Edebiyyat.az

  •  

AĞ AŞIQ

E-poçt Çap PDF faylını al

AĞ AŞIQ ( ALLAHVERDİ ) BAYATILARI

Eləmi, ulu dağlar,
Uluslu ulu dağlar.
Oğul səndə can verdi
Göz yaşım sulu, dağlar.

E-poçt Çap PDF faylını al

AĞ AŞIĞIN BAYATILARI

Əzizim, kamil ustada,
Qurban, kamil ustada.
Ağ Aşıq tək ərkanı,
Gözlə, kamil ustada.

E-poçt Çap PDF faylını al

AĞ AŞIQIN HƏYATI

Ağ Aşıq kimi tanınmış Aşıq Allahverdi haqqında bilgilər biri-birinin əksidir.

I. Ağ Aşığın, - Allahverdinin babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşüdü imiş və müridləri ilə quzeydən, - çox güman, Qazax-Şəmşədil yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində yerləşibmiş. Doğrudan da, vurğulamalıyam ki, Arazın güneyində və Naxçıvanda, - qatı fanatik şiə mühitində Osman adı mümkünsüz idi və indi də belədir.