Edebiyyat.az

  •  

BAHADUR QOBUSTAN

E-poçt Çap PDF faylını al

MƏN EVLƏNMƏK İSTƏMİRƏM - BAHADUR QOBUSTAN

 

Atam-anam deyir evlən
İyirmi beş yaşa doldun
Gözəl oğlum, keçir həyat
Evlən, sən də arzuna çat...
Bilsin atam, bilsin anam,
Bu onlarçun olsa da qəm
Mən evlənmək istəmirəm.

E-poçt Çap PDF faylını al

BAŞ NÖKƏR - BAHADUR QOBUSTAN

 

Nə baxırsan mğmın-mağmın,

Nə baxırsan yazıq adam?

Yükün belindən çiyninə keçib,

“Ağsaqqallar yığışıb

Səni “baş nökər” seçib.

E-poçt Çap PDF faylını al

ARAZDA BİR ÇİNAR BİTİR - BAHADUR QOBUSTAN

Arazda bir çinar bitir,

Haçalanır iki yerə.

Biri qalxır, biri enir,

Biri dağdı biri dərə.

 

Arazda bir çinar bitir,

Haçalanır, aralanır.

Biri  orda yaralanır,

Biri burda yaralanır.

E-poçt Çap PDF faylını al

SEVGİ ŞERLƏRİ - BAHADUR QOBUSTAN

Quşcığaz

Dərdim başdan aşdı əlac tapmadım,
Çiçək axtarmağa yamac tapmadım,
Dünyada bir dənə ağac tapmadım,
Qonub yuva qurum, qonub yurd salım,
Mən ytazıq quşcığaz bəs harda qalım.

Yükümü biyaban bir yerə çəkdim,
Quru torpaq üstə göz yaşı tökdüm,
Palçıqdan özümə bir yuva tikdim,
Onu da dağıtdı köstəbəy zalım,
Mən ytazıq quşcığaz bəs harda qalım.

E-poçt Çap PDF faylını al

QƏZƏLLƏR - BAHADUR QOBUSTAN

OLMASIN

Ey həyat arzum budur məndən sənə yar olmasın,
Yəni ruhum cismimlə daim bərqarar olmasın.

Haqq yardır, sən əğyarsan, yoxdu həyat səndən giley,
Görmədim mən dünyada yar olsun, əğyar olmasın.

Qəm deyil dərdim mənim, qəm insan üçün nemətdir,
Dərd odur ki, qəm olsun amma bir qəmxar olmasın.

E-poçt Çap PDF faylını al

GÖRÜNMÜR - BAHADUR QOBUSTAN (ŞER)

Həyatda çırpışır xeyir ilə şər,
Biri hökm edərkən biri görünmür.
Əzəldən qəribə yaranıb bəşər,
Qəribə dünyanın sirri görünmür.

Ömür yollarında mənalar dərin,
Pislər zəpt eyləyib yaxşının yerin,
Mənim gözlərimdə tük seçənlərin,
Gözündə nadanlıq tiri görünmür.

E-poçt Çap PDF faylını al

GEDİRƏM DEYİRSƏN - BAHADUR QOBUSTAN

Gedirsən, bir addım uzaqlaşdıqca,
Köksümü yerindən qoparırsan sən,
Təmanna ummadın məndən sadəcə,
Vuran ürəyimi aparırsan sən.

Baxışın qəlbimdə dönüb dənizə,
Ürək bu dənizdə qəm adlı ada,
Istərəm qovuşaq bir-birimizə,
Sən atlı olmusan, mənsə piyada.