Edebiyyat.az

  •  

RASİM QARACA

E-poçt Çap PDF faylını al

"R" HƏRFİ OLMAYAN AYLAR - RASİM QARACA

Gözlərimə yaxşı bax
Gör bir orada nə qədər uçurum var

***
Gözəl qadın ayaqlarının yaxınlığında
Xəzəllər bir anlıq ayaq saxladı

***
Mürrəkəbim qurtardı
Havam çatmır

E-poçt Çap PDF faylını al

SADƏCƏ MARAQ XATİRİNƏ - RASİM QARACA

maraqlıdır həyatda yaşamaq
yol getmək, mahnı oxumaq
lap elə daş daşımaq

sərgi düzəldib sevgilərdən
toplamaq siqaret kötüklərini
divarlardan asmaq
kürəyinə saplanmış bıçaqları

sadəcə maraq xatirinə
bağlanmaq bir qadına
puç etmək həyatını