HƏYATI

Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır. 
Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.

E-poçt Çap PDF faylını al

ANA - SƏMƏD VURĞUN (ŞER)

Pək cocuğdum, yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömür gülşəni,
Həyat sənsiz mənə zindandır, ana!

Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, gözlərim həp səni bəklər,
Bax evladın nasıl giryandır, ana!

E-poçt Çap PDF faylını al

BİR SƏS - SƏMƏD VURĞUN (ŞER)

Qərib bir səs gəldi bu gün qəlbimdən:
Ömrün baharında öləcəyəm mən…
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlimdə qələm!
Of…Bu səs! Nə qədər ömrümə yaddır.
Mənim ki, gəncliyim qəmdən azaddır!
Qayadanmı qopdu bu daşqəlbli səs? 
Həyat öz oğlunu vaxtsız itirməz!
Dağılın başımdan qara xəyallar.

E-poçt Çap PDF faylını al

HƏYAT FƏLSƏFƏSİ - SƏMƏD VURĞUN (ŞER)

Quşlar qatar-qatar ellərdən keçər,
Bəşər nəsil-nəsil dünyadan köçər;
İnsanlıq gah zəhər, gah şərbət içər…
Əzəldən belədir hökmü zamanın –
Düyümlü bir sirri var asimanın!

Çarxını qurduqça dövranın əli
Bəzən ağlar olur, bəzən gülməli…
İnsanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda…

E-poçt Çap PDF faylını al

DAĞLAR - SƏMƏD VURĞUN (ŞER)

Binələri çadır- çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!

Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?

E-poçt Çap PDF faylını al

ŞAİR, NƏ TEZ QOCALDIN SƏN! - SƏMƏD VURĞUN (ŞER)

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

E-poçt Çap PDF faylını al

MƏN TƏLƏSMİRƏM - SƏMƏD VURĞUN (ŞER)

Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz. 
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…

E-poçt Çap PDF faylını al

QƏZƏL - SƏMƏD VÜRĞUN (ŞER)

Meysiz, məzəsiz can ilə canan ola bilməz!
Sevda dediyin hər kəsə meydan ola bilməz!

Arifləri dindir ki, nədir şer ilə sənət?
Şair yaranan ömrə peşiman ola bilməz!

Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
Min badi – xəzan əssə də viran ola bilməz!

E-poçt Çap PDF faylını al

AZƏRBAYCAN - SƏMƏD VURĞUN (ŞER)

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sanımışam dostu, yarı…

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

E-poçt Çap PDF faylını al

SƏFİL QADIN - SƏMƏD VURĞUN (ŞER)

Oxuyun!
Oxuyun şerimin
sizə bağışladığı həyat səhnəsini,
Oxuyun onun
xəyala hökm edən odlu səsini.
Mən söylədiyim,
söyləmək istədiyim bu səhnə
köhnə, pək köhnə
Fahişələr yurdundan bir nümunədir,
O nədir?..

E-poçt Çap PDF faylını al

XAVƏRƏ - SƏMƏD VURĞUN (ŞER)

Ağzı xeyir sözlüm, incimə məndən,
Yar yardan ayrılmaz, bülbül çəməndən.
Demə ki, düşmüşdür saçlarıma dən,
Ürək qocalmayır, ürəyim sənsən.

Mən qul olmamışam şöhrətə, ada,
Sənsiz yaşamayım bir gün dünyada.
Gözəllər, cananlar min-min olsa da,
Mənim bu dünyada mələyim sənsən.

E-poçt Çap PDF faylını al

BÖYÜK ƏDİB - SƏMƏD VURĞUN (ŞER)

C.Cabbarlının ölümünə həsr olunmuşdur.

Döydü qapımızı bir acı ruzgar,
Durdu insan qəlbi, öldü sənətkar…
Mənim təbiətə bir sualım var:
Bumudur insanla onun ilqarı?

Sən, ey bu torpağın əziz insanı,
De, qələmin hanı? Kağızın hanı?
Matəmin ağlatdı Azərbaycanı,
Yasını saxlayır Qafqaz dağları.

E-poçt Çap PDF faylını al

ŞER VƏ XALTURA - SƏMƏD VURĞUN (SATİRA)

“Kəndə, kəndə və kəndə
və yenə də kəndə!”
Belə yazdı bəziləri
şerin başında turp əkəndi…
Sevmədim
Qurama sözlərin
cansız hərəkətini,
və beynimə
zorla
pərçimlənən
bu sözlərin ləzzətini…