Edebiyyat.az

  •  

CƏLİL TƏBRİZLİ

E-poçt Çap PDF faylını al

BU KÖNLÜMÜN OLARMISAN ? - CƏLİL TƏBRİZLİ

Payız günü, külək əsir, yağış yağır,

Damla-damla, yağışla sən yağarmısan?

Qəlbim atəş içindədir, alovlanır,

Bir çay olub bu könlümə axarmısan?

E-poçt Çap PDF faylını al

GƏLƏNDƏ ELƏ GƏL... CƏLİL TƏBRİZLİ

Gələndə elə gəl, görməyim səni,

Kədərli, qüssəli o gül çöhrəni,

Görməyim üzünü, yaş gözlərini,

Duymayım səsini, nə sözlərini.

E-poçt Çap PDF faylını al

NÖMRƏLƏR, NÖMRƏLƏR... - CƏLİL TƏBRİZLİ

Yığıram nömrəni,

Mən nə deyəcəm?

Özümə təsəlli nəyi biləcəm?

Əllərim titrəyir, nömrələr getməyir,

Küləklər qıy vurur, yayılır diləklər,

Səpələnir qar kimi nömrələr, nömrələr.

Bax uca səmaya, bəyaz qar yağır,

Dözməyir həsrətə o da ağlayır.

E-poçt Çap PDF faylını al

YA - RA - CƏLİL TƏBRİZLİ

Ay səmadə uçan quşlar, məndən xəbər verin yara,

Söyləsəniz, bimariyəm, tutulmuşam qəlbi-yara.

 

Nə zahirə uymamışam, nə gözəllik qapar məni,

Qorxmuşidim sevgi oxu ürəyimi dəlib yara.

E-poçt Çap PDF faylını al

AZƏRBAYCAN - CƏLİL TƏBRİZLİ

Istədiyin arzu, dilək

Necə olsun, necə gerçək?

Nələr qurdun xəyalında, nələr yıxdın amalında,

Nə arzular istədin sən, nələr gəldi həyatına,

Qırılmışdır qol-qanadın, susamışdır dilin-ağzın,

De, səni sevən könül səni harda, harda tapsın?

E-poçt Çap PDF faylını al

SÖZ EDƏR VÜCUDİ-İLHAM - CƏLİL TƏBRİZLİ

Hələ röyam sən olarsan, ürəyim titrəyəcəkdir,

Gözlərim görməyəcəksə, səni ruhum görəcəkdir.

 

Günəşin atəşi birdən tükənər olsa ey afət,

Demə ki, öylə bir zaman sinəmiz də sönəcəkdir.

E-poçt Çap PDF faylını al

HƏQİQƏT ŞEİRİ - CƏLİL TƏBRİZLİ

Həqiqət şeiri yazıram sənə,

Oxu, dönə-dönə oxu, əzizim.

Ayrılıq içindən doğan eşqimə

Sevgi çələngini toxu, əzizim.

E-poçt Çap PDF faylını al

BU ŞEİRİ YAZIRAM SƏNİN ADINA - CƏLİL TƏBRİZLİ

Mənasız, boş olur sevəndə insan,

Qərəzli bir halda qaçdım sevgidən.

Məhəbbət toruna salacaq zaman,

Nə vaxtsa ağlıma gətirmədim mən.

E-poçt Çap PDF faylını al

GÜL Kİ SƏN - CƏLİL TƏBRİZLİ

Gül ki, gül deyim gülə, gülsün gül də,

Gözlərim gül görür, yar, sən güləndə.

Bir baxış, bir gülüş, bircə təbəssüm,

Yetər ki, güləsən, gülsün bu könlüm.

 

Sən gülsən, gülüşür gözlərim mənim,

Uçuşur xəyallar, sözlərim mənim,

Sən hər an güldükcə sevirəm daha,

Səninlə gülürəm mən də sabaha.

E-poçt Çap PDF faylını al

SÖYLƏ Kİ, GƏLİRSƏN - CƏLİL TƏBRİZLİ

Daşını atmışam, düşündüm ki, mən,

Nə ağır yük imiş bu sevgi daşı.

Əllərim qayıtdı, daha sevmirəm,

Silindi bir gülün bahar yaddaşı.

 

Sevgim bir iz oldu, tapa bilmirəm,

Min illər içində qarışıq düşüb.

Dumandan yolları görə bilmirəm,

Görünən gözümdən çox uzaq düşüb.

E-poçt Çap PDF faylını al

TANITMAYAYDIN - CƏLİL TƏBRİZLİ

Sən gərək özünü tanıtmayaydın,

Tanıdım mən səni vaxtından əvvəl.

Özgəsi tək səni kaş tanıyaydım,

Səndən ilk mesajı almazdan əvvəl.

E-poçt Çap PDF faylını al

KÖNÜL - CƏLİL TƏBRİZLİ

Soruşurlar ki, kimdir könül….Sevdiyin qız, istədiyin, yoxsa…

Kimdir Könül? Kimdir ki, o, narahat olduğu üçün mən narahatam, mən narahat olduğum üçün də o, narahatdır. Dərdimizi bir bölür, bölüşdürür, qəmimizi, kədərimizi bir paylaşır, sevincimizə bir şərik oluruq. Yanırıq, alışırıq, amma bir-birimizə olan bağlılığımız bitmir, tükənmir. Sanki sönməz bir məşəlik birlikdə. Vəhdətimiz gurlayır anlar bir-bir ötdükcə. Ta doğulduğum andan bu yana o, mənimlədir. Məni heç zaman yalnız buraxmır. Sevincimə ortaq, dərdimə təsəllim. Nə o məni çağırır, nə də mən onu. Çünki biz bizik, biz bir-birimizik. Çünki biz bir-birimizsiz deyilik və

 

 

Gəl, könlümün quşu, qon bu qəlbimə,

Eşit sözümü sən, qulaq as mənə,

Yadında saxla, xoş diyarının,

Unutma adını Azərbaycanın.

 

Könül mənim Ana Vətənim, yurdum, yuvam, elim, obam, doğma Azərbaycanım! Nələr görmüş, nələr duymuş, nələr gəlmiş başına, nə müsibətlər çəkmişdir yurdum…Yıxılmış hasarlar, yanmış evlər, uçmuş binalar…Tökülmüş neçə-neçə ərlərin, igidlərin, mətinlərin qanı…Neçə-neçə günahsızların qıyılmış canlarına…Gözü yolda gözü yaşlı analar, bacılar, qızlar, gəlinlər… Fəryadları bürümüş cahanı, ah-nalələri yayılmış dünyaya, səsləri qalxmış əə, quşlar qanad salmış…

Buludlar lərzə gəlmiş, doyun-doyun hönkürmüş və ağlamış. Düşən damcıların sədasından yaranmış bir ahəng, etmiş həzin bir zümzümə, yer də, göy də yerdə, göydə…Ağaclar solmuş, yellər qıy vurub, vıy vurub ötmüşlər ki, bəlkə bir təsəlli etsinlər könülə. Fəqət heyhat, ey büt… Nə fayda? Düşən qızılı yarpaqların bir düşüş rəqsi, bir harmonik görünüşü bəzəmiş təbiəti əsdikcə yellər. Dəniz də coşmuş, çıldırmış, dalğa-dalğa əsgərləriylə atılmış sahilə ki, qumluqlara hökmranlıq eyləsin. Amma boşuna… Çünki gəldiyi yerə qədər gəlmiş, dahasına varamamış, Uca Rəhman rəva bilməmiş. Varsaydı belə gec olacaqmış, çünki Sur səslənəcəkmiş əmri-ilahiylə.

Bir zəncir bağlanmış könülün əllərinə, ayaqlarına. Əsirlik…Bu nə əsirlikdir? Düşündüm, düşündüm ki, nədən, niyə bu əsirlik? Onda anladım ki, nədəndir bu əsirlik. Sevgidəndir, eşqdəndir. Könülə bağlanmış, onu əsir almışdır sevgi. Könülə yaxın gəlib onu əsirlikdən xilas etmək istəyənlər isə qapılmış bir xəstəliyə. Di gəl ki, bu xəstəliyin adı da sevgidir, məhəbbətdir. Amma fanimi, yoxsa əbədimi? Əsl xəstələr isə fanini seçənlər olur. Oldunsa mübtəla qırmayanadək zənciri qurtulamazsan bu azardan. Düçar olmuş igidlər bu mərəzə, ad qazanmışlar, ad almışlar: “Yar, Məşuq, Dəli, Məcnun”. Yalnız Məcnun könlünü ilahi eşqə təslim edərək qırdı bu zənciri. Çünki bilirdi ki, dönüş Onadır, Ondan gəldi, Ona da qayıdacaq.

 

Könlü aşiqin dəli, divanədir, bir bax,

Bax ki, sevilən könlə bimarədir, bir bax.

 

Dəlidən nə aşiq çıxar ki, dəliysə aşiq,

Aşiq olan dəliyə dönər sevərsə aşiq.

 

Bir cavanın ömrünü yaşamışdır könül, tamı tamına iyirmi bir il! Dadmışdır nəfəsini azadlığın. Nə biləydi ki, bir gün itirəcək azadlığını, fəxrlə, vüqarla keçirdiyi günlərini, itirəcək o günlərin acılı, şirinli anlarını. Qapılacaq dərin-dərin düşüncələrə çəkərək həsrətini ötənlərin, keçənli xatirələrin, sevdiklərinin. Quracaq xəyalları, tutacaq amalları. Xoş-xoş arzular, şirin-şirin xəyallar. Di gəl ki, xammış xəyallar…

 

Xəyal şirindir amma olsa həqiqət,

Aparmaz könülü, yoxsa həqiqət.

 

Mən dalmışam xəyallara

Səhər-axşam uşaq kimi.

Könül verər avaz mənə

Şır-şır axan bulaq kimi.

 

Sanki məşriqdə doğmuş könlüm indi də qürub edər məğribdə. Qeyb olmuş gəncliyin, gəncliyin sevdası. Sanki baharda açmış bir çiçək könlüm, indi də payızda saralıb solar sevdasıyla bir biçarənin, göz yaşlarına qərq olmuş bir binəvanın. Için-için yanaraq, alışıb od tutaraq, şam kimi əriyən bir pərvanənin. Dolanardı başına bala çırağının. Öpərdi, əzizlərdi onu. Öncə açardı qollarını açmış qanadlarını ana göyərçin kimi. Qucaqlardı, qoxlardı, bağrına basardı, doymazdı. Xəstələnəndə, bir balaca naxoşlayanda yatmazdı gecələr, çalışar, dua edər bütün günü körpəsi üçün ki, balası tez şəfa tapsın Şafi Rəbbindən. Öpərdi alnından, “Əziz balam”, “Başına dönüm”, “Haran ağrayır? Gəl öpüm, tez sağalsın” deyərdi…İndiysə gələndə hər dəfə balasının sorağına qolları, əlləri, gücü, qüvvəsi yetdiyi qədər sovqat gətirər körpəsi üçün. “Barı ac qalmasın balam. Görəsən, nə yeyir, nə içir, neyləyir, xəstə deyil ki…?” Gətirməyə bir şey olmayanda belə qəlbini, o xoş baxışlarını, ana simasını, isti ana nəfəsini və ana şəfqətini gətirərdi.

Cəmi ikicə dəfə gördü balasını. Ağladı hönkür-hönkür. Gözlərinə yaşla doldu. Qucaqladı, öpdü, bağrına basdı körpəsini, balaca, kiçicik körpəsini. Doyunca baxa bilmədi balasına, doyunca qoxlaya bilmədi balasını. Çünki ayırdılar. Görüş vaxtı bitmişdi. Yazıq körpə baxa bilmirdi anasına ayrılarkən. Binəva qadın ayrılmaq istəmirdi yavrusundan. O baxışlar, o gözlər, o sözlər, “Ana, ana, ana” səslədi körpə, ama… Bir də nə zaman? Gedirdi ana. Körpə baxa bilmirdi anasının gedişinə. Acı veriridi baxmaq. Necə ki indi hər dəfə xatırladıqca, hər dəfə düşündükcə anasını kövrəlir, ürəyi od tutub alışır biçarə qadının halına və bir də onu görmək üçün.

 

Ana can, ayrılıq ölümdən betər,

Nədir bu iztirab, nədir bu kədər?

Azalan zamanlar ömürdən gedər,

Can Ana, gözlə sən, gəlirəm, Ana.

Amanın günüdür, qəm eyləmə, gəl,

Nur saçan üzünü nəm eyləmə, gəl,

Hicrandır, qurtarar, dərd eyləmə, gəl,

Əzizim, gözlə sən, gəlirəm, Ana.

Səbrdir çarəmiz, Ana can, inan,

Rəbbimin istəyi olar bir zaman,

Əriyər buz yollar, verməzlər duman,

Tanrıya dua et, gəlirəm, Ana.

İlhamım vurulmuş həsrətə, Ana,

Nizamı qurulmuş, Ana can sana,

Dərdimiz şərikdir, qəlbimiz yana,

Əbədi dərd deyil, gəlirəm Ana.

Naxışlı sözlərin qulağımdadır,

Sevimli Ana can sorağımdadır,

O dua, o adlar dodağımdadır,

Layiqin olaram, gəlirəm, Ana.

Mənəm bir azadlıq bülbülü kimi,

Uçuşar qəfəsdə bülbülü kimi,

Şirindir ayrılıq yaz gülü kimi,

Ayrılıq bitəcək, gəlirəm, Ana,

Murada yetəssən, gəlirəm, Ana.

 

 

 

Təsəlli tapır yalnız Uca Rəbbinə olan inamında, imanında və ümidində. Bilir ki, nə zamansa Uca Rəbbi açacaq bağlı qapıları onun üzünə, son qoyacaq bu həsrətə. Bilir ki, nə zamansa Uca Rəbbi qovuşduracaq onu ağbirçək, saçları ağarmış, hər telinin dənə-dənəsinə dən düşmüş, ağlamaqdan billur gözləri qaralmış anasına. Bilir ki, o gün gələcək və bu dörd divarın yerində qızılgül kolları bitəcək…Bir dərən bir də dərəcək. Dərməyən də dərəcək. Bahar gələcək. Ellər, obalar, təbiət yaşıla boyanacaq. Quşların cəh-cəhilə, bülbülün şən nəğməsilə güləcək o gün. O gün artıq həsrət nəğməsi solmuş, əvəzində isə bir vüsal ağacı bitmiş olacaq.

Bəli, o gün gələcək…

olmayacağıq da.