Edebiyyat.az

  •  

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR

E-poçt Çap PDF faylını al

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR - AZƏRBAYCAN

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən,eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan!

E-poçt Çap PDF faylını al

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR - HEYDƏRBABAYA SALAM

Birinci Hissə

Heydərbaba, ildırımlar
çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.