Edebiyyat.az

  •  

MƏMMƏD RAHİM

E-poçt Çap PDF faylını al

TƏK MƏZAR - MƏMMƏD RAHİM

Əynimdə boz şinel, əlimdə yapaq,
Ayağım altında yaralı torpaq
Gedirəm yolları ətəkləyərək;
Başımın üstündə havalanıb tək
Bir qartal dolanır bayaqdan bəri;
Qanad bağışlayıb ona göyləri;
Mənsə qanadsızam düşmüşəm düzə,
Yorğun ayaqlarım baxmayır sözə –
Çəkib aparıram zorla onları,
Mənzil uzaqdadır, yol deyil yarı.