Edebiyyat.az

  •  

ƏHMƏD CAVAD

E-poçt Çap PDF faylını al

ƏHMƏD CAVAD - NƏ YAZIM

Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!

E-poçt Çap PDF faylını al

ƏHMƏD CAVAD – GƏNCƏDƏN GƏLİRƏM

Gəncədən gəlirəm, yüküm xurmadı,
Gəncənin yolları burma, burmadı.
Gəncədə bir qız var, teli durnadı,
Günəşə sən çıxma, mən çıxım deyir!

E-poçt Çap PDF faylını al

ƏHMƏD CAVAD – BİR BİLƏN YOX Kİ

Bir bilən yox ki, nə çəkər sənsiz,
Sənin eşqinlə yaşayan könlüm?!

Sən keçən yolda görərək bir iz,
İzin üstündə ozana döndüm!

E-poçt Çap PDF faylını al

ƏHMƏD CAVAD – BAYATILAR

Mən aşiq, Gəncədənəm,
Şəmkirdən, Gəncədənəm!

Əslim. köküm türk oğlu,
Soy, soyadca Gəncədənəm!

E-poçt Çap PDF faylını al

GÖY GÖL - ƏHMƏD CAVAD

 

Dumanlı dağların yaşıl qoynunda
Bulmuş gözəllikdə kamalı Göy göl!
Yaşıl kərdənbəndi gözəl boynunda,
Əks etmiş dağların camalı Göy göl!