Edebiyyat.az

  •  

MƏSTAN ƏLİYEV

E-poçt Çap PDF faylını al

İSTİ KÖYNƏK - MƏSTAN ƏLİYEV

Bu gün məktubunu aldım, anacan,
Sevincdən ürəyim bir dağa döndü.
Yazırsan: “Ay oğul, qar yağan zaman
Ürəyim titrəyən yarpağa döndü.

Bakıda qış çağı olmuşam mən də,
Üşüdür adamı orda qar, külək.
Bir yaz, anan qurban, sənə çatdımı
Mənim göndərdiyim isti yun köynək”?