Edebiyyat.az

  •  

FƏRHAD MƏMMƏDOV

E-poçt Çap PDF faylını al

FƏRHAD MƏMMƏDOV - 10 İL ZİRZƏMİDƏ ( QORXULU ƏHVALATLAR SİLSİLƏSİNDƏN )

Proloq

Xronoloji ardıcıllıq:

2011- Isveçrəli alim Henri Makramın “Blue Brain” adlı layihəsi iflasa uğrayır. Təkcə bir insan beyninin kompyuterdə simulyasıyası üçün 16 min prossesor belə kifayət etmədiyindən, layihənin maaliyələşdirilməsinə xitam verilir.

E-poçt Çap PDF faylını al

ATSKURİ – SEVERNAYA - FƏRHAD MƏMMƏDOV

 

BİRİNCİ HİSSƏ

Axı niyə? Axı niyə, biz qələmə az əhəmiyyət veririk? Qələmi tez-tez hardasa unuduruq, qələmi axırıncı dəfə hara qoyduğumuzu xatırlaya bilmirik,...qələmə mal-mülk kimi baxmırıq, ona görə də rahatlıqla ianə edə bilirik, yoldan keçənə bağışlayırıq. Heç bir duyğu keçirmədən. Tam neytrallıq. Axı niyə birinə deməmiş qələmini götürüb ondan istifadə etdikdə, buna “oğruluq” kimi baxmırıq. Axı niyə birindən qələm alıb, “beş dəqiqəyə qaytarıram” deyə söz versək də, sonra “əşi bir qələmdi də” deyə əmanətə xəyanət etmiş oluruq. Axı niyə biz qələmin həqiqi dəyərini unuduruq. Halbuki Quranda deyildiyi kimi, “Allah insana qələmlə yazmağı öyrətdi”. Axı niyə?...Axı niyə biz belə nankoruq?...Axı niyə?

E-poçt Çap PDF faylını al

QAFQAZLI UNO - FƏRHAD MƏMMƏDOV (QORXULU ƏHVALAT)

OQONYOK JURNALI, 1978 Aprel sayı – “Qafqazlı UNO” (Uçan Naməlum Obyekt)

“…İlk öncə onu deyim ki, UNO tərəfindən qaçırılan istənilən şəxs ömürünün sonuna dək onların təqibində olur…

E-poçt Çap PDF faylını al

"BOLERO" LAYİHƏSİ - FƏRHAD MƏMMƏDOV

I  FƏSİL

Ümumdünya Işsizlərinin Mübadiləsi Təşkilatı, Bakı şöbəsi, Azərbaycan

- Salam, cənab, buyurun gəlin, özünüzü evdəki kimi hiss edin- əslinə qalanda belə cındır və yırtıq üst-başlı adamın belə möhtəşəm otaqda, ustacasına mebellənmiş otaqda yer alması olduqca qəribə görünürdü. Otuz ilə yaxın olardı ki, bu zavallı adam belə rahat stulda oturmamışdı.

- İlk öncə hörmətli bəy, bura gəldiyiniz üçün minnətdaram və eyni zamanda sizə deməliyəm ki, Bolero layihəsinə qoşulmaqla siz məqsədəuyğun seçim etmiş oldunuz.

- Bolero? Bolero nə deməkdir ki?

- Hmm.

Menecer köməkçisi əslinə qalanda Bolero sözünün mənasını və  hətta gizli mənasını bilirdi. Onu da bilirdi ki, bu ad layihənin yaradıcısı tərəfindən eyni adlı musiqi parçasına qulaq asıldıqdan sonra təsadüfi seçilmiş bir addır. Musiqi parçası isə dahi Fransız bəstəkarı, qanında ispan qanının da yer aldığı, Morris Ravel tərəfindən bəstələnib. Ofis əməkdaşı yüz faiz əmin idi ki, bu zavallı şəxs - əgər belə adama şəxs demək olarsa- o heç bir vəchlə Morris Ravel adını ömründə eşitmiş olamaz. Ona görə üç saata başa salanacan ki, bu filan vaxtı filan adam tərəfindən, bla-bla-bla, qərara aldı ki, bir az “gopaloqiya” məharətini işə salsın.

- Hmm…Bolero bir akronimdir, açılışı var, cənab,…ingilis dilində olan akronimdir, B – big yəni böyük, O – oldest  yəni köhnə, L – latest yəni yeni, E- errors yəni səhvlər, R – rehab yəni reabilitasiya…

Ofis əmədaşı bir neçə saniyəlik fasilə etməli oldu. Belə ki, sonuncu hərfi O-nu Organization yəni təşkilat kimi irəli sürsəydi, bu olduqca absurd görünərdi…Axı harada görülüb ki, təşkilatın içində başqa bir təşkilat olsun…Bununla belə O hərfinə digər uyğun variant tapa bilmədiyindən, nə isə deyib fikirləşdiyi kimi

- O- organization yəni təşkilat…Böyük həcmli keçmiş və yeni səhvlərin reabilitasiyası təşkilatı – əməkdaşın uydurması özünə o qədər xoş gəldi ki, eqoistik şəkildə xəfifcə gülümsədi

- İndi nə var üst başım pis gündədi, üzüm neçə gündür ki qırxılmayıb, məndən də, əstafullah, it iyi gəlir, sən məni dünyanın ən axmaq adamı bilib gic yerinə qoymalısan, hə...Oğlum mən birinci dəfə fransuz bəstəkarı Moris Ravelin Bolero adlı operasına qulaq asanda, sən heç atanla ananın planında belə deyildin- ofis əməkdaşı mat-məəttəl donub qalmışdı, nə deyəcəyini bilmədi belə.

- Üz...üzr istəyirəm-deyə öskürərək həyəcandan tutulan boğazını boşaltdı,- axı Siz bunu necə bilə bilərsiz, yəni demək istəyirəm ki...?

Ofis əməkdaşının qarşısında oturmuş bomj, özünü arxaya verib, rahatca belini söykədi yumşaq stula, gülümsəyərək

- Burda müəmmalı bir şey yoxdur, mən imkanlı ailədə göz açmışam, həm də çox nüfuzlu bir ailədə...Elə varidatımız olub ki, gəl görəsən, şəhərdə bir sıra obyektlər, dünyanın istənilən ölkəsinin mətbəxindən gündəlik təamlar, bu ölkədə bəlkə heç xarici qonaqların belə almağa imkanları olmadığı nadir geyimlər...O qədər təminatlı idik ki, atam məni heç məktəbə buraxmadı, ölkənin ən yaxşı pedaqoqları- əksəriyyətinin xaricdə elmi dərəcəsi var idi, mənə elə evdə dərs deyirdi, yəni məktəbdə heç keçilməyən, etika, estetika, incəsənət, fəlsəfə kimi fənlərdən də bəhrələnirdim. Bizim ailə necə deyərlər sekulyar bir ailə idi. Əsl aristokrata xalis bir haldır çox məlumatlı olmaq.

Psixoloji nəzəriyyəni oxumuş psixoloqlara məlumdur ki, insana bir şey maraqlı gələndə avtomatik, o cümlədən qeyri-iradi olaraq özünü qabağı verir, və ya əlirini bir-birinə keçirir, və ya ovucu ilə çənəsini və ya ağzını tutur...belə jestikulasiya saymaqla bitmək bilməz...Bomj özü də bilmirdi ki əslində bunları haradan bilir, lakin ofis əməkdaşının özünü qabağı verdiyi gördükdə, fərziyyələrinin doğru olduğunu başa düşdü.

- Bəs sonra, sonrası necə oldu, bağışlayız məni, amma belə vəziyyətə necə düşdünüz,...qoyun özüm tapım...Atanızın ölümündən sonra qardaşınız sizə düşən payı da özəlləşdirib, sizi çölə atıb...elədir?

Bu cavanın nə dərəcədə geniş fantaziyası var,-deyə özlüyündə fikirləşən bomj kosmik kinayəylə

- Ha-ha-ha...Hesab bərabərdir...Məni ələ salarsan belə olar,.. Ay axmaq bayaqdan səninlə məzələnirəm, mənim kimi bomjda nəsl-nəcabət haradan, ha-ha-ha...İndi başa salaram Boleronun nə olduğunu hardan bilirəm. Bilirsən, vaxt varıdı,filormoniya tərəflərdə gecələyəndə, hansı ildi dəqiq bilmirəm, yazın soyuğ küləyindən qorunmaq üçün filarmoniyanın elanlarını xəlvətcə əkişdirib yandırırdım...Məsələnin qırılmalı yeri də ondadı ki, əvvəlcə  yandıracağımı oxuyurdum. Budur mənim sirrim...Amma nə pis məzələndim səninlə, ha-ha-ha.

Menecer köməkçisi cavab qaytarmaq istəsə də, özünü saxladı, axı o müştəri razılığı kodeksini poza bilməzdi...Bununla belə onun çaynik tək qaynadığı aşkar görünürdü.

- Nəisə, mətləbdən bir az uzaqlaşdıq...Bolero Birləşmiş Millətlə Təşkilatı tərəfindən maliyyələşdirilən təzə layihələrdəndir, bununla belə geniş miqyaslı xarakter daşıyır...Bizim təşkilat özü yəni Ümumdünya İşsizlərinin Mübadiləsi Təşkilatı dünyada baş alıb gedən işsizliyə qarşı mübarizə aparmaq məqsədilə, iki il bundan əvvəl, daha doğrusu 2015-ci ildə yaranıb. Bildirmək istərdim  ki, statistik göstəricələ əsasən...

Bayaqdan göz-qaşını büzüşdürən bomj, axırda bezib ofis əməkdaşının yorucu monoloqunu kəsməli oldu.

- Oğlum, formal hissəni adlıya bilərik?

- Sizi başa düşürəm, amma neyləmək olar, müqaviləni imzalamazdan əvvəl ərizəçini samballı şəkildə məlumatlandırmaq mənim öhdəliklərimə daxildir.

Bomj onsuz əsəblərini güclə cilovlayan oğlanın sözünü yenə kəsdi

- Birdə ki, sözüvü balla kəsim, mümkünsə adi dildə danış-başa düşüm, Nazirlər kabinetində bəyanat vermirsən, qabağında ancaq altı sinif oxumuş adi bir bomj əyləşib, yoxsa sən, öhdəlik belə gəldi möhdəlik belə getdi.

- Əlimdən gələni edərəm...Müqaviləni imzalamaqla, əvvəl sənədlərin hazırlanması prosesində və tibbi müayinədə iştirak etməli olacaqsız,...daha sonra psixoloji rehab proqramına qoşulacaqsız yəni cəmiyyətə qayıtma üzrə məşğələlər, və bütün bu mərhələlərdən sonra doxsan doqquz faiz ehtimalla ABŞ-a işləməy göndəriləcəksiz. Niyə doxsan doqquz faiz ABŞ-a, ona görə ki, təşkilat yeni yarandığından bir çox inkişaf etmiş və Üçüncü dünya ölkələri dövlət iqtisadiyyatlarına mənfi təsir edər güman edib, üzvlüklərini irəli sürmürlər, üzv dövlətlərin arasında yegəna İnkişaf etmiş dövlət elə ABŞ-dır.

Ofis əməkdaşı danışan zaman fikir verirdi ki, bomj masanın üstündəki Davidin miniatür heykəlinə gözlərini bərəldib çox diqqətlə baxır...Heykəli əlinə alacaqdı ki, ofis əməkdaşı onu qabaqlayıb, - o qədər cəld hərəkət etdi ki, qarşısındakı gözlənilməz hərəkətdən diksindi- heykəli masanın gözlüklərinin birində gizlətdi...O güman etdi ki, bomj onun bayaqdan bir ambar danışdıqlarını yenə qulaq ardına alıb...gəl indi hər şeyi təzədən başa sal da- deyə özündə fikirləşsə də sonradan gümanlarının yalnış olduğana təəcübləndi...

- Oğlum, mənə bir şey çatmır ki, məni kimi siçovlunu, cəmiyyətin tullantısını xaricə göndərməkdə sizə nə xeyr var...Yəni sizin təşkilat, bundan nə kimi yararlanır...Pulu nəzərə tuturam

- Hmm...Faiz...sizin aylıq maaşınızdan tutulan faiz...- halbuki ofis əməkdaşı yalan söyləmi oldu, çünki, BMT qeyri-gəlir təşkilatı olduğundan onun şaxələrindən olan digər agentliklərdə həmin kodeksə tabe olmalı idi və heç bir ödəniş və ya faizdən söhbət gedə bilməzdi

- Bəs haradan əmin ola bilərsiz ki, mən ABŞ-a gedəndən sonra elə orada da tufeyli həyat keçirməyəcəm

- Əks halda dərhal ölkəyə deportasiya olunacaqsız

- Olduqca pis səslənir...bununla belə xaricdə heç olmasa bir gün yaşamaq bütün bunlara dəyər...ha-ha-ha – gülən zaman bomjun ağzından buxar şəklində elə pis spirt qoxusu çıxdı ki, ofis əməkdaşı avtomatik olaraq özünü arxaya verdi.

Saatına baxanda gördü ki, artıq yemək fasiləsinin vaxtından gedir. Masasının üstü qalaq şəklində masa boyunca sərarəs yayılmış müxtəlif sənədlərlə, statistik göstəricilər, statistik piroqlar, invoys, keçmiş müqavilələr, arxiv sənədləri, broşurlar, visit kartlarla dolmuşdu. Bununla belə, onun bir yaxşı cəhəti var idi ki, yemək fasiləsinə getməsdən əvvəl və ya iş vaxtı qurtardıqdan sonra masanı səliqəyə salmamış heç yerə getməzdi.

- Bircə sualım var...sonra sənnən əl çəkirəm. Başa düşürəm ki, mənim bu otaqda olmağım sənin üçün ürəyaçan deyil, bunu həyatdan bilirəm, sözlər aldata bilsə də gözlər aldatmır...Tutalım elə ABŞ-a gedəsi olsam nə kimi iş görəcəm orda?

- Bu daha çox Sizin özünüzdən asılı olan şeydir

- Oğlum, mənnən nəyisə gizlədirsənsə, onda bilki, mənim canım haqqı, o kağız parçası imzalamayacam...Belə olsa sənə də xoş gəlməz...

Ofis əməkdaşı gülərüzlülük sərgiləməkdə o qədər çətinlik çəkirdi ki, artıq kişinin sözlərindən onun humanis işçi rolunun alınmamasını başa düşüb, sifət əzələlərini bolaşltı, qaş-qabaqlı bir qatil siması aldı. Belini fırlanan ofis kreslosuna söykədib, hər iki əlini başının arxasına keçirdi,...sanki əlləri bədəndən deyil başından çıxırdı.

- Yaxşı, sizinlə tam səmimi olacam, Sizə orada elə iş verəcəklər ki, ən kasıb Amerika vətəndaşları bir kənara, heç yaşıl kartı olmayan Çinli və Pakistanlı qaçqınlar belə ölüm cəzası təhdidi ilə qarşılaşsa belə belə işə girişməzlər...Qane olduz.

- Bax bu başqa məsələ...İndi sənnən xoşum gəldi. Hara qol çəkməy lazımdı?

Bomj oturduğu stuldan qalxıb masaya tərəf özünü qabağa verdi və göstərilən yerdə imzasını qoyub, ad-soyadını çap hərflərlə altda göstərdi.

- Yetim Malik

- Necə yəni Yetim Malik, məgər familyanız Yetimdir

- Balamsan, mən yetimxanada göz açmışam,...ordan qaçanan sonra isə maşın vurmuşdu məni bildiklərim də yadımdan çıxdı...Ona görə elə Yetim Malikəm.

- Və sonda, onu da sizə deyim ki, Siz ABŞ-dan olan Ben Adlerlə dəyişdiriləcəksiz, yəni Azərbaycana işləməyə o gələcək.

Malik sağollaşdıqdan sonra qapının dəstəyinə əlini atmışdı ki, ofis əməkdaşının ağzının altında sakitcə nəyisə mırtıldadığını eşitdi “Əslində ikinci dəfə di ki, mübadilə olunursan”...Fırlanıb “Necə dedin”

- Heç deyirəm, yolunuz açıq olsun, Qoy uca Allah həmişə sizi qorusun.

II FƏSİL

Bir gecəlik sığınacaq ağtarışında

Mehtab bütün gecəni işıqlandırırdı. Elə işıqlı idi ki, İçəri şəhərin dar və qaranlıq küçələrində belə on metr qabaqda gələnin belə sifətini ayırd etmək olurdu. Malikə digər gecələri harada sığındığını xatırlamaq çox çətin gəlirdi. Belə təkrar olunun şeylərin, vərdişlərin, bir-birindən seçilməyən günlərin tezliyi bütün xatirələrini və həyatını illuziya hallına salmışdı, artıq dünəni srağagündən ayıra bilmirdi. Bir şey dəqiq yaddında qalmışdı ki, dünən İçəri şəhərin harasındasa gecələmişdi- O içəri şəhər ki, öz dar küçələri möhkəm divarları ilə labirinti xatırladan Fəz (Mərakeş) şəhərinin portativ variantına bənzəyirdi. Bütün evlər, qapılar, mənzillər bir-birindən çətinliklə fərqləndiyindən, İçəri şəhərə nadir hallarda gedənlər üçün sözün əsl mənasında bir dejavuya çevrilirdi. Nədən dəsən mərcə girmək olar ki, CPS sistemi ilə təchiz olunmuş qəbuledicisi və ya yerli sakinlərin istiqamət göstərişləri olmadan, istənilən xarici bu dəhşətli gecə yuxusundan çıxış yolunu tapmaq üçün ən azı iki saat sərf etməli olardı, halbuki müəyyən bir çıxışından digər bir çıxışına qədər olan məsafənin uzunluğu heç bir kilometri keçməzdi.

Müəyyən vaxtdan sonra, artıq saqqalının ağardığı dövrü çoxdan adlamış Malikin yadına düşdü ki, dünən qurbanlıq bayramı olduğundan, məscidə getmiş, orada yaxşı yedizdirilib içizdirilmişdi, təzə əyin-baş töhvəsindən əlavə hələ onu birgecəlik məsciddə qalmağa icazə vermişdilər...Bəlkə Malikin ən pis vərdişi olmasaydı, o həyatında çox şeyi dəyişərdi...Amma bu spirtdən asanlıqla can qurtarmaq olmur da. İndi isə bir günün içində ləkələnmiş, ləkələnmiş də sözdür, sözün əsl mənasında palçıqlanmış üst-başı ilə həm də ağzından gələn kəskin spirt qoxusu ilə məscidə daxil olmaq üçün gərək dünyanın ən axırıncı axmaq adamı olaydı.

Bununla belə Malik üç gün sonrakı uçuşu ilə həyatının dəyişəcəyinə inanırdı. Əks halda o növbəti il belə soyuq yaz küləkləri ilə sağ qalıb-qalmayacağı mərcinə girəcəkdi. Bu vaxta qədər Malik qalib çıxıb, növbəti ili də möhkəm qalacağına əmin deyildi...

Yatmaq üçün küləkdən qorunacaq münasib bir yer axtarışında elə hey addımlayan Malikin ayaqları artıq ağrında yığılırdı. Özündən asılı olmayaraq dincini almaq üçün səkinin qırağına oturmuşdu ki, arxadan kiminsə əlindən dartıb, onu özünə tərəf çevirməyə çalışdı. Malik çevriləndə gördü ki, bu cavan bir qız uşağıdır. Malik əvvəl elə bildi ki, qız Malikin əyləşmək istədiyi yerin yiyəsi yəni, yaxınlıqdakı mənzildə yaşayandı və onu qovmağa gəlib...Malik artıq ona qarşı bir heyvan kimi davranan insanların qovalamalarına alışmışdı...ona görə də qızın söyüşlərini eşitməmək üçün

- Xanım, durub gedirəm, lazım deyil, qələt elədim

- Ay papa, nə danışırsan, hara gedirsən, iki gündür ki, evdən səssiz səmirsiz çımısan, bütün millət səni axtarır,- Malikə başdan ayaqa nəzər salıb, gülümsədi,- heyf ki yanımda sıfravoy yoxdu, səni çəkərdim bu gündə, ...necə gülməli görünürsən. Bu cır-cındır nədi keçirmisən əyninə

Malik əvvəl çaş-baş qalsa da sonradan qızın onu kiməsə oxşatdığını güman etdi.

- Xanım qız, bilmirəm nə danışırsız,  sənin dediyin cır-cındırı isə mən özümü tanıyannan geyinirəm, artıq iyirmi il olar...yəqin edirəm ki, itmiş atanıza oxşatdız məni...Allah köməyinizi olsun, amma məniy burda heç nə yoxdu, sizin atanız deyiləm...çox yorulmuşam, qoyuz dincələk də...

Malik ağır-ağır yenidən əyləşirdi ki, həmin qız israrla bayaqkından daha da möhkəm kişidən yapışıb oturmağa qoymadı. Malik o qədər əsəbləşdi ki, qızın əlini kobudcasına özündə qalmış bütün enerjisi ilə kənara itələdi... Qız həmin dəqiqə ağlama başladı

- Sizə dedim axı, atanız-matanız deyiləm, əl çəkin mənnən – deyə həm zaman həm də məkana ləhnət yağdırıb, yoluna davam etdi.

Keçid dövrünə qədəm qoymağa bir gün, yalnız bir gün qalmışdı,...sonra çoxdan bəri gözlənilən günlər daxil olacaqdı onun həyatında, nəhayət ki, iyirmi ildən sonra yenidən işləyəcəkdi, həm də xarici bir şirkətdə, həm də xarici bir ölkədə...Necə sə bu soyuq bir gecəni istənilən vəchlə sağ qalmalı idi. Çox sevinirdi, xarici pasportunun, vizasının, və digər sənədlərinin hazır olmasına, bircə yekun imza qalmışdı imzalanası.  Sabahkı gün arzusuyla, ac qarına zibillikdən tapdığı yırqtıq qadın şubasına bürünüb qala divarlarına söykənmiş halda yuxuya getdi.

III FƏSİL

3 ay sonra

“Son vaxtlar məndə maraq doğuran əsas məsələ, bütün bunların tez bir zamanda necə təşkil olunması idi... bütün lazımı sənədlər, uçuş bileti, hava limanında qarşılanma, Nyu Cersidə pensioner cütlüyünün mənzilində ikinci mərtəbədə kirəlik otaq, dərhal kiçik baqqalçı dükanlarının birində işə düzəlməsi, ilkin müvəqqəti tibbi siğorta, vergilərdən azad edilmə...Axı bunlar istənilən dövlətə ziyandan başqa hansı vəchlə xeyir gətirə bilərdi.”- deyə sonralar Malik yaxınlarına nağıl edəcəkdi.

Baqqalçı dükan market şəklində olsa da, ancaq gündəlik məhsulların satışı ilə məşğul idi, adı da ispanca idi- Korrida- Malik tapa bilmirdi ki, Korridanın bu dükana nə kimi ayidiyyatı ola bilər.

Onun ABŞ-dakı ilk ayı, İngiliz dilini işiylə sinxron şəkildə öyrənməsini nəzərə alaraq olduqca dözülməz idi. Malikə çox maraqlı gəlirdi ki, amansız bazar münasibətlərinin, ölüm-qalım uğrunda müxtəlif tipli marketinq kampaniyaların, “skeyls of ikonomi” deyilən xərclərin hər sentinə kimi maksimal dərəcədə azaldılması prinsipinin dominant olduğu bir ölkədə, onun anti-məhsuldar iş fəaliyyəti niyə dükanın menecerini və ya sahibini narahat etmirdi...Axı o istədiyi sözü müştəriyə deyənə kimi, digər üç-beş müştərini qaçırırdı...Əslinə qalanda o bu gedişlə çoxdan işdən qovulmalı idi... Lakin yəqin edirdi ki, Birləşmiş Millətlər Təşkilatının göstərişi olduğundan menecerlər güzəştə getməli olurdular.

Ona görə də o, artıq nizamnaməyə qarşı olsa da, üzv- dövlətlərin israrı ilə ikinci dəfə seçilmiş Karl von Hitzfeldin işsizliyin azaldılması istiqamətindəki səyləri yüksəkdə tutaraq, əlindən gələni edirdi ki, bu dünyavi dili vaxtından əvvəl öyrənə bilsin.

Bütün problemlər bir yana, Malikin əlverişli bir yardımı da var idi. Belə ki, onun iş yoldaşı və həm kirəçisi əslən türk Abş-da doğulmuş gənc tələbə Tuncay idi. Tuncay ona hər zaman kömək olardı və xüsusi tutulmuş tyutor deyilən İngilis dili müəllimindən çox, o Malikə dilin təkmilləşməsində yardımcıl olurdu. Tuncay, enli-kürək, çiyinə dək uzun qara saçlı, Meksika nefti tək tünd qara gözlü amma ümumilikdə uşaq simalı bir 23 yaşlı gənc idi... Bir dərdi var idi ki, istədiyi qız “emo” deyilənlərdən idi,özü də sırtığın biri. Doğrusu Malik heç Bakıda fahişələr arasında belə üzlü qadın görməmişdi...İşi gücü elə zavallı uşağın qazandığı pulu qəpiyinə kimi məngirləməkdi.

- Bu gün şef mənə nədənsə acıqlıdı, Allah eləməsin bəlkə ona nəsə olub, problemi zadı var nədi, nə fikirləşirsən, Tuncay...Sözün düzü onun dediklərindən heç nə başa düşə bilmədim...Jarqonla danışırdı deyəsən..Mənə faşist dedi nədi?

- Jarqonla-marqonlar danışmır eh, yazıq sənə hər dəfə deyir başa düşmürsən, deyir niyə hər dəfə yanından keçəndə, qorxa-qorxa tez-tez , aqressiv şəkildə işləməyə başlayırsan...Deyir mən faşistəm nəyəm, məndən niyə qorxursan...Doğrudan da elədir, özüm fikir vermişəm....Səndə “bosafobiya” var nədi?

Malik vizit kartı terminaldan keçirib yiyəsinə qaytardı, müştəri uzaqlaşandan sonra yenidən söhbətə davam etdi:

- Sözün düzü, bu vərdiş kimi bir şeydi,...əsl şef bizdə olur eh Bakıda, ağzın nədi səni boş-bekar görsün, ağına-bozuna baxmadan sabahı atır səni bayıra, adamın olmadı get kimə şikayət edirsən elə.

- Ola bilər...Amma indi sən tam azad adamsan, səbəbsiz səni heç kimə işdən çıxara bilməz...həm də sənin işçi kimi bir üstünlüyün var ki, mənim kimi dərin tam ağ deyil...Rəislər qorxurlar ki, bizim kimi işçiləri qovsa, gedib verərik məhkəməyə, deyərik ki, irqi ayrıseçkilik zəmində çıxarıb işdən...Ona görə bizə ağır bir səhv buraxmasaq çıxardan deyillər...Kehf elə! Əsas məsələ ondadır ki, işinin sapınnan necə yapışacaqsan- boş yoxsa tarım.

- Elədir, bacı oğlu

Tuncay nəyisə gizlədəndə bir qayda  olaraq yanaqları qızarardı. İndi də elə bil Tuncay nəsə demək istəyirdi amma tərəddüdlü idi. Nəhayət özündə güc tapıb bir tövr ağzını açdı.

- Malik amca, sənə bir işim düşüb eh...

- İmkan daxilində, inşallah, hər şey.

- Saat yeddidə görüşüm var, saçlarım da gördüyün kimi çox unanıb,  lap aranqutan meymununa oxşayıram, gərək saçıma bərbərdə əl gəzdirəm,...

Tuncay xahişini tamamlamamış

- Bacı oğlu, bu sırtığ qız, axırda səni sıfıra salacaq,...sən heç özün hiss eləmədən gələcək həyatıvı tədricən puça verirsən. Şəhvani nəfsivi saxlamağı bacar, onu at getsin!

Tuncay çox əsəbləşdi, belə ki, Malik dayı ona nə qədər yaxın olsa da, sevgilisindən yaxın ola bilməzdi. Qız haqqında dedikləri onun çox bərk xətrinə dəydi. Malik dayını acılamaq istəsədə bir tövr özünü ələ aldı.

- Məsləhətinə görə sağ ol. Nəzərə alaram dediklərini. Məni əvəz edərsən, inşallah indidən çıxım...

- Problem yoxdu...

- Çox sağol, onda sabah görüşərik

- Məgər, axşam evə qayıtmayacaqsan?

- Bəlkə yox...Özündən muğayat ol, Malik amca- deyə Tuncay marketdən çıxıb arxasında qapını möhkəm örtdü...Görünür Malikə sözlə deyə bilmədiklərini, bu jesti ilə deməyə çalışırdı.

Dükanda yalnız iki müştəri var idi, süd məhsulları tərəfdə eşələnən orta-yaşlı asiyalı qadın, və dükanın ən son şöbəsində, dietik ərzaqlar olan rəflərdə gözünü hansısa məhsulla zilləmiş, yaşı bəlkə yetmişi keçmiş afroamerkan bir baba.

Qəfildən Maliki möhkəm baş ağrısı tutdu. Sanki kimsə gicgahından çəkiclə vurmuşdu. Gözləri qeyri-iradi bağlamışdı ki, gözünün qabağına müxtəlif vahiməli və qanlı mənzərələr gəldi, atəş, yerə sərilmiş meyitlər, can verən yaralılar, hamısı da xüsusi qeyri-real həndəsi formalarda...sanki plastilindən düzəlmiş adamlardı...görünənlərin yuniformada olması, görüntülərin müharibəyə aid olduğunu göstərirdi...Son vaxtlar ona tez-tez belə sürrealistik görüntülər vaqe olurdu. Üç ay bu halla qarşılaşan adam yəqin ki, xroniki bir şey bilib, daha az təəcüblənərdi...Halbuki görüntülərin hər dəfə dəyişən konteksti onu təəcübləndirməyə bilməzdi...Axı bu gördüklərinin ona nə kimi ayidiyyatı ola bilər...Yazıq heç neçə gündür ki, kabel televiziyasına da baxmırdı.

Ağrı necə qəfildən başlamışdısa, elə qəfildən də kəsildi. Gözlərini açanda dükana boyunca sərasər yayılmış, lakin xaotik hərəkət edən buxarvarı yaşıl rəngli nəyinsə ona tərəf gəldiyini gördü...Qarabasma bilib gözlərini yenidən yumdu. Bir neçə dəqiqə bağlı saxladı ki, fikirlərindən tam azad olub, yenidən işinə davam etsin. Gözlərini açmazdan bir neçə saniyə əvvəl dükanın qapısının açılıb-bağlandığını eşitdi. Lakin hələ gözünü açmadı. Yəqin etdi ki, növbəti müştəridir.

Gözlərini növbəti dəfə açanda, gördüyü ilk şey üç metr məsafədən latın məşəli bir gəncin parıldayan revolveri ona tuşlaması idi. Özünə çox qəribə gəldi ki, instinktdən gələn qorxudan əsər əlamət yox idi, özünü olduqca rahat və gümrah hiss edirdi. Hətta bu hal özünə xoş gəlib, azca gülümsədi belə. Bu latın oğrunu özündən çıxartdı

- Nə baxırsan, sarsağ...tez nə qədər pul var, çıxart hamsını bayıra...eşitmədin, tez ol qoca maymağ

- Cəhənnəm ol! –deyə konkret cavab verən Malik əllərini çarpazvari bir-birinin içinə keçirdi. Sonradan ona məlum oldu ki, söyüşü elə öz Azəri dilində söyüb

- Başa düşmürəm ağzıvın altında nə mırtıldayırsan, alçaq ərəb, amma sənnən pul almamış bir yerə gedən deyiləm...Az danış, tez pulları çıxart.

- Sən neyləmisən ki, müftə pulu verim sənə

- Sən xəstəsən, sarsağ- deyə artıq tətiyi çəkməkdə idi ki, afroamerkan yaşlı müştəri belə yaşlı vaxtında olan qalan bütün gücünü yığmış kimi, yaraqlının üstünə atıldı, və əllindən revolveri salmağa çalışdı...

Əllərin amansız mübarizəsində gənclik öz sözünü dedi, yazıq müştərinin ürəyindən aldığı atəş onun yerindəcə o biri dünyaya göndərdi...Bu revolver yaxın məsafədən bronjileti belə deşmək gücünə malik maqnumdur...Yəqin ki, güllə ani olaraq ürəyi dəlmiş və kürəyindən çıxmışdı. Kişi yerə sərildikdən sonra qan döşəmədə nazik kanallarla hərəkət edib bir metr diametrində qanlı göl əmələ gətirdi. Soyğunçu yenidən üzünü Malikə tərəf çevirdi, yenidən tətiyi çəkməyə hazırlaşdı. Lakin atəş açılmazdan əvvəl özünün də gözlərinə inanmadığı bir hadisə oldu. Dükandakı digər müştəri, asiyalı qadın özünü Malikin qabağına sıçradıb, güləni özünə qəbul etdi. Gicgahından keçən güllə onu son nəfəsini də çıxmağa qoymadı...Artıq havada ruhunu itirmiş bədən kəsilmiş ət parçası tək yerə sərildi. Malik isə yenə də başa düşə bilmirdi ki, bütün olanlar niyə onun heç vechinə də deyil. O heç ayaqları altında yerə sərilmiş qadının sağ olub-olmamasını yoxlamadı belə.

Hadisələrin belə paradoksal gedişi latın mənşəli  soyğunçunu tam çaş-baş etmişdi...Görünür özlüyündə götür-qoy edirdi ki, “sonra nə edim”. Getdikcə yaxınlaşan Polis maşın sirenləri onu  elə bil bu buzlaşamadan oyandırdı.

- Bilirsən mən üç rəqəminin müqəddəsliyinə filan inanmıram...indi ölməlisən

Soyğunçunun sanki başına qaynar su tökdülər, tətiyi çəksə də atəş açılmadı. Yəqin etdi ki, patronu qurtarıb.

- Sən necə də bəxtəvər donuzsan- deyə Malikə tərəf atılıb tapancanın qundağı ilə başına möhkəm zərbə endirdi. Huşunu itirib yerə düşən, Malikin başından qan axdığını görüb, onun öldüyünü zənn etdi... “Yaxşıdır, onu görənlərdən heç kəs bu dünyada deyil ki, ona qarşı iş açılsın...Dükandakı kameraya gəldikdə isə, o ağıllı iş görüb ki, başını daima aşağı tutub, sifəti aydın görünməsin deyə...Saqqalını isə qırxsa...elə sabah qırxsa, kimdi ondan şübhələnən.” –deyə özlüyündə qərara gəlib, kassanı yarıb, orada olan bütün pulları qoydu cibinə.  Dərindən nəfəs alıb, var gücü ilə qapıya tərəf sıçrayıb, dükanı polislər gəlib çıxmamış vaxtında tərk etdi.

-

IV FƏSİL

ANALİZ və ya ortaya çıxmaq istəyən həqiqətlər

- İndi nə deyirsən, bütün bunlar bir növ sənə qarşı  daha doğrusu sənin leyhinə gizli əlbirlilik planlarıdır...? deyə Tuncay gülümsədi

- Bacı oğlu, bilirsən..., mənim bir şey əvvəldən başıma girmir ki, niyə bu lənətə gəlmiş layihəyə qoşulandan  hər kəsdə mənə qarşı simpatiya yaranıb, hətta polis məmuru da, hadisədən sonra mənə dedi ki, hələlik heç bir izahat göstəriş lazım deyil...evinizə gedə bilərsiz...axı bu absurdur. Necə ola bilər yanımda canlarını mənə görə fəda etmiş iki nəfər müştəri öldürülür, mənə isə deyirlər ki, heç bir izahat-mizahat lazım deyil...çox müşkül məsələdi, bunlar bir yana, sonra mənə deyir ki, bir şey lazım olsa özləri mənə zəng vuracaqlar. O axmaq heç məndən soruşmadı ki, bu alçaq latinonun görünüşü necəydi.

- Bəlkə sənin BMT-nin layihəsində iştirak etdiyinə görə heç kəs narahat etmir...Baxma, təşkilatın nüfuzu qalxıb son illər. Sən gərək proqrama qol çəkməzdən əvvəl şərtlərlə tanış olaydın, bəlkə orada elə bir maddə var ki, səni polisin suallarından avtomatik azad edir.

- Ola bilər...

Bütün bu söhbət Nyu Cersidə, Latın məhləsində, keçmiş klassik musiqiçi cütlüyü- ər- fleytaçı  arvad skripka ifaçısı, Simonsların şəxsi mənzillərinin ikinci mərtəbəsində gedirdi...Onlar ikinci mərtəbəni ayı yeddi yüz dollardan bu iki şərqli işçilərə kirə verməyə razılaşmışdılar...Onsuzda pensiya siğortası bir yana, hələ əlavə xərcləri də yox idi ki, bu məbləğ az məbləğ kimi gözə dəysin. Bu qiymət hər iki tərəfi qane edirdi. İkinci mərtəbədə bir tualet və iki otaq var idi ki, soldakında Tuncay sağdakında Malik qalırdı. Amma söhbətləri bir adət olaraq Malikin otağında baş tutardı...Həm də çox məzəli söhbətlər...Malikin yaşı əllini çoxdan adlamasına ramən və paltarını və üz-gözünə əl gəzdirəndən sonra tanınmaz hala gəlməsinə baxmayaraq, çox incə yumora malik bir Malik idi.

- Yeri gəlmişkən, qız yenə sənnən pul istəyəndə nə dedin, yeni düzünü deyib, olan-qalan pulunu da verdin ona?

Tuncay öz nəfsin qarşısında zəifliyini yalnız bu cəhəti biruzə etdiyindən həmişə çalışardı ki, bu mövzuda olan söhbətləri adlasın. Xoşu gəlməzdi ki, kimsə onun zəif cəhətlərindən dəm vursun, lap dostu Malik amca olsa belə. Üzünü büzüb bikehf şəkildə mırtıldadı:

- Malik amca, guya bilmirsən mən nə tip adamam, eyni sualları niyə həmişə verirsən axı...sənə demişdim axı, bu bir növ irsi bir vərdişdir, başımı daşa vur amma bu indiki zəmanəyçün yersiz olan bu vərdişi – həmişə düzünü danışmağı tərgidə bilmirəm...bu həm də bir növ qarğış və ya ləhnət kimidir, yalan danışdımsa yüz faiz ya məni iti çırpan kimi, ya bu başdan kos natsizt dəstəsi əzişdirəcək yada yolun ortasında bir indusun sürdüyü taxi maşını vuracaq ki, axırda da məlum olsun, sən demə bu indusun yaşıl kartı bir yana heç sürücülük vəsiqəsi də yoxdur...artıq başıma gəldiyindən deyirəm, kim bilir bəlkə bugün mərcə yalan danışsam sabah terrorçu dəstənin aktına düşəcəm...Bir Allah bilir ki düzünü deyirəm.

- Yaxşı...görürəm sən mövhumata qurşanmısan...yalan danışmaq günah olsada, hər zaman düzünü də danışmaq mümkünsüz bir şeydir...Bunu Mustafa İslamoğlu demişkən “dev kafa”lardan soruşsan əmin olarsan. İnsan and içsə ki, heç zaman yalan danışmayacaq, bu ondan qəbul olunmaz, çünki bu qeyri mümkün bir şeydir. Hətta kafir Nitşedə bu barədə öz münasibətini sadəcə bir gəncin başına gələn əhvalatla bildirir. O hər zaman düzünü danışdığında ətrafdakılar onu bəyənmir, daha sonra bu onları qıcıqlandırır, bir qədər sonra onlar elə hiddətlənirlər ki, artıq ona qarşı bir tədbir görməyə qərara alırlar, onu dəli adıyla dəlixanaya salırlar, lakin o yenə də düzünü danışır, dəlixanada onun yerinin dəlixana deyil dustaqxana olduğunu hesab edib onu, həbs edirlər, amma bu kəs yenə də doğrunu danışmaqda davam edir. Nəticədə camaat bezib onu edam edirlər.

- İndi nə demək istəyirsən...

- Demək istəyirəm ki, sənə alternativ variant təklif edə bilərəm, necə deyərlər nə şiş yansın nə də kabab, sən öz prinsiplərinə sadiq qalmaq şərtilə...

- Necə olur elə?

- Tarixdən neçə alırdın? Şah İsmayıl Xətai haqqında bir məlumatın var.

- Bildiyimə görə  Səfəvi dövlətinin əsasını qoyub ki, sonradan ərazisi Xəzər dənizindən İraqa kimi böyük bir sahəni ehtiva edib. Bu işğalçı siyasət davam edəcəkdi, o vaxta kimi ki, bizim Sultan Səlim onu Çaldıran döyüşündə cəzalandırdı...

- Hardasa elədir, amma çox aqressiv yanaşmadır...Bəli 1514-cü il avqustun iyirmi üçü, iki qardaş dövlət arasında mənasız döyüş, lazımsız yerə tökülən türk qanı – azəri və osmanlı türklərinin qanı, bəli...əgər tarixi oxumusansa onda onu da bilməlisən ki, Şah İsmayıl hakimiyyətə çox erkən yaşlarında gəlib, bununla belə Səfəvi dövlətinin əsasını qoyub ki, sonradan vahid Azərbaycan yarada bilib ki, ərazisinə indiki Azərbaycandan başqa, Cənubi Azərbaycan və cari Ermənistan da daxil olub.

- Nə olsun ki,...dediklərinin mənə nə kimi aidiyyatı var

- Sən səbrli ol qulaq as, Şah İsmayılın atası öldürüldükdən sonra, hökmdar hesab etdi ki, digər səfəvi sələflərini sağ qoymaq gələcəkdə böyük fəsadlara çıxarar, ona görə də, öz sərkərdələrinə əmr edir ki, dəstə yığıb bütün qardaşları öldürsünlər. İsmayılın böyük qardaşı qatil dəstənin yaxınlaşdığını bildiyindən, toqquşmanın labüd olduğunu anlayır...Yalnız bir əlacı qalır ki, gələn dəstəyə müqavimət göstərməklə onları yubadsın ki, qardaşı İsmayıl xilas ola bilsin. İsmayılı Gilana göndərirlər...Orada Gilan yaşlı amma olduqca nüfuzlu şəxs İsmayılı müvəqqəti gizlətməyə razı olur. O həm də xalq arasında çox mömin və düzünü danışan şəxs kimi tanınır.  O da bilir ki, qoşunlar yoxlamaq məqsədilə, Gilan torpağına da ayaq basacaq. Götür qoy edir ki, nə etsin, nə etməsin təki yalan danışmadan uşağı ölümdən xilas etsin. Və sonda Allahın köməkliyi ilə yolunu tapır. Qoşunlarını Gilana daxil olduğunu eşidib, tez İsmayılı torpaq sahəsindəki ağacların birindən kəndirlə elə asır ki, boğulmasın, eyni zamanda da ayaqları yerə dəyməsin...Dəstə başçısı onun yalan danışan adam olmadığını bildiyindən sadəcə İsmayılı burada olub olmamasını soruşur...

- Bəs o nə cavab verir

- Ağsaqqal and içir ki, “Allaha and olsun ki, İsmayılın ayağı  Gilan torpağında deyil”

- Hmm...çox maraqlıdır...İndi demək istəyirsən həmin şeyi öz problemimlə bağlı tətbiq edəm?

- Et...bacı oğlu,et

Malik on beş dəqiqə əvvəl artıq ikinci aspirin həbini atsa belə, dərman bir növ əks effekt verib, beyin sinirlərini daha da möhkəm qıcıqlandırırdı. Görünür “Aspirinin əks göstəricisi yalnız mədə ağrısıdır” deyənlər Malikin beyni tək beyin fizionomiyası ilə rastlaşmayıblar. Ağrı o qədər kəskinləşdi ki, elə Tuncay yanında ikən özünü göydə cazibə qüvvəsinin təsiri ilə xaotik şəkildə yerə enən kağız parçası tək çarpayısına sərildi və gözlərini yumub alnını masaj etməyə başladı.

- Malik amca

- Nədi bacı oğlu

- Sənə görə neçə gündür ki, narahatam...soruş niyə?

- Niyə bacı oğlu

Malik yenidən gözlərini açıb qapıya söykənmiş Tuncayın özündən razı sifətinə baxdı.

- Artıq düz...hə elədir- deyə sözlərinə qüvvət vermək üçün təlxəkbazlıq edib barmaqları ilə saymağı imitasiya etdi- elədir, düz altı gündür ki, gecə saat on birdən sonra, hamama girib-çıxmaq bilmirsən, gecəni elə orda keçirirsən

- Yəqin məzələnirsən, mən ki necə gözümü çarpayıda bağlayıram eləcə də çarpayıda açıram...

- Vallahi billahi düz sözümdü.

Tuncay söykəndiyi qapıdan aralanıb Malikin çarpayısına yaxınlaşdı, digər küncündə oturub müəmmalı açıqlamasına davam etdi

- Bilirsən ki, yalan danışan deyiləm, buna əminəm...Bu həftə elə gecə olmayıb ki, hamamın qapısın bağlı görməyəm, qoca Simonsların aşağıda öz hamamları olmasaydı deyərdim hə...Səndən başqa orda kim ola bilər. Dalına qulaq as. Birinci dəfə səni keçən həftə hamam girən gördüm. Qarnımı ardıcıl iki dəfə ançouslu və pendirli pitsa yediyimdən gecə bərk sancılanma tutmuşdu. Otağımdan çıxan kimi elə sənin də mənimlə sinxron şəkildə otağını tərk etdiyini gördüm, tam başqa şəkildəydin, qaş-qabaqlıydın...Mənə heç fikir verməyib, hamama tərəf addımladın,içəri girib bütün gecəni orda keçirdin...Əgər hər hansı bir problemin varsa, və onu heç kəslə bölüşməməyi üstün tutursansa, onda problem yoxdu başa düşərəm...

- Nə gic-gic danışırsan, bacı oğlu...Hamamda mənim nə problemim ola bilər axı?!

- Onda başa düşdüm vəziyyət nə yerdədir. Bu yaxınlarda kabel kanallarının birində lunatiklər haqqında sənədli bir filmə baxmışdım...Deyirlər insanların ən azı beşdə biri heç olmasa ömründə bir dəfə özündə keçirib.

Diqqətini söhbətə o qədər möhkəmcəsinə yönəldmişdi ki, baş ağrının necə getdiyini hiss belə etmədi... Bilmədi ki, dərman öz təsirini göstərmişdi, yoxsa, qeyri-iradi şəkildə özü beyn hüceyrələrini təlqin etmişdi ki, ağrını kəssinlər. Qalxaraq.

- Sözün düzü mən də boynuma almalıyam kı, bu SEM ƏMİ-gilə gələndən çox əcaib şeylərlə üzləşirəm...Sözün düzü saat on birdən sonra nəsə etdiyim və ya ümumiyyətlə oyaq qaldığım heç yaddımda deyil. Elə bil kimsə məni bir aparatı söndürən kimi keçirir. Nə yuxu nə xəyal, sadəcə qara boşluq. Maraqlısı ondadır ki, bütün bu yuxumu deyim, görüntümü deyim, hamısı oyanandan sonra gözümün qabağına gəlir, çox vaxt iş vaxtına təsadüf edir.

Sən gəl belə elə, bu gün də onbirdən sonra məni güd ki, yenə otağı tərk edirəm yoxsa yox...Əgər gördün hamama tərəf gedirəm tez məni oyat.

V FƏSİL

Şahidi aradan götür! və ya dəyişən şərtlər

Sanki kimsə Tuncayı bilərəkdən oyatdı ki, “dur gör, qonşu otaqdan gələn səslər nədir”. Halbuki yanında heç kəs yox idi. Malikin otağından ağır addım səsləri gəlirdi. İldırımsürətli şəkildə yerindən atılıb, qapıya tərəf cumdu. Otaqdan çıxanda Malikin artıq yavaş-yavaş hamama tərəf addımladığını gördü. Üzünü görə bilməsə də nəyinsə həmişəki kimi olmadığını hiss edirdi. Hamama girməmiş Malikin üstünə atıldı ki, onu oyatdı...axı Malik yenə də onun hayına cavab vermirdi. Elə hey zombi tək addımlayırdı. Üzünü ona tərəf çevirmək üçün qolundan tutub burmaq istəyəndə elə bil əli presslənmiş azon qazına toxundu. Reflektiv olaraq Maliki buraxdı və bədənini saniyədən də az bir vaxt çərçivəsində ehtiva edən vicvicəylə əlləşməyə başladı...Qolları ilə bütün bədənini tez tez sürtməyə başladı ki, titrəməni bir təhər ertələsin. Bütün bunlar baş verən zaman isə maraqlısı onda idi ki, Malik nə geri çevrilir ki, baxsın dostunun başına nə gəlib, nə də ki hamam istiqamətində hərəkətini davam etdirirdi. Tuncay özünə gələn kimi, sanki bilərəkdən verilən bir qərar tək, addımlarını davam etdirdi. Tuncay isə hörümçəyin zəhərindən paralizə olmuş şikar kimi bu addımları gözləri ilə müşayət etməkdən başqa əlacı qalmırdı. Tuncay o dərəcədə şoka düşmüşdü ki, heç Malikin ətrafında bir orbit halında peyda olan yaşıl qaz kütləsi, dəhşətli ağrıdan sonra o qədər də təəcübləndirmədi.

Malik hamama çatıb qapını açdı və içəri girdi. Tuncay gözlərinə inanmadı...Malikin qapıyla heç bir təması olmamasına ramən qapı arxasınca öz-özünə və ya digər gözə görünməyən adam tərəfindən bağlandı və kilitləndi. Fosfor tək işıldıyan yaşıl tək işıqlar, qapı çərçivəsinin alt və yan məsamələrindən görünsə də tədricən azalaraq, tam zülmətə qapandı. Yaşıl işıqlar itmişdi ki, Tuncayın motor sistemi yenidən işə düşdü, qapıya tərəf cumub, dəstəyi vəhşicəsinə burmağa başladı, arxadan bağlı olduğuna əmin olduqdan sonra, iki-üç dəfə çiyinlə həmlə etdi. Amma faydasız. Kənardan  baxan qapının taxtadan olduğunu deyə bilsə də, indi Tuncay and içə bilərdi ki, bu yalnız aldadıcı bir zahirdir. Batində isə çox möhkəm bir material olduğundan, doxsan kiloluq bu gəncin belə gücünə sabit qalmışdı. Nə bir səs, nə də ki, titrəyiş...Bəlkə yəhudi zərgərlərinin evində belə qapı olmadığından buna həsəd aparardılar. Ardıcıl bir neçə daban-təpik də bir bəhrə vermədi. Ağlına gəldi ki, kəlbətin və ya otvyorka-vintaçan tapıb qapını petləsindən və ya dəstəyindən açmağa çalışsın.

“Malik amca, eşidirsən?...Sən qorxma mən səni ordan çıxardaram...Oldu? sən narahat olma. İndi gəlirəm” –deyə otağına tərəf ayaq aldı.

İki dəqiqə yarımdan sonra bir əlincə portativ çəkic digərində vint buran otaqdan çıxanda beynindən biotok şəklində əzələlərinə “Dayan” əmri gəlsə də, ətalət qüvvəsi öz sözünü dedi. İki metr məsafəyədək sürüşüb dizi üstə yerə yıxıldı. Onu belə anı durduran isə qəfildən gördüyü gözlənilməz şey idi. Bu 62 yaşlı təqaüdçü professor Maksfel Simons idi – evin yiyəsi...Gecənin bu vaxtı yataq paltarında olması gözlənilsə də, Maksfelin əynində tünd qara kostyum və qırmızı qalstuk var idi. Bu görkəmdə kişini nə vaxt gördüyünü heç yadına sala bilmirdi. Maksfel heç təzə yuxudan durana oxşamırdı. Çox aqqresiv sifət almışdı. Hədələyici səs tonu ilə ayağa qalxan Tuncaya:

“Oğlan, qayıt otağına, tualet xarab olub, gərək sabah santexnik çağıraq”

- Maxksvell məllim...Malikin bizim köməyə ehtiyacı var...içəridə qalıb...Deyəsən başına bir iş gəlib.

- Ola bilməz...hamamdan indi çıxıram. İçəridə heç kəs yoxdur. Yəqin yuxuda görmüsən, mən artıq iki saata yaxın olar ki, orda suyla əlləşirəm.

- Mümkün olan şey deyil. Siz nə danışırsız.

- İnanmırsan...Başa düşürəm, əgər hesab edirsənsə bu qoca kaftarın başına hava gəlib,ged özün yoxla, Malik öz otağında yatıb.

Tuncay bir neçə saniyəlik kişidən gözlərini çəkmədi ki, Maksfeldən bir söz ala bilsin, amma səbri tükəndiyindən, yavaş-yavaş Malikin otağına tərəf ayaq aldı, dəstəyi xəfifcə əyib- əgər doğrudan da Malik yatıbsa səsdən oyatmamaq üçün- qapını astaca aralamağa başladı. Arxasından kölgə tək nəyinsə durduğunu bayaqdan hiss etsə də buna əhəmiyyət vermirdi. Elə bu onun axırıncı səhvi oldu. Bircə onu hiss etdi ki, yüksək təzyiqdən qulaq pərdələri partlayaraq dəhşətli ağrı verdi, görünür başına ağır küt alətdən möhkəm zərbə endirmişdilər. Yerə sərilib, xırıltı səsləri çıxarmağa başladı. Aqoniya fazasını adlıya bilmədi.

***                               ***                               ***

- İşlər çox pis gedir

- Hmm…Düz deyirsən, məncə planları dəyişmək vaxtıdır

***                               ***                               ***

“Yox...yox...eləmə...nolar eləmə” deyə yuxuda danışırdı ki, zərif qadın əlinin alnına toxunduğunu hiss edib oyandı

- Heç nə olmayıb, ata, hər şey qaydasındadır

- Nə olub orda – deyə uzaqdan digər, ancaq yaşlı bir qadın səsi eşidildi

- Heç mama, deyəsən qorxulu yuxu görüb- Malik hər iki qadının azəricə danışdığına təəcübləndi

Hələ də yuxuda olduğunu sanan Malik gözlərini açanda özüdə bilmədən peyda olan qadınların reallıq olduğunu görəndə bir qədər havalandı. Heç nə başa düşə bilmədi. Bayaqdan üzünə sığal çəkən gənc çiyninə dək uzun şabalıdı saçlı qızın hardasa olardı 20-25 yaşı, çox yaraşıqlı qız idi. Həm də sifəti Malikə çox tanış gəlirdi. Elə bil onu əvvəllər hardasa görmüşdü. Çox tutqun bir obrazlı yaddaş. İkinci qadın mətbəxdə yəqin ki, iş başında olduğundan, olanlara aydınlaşdırmaq üçün elə işləyə işləyə, yəni bir əlində dəsmal, digərində boşqab, otağa girdi. Yaşı ən azı 40 -50 aralarında olardı. Üzündə qırışlar sərasər bölüşdürülsə belə, yaşına görə çox cəlb edici gözəlliyi qoruyub saxlamışdı. Üz-gözünə əl gəzdirməsə belə.

Malik donub qalmışdı, belə ki, düz 3 ay idi ki, doğma dilində danışan adamla rastlaşmamışdı. Ana dili üçün çox darıxmışdı.

- Bağışlayın, amma...başa düşə...amma başa düşmürəm mən bura necə gəlib çıxmışam, haradayam? Və siz kimsiz?

Elə bil neft quyusundakı kaçalkanı birdən işə saldılar. Hər iki xanım, hır-hır gülməyə başladılar. Bir neçə saniyədən sonra yaşlı qadının Stalin sifəti aldığını görüb, gülüşü dayandırdı. Yaşlı qadın ciddi səs tonu ilə

- Biz Veqa planetinin sakinləriyik...yəni telepuziklər...səni qaçırmışıq ki, üzərində görülməmiş əməliyyatlar aparaq...

Və yenidən gülüş bombası partlatdılar. Malik isə hər şeyi çox ciddi qəbul edirdi. Hələ müəyyən edə bilməmişdi ki, bura necə gəlib düşüb. Bir neçə saniyədən sonra Malik pozasını elə tez dəyişdi ki, qadınlar diksinib gülüşü dərhal kəsdilər.

- İndi yaddıma düşdü...deyirəm axı səni haradasa görmüşəm...Sən həmin qızsan ki, 3 ay bundan əvvəl məni atanla səhv salmışdın...İçəri şəhərdə, yadındadır?

- Nə danışırsan ay papa, səni niyə kimiləsə səhv salmalıyam axı, bir də ki, heç axırıncı dəfə İçəri şəhərdə nə vaxt olduğum heç yadıma gəlmirdi. Deyəsən altıncı sinifdə sinif rəhbəriylə axırıncı gedənəm. Ondan sonra heç bir dəfə də olsun ayağım dəyməyib. Sən evə dünən gəlmisən, Yaponiyaya bir həftəlik səfərdən qayıtmısan.

- Mümkün olan şey deyil, xanım qız...Yazıq Tuncay, başına bir iş gəlməsə yaxşıdı...Hamsı bu lənətə gəlmiş layihəyə görədir...Elə bil hiss edirdim ki, imzalamaqla göydə nə qədər bəla var aşacaq bu yazıq təpəmə...Heç adı da yanımda qalmıyıb eh, bir görürsən... “Ero”, “Eso”, yox, “Belo”...hə Bolero Moris Ravel, yadıma düşdü – birdən ayağa qalxıb- artıq yaddaşımda ciddi pozuntular əmələ gəlir, indi nə bilim ki, mən doğrudan da bomj Malikəm yoxsa dediyiniz kimi sizin atanız...Kaş ki bu lənətə gəlmiş proyektə qoşulmazdım. Yaxşı belə edək. Siz mənə foto albomnan zaddan göstərin ki, görüm doğrudan da siz deyən adamam yoxsa yox. Sonra gərək Ümumdünya İşsizlərinin Mübadiləsi təşkilatına gedəm

- O nədir elə...

- Yəni bu haqda eşitməmisən, BMT nin nəzdində 2015 ci ildə yaradılmış agentlik. Bildiyim qədərini deyirəm.

- Papa, sən deyəsən hələ də yuxulusan...Nə danışırsan heç özün də bilmirsən, hələ ikimin onuncu il təzə girib.

Heç bu xəbər də Maliki təəcübləndirmədi, axı o artıq belə yeniləklərin tezliyinə alışmışdı.

- Nə isə....doğrudan ah, mənim adım nədir bəs?

- Əhməd Tağızadə

- Bəs Əhməd Tağızadə harda işləyir---yəqin müəllimnən zaddandı

- Hmm- əslinə qalsa, sən elə Birləşmiş Millətlər Təşkilatında işləyirsən. İctimai İnformasiya Departamenti-resident-əlaqələndiricinin müavini

- Ay Allah, daha nələr olacaq görəsən, bircə deməsinlər ki, kokain alveriylə də məşğul oluram, bezib axırda ona da inanaram.

***                               ***                               ***

“ Bax, dostum Əhməd, bilirsən ki, biz artıq ikinci ildir ki, eyni dam altında çalışırıq...Özüvü qoy mənim yerim. Sənə ümumiyyətlə Yaponiyada nə veriblər bu günə düşmüsən. Vasabi zad yeməmisənki, deyirlər yarım boşqab vasabi adamı öldürə bilər...Əminəm ki, sənə nə olub elə Yaponiyada olub...Mən indiyədək belə axmaq əhvalat eşitməmişdim, “Mən bomj Malikəm” nə bilim “Ümumdünya İşsizlərinin Mübadiləsi Təşkilatı” belə təşkilatı yaratmaq axı BMT-nin nəyinə lazım, bu layihə defisit-büdcəyə bais olar axı. Əminəm ki, cənab Ban Ki Mun da heç bir gizli təşkilat yaratmayıb...Bizim əlaqələrimiz çox yaxındır. Buna oxşar bir şey olsaydı birinci mənim xəbərim olardı...Təşkilata qalsa, Azərbaycanda Beynəlxalq Ticarət Təşkilatının şöbəsi açılmalıdır bu yaxınlarda, başqa heçnə. Bilirsən sənə bu dəqiqə nə lazımdır...Yaxşıca istirahət etmək. Bu yaponlar yəqin səni orda boğaza yığmışdılar öz ekoloji təkliflərilə. Sənə bir həftə istirahət verirəm...Lap istiyirsən, Parisə putyovka da təşkil edim. Amma bir şərtim var ki, dincivi aldın başda  Beynəlxalq Ətraf mühit Konfransının yekunlarının raportunu tərtib etməyə, sonra elekton poçtla yollarsan. Di get.- deyə BMT-nin Azərbaycan ofisinin rezident-əlaqələndiricisi modern tipli geniş kabinetində Maliklə - hal-hazırda Əhməd Tağızadə - BMT-nin İctimai İnformasiya Departamentinin rezidentinin müaviniylə söhbətində bildirdi.

- Papa, görüşün necə keçdi- deyə Cəmillə, Əhmədin yeganə övladı soruşdu

- Çox pis...Rəisim elə bilir ki, başıma hava gəlib, vasabi, vasabi,...yox bir masabi, özünü ağıllı göstərmək istəyir. Bir həftə məzuniyyət verdi mənə

- Oy...papa , nə yaxşı...Artıq biz Antalyaya gedə bilərik. Söz vermişdin ki,...

- Yox səhvin var. Sənə Əhməd atan söz vermişdim...Mən hələ özümü daha çox Malik kimi görürəm...Özlüyümdə hələ hansı şəxsiyyətin həqiqi hansının xəyali olduğunu müəyyən edə bilməmişəm...Elmi dillə desək, ehtimal nisbətin otuzun yetmişədi. Yaxşısı budur de görüm, internetə çıxışın var?

- Bu nə söhbətdi məgər yadında deyil

Əhməd artıq eyni tip suallardan bezmişdi. Belə sualların onu qıcıqlandırdığını və yersiz olduğunu göstərmək məqsədilə bir ruhi xəstə tək saçlarını yolmağa başladı

- Eyni sualları niyə verirsən axı...Lənətə gəlmiş yaddaşım qaydasında olsaydı, sənnən axı niyə soruşurdum

- Əsəbləşmə...keçən il almışdı, simsiz rabitəylə təmin olunmuş, Alman dizüstü bilgisayarı..dörd nüvəli mikroprosesor, hay-teç daxili qurğular və s...Bir sözlə Bakıda bundan bir dənədi... bu saat gətirərəm.

Cəmilə kompyuter dalınca yoxa çıxan kimi, Əhməd özlüyündə açar sözlər axtarışına başladı. Elə açar sözləri tapmalı idi ki, lazımı məlumatı ortaya qoya bilsin. Rahatca özünü kresloya buraxıb, masanın üstünə baxdı. Artıq yemək stolun üstündə olsa belə, Əhməd onu təxirə salmaq məcburiyyətində idi...Həqiqət arzusu yemək nəfsaniyyətindən üstündə idi.

- Budur bu da sənin laptopun, artıq internetə qoşulub, brouzeri aç istədiyini sayta gir, məndə anti-fişinq sistemi yoxdu.

- Elə bilirsən dediklərindən nəsə başa düşdüm- deyə laptopu qızına qaytarıb onun oturmağına işarə etdi. Qız bir masanın üstündə soyuyan yeməyə baxdı, bir atasına baxdı. Amma Əhmədin israrlı baxışlarına təslim olub, diziüstü bilgisayarı əlinə alıb kresloda otrub laptopun ekranını elə əydi ki, Əhməd də bir şey görə bilsin. Əhməd isə artıq ayaqüstə qaldığından ekrandakıları görmək üçün qozbel forması almalı oldu.

- İlk öncə, axtarış sistemini tap, hansı ən güclüdür, ona gir

- Əlbəttə ki, Qooqle. Okey...-deyə stenaqrofist tək iti sürətlə barmaqları klavişləri oynatdı...www.google.az …sonra nə

Görünür qız düz deyirmiş. İnternet sürəti o qədər güclü idi ki, saytı bir anın içində ərsəyə gətirdi

- Nə yazım

- Yaz ingiliscə yaz, “project Bolero” yanında da yaz “exchange” yəni mübadilə

- Papa, mən Accels proqramıyla bir il ABŞ-da oxumuşam məgər yadında deyil, oy, bağışla hər dəfə eyni sualı verirəm, demək istəyirəm ki, dillə problemim yoxdu.

- Lap yaxşı

- Bolero sözünü böyük hərflərlə yazım, ya kiçik hərflərlə

- Məncə fərq etməz.

- B-o-l-e-r-o

- Tez enteri bas

- Uy da, 2 milyona yaxın nəticə

- Sənin dəqiq yazılışlı saytlara bax

- Bax biri var, amma project Bolero yox Bolero project

- Daxil ol

- Hmm...Vikipedianın məqaləsidir, yəqin bilirsən də dünyanın virtual ensiklopediyası...orda deyilir ki,  Bolero project Latın müğənni Leonardo Qranados və caz pianisti Edvard Simon tərəfindən yaradılmış Artistshare səsyazma layihəsidir

- Yox bu caza aiddir...növbəti sayta bax

- Biri də var, project bolero.net...bircə saniyə qoy başqa paneldə açım...budur...deyəsən yaşıl layihələrdəndir...elədir ki var,  “layihənin əsas məqsədi istənilən növ yazılı kağızları onların elektron variantı ilə əvəz etmək” yəqin ağaclar az kəsilsin deyə.

- Yox o da deyil...Başqa?

- Birinci səhifədə başqa uyğun gələn nəticə yoxdur...gözlə ikinci səhifəyə keçid alım.

- Dur-deyə birdən sensor panelin sol klikini basmağa hazırlaşan Cəmilənin əlindən tutdu...- yeddinci pozitsiyaya bax, project Olerob və exchange sözləri var mətnlərində

- Bu şəxsi bloqdur

- Sən gir

- Okey...bircə saniyə. Bir növ şikayət məqaləsidir, başlığı belədir “Məni oğurlamışdılar”

- Əla...odur ki var. Çox sağol, indi gedib yeməyivi yeyə bilərsən- deyə qızın yerini alıb, laptopu dizləri üstünə götürdü və məqaləni diqqətlə oxumağa başladı

...əslinə qalsa özümə nə olduğunu dəqiq bilmirəm belə...Bilmirəm ki, başıma hava gəlib, ya doğrudan da 2017-ci ildən gəlmişəm...Bu bir növ BMT-tərəfindən yaradılmış layihə idi...Olerob adında...Mən əvvəl bomj idim, amma Ümumdünya İşsizlərinin Mübadiləsi təşkilatında bu lənətə gəlmiş layihəyə imza atdıqdan sonra başıma qəribə şeylər gəlməyə başladı...yadımda qalana görə Azərbaycana yollamışdılar məni...İndi yaddaşımın əksər hissəsini itirmişəm, 23 yaşında Detroit ştat kollecində təhsil alan bir gəncəm...Amma Allaha and içə bilərəm ki, bu layihəyə imza atanda bəlkə indikindən 3 dəfə qoca idim. Mən elə gəlir ki, üzərimdə gizli tədqiqatlar aparıblar...xahiş edirəm bu haqda kimsə, nəisə bilirsən aşağıda göstərdiyim elektron ünvana cavab yazsın...Ben Adler”

- Ben Adler adını görən kimi avtomatik olaraq özünü qabağı verdi. 3 ay əvvəl ofis assistentinin ona dedikəri yadına düşdü..

“... onu da sizə deyim ki, Siz ABŞ-dan olan Ben Adlerlə dəyişdiriləcəksiz, yəni Azərbaycana işləməyə o gələcək

Hamsından çox onu təəcübləndirən isə məqalənin altındakı tarix oldu

Yaradılıb: 10 dəqiqə əvvəl

VI FƏSİL

Ben Adler Bakıda

Ben Adlerlə internet vasitəsiylə əlaqə yaratdıqdan sonra, öz aralarında razılaşdılar ki, məsələyə aydınlıq gətirmək üçün Ben bu həftə ərzində Bakıya gəlsin. Əhməd Tağızadə kimi yaddaş paketi tədricən özünə qayıtmaqda idi. Ona görə də özünün dediyi, ehtimal nisbəti baş-ayaq olmuşdu. İndi daha çox özünün Malik deyil Əhməd olduğuna inanırdı. Əmin idi ki, Yetim Malik – yaşlı Bakı bomju kimi əksər yaddaş ardıcıllığı fövqəltəbii və ya gizli qüvvə tərəfindən təsbit edilmiş süni formulyatsiya idi. Axı bunu etmək kimə və nəyə görə lazım ola bilərdi? Bu suallar ətrafında nə qədər baş sındırsa da absurd variantlardan başqa heç nə ağlına gəlmirdi.

Artıq Malik olmamasına ramən, hələ də saat onbirdən sonra nə etdiyi yadına gəlmirdi. Həyat yoldaşı və qızından saat on birdən sonra nə etdiyini soruşanda “Səhərə kimi yataqda olmusan” deyə cavabını verərdilər.

Hər gün oyanandan sonra, gözünün qabağına gələn təhrifli yaddaşlar və görüntülər bir yana, artıq görüntülər zamanı səslər də eşidirdi...Orası maraqlı idi ki, bu səslərin daha doğrusu danışıqların çoxu siyasi kontekstli idi. Oyanandan sonra qeyri-iradi şəkildə həmin qırıq-qırıq cümlələri təkrarlayardı.Əksəriyyəti ingilis dilində olurdu. “...has a lack of determination” – yəni “...qətiyyətsizlik sərgiləyir”, “this will end the war in Darfur” – “bu Darfurdakı münaqişəyə son qoyacaq”, “Ours is not the caravan of despair” – “bizim dərgah ümüdsizlik dərgahı deyil”. Hər hansı bir köməkçi işarə olsaydı, Əhməd bu qədər əsəbləşməzdi. Amma neyləmək olar ki, bunların kim tərəfindən nə məqsədlə deyildiyini başa düşə bilmirdi. Ben Adlerin Bakıya səfərindən bir gün qabaq qərara aldı ki, həmin cümlə kəsiklərindən birini internetdə araşdırsın. Həmin gün ona vaqe olan deyimi “Haiti will not die” – “Haiti məhv olmayacaq” axtarış sistemində axtarış panelinə daxil etdi. Ona məlum oldu ki, bu Haitili president Rene Prevalın nitqindən bir parça olub, dağıdıcı zəlzələdən sonra, Haiti xalqına ürək-dirək vermək məqsədilə bir gün əvvəl deyilmiş sözlərdir.

Axı Rene Prevalın sözləri onun beyninə hansı yolla qona bilərdi?! Bakıda  özü də bilmədən peyda olandan nə televizora baxıb, nə də qazet başlıqlarına nəzər yetirib ki, dünyada gedən proseslərlə ayaqlaşsın.

Yetim Malik kimi yaddaş ardıcıllığının nə dərəcədə real olduğunu dəqiqləşdirmək məqsədilə, şəhərin ən qədim yerinə - İçəri şəhəri yollandı…Evlər, küçələr, marketlər, mehmanxanalar hətta ev sakinlərin əksər maşınları, necə var idisə elə də qalmışdı. 3 ay vaxt keçməsinə ramən. O zaman bomj kimi 3 ay keçirdiyi zaman çərçivəsi də həqiqət olmalı idi. O zaman bir variant qalırdı ki, onun ətrafında olan bütün adamlar hipnoza məruz qalıb inandırılmışlar ki, 3 ay yoxluq əslində bir həftə Yaponiya səfəri olub. Axı Əhməddən Malikə və ya əksinə Malikdən Əhmədə keçid rejimini o özü necə hiss edə bilməzdi.

Bazar ertəsi, təyyarəsi havaya qalmazdan əvvəl, hava limanında ikən, Adler mobil telefonuyla Əhmədə mesaj yazdı ki, artıq Bakıya yollanır və hardasa çərşənbə axşamı günorta vaxtlarında və ya axşamüstü çatacaq.

Həmin vaxt gəlmişdi. Evdən çıxmazdan əvvəl hər şeyi öncədən görən analitiklər tək diqqətlə götür qoy etməyə başladı ki, xırda bir səhv belə bütün həqiqətlərin açılmasına əngəl olmasın. Ehtiyat üçün mətbəxdən şef bıçağı götürüb, plaşının sinə cibinə qoydu və evi tərk etdi.

***                                 ***                               ***

Binə hava limanında Adleri qarşıladıqdan sonra, bir başa taksi tutub şəhər mərkəzinə istiqamət aldılar.

Ben Adler Əhmədin təsəvvür etdiyindən də cavan bir şəxs idi, enli kürək, sarı saçlı, mavi gözlü...olduqca tutqun və hədələyici mimikalı bir tipik avropoid. Çox az ünsiyyətə girdiyindən, melanxolik təsir bağışlayan Ben suallar yalnız qısa cavab verməklə kifayətlənirdi...Elə bil onu bura məcburi gətirmişdilər. Bir neçə “Nə var nə yox” , “Amerikada hava necədi” tipli suallardan sonra, Benin Bakıya gəlişinin əsas məqsədilə uzlaşan suallar verməyə başladı...Artıq taksi Əzizbəyov metrosuna çatırdı.

- Onlar kimdi və bizdən nə istəyirlər

- Mənə düşünürəm ki, ...hmm...bu bir növ gizli layihədir, çox güman ki, süni yaddaşın yaradılması istiqamətində

- Çox qəribədir...elə mən də son zamanlar bu haqda fikirləşirdim...başqa nə bilirsən

- Hmm...onu da bilirəm ki, hər gün gecə saat on birdən sonra mənimlə qəribə şeylər baş verir...nə etdiyimi harada olduğumu xatırlaya bilmirəm- deyə yorğuncasına cavab verdi və əsnədi. Bir neçə saniyəli fasilədən sonra davam etdi.

- Mənimlə kirə qalan bir dostum var idi, o,  mənə dedi ki, hər gün on birdən sonra hamama girib ordan çıxmaq bilmirəm...onun adı Tuncay idi

- Sən nə dedin?

- Deyirəm adı Tuncay idi, Türk əsilli Amerika vətəndaşı, tələbə

- Mümkün olan şey deyil...Sən sanki mənim bildiklərimi təkrarlayırsan... Tuncay səninlə Korrida adlı mağazada işləyirdi

- Hə...hardan bildin?

- Yox...nəisə düz deyil burda...-deyə cümləsini tamamlayacaqdı ki, taksi sürücüsünün maşının qabağına nəisə çıxıbmış kimi, var gücü ilə əyləci basdığını hiss etdi...Hər ikisinin başını qabaq oturacaqlara deydi.

Hər şey o qədər tez baş verdi ki, cibində gizlətmiş olduğu şef bıçağı heç yadına belə düşmədi. Adlerin oturduğu tərəfdən qapı partlayışla göyə uçdu...Halbuki partlayışı törədən xüsusi maddə yəqin elə yeni texnoloqiya ilə hazırlanmışdı ki, Adlerə heç bir fiziki xəta toxunmadı. Partlayışdan saniyə keçməmiş yaranan dumanın fonunda, yoğun bir kişi əlinin Adlerin boğazından yapışdığını digər əlin isə boğazına tez-bazar iynə yeritdiyini gördü. Adler dərhal huşunu itirdi. Bunu görən naməlum əllər Beni dartmağa çalışdılar ki, maşından çıxarsınlar. Hadisələrin gedişi zamanı taksi şoferi huşunu itimiş şəkildə başını maşının ruluna söykəmişdi, ...amma ola da bilərdi ki, lazımsız şahid olmamaq üçün belə görünməyə çalışırdı.

Əvvəl hadisələrin ildırımsürətli gedişindən tormozlanmış Əhməd, Beni artıq maşından çıxartmağa başladıqlarını görəndə tez özünü Benin keyimiş bədəninə atıb, ondan mökməm yapışıb qarşı tərəfə güc müqavimət göstərdi. Təsadüfən duman artıq səngidiyindən, Bendən yapışanlardan birinin sifətini görə bildi...Həmin dəqiqə tanındı. Bu Malikə Bolero layihəsini imzalatmış ofis əməkdaşı idi. Əhməd o qədər israrlı şəkildə Bendən yapışmışdı ki, arxasından qapının açıldığını belə hiss etmədi. Başından küt alətlə möhkəm zərbə, Bendən yapışan barmaq əzələlərini instiktiv olaraq boşalmasına bais oldu. Hər şeyi bulanıq görməyə  və səsləri uzaqdan eşitməyə başladı.  Tədricən özündən getdiyindən son gördüyü şey Adlerin maşından bayra çıxarılması, son eşitdiyi isə həmin ofis əməkdaşının sözləri oldu.

“ Ay axmaq, o yazığı buna sən,...sən özün inandırmısan. Yazıq ömründə Bolero-da iştirak etməyib

VII FƏSİL

Qaçırılmış

Sakitlik, harmoniya, tam boşalma – Əhməd son günlara bütün bu şeylərdən məhrum idi- hətta yuxularında belə. Halbuki, indi o özünün tam sərbəst hiss edirdi, eləbil ruh idi, yuxuda da deyildi. Üç, iki, bir...gözlərini açır və özüdə bilmədə harada üçmərtəbəli bir binanın səkisində yerdə uzandığını görür. Yəqin edir ki, Yasamal və ya Binəqədidədir...Ətraf görünüş çox tanış gəlir. Bayaqdan arxasında duran, kimsə onun embrion şəklində bükülmüş bədəninə təpiklə astaca toxunur. Yəqin oyatmaq məqsədilə olmuş toxunuş idi. “Salam...indi hər şeyi sənə anlatmağa o qədər də vaxt yoxdur,...çox risklidir həm də...qalx və ardımca gəl...əgər çoxdan bəri axtardığın həqiqəti bilmək istəyirsənsə” deyə səslənib qarşı yolla hərəkət etməyə başladı. Salam sülh deməkdir, Allahın adlarındandır, bircə bu söz Əhmədin beynində həmin naməlum şəxsə qarşı inam oyadırdı. Çoxdan idi ki, salam sözünü eşitmirdi. Həmin naməlum şəxsin hardasa olardı 40 yaşı, qısa, boz rəngli şalvar və tünd yaşıl kurtka geymişdi, başına da kurtkasıyla tutuşan eyni rəngli kepka qoymuşdu. Uzaqdan yaşıllar cəmiyyətinin fəal üzvlərinə bənzəyirdi. Əhməd qalxıb onu təqib etdi. Qonşu bina istiqamətində təxminən 20 metr hərəkət etdikdən sonra naməlum bir qədər fikirləşirmiş kimi dayandı, bir neçə saniyədən sonra sola dönüb hərəkətini davam etdirdi. Arabir arxaya baxırdı ki, onun izləyən Əhmədin arxasınca gəlib gəlmədiyini bilsin. Nəyayət binanın qarşısındakı bir alçaq çəpərli yaşıl oqoroda çatıb durdu, ətrafa nəzər gəzdirdi. Lazımsız şahidin olmadığına əmin olub, artıq ona çatmış Əhmədə darvazanı göstərərək

“İçəri keç...həkimi görənə kimi düz get”

- Həkimi...nə həkimi?

- Tez ol, vaxt azdı...yubatmaq olmaz

Əhməd olduqca qaranlıq görünən dəhlizə daxil oldu. Çox vahiməli atmosfer idi. Uzun dəhlizin hər iki divarı arasında olan məsafə heç iki metr olmazdı. Dəhlizin üstü şifer örtüyü ilə bağlanmışdı. Dəhlizin o biri ucunda bir həkim deyil bir neçə ağ xalatlı adamın ona “gəl” deyə işarə etdiyini gördü. Üç addım atmışdı ki, boynuna nəyinsə fısıltı ilə sıçradıldığını hiss etdi, sulu bir maddə olmalı idi. Ayaqları bir an içində tarazlığı itirdi. Hər ikisi keyidiyindən yola düşən şalban tək beli üstə yerə sərildi. “Axı nə qədər olar” deyə huşunu itirdi.

***                               ***                               ***

Ətraf tam zülmətdə idi, bircə gözünə zillənmiş projektordan başqa. İşığın həddindən artıq gur olması nəhəng fanarın arxasında duran interoqantın kim olduğunu görməyə imkan vermirdi. Gözləri kor olmaq dərəcəsinə çatmışdı

- Danışacaqsan ya yox....donuz oğlu donuz...Olerobla Boleronun planları nədən ibarətdir, dünən hansı prezidenti yoxlamısız

- Çox təəsüf, amma sənin nə danışdığını başa düşmürəm, bütün soruşduqlarıvı bilsəydin, rəhmətdiyin oğlu, bu həngaməyə niyə düşürdüm axı. Gəl birlikdə bu pazzlı açaq...And içirəm ki, heç nə bilmirəm

İki saatdan çox Əhmədi vəhşicəsinə işgəncə edən, naməlum adamlar, Əhmədin hələ də sınmamasına heyrət edirdilər. Halbuki Əhməd doğrudan da heç nəyi bilmirdi. Ağız-burnu, dodaqları, köynəyi sərasər qana bulaşmış, al qırmızı idi. İndi onu hədələyirdilər ki, düzünü deməsə, ayaq dırnaqlarını bir-bir çıxaracaqlar. Əhməd isə artıq həyatında ikinci dəfə idi ki, belə halla qarşılaşırdı...Sinir sistemi belə vəziyyətlərdə tam gücü ilə işləmək əvəzinə, kənardan “sakitləş” siqnalları alırmış kimi, beynə zəncirvari şəkildə ağrı informasiyası göndərmirdi. Nə qədər dəlicəsinə görünsə də, Əhməd bundan həzz alırdı

- Sənin kimilərdən Olerobda nə qədərdir, hə donuz, cavab ver. Elə bilirsən biz insanlardan ağıllısız. Bir başıma bax- deyə həmin interroqant axır ki, özünü işığa tərəf verdi. Üzündə maska olduğundan sifətini görmək olmadı. Göstərdiyi başında isə disk formasında olan müxtəlif metal hissələrindən birləşdirilmiş bir siferblat vardı ki, xaotik şəkildə, yaşıl, mavi və ağ işıqlar əks etməyə başladı.- bununla sən mənim yaddaşıma toxuna bilməzsən.

- Yaddaşıva toxunmaq...sənin deyəsən doğrudan da başına hava gəlib...məni axı niyə həmişə kimiyləsə səhv salırlar...Səncə mən kiməm? Əminəm ki məni kimiyləsə səhv salmısan.

- Artıq səbrim tükəndi...Onsuz da əvvəl axır səni öldürəcəkdik...danışdın ya danışmadın. Stula möhkəmcəsinə iplə bağlanmış Əhmədə yaxınlaşıb cibindən pistoleti çıxartdı və Əhmədin alnına dirədi

“Boleroyla sağollaş, gicbəsər” demişdi ki, uzaqdan gələn atəş səsinə sinxron olaraq interroqantın başının dağıldığını gördü. Qan və parçalanmış beyin hissəcikləri bütün üstünə sıçradı. Mənzərinin dəhşətindən, Əhmədin mədəsi bulandı, və qaytarmağa başladı.

Atəş səsləri ölüm harayıyla müşayət olunan atəş səsləri isə səngimək bilmirdi. Dükanda gördüyü yaşıl qazvari işıqlı maddələr yenə ətrafı bürümüşdü. Halı özündə olmayan Əhməd olduqca qəribə yuniformalı bir neçə yaraqlı əsgərin əleyqazla ona tərəf qaçdığını gördü. Əhmədi ipdən ayırıb, qucaqlarına aldılar və qaranlıq məkanı tərk etdilər.

VIII FƏSİL

Həqiqətləri qəbul et!

Oturduqları nəhəng dairəvi formalı otaq, hər tərəfdən eyni rəngli gümüşü divar kağızı və ya xüsusi xromlu metalla əhatə olunmuşdu. Otaqda dəyirmi yaşıl masadan, iki stuldan və onlarda əyləşmiş iki nəfər kişidən başqa - əlbəttə ki biri Əhməd olmaq şərtilə- heç nə yox idi. Dolu sifətli, uşaq tək günahsız cizgili, nazik və kənarlardan burulmuş bığlı həmin kişi, orta əsrlərin Azərbaycanlı sərkərdələrinə bənzəyirdi. Bir az saqqal saxlayırdı, qonur gözləri və dağ ətəyi tək sınmamış düz formalı burnu var idi.

- Əvvalə gəl tanış olaq...Məni cənab “İqrik” deyə çağır

- Oldu

- Görürəm özünə ət göstərilən çoxdan bəri yemək yeməyən adamlar tək həqiqətə acımısan... ona görə irəli...başla suallarına

- Bilirsiz cənab “İqrik”...yeri gəlmişkən İqrik riyazi iqrik mənasında? Yəni bizim Y hərfi kimi yazılır

- Bəli

- Hə başa düşdüm...demək istəyirəm ki, bu qədər gördüklərimdən bu qədər eşitdiklərimdən sonra məni valeh edəcək heç nəyin qalmadığını düşünürəm...Hətta desəz ki, həqiqətdə İngiltərə kraliçasıyam ona da inanaram

- Mərcə girə bilərəm ki, sizi hələ də təəcübləndirə bilərəm

- Heç olmasa çalışın

- Birinci onnan başlayaq ki, siz hal-hazırda yadplanetlilərin gəmisində yerləşirsiniz.

- Nə - deyə yerindən atılan Əhmədin gözləri kəlləsinə çıxdı. Əhməd əyləşən kimi, cənab İqrik bir neçə saniyəlik güldü.

- Allah xatirinə, qorxmuyun, sizin üzərinizdə heç bir əməliyyat və ya viviseksiya aparan deyilik

İqrik sağ əlini şərq üslubunda tikilmiş qara pencəyinin sinə cibin atdı və istədiyin tapmaq üçün eşələndi. Əhməd qorxudan eşidiləcək şəkildə udqundu. Yəqin etdi ki, indi silah çıxaracaq. Amma cibdən çıxan televizor pultunu xatırladan bir vidcet idi. Vidcetin düymələrindən birini basdı və ani olaraq bütün divarlar hərəkətə gəldi. Əvvəl Əhməd elə bildi ki, burda da ikinci Haiti yaşanacaq. Diqqət yetirəndən sonra gördü ki, sadəcə olara gümüşü divar qatının üst və alt hissəsi bir birindən tədricən aralanır. Sonda üst örtük tam yoxa çıxdı və bulanıq mavi və yaşıl rəng fonlu şüşə qat peyda oldu.

- Bu ...bu akvariumdu belə?

- Hardasa elədir...amma yox... Hal hazırda biz Xəzər dənizinin 200 metr dərinliyində yerləşirik, ən dərin nöqtələrindən birində, İran sərhədlərinə yaxın yerdə. Bəli bəli...əgər heç bir balıq görmürsüzsə, sizə deyim ki, bu dərinlikdə belə hər nə cür desən sualtı mikro və makro orqanizm yaşayır və çoxalır. Fitoplanktondan tutmuş, Eksuviolla cordata tipli yosunlara kimi. Bəs sual yarana bilər ki, nə üçün suyun altında. Bir çox bədii və sənədli filmlərdə göstərilənlər elə həqiqətin azda olsa müəyyən spektrını canlandıra bilir. Onlar bizi qorumağa gəliblər...Onlar deyəndə yadplanetliləri nəzərdə tuturam. Bizim vəziyyət hündür dağdan özünü atmağa hazırlaşan melanxolikin vəziyyətinə bənzəyir...Onlar buna yol verməmək üçün əllərindən gələnləri edirlər. Suyun altında onlar dünyada pozulmuş olan ekoloji tarazlığı bərpa etməklə məşğuldular. Suyun çirklənməsi, havanın çirklənməsi, torpaqların deqredasiyası, qlobal istiləşmə, meşələrin azalması və ya deforestatsiya, içməli su qıtlığı, parnik effekti, azon qatının aşsüzən olması, biomüxtəlifliyin pozulması...İnsan həmişə bu problemlərə müxtəlif prizmalardan bir-birindən ayırı şəkildə yanaşır. Halbuki hamıya məlumdur ki, bütün bunlar bir-birinə zəncirvari bağlı olan faktorlardır. Birinin həll olması digərləri üçün də proqressivdir. Onlar suyun altında iqlim dəyişikliyi ilə mübarizə aparırlar, o iqlim dəyişikliyi ki, dediklərinə görə, 25 il 3 ay on beş günə yeri planetini orbitindən çıxmasına səbəb olacaq...Bu isə yəqin ki, bilirsiz nə deməkdir, bir neçə kilometr günəşdən uzaqlaşma buzlaşma, bir neçə kilometr yaxınlaşma isə təbiətin alova qərq olması deməkdir.

Bildiyiniz kimi, okeaniya dünyanın əsas ağ ciyərləridir, yəni ən çox oksiqen istehsalı dənizlərin və okeanların payına düşür. Bu dünyanın dəhşətli orbit sürüşməsindən qurtara biləcək yeganə elementdir...O altda 2...Oksiqen. Onlar öz planetlərindən götürdükləri xüsusi naməlum texnoloqiya və maddələri ilə necə sə bu “ağ ciyərlərin” fəaliyyətini stimullaşdırırlar yəni oksiqen istehsalını süni yolla üç qat artırmağa nail olublar. Bax ordakı yaşıl işıq saçan bitkiləri görürsən, suyun altında xaotik hərəkət edən...səhv eləmirəmsə həmin yosunvari bitkilərdən sənin dükanını qarət edəndə də görmüşdün

- Axı...mən elə bilirdim bu bir növ naməlum qazdır

- Xeyr...həqiqi sözümdür ki, yadplanetlilərin özləri ilə gətirdikləri dəniz yosunlarıdır, çox uzaq bir qalaktikada yerləşən Olerob planetindən...Olerob planetindən gələn uzaylılar bu yosunların və həmin, sözlə təsvir olunmayacaq maddələrin tətbiqi ilə oksiqen istehsalını artırdıqlarına ramən, kütləvi yağışların və daşqınların yaranmasına bais olacaq  faktorlara qarşı da balanslaşdırıcı texnoloqiyadan istifadə edirlər.

Monoloqun olduqca maraqlı olmasına ramən, bayaqdan beynində oynayan sualı danışığın gedişində unutmamaq məqsədilə İqrikin nitqinə müdaxilə etdi

- Bayaqdan soruşmaq istəyirəm...Axı bizi xilas etmək onların nəyinə lazım...Yəni bunda nə xeyr-mənfəətləri var?

- Məsələnin ən maraqlı və tükürpədici cəhəti də elə ondadır...Heç bir mənfəət yoxdur. Dedikləri kimi burada bir missiyanı yerinə yetirirlər. Şərlə mübarizə aparmaq və insanları xilas etmək. Sən demə insanlar arasına Allah tərəfindən göndərilmiş peyğəmbərlərin söylədikləri doğru imiş, onlar bütün peyğəmbərləri tanıyırlar və artıq Mütləq qüvvə sahibinə tabe olublar. Elə qədimlərdən kilsələrin dediyi düz çıxıbmış...Kainat nə qədər böyük olsa da, fiziki cəhətdən dünya mərkəz olmasa da, mənəvi və seçim cəhətdən kainatın ürəyidir. Onlar insana ən ideal varlıq kimi baxırlar və bizləri qorumaq üçün canlarını belə fəda edirlər...Qalaktik müharibələrdə şərlə mübarizədən qalib çıxan, Oleroblular, nəticədə bəzi şər tərəfin uzaylılarını yer planetinə kimi qova-qova gəlmişlər...Ona görədir ki, on beşinci əsrdə bir çox Alman şəhərlərində yaşayan sakinlər, günün günorta çağı  səmada bir birilə mübarizə aparan minlərlə gur işıqların və partlayışların nə olduğunu anlaya bilmirdilər...Bu dünyada məğlub edilən son şər uzaylıları idi. Onlar Həzrəti Məhəmməd, həzrəti İsa, həzrəti Musa və digərlərinin dediklərini təsdiq edirlər. İndi onların gündəmində olan əsas məsələ  zahirdən ideal görünsə də batində olduqca gizli və iyrənc kontekstə malik “qloballaşmanı” dayandırmaqdır.

Biz özümüz də bilmədən insan tarixinin ən böyük müharibəsində iştirak edirik, bunu istəyib istəməməyimizdən, bilib bilməməyimizdən asılı olmayaraq.  Birləşmir qüvvələr və massonlar arasında gedən müharibə...

Bir qədər öncə qeyd etdiyim kimi, onlar tərəddüd etmədən öz canlarını fəda edirlər...yadındadır dükanda səni xilas etmək üçün güllənin üstünə şığıyan müştərilər...bax onlar insan cildinə girmiş uzaylılar idi...Oleroblular.

Əhməd tam çaş-baş vəziyyətdə idi, əvvəlcə ekoloqiya sonra xeyr-şər sonra massonlar...axı bunların hamsının arasında nə kimi əlaqə ola bilərdi.

- Bir dəqiqə ağız saxla....bütün bu danışdığın şeylərin mənə nə ayidiyyatı var? Sən bundan danış.

- Ayidiyyatı ondadır ki, sən birləşmiş qüvvələrin əlində olan əsas silahsan. Bir qədər əvvəl vurğulamışdım ki, onlar biz insanları ən ideal yaratıq sayırlar. Dünyaya ilk səfərlərindən bəri insan beynin tam fəaliyyətini təmin etmək məqsədilə ağılsığmaz dərəcədə kütləvi əməliyyatlar aparmışlar...Bir ilə otuz beş min nəfərdən çox adamı qaçırıb, Olerob planetində tədqiqatlara məruz qoyurdular...Bir insan itkisi olmadan...İnana bilirsən...Müsbət nəticədə əldə edə bilmirdilər...Bununla belə bir sıra uğurlu nəticələri də arabir baş verirdi...Məsələn Nastradamus, Albert Eynşteyn, Nikolo Tesla- deyilənə görən həmin Tunqus meteoritini yaradan...bəli nə qədər qəribə görünsə də onlar da özləri bilmədən Olerob planetinə səfər ediblər. İndi başlayım sənə aid olan hissədən, lap əvvəldən...görürsən, bizim ofis əməkdaşının əslində cənab “İks” adı altında olan kordinatorun sənə imza törənində dedikləri doğru idi...amma sən diqqət yetirməmişdin. Demişdi ki, “bu sənin ikinci səfərin olacaq” Elədir ki var. Bu sənin ikinci səfərin idi.

Yorğunluğunu almaq üçün başını sağa və sola döndərib, yoğun boynunu iki dəfə xırçıldatdı.

- İngilis demiş “lets go to square one” yəni başlayaq lap əvvəldən.  Biz səninlə bir il bundan əvvəl birinci dəfə görüşməzdən əvvəl, bizim Bolero heyəti sənin həyatını və fəaliyyətini başdan ayağa təhlil etmişdi. Sənin iş stilin, düzgünlüyün, patriotluqdan savayı, insanpərvərliyin və dindarlığın bütün şərtlərin qarşını qoyulmuş bir quş idi. Olerob planetindən olan uzaylı qardaşlarımızda sənin fizioloji cəhətdən tam ideal bir seçim olduğunu dillərinə gətirmişdilər. Səninlə görüşəndən sonra, olanları sənə tədricən izzah etdim, razılaşdıq ki, sən könüllü şəkildə bizim planetdən 2 min işıq ili uzaqlıqda olan Oleroba yollanacaqsan belə ki, tədqiqatların yer planetində aparılması onların dediyinə görə bu atmosferdə qeyri mümkündür. Ona da razılaşdıq ki, sənin yaddaşın müvəqqəti olaraq pozulacaq ki, artıq qeyri adi əməliyyatlardan sonra, neyronların tam fəaliyyəti məqsədli əməliyyatlardan sonra sənin beyn fəaliyyətində pozuntulara bais olmasın. Lap kompyuterdə olduğu kimi, bildiyin qədəri, bilgisayara yeni əməliyyat sistemi yazdıqda vacibdir ki, köhnəsi format edəsən, əks halda sistem qaydasınca işləməyəcək.

Elə də etdik...Sonradan yəni artıq qayıtdıqdan sonra səndə süni yaddaş ardıcıllığı , uydurma bomj Malik şəxsiyyəti yaratdıq və səni heç zaman mövcud olmayan, bizim uydurduğumuz Ümumdünya İşsizlərinin Mübadiləsi adı ilə Bolero layihəsini imzalatdıq. Bolero əgər bilmirəm, artıq başa düşdün sə, Olerob-un əksidir...Biz bilərəkdən təşkilatın adını güzgü effekti ilə seçdik...Əslində Morris Ravelin eyni adlı operasına və ya ispan rəqsinə heç bir ayidiyyatı yoxdur.  Səni əsl yaddaşın qayıtmasına kimi təhlükəsizlikdə olasan deyə ABŞ-a göndərdik- amma hər şey gözlənildiyinin əksi kimi oldu. Məlumat sızıntısı baş vermişdi...Səni doğrudan da gecə saat onbirdən sonra bir televizor kimi keçirir, əsl yaddaşın geri gələndən sonra səninlə birgə ümumi planlarımız həyata keçirirdik. Əslində bizim iş otağı, sənin girdiyin hamamın arxasında yerləşirdi.

- Qoy Allah məni bağışlasın, amma bu yadplanetli yaramazlar başıma nə iş gətiriblər belə?

- Onlar sənin beyin hüceyrələrinin 98.4 %-ni fəaliyyətə gətirməyi başarıblar. İndi sənin 3 fövqəl-fiziki xüsusi qüvvən var...Bu keyfiyyətdən heç olmasa birinə sahib çıxmaq üçün massonlar bilirsən nələrə hazırdılar.

Birinci superqüvvə ondan ibarətdir ki, sən ikimin işıq ili məsafəsinə ramən bizim planetlər arasında ani portal əlaqələrin saxlanılmasında istifadə olunursan. Nə qədər qəribə olsa da, 2007-ci ildə BBC radiosunda gedən Science in action verlişin yekun illik verlişində, dünyanın ən güclü alimləri iştirak etdiyindən mən də ora sual göndərmişdim...Soruşmuşdum ki, işıqdan sürətli informasiya göndərmək mümkündürmü? Hamsı xeyr deyə cavab vermişdilər...Amma indi istərdim, bu “XEYR”i soxum gözlərinə...Sən bir növ kosmik şəbəkəsən- biz bunu ayronet adlandırırıq

İkincisi odur ki, sən istənilən adamın yaddaş ardıcıllığını köçürə bilərsən. Keçə həftə yadındadır “Haiti məhv olmayacaq” deyən prezidentin sözlərini internetdə axtarırdın. Bu doğrudan da Haiti prezidentin sözləri idi, o Haitili prezident ki, onun həqiq yaddaşını sinxron şəkildə bizə interpretasiya edirdin. Bu yolla biz siyasi, iqtisadi və mədəni simalar arasında həqiqi masonları aşkar edirik

Nəhayət ən axırıncı supeqüvvə - sənin silah kimi ən üstün keyfiyyətindir...birbaşa təsir qüvvəsin malik bir cəhət.  Sən uzaq məsafədən belə istənilən insanın yaddaş paketinə nüfuz edə, onu dəyişə bilərsən...Sözün düzü biz bu qüvvəni yalnız dünən aşkar etdik...Sənin yazıq Ben Adlerin başına gətirdiklərindən sonra. Sən onu istədiyin kimi proqramlaşdırmışdın. Bizim layihədə Ben Adler təsadüfi seçilmiş bir ad idi. Elə bir adam heç vaxt Azərbaycana işləmək məqsədilə gəlməmişdi. Amma sən bu adı yadda saxladığından, Amerikanın naməlum bir yerində sakit həyat yaşayan tələbə oğlanın beyninə təcavüz etdin, özün bilmədən belə.

- Bütün bunlar aydın oldu...bəs Tuncay...yazıq uşağın başına nə gətirmisiz.

- Sözün düzünü desəm, bu bizim alyansı ilk böyük səhvi oldu ki, aramıza massonların casusu daxil ola bildi. Onun əsl adı Qeorq Papadopulos idi, Kiprdə doğulub... Sənin yeni qüvvələrin haqqında müşahidələri təsdiq olunandan sonra səni qətlə yetirməyə göndərilmiş muzdlu qatil idi. Görürnür onu da təlqin yoluyla öz tərəfinə çəkə bildin ki, sənə qarşı qəsdini təxirə saldı. Bu qədər...Sonda onu da deyim ki, sənin ailən etibarlı əllərdədir.

- Hardadılar?

- Bafometin belə ağlına gəlməyəcəyi yerdi...-Qəza zolağında, toqquşmaların episentrında

- Bafomet kimdi elə

- Massonların şər qüvvə başçısı...onun kimliyi  haqqında artıq otuz ildir ki, davamlı axtarışlar aparırıq amma bir nəticə vermir. Son ümidimiz sənsən. İndi artıq həqiq yaddaşına tam sahib çıxandan sonra bizimlə fəaliyyətini davam etdirməyə razısan

- Razıyam...amma

- Amma nə?

- Amma iki şərtim var, birincisi odur ki, bir həftə istirahət istəyirəm, birdən birə bu qədər yenilikdən sonra adamda baş qalar?! Yatmaq,yaxşıca yatmaq lazımdır mənə...İkincisi də odur ki, məni Olerob planetinə yenidən göndərin...bu planetin və sakinlərinin necə göründüyünü gözlərimlə görmək istəyirəm

SON

“Fəinnə məəl usri yusra, innəməəl usri yusra” –  Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!), həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!) – Şərh surəsi 5-6, Qurani-Kərim tərc. Vasim Məmmədəliyev

E-poçt Çap PDF faylını al

TAMAMLA…- FƏRHAD MƏMMƏDOV (MİSTİK HEKAYƏ)

I FƏSİL

Yazının ilk səhifəsi
-  …gəlməy olar- deyə yarıaçıq qapıdan içəri boylanan Günel - 25 yaş, tələbə - xalası oğlu gənc yazıçı Asifi ziyarət etməyə gəlmişdi. Lakin heç bir cavab eşitmədi. Yəqin etdi ki, yenə də öz iş otağında mürgüləyir...Elə hey yeyir, içir, yatır...yaxşıdır heç olmasa bundan başqa yazmaqla da məşğuldur. Bu azdan çoxdan onun yaşayışını təmin edən vəzifə olmasaydı, batmışdı...Günel Asifi sonuncu dəfə nə vaxt çöldə gördüyünü əsla yada sala bilmirdi. Deyirlər ən güclü vitamin C elə günəş özüdür. Gün işığı...Yazığın ona görə belə tutqun görünüşü var...Hər zaman da böyrəklərindən şikayət edir. Yox gəl etmə də, bu qədər içəsən, böyrəyin ağrımasın.

 

 Hər iki əlində içi dolu bağlamalar olduğundan qapını sağ çiyini ilə açdı. Deyinə deyinə içəri girib bağlamaları dəhlizin küncündə yerləşən italdizayn dolabçanın üstünə qoydu...ayaqqabılarını çıxarmağa başladı. Elə içəri girən andan onun burnuna qəribə qoxu gəlirdi...Bu ona tam naməlum qoxu olsa belə, olduqca xoşagəlməz idi. Qonaq otağına keçəndə televizorun açıq olduğunu gördü, lakin səssiz rejimdə çalışırdı. Yenə ət-tökən yemək proqramlarından biri gedirdi. Divanın sağ qoluna söykənmiş balışın altından pultu tapıb televizoru keçirdi. Deyəsən elə yəqin etdiyi kimi idi. Asif yenə də iş otağında yatıb. İş otağının qapısı bağlı idi. Qapıya yaxınlaşanda həmən qoxunun kəskinləşdiyini hiss etdi. Dərhal maraqdan partlayırmış kimi qapını açıb. İçəri girdi...Gördüyü dəhşətli mənzərədən çox otaq daxilində preslənmiş dəhşətli qoxu onu birtəhər etdi...Ödü ağzına gəldi...Dərhal dizüstə yıxılıb qaytarmağa başladı. Özünə gələndən sonra, artıq qoxuya öyrəşibmiş kimi özündə qüvvə tapıb bayaq gördüklərinin doğru olub olmadığını yoxlamaq məqsədilə yenidən ayağa qalxdı...

-          Yox...Yooox....ola bilməz....ola bilməz....Asif...Asif...-deyə gözləri bağlandı və huşunu itirib yerə sərildi...Asif başını yazı masasının üstünə qoymuşdu...Lakin artıq buna baş demək olardısa. Başınını təpə hissəsindən çəhrayi rəngdə ətrafı qan laxtaları və beyin parçaları olan böyük dəlik açılmışdı. Masanın hər tərəfi və ətrafına və altına sərilmiş xalça qan içində idi... Qanı qara rəngə çalması mərhumun ən azı 24 saat bundan əvvəl ölməsindən xəbər verirdi. Masanın üstündə qan hər bir şeyi ehtiva etmişdi, oxuduğu Ayzek Əzimovun Robotlar və İmperiya romanı, Qubada yazıçı dostları ilə çəkdirdiyi kollektiv şəkillər, qələm, telefon...Elə bil qırmızı boya ilə dolu vedrəyə bomba qoyub partlatmışdılar...Qan hər şeyə toxunmuşdu, bircə şeydən başqa... Bu masanın ən küncündə olan sarı rəngli içində yarıya kimi yazı olan A-dörd listi idi.

 

***                   ***                   ***

Bir müddət keçəndən sonra özünə gələn Günel, kəskin baş ağrısından gicgahını ovuşdurmağa başladı. Özündə güc tapıb ayağa qalxdı və özünü artıq soyuqqanlı şəkildə aparmağa başladı. Hərəkətsiz Asifə yaxınlaşıb, şəhadət barmağını boynuna sıxdı, nəbz yox idi. Gözləri yenə dolsa belə, artıq səsini çıxarmadı, meyitin yaxınlığına göz gəzdirməyə başladı. Masanın o biri tərəfinə keçdi. Asifin  paçasının arasında qoşa güllə tüfəng söykənmişdi. Günel elə əvvəldən yəqin etmişdi ki, bu suiqəsd idi...Axı onun başqa heç kimlə intriqası yox idi. Masada Ayzak Əzimovun qana bulanmış kitabının səhifələrinin arasından üç-dörd santimetr çölə çıxmış kağız parçası görünürdü. Günel bəsirət gözü ilə orada nə isə önəmli şey olduğunu hiss edib, tez kitabı açıb həmən kağız parçasını oxudu. Bəli onun altıncı hissiyyatı onu aldatmadı. Bu ölüm qabağı məktub idi. İçinə vəsiyyət də daxil idi.

“Mən, Asif Əliyev, bu həyatda artıq qalmağın heç bir əhəmiyyəti olmadığını görüb özümə qəsd etməyə hazırlaşıram...Siz bunu oxuyanda mən artıq yəqin ki, ölmüş olacam...Çox qəribədir...bəlkə alimlərin ömrüboyu axtardığı zaman səyahətləri elə belə məktublardadır...Bu məktub mənim üçün gələcəkdir sizin üçün isə keçmiş...Nəisə, mənə heç kəs hədə qorxu gəlməyib, heç kəs incitməyib, heç kəsə də borcum yoxdur ki, məni öldürüb suiqəsd kimi göstərsinlər...Bu doğrudan da əsl müstəqil suiqəsdir. Evimin və bütün əmlakımın qardaşım Rafiq və mənə hər zaman qayğı ilə yanaşmış xalam qızı Günel arasında bölüşdürülməsini istəyirəm.”

Günel çoxdan etməli olduğu şeyi nəhayət yerinə yetirdi. Çantasından əl telefonunu çıxarıb Asifin atasına vəziyyəti danışdı...lakin olduqca soyuqqanlı şəkildə...Asifin artıq öldüyünü demədi, dedi ki, Asif ağır yaralanıb...tez tibbi yardım maşını və polis şöbəsindən müstəntiqi göndərsinlər. Telefon xəttinin o biri ucundan “müstəntiq” sözünü eşidən Cəmil dayı hiss etdi ki, Günel nəyisə tam demir... Lakin dərhal dəstəyi qoyub evdən çıxdı, maşınına minib polis şöbəsi istiqamətində sürdü, bir əlində sükan o biri əlində mobil telefon, ən azı saatda 120 km şütüyürdü. Mobil telefonla təcili tibbi yardıma zəng vurmuşdu.

Günel mobil telefonu qapayandan sonra gözü yenə də masanın küncündə duran üzərində nadir qan ləkələri olan, sarı vərəqə sataşdı. Vərəqəni qaldırıb oxumağa başladı... Vərəqədəki mətn elə Asifin öz xətti ilə yazılmışdı, diyircəkli qələmlə yazmışdı...Günel güman etdi ki, bu onun növbəti əsəri və ya hekayəsi idi...Lakin ağlına sığmırdı ki, niyə Asif bu mətnin önəmli olduğuna işarə etməyə çalışmışdı. Mətnin başlığı yox idi. Birbaşa yazılmışdı:

“İlk öncə ona iki gün bundan əvvəl yaxınlaşmaq istədim. Elə bil kimsə bilərəkdən onu dərsə buraxmamışdı. Bir gün əvvəl isə mənim bəlkə də bütün kurslar ərzində qızıl anım idi. Politologiya dərsi zamanı keçirilən parlament debatına yaxşı hazırlaşmışdım, qara kostyum, qalstuk, lakla arxaya daramış saç düzümü...bir sözlə efirdə idim. Nə qədər gülməli səslənsə də doğrudan da İtaliyan mafia başçılarına bənzəyirdim. Amma çox cəlb edici görünürdüm...Çıxışımı da yaxşı etdim, öz natiqlik bacarığımla və bir sıra tülkü yollarla (rəqibim Gülarə idi, ona qalib gəlmək üçün mütləq inkar tərəfini tutmalı idim...belə də etdim) qalib gəldim...Qrup qızlarının hamısının gözləri məndə idi, mən doğrudan da natiqlik bacarığı və görkəmimlə onları valeh etmişdim. Samir müəllim məni qalib elan etdi...Qızlar elə hey mənə simpatiya əlaməti olaraq gülümsəyirdilər. Amma neyləmək olar. Heyf. O, bu anı görmədi, çünki evdə xəstə idi. Halbuki bütün hazırlığımın məqsədi onun simpatiyasını qazanmaq idi...”

Ümumilikdə Günel başa düşə bilmədi ki, bu onun öz tərcümeyi halından idi yoxsa növbəti uydurma bir əhvalatı. Amma əsərin girişi romantik bir başlanğıc üçün pis deyildi. Əgər bu əsər idisə. Günelin diqqətini mətndən iki abzas aşağıda qırmızı rənglə əmr formasında yazılmış söz cəlb etdi...

TAMAMLA...” . Günelə bu çox maraqlı gəlmişdi, barmağı ilə yazını sürtməyə çalışanda yayılan qırmızı rəngin insan qanı olduğunu anladı...Bununla belə o artıq özünü ələ almışdı. Bir gün ərzində keçirilmiş bu qədər həyəcandan sonra belə xırda bir şey onun tarazlığını poza bilməzdi...Halbuki, bu soyuqqanlılıq onun düşüncələrini ehtiva etməmişdi...Bu sarı kağız parçasında elə bil mistik bir qüvvə var idi, özünü oxucuya bağlayırdı. “Əşi müstəntiqlərin yəqin ki, belə şey lazımı olmaz...Yəqin Asif bilirdi ki, onu birinci mən aşkar edəcəyəm, elə ona görə də əsərinin tamamlanmasını mənə həvalə edib” fikirləşib, kağız parçasını qadın çantalarında olan gizli cibə qoydu və çantanın ağzını bağladı. Bir neçə dəqiqə sonra içəri daxil olanların səslərini eşitdikdə isə, kağızı lap vaxtında gizlətdiyinə sevindi.

 

***                                  ***                               ***

-          Xanım, əsəbiləşmək lazım deyil, bu istintaq zamanı verilən şablon suallardır. Bu heç bir subyektiv xarakter daşımır. Birdə təkrarlayıram, sizinlə əminiz oğlu Asif Əliyev arasında yaxınlıq əlaqəsi var idi. Əmioğlu-əmiqızı münasibətlərindən başqa.

-          Əclaf...-deyə dərhal stuldan qalxıb bir az özünü qabağı verdi, ağız boşluğunda nə qədər su vardısa hamsını müstəntiqin üzünə tüfürdü. Müstəntiq əvvəl ayağa qalxıb ona yaxşıca şapalağ endirmək istəsə də, özünü saxlayıb tülkü lələ tək sifət cizgilərini metamarfoz şəkildə dəyişdi. Üzünü cib dəsmalıyla deyinərək sildi.

-          Görürəm belə suallarla sizdən heç bir şey ala bilməyəcəyəm. Yaxşı...əyləşin söz verirəm ki, bir daha bu suala qayıtmaycağam...Onun əhatə dairəsi haqqında mənə danışın, bu yaxınlarda kimlərlə dostluq edirdi, kimlərlə məclislərdə olurdu, dostları, düşmənləri, bu yöndəmdə bildiyiniz heç bir şeyi gizli saxlamayın. Suiqəsd və ya qurama suiqəsd, yekun nəticədə Sizin izahlarınızdan asılıdır...Ekspertizada heç bir kənar müdaxilə aşkar etməyiblər...Bircə boynunda sizin barmaq iziniz var ki, bu da aydındır ki, siz onun nəbzini yoxlamısız...Məsələnin suiqəsd tərəfi bizə aydındır...Amma mən hesab edirəm ki, Asifin bunu psixoloji müdaxilə və ya təzyiq altında həyata keçirməsi də mümkündür...Misalçın, xahiş edirəm mərhuma aid etməyin, ümumiyyətlə danışıram, misalçın, başqasının xanımı ilə gəzir, və bundan xəbəri olan bir əclaf onu şantaj edir və ya kimsə onu alçaq vəziyyətə salır və o artıq cəmiyyət arasına çıxmağa özündə güc tapa bilmir və... - müstəntiq sonluğun daha effektiv olması üçün çıtma vurdu.- ...deyirsiz, artıq iki il olar ki, evə girib çölə çıxmır...- Günel nitqin sonunu gözləməyib müstəntiq Talıbovun çıxışına müdaxilə etdi.

-          Əmimoğlu Asif, məndən on beş yaş böyük idi, mən ona çox vaxt Asif müəllim deyə müraciət edərdim, çünki mən ona həyatımın yarıdan çoxunu borcluyam, o, mənim həyat müəllimim olub, mənim dünya görüşümlə o məşğul olub, o mənə ədəbiyyat, estetika, fəlsəfə, və ingilis dilindən dərs deyirdi...Sən isə...sən....işiniz elə ondan ibarətdi ki, təki nədənsə pul qopardasız, cinayət işində suiqəsd sizə heç vaxt sərf eləmir axı orda “bal” yoxdur, qatil də mərhum da eyni şəxsdir, o, artıq özü-özünə hökm oxuyub...bilirsiz indi Bakının küçələrində yolda birini maşın vuranda, niyə heç kim kömək eləmir...- Talıbov başını bulayıb, kreslosuna söykəndi və gözlərini bilərəkdən kabinetin sağ küncündə yerləşən süni palma ağacına  zillədi, saymazyana fısıltı səsləri çıxarmağa başladı. Günel buna ramən davam etdi- Lap yaxşı bilirsiz niyə, Sizin kimi gözüdoymazlara görə, çünki, hansı yazığ ki, gedir can üstündə olana əl tutur onu xəstəxanaya aparır, siz yaralını vuran maşının sürücüsündən çox həmin yazıqdan yapışırsız, zəlil yapışan kimi,...o ikinci dəfə qələt eliyib başını daşa salar amma birdə yolda vurulana əl tutmaz...Bax ona görə də yoldakı qəzalarda yanında yaxın adamı olmayan doxsan doqqus faiz ölümə düçardır...Bayaq verdiyin sualı isə gedib öz bacına verərsən, əclaf...- Talıbovun başına sanki qaynar su tökdülər. Rahat oturduğu kreslodan, heç özü də bilmədi necə belə tez qalxa bildi.

-          Dur, itil-cəhənnəm ol,- buların üzünə güləndə adamın başına çıxırlar.- Müstəntiq axırıncı imkanın da əlindən çıxdığına heyfsləndi, bəli, Günel bu tələyə düşmədi...öz sözünü deyə bildi.

Polis şöbəsini tərk edib, əvvəl yaxınlıqda olan mini marketlərdən birinə daxil oldu. Güneldə mikrobafobiya var idi, ictimayi yerlərdə olarkən hər zaman tərkibində spirt olan nəmləndirici salfetlərdən istifadə etməyə adət etmişdi...İki paket alıb, çantasına atdı, Nərimanov metro keçidinə tərəf istiqamət götürdü.

 

***                                              ***                                           ***

 

Nərimanov metrosu həmişəki kimi əksər iş yerlərində iş vaxtı qurtardığından camaatla dolu idi, fərqi yox hansı istiqamətə İçəri şəhər və ya Həzi Aslanov. Günel metronun İçəri şəhər istiqamətində olan dayanacağa yaxınlaşdı. Ayaqlarının ağzı olsa idi bəlkə də qışqırardı...Elə bərk ağrıyırdı ki... O qədər dərin fikrə getmişdi ki, metro əməkdaşının yalnız üçüncü dəfə “Ay, xanım” deyə müraciətindən sonra özünə qayıtdı. Kiminsə, qolundan dartıb kobudcasına arxaya  itələdiyini hiss etdi, çevriləndə gördü ki, həmən dolu, ortayaşlı, mundirdə olan metro bələdçisi idi.

-          Qızım karsan...? Yoxsa fikrindən ölməy keçir nədir,...bu camaatın başı yavaş-yavaş xarab olur eh....Sən mənim balalarımı ac qoymağ istəyirsən..

Günel heç bir şey başa düşə bilmirdi...Onu xanım dartan an artıq metro dayanacağa çatmışdı...İndi isə artıq qapılar bağlandı. Bələdçi öz qırmızı işarə çubuğunu qaldırdıqdan sonra metro yola düşdü...Qadın isə yenidən danışmağa başladı. Belə mənzərə o qədər başqa sərnişinlərə əyləncəli gəldi ki, hətta metro çatdıqda belə, içəri minməyib, bu pulsuz tamaşanın sonluğunu görmək arzusuna düşdülər. Günel isə başa düşə bilmirdi ki, bu “gombul” divin onu itələməsini ramən hələ onu günahkar da sayırdı...

-          Xanım, siz artıq həddi aşırsız...Məni itələməyiniz bəs deyil, hələ ağzınızdan çıxanı da deyirsiz? Nə istəyirsiz mənnən?

-          Yox, ay camaat siz özünüz görürsüz də, adama yaxşılıq yoxdur da, burda nə deyəsən- deyə təlxəy tək üzünü “dovşan” tamaşaçılara tutub fantamimik şəkildə müraciət etdi. Yaşlı lakin roker stilində geyinmiş bir gülərüz kişi dialoqa müdaxilə etdi

-          Xanım, bələdçi olmasa idi başınızı itirəcəydiz...Sözün əsl mənasında – deyib yaşına uyğun olmayan şəkildə hırıldadı. – Metroçu, eh xanım sizin vəzifə, voobşe necə adlanır, hmm....bələdçi, niyə görəsən əvvəl ağlıma gəlmirdi, nə isə...bələdçi xanım sizi dartmasaydı, metronun güzgüsü başınızı dağıdacaqdı,...çox qabaqda durmuşduz

-          Hmm...Heç bilmirəm nə dəyim...sağ olun xanım, minnətdaram.

Sözlərini təzə qurtarmışdı ki, artıq növbəti qatarın gəldiyini gördü...Bələdçi isə heç bir şey deməyib, başını buladı və əvvəlki yerinə, mikrofon olan sütuna qayıtdı. Pulsuz tamaşaçılar isə, aldığı bahalı kompyuter geydirmə çıxanlar kimi, narazı şəkildə üzlərini çevirdilər...Yəqin saçyoldu və ya bu tip söyüşmə görmək arzusunda idilər. Qapılar açılan kimi, çətinliklə də olsa (vaqonlar ağzına kimi dolu idi) özünü içəri saldı və basabas olan anlarda adi hal olan, sərnişinlərin seyrək olduğu anlarda isə olduqca gülməli görünə biləcək pozalardan birini tutdu, qozbel şəkli aldı ki, başının yuxarısından uzanan və dəmir dəstəkdən yapışan kişinin qolu başına toxunmasın. Günelə qatar dayanacağa çatanda bir şey təəccüblü gəldi ki,  Roker stilində geyinmiş kişi belə tez müddətdə hara yoxa çıxmışdı...Yüz faiz əmin idi ki, yaşına görə uyğunsuz geyinmiş o kişini hardasa görüb...Özü də bir dəfə yox.

 

II FƏSİL

Kamil İldırımın baş tutmayan gizli görüşü

 

Onun qapını döymədən öz evinə girməsi adi bir hal almışdı...Evin açarı qapını hər iki tərəfdən açıb-bağlıya bilirdi. Bu səbəbdən Kamilin evə nə vaxt gəldiyini heç kim bilə bilmirdi. Qonaq otağına girib görürdülər ki, oturub divanda, televizorun qarşısında İngiltərə premyer-liqasına baxır. Bəzən elə də olurdu ki, APİ-nin üçüncü kurs tələbəsi, qızı – Fatimə dəhlizdən keçən zaman qapının gözlənilmədən açılmasından diksinirdi...Ümumiyyətlə ailə üzvlərindən nə qızı, nə əsgərlikdə olan oğlu Rasim, nə də övrəti Nazlı xanım onun haqqında o qədər də çox şey bilmirdilər. Onların suallarına lakonik cavablar verməklə canını qurtaran 59 yaşlı yazıçı Kamil, bütün fikirlərini Hitler kimi süfrə arxasında belə öz beynində təhlil edirdi. Bəlkə onun belə tez dünya şöhrəti qazanmasının səbəbi də elə o idi. Ailə üzvləri heç zaman onun belə az danışmasında gileylənməzdilər belə...Axı atalarının məşhurluğu bunu konpensasiya edirdi. Fatimə kursların heç birini öz başıyla oxumasa belə pedaqoqları “Qızım Fatimə, sən Azərbaycanın ədəbiyyat nominasiyasında ilk Nobel mükafatı almış dahi yazıçısının qızısan, biz sənə dörd yazsaq bilirsən bizi neylərlər...İmtahanlarda heç olmasa nəyisə  yaz, axır tələbə yoldaşların görsünlər ki, sən qiyməti özün alırsan” deyə onu xəfifcə məzəmmət edərdilər. Xanımı isə hansı gözəllik salonuna və butik tipli mağazalara girirdi, elə olmurdu ki, həyat yoldaşının yazdığı “Mavi dərya” romanının heç olmasa bir oxucusu tapılmasın...Bu onun məhsul və xidmət istehlakını məkanından asılı olmayaraq güzəştli edirdi. Onun ailə üzvlərini necə tanıyırlar sualına qaldıqda isə, İldırım ailəsi haqqında tele proqramlar, müsahibələr və tanıtıcı verlişlər televiziya kanallarından düşmək bilmirdi. İlk milyonuna sahib olduqdan sonra Abş-ın Perseus Books nəşriyyat şirkəti ilə beş illik müqavilə imzaladı ki, bütün əsərlərinin eksklyuziv hüquqlarına sahib olan şirkət Kamil tərəfindən yazılmış hər sözə (əlbəttə ki əsər daxilində) 100 abş dolları verməyi öhdəsinə götürürdü, hələ kitabın uğurlu tədavülündən sonrakı ekstra bonuslar bir yana.

Kamil bilirdi ki, hər bir yazıçının, hər bir şairin istənilən əsərindən xırda da olsa səhvlər və uyğunsuzluqlar var...Kamil bu cəhətdən ideal əsər axtarışında idi. Hətta ona nobel mükafatı qazandırmış Mavi Dərya əsərində belə tənqidçilər bir çox uyğunsuzluqlar tapmışdılar. Əlbəttə ki, bütün bunlar bir yana, Nobel mükafatından sonra onun çiyinlərinə ağır məsuliyyət düşürdü...Belə ki, o artıq milyonlarla oxucuya təsir etmək qüvvəsinin sahibi idi...Öz mövzularını və mətnaltı ismarıclarını diqqətlə seçməli idi.

Şənbə günü olduğundan ən çox sevdiyi Liverpul komandası öz meydanında Çelsi ilə oynamalı idi, bütün görüşlərini təxirə salıb evdə həmin canlı matçın başlanmasını gözləyirdi. Yanında duran dizüstü masanın üstündə bir ağzına kimi pivə ilə dolu fujer və bir kasa semeçka durudu. Oyunun başlamasına beş dəqiqə qalmasına ramən artıq stadionda ehtiyat oyunçuların isinmə hərəkətləri etdiyini görmək olurdu.

-          Papa, axran bunu verdi...dedi ki darvazanın ağzından tapıb- Kamil başını çevirib

-          Nədir elə,...

-          Deyəsən məktubdur, üstündə sənin adın yazılıb

Kamil laqeyd şəkildə sarı konverti qızından alıb “Sağ ol” dedi, və dizüstü masanın üstünə atdı. Futbol matçı onun üçün hər şeydən əziz idi. Oyun zamanı isə Kamilin keyfi lap pozulmuşdu, Liverpul birinci hissə ərzində artıq qapısında ikinci qolu görürdü... Cerardın zədəli olması öz sözünü demişdi. Komandalar birinci taymın fasiləsinə yollandılar... Ekranda reklamlar peyda olan kimi, pultun “Mute” – yəni səssiz rejim düyməsinə basıb, gözlərini həmən məktuba zillədi. Sinə cibindən eynəyini çıxarıb taxdı, məktubu əlinə alıb yaxında üstündəki yazını oxumağa başladı...Konvertdə yalnız  “Kamil İldırıma” adi diyircəkli qələmlə yazılmış sözləri dururdu. Konverti bir qədər də yaxınlaşdırıb ətrafını iynədi... Yalnız nəmişlik və qurumuş çernil qoxusu hiss edilirdi. Konvertin başını nazik zolaqla, səbirsizcəsinə cırıb, məktubu içində çıxardı.

 

      ANONİM

 

Hörmətsiz Kamil bəy, mən Sizin haqqınızda hər şeyi bilirəm...Bu yaxınlarda bütün dünya oxucuları sizin əsl alçaq simanızı tanıyacaq. Mənimlə sabah dağüstü parkda axşam səkkiz tamamda funklyorun yuxarı stansiyasında görüşməsəz sizin alçaq işləriniz haqqında bildiklərim bütün məlumatları ATV və ya digər qalmaqal axtarışında olan kanallara satacağam...

Xa-xa-xa... Deyəsən artıq həyəcanlanmısız...Söhbətin nədən getdiyini bilmək üçün iki söz arasında əlaqəni tapmaq lazımdır...Bu iki sözü isə tapmaq üçün yumşaq yerinizi divandan bir neçə saatlıq ayırmalı olacaqsız. Diqqətli olun.

 Birinci söz: Viktor Hüqonun tarixlə bağlı, birdə təkrarlayıram, tarixlə bağlı əsərinin adını rəqəmlərə çevirdikdən sonra , ikinci və üçüncü rəqəmin yerlərini dəyişin

İkinci söz – Həftə içi qəzetinin dünənki buraxılışı, üçüncü səhifə, ikinci sütün, beşinci sətir, altıncı söz.

 

Sabah dediyim yerdə olmasan özündən küs.

 

ANONİM

 

Kamil heç ömründə bu qədər narahat olmamışdı. Məktubu şalvar cibinə qoyub, televizoru söndürdü. Belə vəziyyətdə futbol onun nəyinə gərəkdi...Axı onun ən böyük sirri heç kimə məlum ola bilməzdi...Bu anonim gədə nəyi nəzərdə tutur görəsən. Bunu aydınlaşdırmaq üçün ona həmən açar sözləri tapmaq gərəkirdi. Birinci sözü tapmaq üçün ya Viktor Hüqonun yaradıcılığı ilə yaxından tanış olan bir şəxsi görmək və ya şənbə günü belə fəaliyyət göstərən kitab evlərini gəzmək lazım idi. Artıq altıya qalmışdı, Bayılda yaşadığından, on dəqiqəyə Tarqovuda olmaq o qədər də çətin olmayacaqdı. Akadembuk bağlı olmasaydı ilk öncə ora gedərdi, belə ki, əmin idi ki istədiyi şey harda da olmasa akadembukda mütləq olacaq. Şənbə olduğundan ilk öncə kitab pasajına yollamağı məqsədəuyğun bildi. Sürdüyü qara İnfinitini Sabir bağının yaxınlığında saxlayıb düşdü fəvvarələrin canına. İlk öncə gözünə Əli və Nino kitab evi dəydi. İçəri girəndə dünya ədəbiyyatından istənilən müəllifin kitablarını tapmaq olardı...Hamsı yeni nəşrlər idi. Görünür satıcı qızın yerli müəlliflərlə arası yox idi...Bəlkə heç ümumiyyətlə kitab oxumurdu. Bunu Kamil qızın onun tanımamasından başa düşdü. Əslində ona belə vəziyyət sərfəli idi.

-          Xanım qız, sizdə Viktor Hüqonun hansı əsərləri var?

-          Əksər əsərləri var, amma hamsı rus və ingilis dilində tərcüməylədir.

-          Problem yoxdur, Siz mənə siyahını göstərə bilərsiz.

-          Sizə konkret hansı kitabı lazımdı?

-          Elə iş də orasındadır ki, dəqiq bilmirəm...Yaxşısı mənə deyin onun tarixlə bağlı hansı kitabları var?

-          Məncə onun əksər əsərləri elə tarixlə bağlıdır, bu saat...gözləyin siyahını gətirim.

Bir neçə dəqiqədən sonra

-          Budur siyahı... “İsland Han" ilk romanı "Yeni mədhiyyələr" şerlər toplusu “Kromvel" dramı  I ci və II cildlərdə, "Mədhiyyə və balladalar","Şərq poemaları” ,"Marion de Lorm" dram əsəri, "Ernani" dramı  üçüncü və dördüncü cildlərdə, "Gənc Fransa" inqilabın himni olacaq mədhiyyə,"Noterdamlı qozbel" romanı "Kral əylənir" dram əsəri beşinci cilddə, "Edam məhkumun son günü" ,"Klod He", "İşıq və kölgə" şerlər toplusu "Bir cinayətin tarixi" "Cəzalar" ,"Düşüncələr" poetik avtobioqrafiyası altıncı və yeddinci cildlərdə, "Əsrlərin əfsanəsi" tarixi poeması səkkizinci cildə, "Səfillər" özü isə beş cilddə , ümumilikdə elədi 14 cild...

-          Yox bu adlar mənə heç nə demədi. Təşəkkür edirəm- deyə dükandan çıxacaqdı ki, birdən satıcı qız

-          Məllim, onun daha bir cildi olmalıdı, amma hələ sifariş verməmişik...çünki hələ az tirajla çıxır

-          Ordakı əsərləri təxminən bilirsiz?

-          Təəsüf ki yox...İnternetdə axtarsaz yəqin taparsız

-          Birdə sağol – deyə kitab evini tərk edib fəvvarələrlə aşağı, kitab pasajına doğru istiqamət tutdu.

Pasajda ilk öncə piştaxtanın üstündə olan işlənmiş kitablara göz gəzdirdi, istədiyini tapmayıb satıcıya dilləndi.

-          Viktor Hüqonun kitabları var?

-          Viktor Hüqo...hmm...Səfilləri axtarırsız...

-          Xeyr...başqa əsərlərini

-          Onda Oleqin dükanına girin, bax bizim arxamızda binanın içində o dükanı görürsən, gir ora, onda məncə olmalıdı Hüqonun əsərləri

 

Kamil kişiyə təşəkkürünü bildirib, deyilən yerə daxil oldu, ömründə bu qədər səliqəsiz, tör-töküntü kitab mağazası görməmişdi,...kitabların solmuş rəngindən və nəm qoxudan bilməy olurdu ki, burdakı kitablardan ən cavanının iyirmi beş otuz yaşı var. İçəridə bir arıq, (yaşı altmış olar) rus mənşəli kişi əyilib yerdəki kitab qalağı arasından özünə lazım olan kitabları seçib sütun şəklində şaquli düzürdü. İçəri daxil olan müştərini görüb dombalmış vəziyyətini dəyişmədən soruşdu.

-          Şto nada ?

-          Viktor Hüqonun kitabı lazımdı

-          Opyat eti “Səfillər”...unas uje zakonçilsya, i “Çelovek kotorıy smeyotsya” toje net

-          Bəs hansı kitabı var

-          Burda biri var, amma bilmirəm dəqiq, ya dumayu, nəsə istoriçeskidi, qoy baxım – müştərinin israrla azərbaycan dilində danışdığını görüb, məcbur oldu o da bildiyini bu  dildə desin

-          A vot ana... “Devenosta tretiy qod”

-          A kakoy qod imenno? Kakoy devenosta tretiy

-          Şyas baxarıq...-bir neçə dəqiqədən sonra- a...eto a Fransuzkoy revalyutsii – yenə də azərbaycanca – Min yettiyüs doqsan uç.

-          Min yeddi yüz doxsan üçüncü il

-          Da toçna...U menya Azerbaycanskiy prosto ulyet...

-          Alıram – deyə kitabın pulunu ödəyib tez yaxınlıqdakı qazet köşkünə doğru qaçdı. Artıq birinci söz məlum idi 1793. İkinci rəqəmlə üçüncü rəqəmin yernini dəyişdikdə alınır min doqquz yüz yetmiş üçüncü il...Hələ bu söz ona heç nə demirdi...Bu onun gənclik dövrü olub...O qədər şey baş verə bilərdi ki...

 

***                               ***                               ***

Stres və əsəb gərginlikləri zamanı sərin kaqor şərabı içməyə vərdiş etmişdi. İki qurtum “qırmızı qandan” alıb yarımçıq qədəhi dizüstü masaya qoydu. Yenə də öz sevimli divanında əyləşmişdi. Dərin bir ah çəkib, belini söykədi divana. Artıq özünü rahat hiss edirdi. Belə ki, Kamilə məlum oldu ki, həmin anonim şəxsin belə yalnız özünə məlum olan şey haqqında xəbəri yoxdur. Bu tapmacalar axı nəyə lazım idi?! Kamil belə analiz etmişdi ki, həmin anonim şəxsin əlində bir o qədər də çox və yetərli məlumat olmadığından vaxtı uzadıb tapmacalardan istifadə edirdi. Əks halda dərhal həmən gün Kamillə görüş təyin edərdi. Tapmacaya qaldıqda isə, belə məlum oldu ki, birinci söz 1973 ikinci isə Dilarə. Kamil hələ maşında ikən bir əlində qəzet bir əlində qələm, ikinci açar sözü tapanda, söhbətin nədən getdiyini başa düşdü. Özündən on yaş böyük Dilarə adlı bir xanımla eşq macərası yaşamışdı. Artıq bütün oxucularına tərcümeyi halından məlum idi ki, Kamil İldırım, uşaq evində böyüyüb. Valideynlərinin kimliyi haqqında məlumat yoxdur. Məhz buna görə onun bəzi ədəbi düşmənləri, onun erməni soyundan da ola bilməsi ehtimalını irəli sürürdülər. 1973-cü ildə Kamilin 23 yaşı vardı, artıq iki il idi ki, yetimxananı tərk etmişdi, qaranlıq həyatına qədəm qoymuşdu,...həyatının bu hissəsi isə yalnız nadir adamlara məlum idi ki, onların yarısı artıq dünyasını dəyişmiş, qalan hissəsi də barmaqlıqlar arxasında ömürlük cəzasını çəkirdi, onlar isə çətin ki, Kamil İldırımın, həmən, çağırdıqları “Oğru pişik” ləqəbli balacaboy Kamil olduğuna inanaydılar... Dilarə də onun kimi oğru həyatı yaşayırdı. Artıq bir neçə xırda məhkumluğu belə var idi. Həmən sözü gedən 1973-cü ildə Kamil olmasaydı, Dilarə çoxdan bu dünyada olmazdı,...belə ki, Dilarə axmaqlığı ucbatından, əvvəllər oğru olmuş lakin korrupsiya yolları ilə mikro hakimiyyətə yəni icra hakimiyyətində şöbə müdiri olmuş və öz tülkülük məharətinə görə barmaqlılarda “Yəhudi Nazim”-in cibinə girmişdi...Bu həqiqətən də böyük axmaqlıq idi,...axı Nazim ondan daha təcrübəli idi...Nazim qızı ifşa etsə də, onu milisə vermir, oğruların yazılmamış kodeksinə görə polis-milis və s. orqanlarla əməkdaşlıq etmək alçaqlığa bərabər olardı. Bu səbəbdən, Dilarəni  oğru qanunları çərçivəsində cəzalandırmağı qərara aldı. İkindi namazının girdiyi vaxt, onu Balaxanı zibilliyi tərəfə, lazımsız şahidlərdən uzaq yerə aparıb, əvvəlcə yaxşıca çırpırdı. Xeyr...onun ağlından zorlama kimi alçaq fikirlər keçmirdi,...o sözün əsl mənasında qanuni oğru idi, və oğruların kodeksini özünə yapon samurayları kimi həyat yolu seçmişdi. İş elə gətirmişdi ki, milisdən canını güc bəlayla qurtarmış Kamil, naviqasiyanı itirdiyindən mərkəzi yola çıxmaq əvəzinə, böyük zibilxanaya çatmışdı...Öz dost-aşnalarından tez-tez eşidərdi ki, zibillikdə nə istəsən tapmaq olar, milis təhdidində zibilə atılan  yarımçıq narkotikdən tutmuş, işləyən televizor lampoçkalarına kimi. Nə qədər ona inanılmaz görünsə də, balaca Tofiq olmayan anasının canına and içirdi ki, cibində gəzdirdiyi tete pistoletini belə zibilliklərdən tapıb...Kamil əlinə fürsət düşmüşkən göz gəzdirməyin heç bir ziyanı olmadığını hesab edib, uzaqdan rəngarəng təpələr şəklində görünən zibilliyə tərəf ayaq aldı. Təsadüfən orta yaşlı dolu bir kişinin bir cavan qadını ayaqları altına alıb, heyvancasına təpikləyərək “Ay cındır, sən heç bilirsən mən kiməm” tez tez təkrarlayırdı. Həmin qadın isə görünür çox ağrılı zərbələr aldığından, fasiləli sakit səsi ilə, “Qurban olum, qutar...qələt elədim...vurma” deyə yalvarırdı.  Elə cibindən tapancanı çıxarmaq istəyirdi ki, gözünün altında qaraltı hiss etdi, başı gicəlləndi, qulağına  yaxınlıqda mina işə düşmüş kimi vıyıltı səs gəldi, əlini təpəsinə aparıb yenidən gözləri önünə gətirəndə isə qanı görüb huşunu itirdi və yerə sərildi. Bu kölgə tək gözə dəymədən Nazimin arxasına keçmiş və ona arxadan Göygöl şərab butılkası ilə təpəsinə zərbə edirmiş  Kamil tərəfindən atılmış doğru addım idi...Belə ki, qanuni oğru Nazim oyananda belə, kimin zərbə endirdiyini görmədiyindən, vendetta fikrinə düşməyəcəkdi.

Kamillə Dilarə ilk dəfə belə qeyri-ideal yerdə tanış olmuşdular – adi tanışlıqlardan fərli olaraq  aqressiya, iyrənc qoxu və zorakılıq fonunda. Sonralar onlar bir-birlərinə o qədər yaxın olmuşlar ki, oğruluq “kampaniyalarını” duet şəklində həyata keçirirdilər...Kamil yerli Baki mafiasının qara siyahısına düşdüyündən,( Tank Namiqin qızına sataşmışdı) Dilarəyə də xəbər vermədən vətəni tərk etmiş və Ukraynaya qaçmışdı...Onun sivil həyata və ictimai fəaliyyətə qədəm qoyması həmin dönüş nöqtəsindən asılı idi.

 

***                                 ***                               ***

Növbəti gün təyin olunmuş vaxtda nə qədər qəribə görünsə də, Kamil Funklyorda deyil, həminki divanında oturmuş və heç bir şey olmamış kimi digər canlı futbol matçını seyr edirdi...O bilirdi ki, anonim yaramazın dediklərinin təsdiqi üçün Dilarə heç vaxt kiməsə olanlar barədə bir kəlmə də ağzından qaçırmaz. Ən çox isə ona sevinirdi ki, onun ən böyük sirrini özündən başqa bilən yox idi.

Kamil tülkücəsinə gülümsədi...

 

***                                 ***                               ***

Futbolçular yenidən fasiləyə ayrılanda, Kamil yenidən bir daha olanları analiz etməyi qərara aldı. Artıq təyin olunmuş görüş vaxtından yarım saat keçirdi. Birdən Kamilin ağlına gələn fərziyyə özünə o qədər inandırıcı gəldi ki, özünü məzəmmət edərcəsinə iş otağına qaçdı və masanın sol gözündən həmin konverti və məktubu çıxartdı. “Hardasa, lupam olmalıydı...Hmm...Görəsən axırıncı dəfə səni hara qoymuşam” Nə qədər də qəribə görünsə otaq tör-töküntü, kitab yığını, köhnə masaüstü personal kompyüter, artıq istifadə olunmadığı üçün yerdə olan digər iki kompyuter-kompleks şəkildə- siçan, klaviatura, ekran, printer...elə bil onun bu otağı pentium şirkətinin inkişaf mərhələlərini sərgiləyirdi. Birinci kompyuterin sistem blokunun sütunvari deyil, eninə uzanan “ploskiy” deyə adlandırılan modeldən olmasından onun pentium bir seriyasına aid olduğunu ehtimal etmək olardı. Bundan əlavə hara baxırdı A4 və A3 formatda yazı qalaqları, otağın ətrafına sərasər xaotik şəkildə düzülmüşdü. Ailə üzvlərini heç vaxt otağa icazəsiz buraxmadığından otağa təmizlik barədə azı beş il idi ki, qadın əli dəymirdi.Özü isə nadir hallarda otağın təmizliyi ilə məşğul olduğundan, hara baxırdın qalın toz qatının altında qalmışdı. Otaq bir cəhətdən ideal idi ki, Kamil bu otağa adamın ağlına nə gəlirdisə, Çin istehsalatı kimi, iynədən tutmuş silaha kimi əksər lazımı şeyləri yerləşdirmişdi...Otağın təsvirini apardığımız bütün müddətdə Kamil ayaq üstə eyni vəziyyətdə durub fikirləşirdi. Yəqin etdi ki, axırıncı dəfə ümumi enkslopediyanın 2 ci cildinə baxanda – molyuskalar haqqında məlumat axtarırdı- şriftlər həddindən artıq kiçik olduğundan ondan istifadə etmişdi. Bu isə olardı hardasa 3 il bundan əvvəl...Tez qaçıb otağın ön divarı boyunca beş metrə uzanan kitab rəfinin ən axırıncı pilləsində yanakı deyil, rəfə çətinliklə yerləşdiyindən uzanmış şəkildə olan ensiklopedianın ən üstə olanına əl atdı. Aşağı götürəndə gördü ki, birinci cilddi, növbəti  isə elə ikinci cild idi. Kitabın ağzının tam bağlanmamasından Kamil əmin oldu ki, lupanı elə axtardığı M hərfinin bölmələrindən birində, çox güman ki, molyuskalar olan hissədə qoyub. Elə də oldu, lupanı çıxarıb əynindəki köynəyi ilə lupanın tozunu təmizlədi. Masa arxasına keçib konvertin və məktubun tədqiqatına başladı...Nə qədər əlləşsədə heç bir iz tapmadı. Hirsindən lupanı laqeydcəsinə masaya vızıllatdı. Fikirləşdi ki bəlkə qoxuyla bir şey öyrənə bildi. Birinci dəfə bu məktubla tanış olanda konverti iyləmişdi, indi isə məktubu iyləmək fikrinə düşdü. Gözlərini yumdu, sağ əlində məktub, sol barmaqları ilə burnunu sıxdı, bir neçə saniyəlik nəfəs almadı, burnu bağlı vəziyyətdə məktubu burnunun ucuna tutdu və qəfil barmaqlarını boşaltdı, dərindən qoxunu içinə aldı...Məktubdan əgər  qoxuya məsafə kimi baxsaq, çox uzaqdan qadın ətrinin qoxusu gəlirdi...Kamilin ehtimalı düz çıxdı...tez qapıya atılıb evdən çıxdı ki, bəlkə anonim onu hələ də dağ üstü parkda gözlədi...

Axı məktubu yazan elə Dilarə özü idi...

 

III FƏSİL

Növbəti qurban

 

-          Az, Günel axşam mən bəlkə xalam qızı gilə getdim, otağı yığmaq bu gün sənin boynuna – deyə Günelin otağ yoldaşı, Səlimə  o da tələbə - Azərbaycan Universiteti – psixoloqiya ixtisası üzrə- və həmkirayəçi yazıqcasına Günelin cavabını gözlədi

-          Saat neçədə gedirsən?

-          Dəqiq bilmirəm, nə vaxt zəng vurar onda, da gedərəm...işdən gələndən sonra.

-          Bu gün nəisə həmişəkindən fərqli geyinmisən...nə baş verib...- Səlimənin üzü qızardı

-          Hmm...bu gün xalam qızının yoldaşının qırxilliyidi...bir də ki,

-          Birdə ki, nə?

-          ...birdə ki..., Orxanda ora gələcək

-          Orxan kimdi az...

-          Zibeydənin kiçik qaynı...Nəsə...xoşum gəlir ondan- yenə qızardı

Səlimə mətbəxə gedəndə Günel yenə fikrə getdi...Müəllimlikdən əlavə , nə qədər özündə biruzə etməsə də, Asifi dəlicəsinə sevirdi...lakin bunu özündən başqa heç kimə bildirməmişdi...Hətta ümid edirdi ki, Asiflə evlənəcək...hər dəfə Asifin simpatiyası ümidi ilə saçları gözəl daranmış, səliqəli üst-başla ona ziyarət edərdi...Lakin görünür onda sublimasiya həddindən artıq güclü getmişdi...qadın sevgisinə və əks-sevgiyə ehtiyacı yox idi...Amma yəqin ki, Günelin ona qarşı onsuzda istər-istəməz üzə çıxan hisslərini bilirdi...Məhz buna görə, Səlimənin bu hərəkəti ona özünü xatırlatdı...gözlərini yaş gəlmişdi ki, tez gözlərini sildi ki, otaq yoldaşı görməsin. Çox qəribədir ki, müstəntiq də onların arasında nəisə olduğunu hiss edirdi...yəni məhəbbət onu  bu qədər kor etmişdi ki,...ətrafdakılara hər şey aydın olsun?!- deyə hey öz-özlüyündə fikirləşirdi.

 

***                                 ***                               ***

Günel rəfiqəsinin evdən çıxmasını görüb, tez çantasından həmin müəmmalı sarı vərəqəni çıxartdı və yazacağı davamla ardıcıllığa sadiq qalmaq məqsədilə yarımçıq əsəri bir daha oxudu.

 

“ İlk öncə ona iki gün bundan əvvəl yaxınlaşmaq istədim. Elə bil kimsə bilərəkdən onu dərsə buraxmamışdı. Bir gün əvvəl isə mənim bəlkə də bütün kurslar ərzində qızıl anım idi. Politologiya dərsi zamanı keçirilən parlament debatına yaxşı hazırlaşmışdım, qara kostyum, qalstuk, lakla arxaya daramış saç düzümü...bir sözlə efirdə idim. Nə qədər gülməli səslənsə də doğrudan da İtaliyan mafia başçılarına bənzəyirdim. Amma çox cəlb edici görünürdüm...Çıxışımı da yaxşı etdim, öz natiqlik bacarığımla və bir sıra tülkü yollarla (rəqibim Gülarə idi, ona qalib gəlmək üçün mütləq inkar tərəfini tutmalı idim...belə də etdim) qalib gəldim...Qrup qızlarının hamısının gözləri məndə idi, mən doğrudan da natiqlik bacarığı və görkəmimlə onları valeh etmişdim. Samir müəllim məni qalib elan etdi...Qızlar elə hey mənə simpatiya əlaməti olaraq gülümsəyirdilər. Amma neyləmək olar. Heyf. O, bu anı görmədi,  evdə xəstə idi. Halbuki bütün hazırlığımın məqsədi onun simpatiyasını qazanmaq idi...

 

 

TAMAMLA...

Əvvəlcə Günel qələm axtarışına başladı, otağı başdan ayağa hələm-vələm edib, nəki qələm var evdə hamsını tökdü masanın üstünə, bir qaralama kağız parçası da götürdü...Qələmlərin rənglərinin seçilməməsi üçün, həmin onlarla qələm növünü bu qaralamada sınaqdan keçirdi...Nəhayət ən müvafiqini seçib, təxəyyülünü işə saldı, əsəri daha da romantik etmək həvəsiylə. “Tamamla...” olan yazından iki santım buraxıb başladı:

 

O çoxdan bəri gözlənilən gün, nəhayət ki, gəldi...Arzu sağalmışdı, dərsə də gəlirdi...Bu mənim şanlı anımdan düz bir həftə sonra baş verdi...Mən artıq çoxdan bəri hazırlaşmadığım ikili söhbətin qabaqcadan olan şablon sözlərini unutmuşdum...Axı hardan bilə bilərdim ki, məhz o gün, özü də ikinci dərsə, Marketinq dərsinə gələcək...Lap sözləri unutmasaydım belə, onu gözəlliyini görcək...çaş-baş qalıb...sözləri unudacağdım...Bilmirəm ki, yalnız mənim gözümdə o belə gözəl idi, yoxsa digər insanlar da onun gözəlliyindən məst olurdular, o dümdüz çiynindən aşağı sümbül tək uzanan sarı saçlar, ən gözəl qadın simasının atributlarından olan gözlə burunun şərti xətlərinin kəsişdiyi nöqtədə yerləşən xal, o solğun çəhrayı uşaq gözləri...Qrup otağına daxil olanda birinci baxdığı şəxs mən oldum...Sözün düzü, onun bütün dərslərdə tez-tez mənə tərəf baxması, mənim onun müsbət cavabına və simpatiyasına ümid bəsləməyimə bais olurdu...Mənim xəyali planlar,...hətta bunlar serial şəklini alırdı...qurmağıma təsir göstərirdi...Mənə yenidən baxanda elə bil ürəyim durdu...daha sonra önümdə durmuş müəllimə baxdı və “İcazə olar Rasim müəllim” deyə hələ də azarlı səsi ilə dilləndi...- “Leyla...sənnən nə əcəb...Rumi demişkən “Gəl, gəl, yenə gəl”” Oğlanlı qızlı - gülüş bütün otağı bürüdü ...Gülməyən bir Arzu idi, birdə mən...

...Sonuncu dərs bizim xarici pedaqoq—Konverseyşn adlanan İngiliz dilinin təkmilləşdirilməsinə xidmət edən (belələrini çox vaxt neytiv spiker adlandırırlar) dərsin müəllimi Edvin Vest idi. Həmişəki kimi, amerkanlığını və müstəqilliyini sərgiləmək üçün dərsə gecikirdi...Onun dərsləri bir qayda olaraq dəyirmi masa şəraitində...”

 

Cümləni tamamlayacaqdı ki, birdən səhifənin dolduğunu gördü, tez televizorun altında olan dolabçadan bir yeni list lakin ağ rəngdə - çıxartdı. Lap yuxarıdan davam etdi.

 

...keçərdi...konfrans zalında. Otağın açarını resepşn-ın əməkdaşı Tahir dayı tələbələrə vermədiyindən müəllimin gəlməsini elə tələbələr foedə gözləyirdi...Axırıncı dərs olduğundan məndən başqa oğlanların hamsı qaçmışdı...Mən isə Arzuya yaxınlaşmaq ümidi ilə onun həndəvərində oyan-buyana gedirdim...Təzyiqim çox aşağı düşmüşdü...Ürək döyüntülərimin çox gec olmasından bilirdim...sağ gözüm atmağa başlamışdı...Həyəcan bədənimin hər nöqtəsini ehtiva edirdi...Lakin yanında rəfiqələrinin olması məni tərəddüdə salırdı...Nəhayət özüm-özümə söz verdim ki, dərsdən sonra ona mütləq yaxınlaşacağam...Özüm özümə söz verəndə isə inanın ki, nə desən eləyərəm...çox israrlıyam...Əslinə qalsa, mən Arzuyla tez-tez söhbət edirdim...Amma mütləq bizim ikimizdən əlavə kim və ya kimlərsə də bu söhbətdə olmalı idi...Elə şəraitdə rahat şəkildə bir-birimizə müraciətlər edirdik...fikirlərimizi bölüşürdük...Mənim ona olan məhəbbətim elə belə multi-dialoqların əsnasında tədricən peyda olmuşdu...Özüm də bilmədim necə oldu...Axı birinci kursda mənim ona qarşı heç bir simpatiyam yox idi...Heç bir!...Hətta ona qız kimi o qədər də cəlb edici olmadığı üçün yazığım belə gəlirdi...amma nə etmək olar ki, bu qəlbin açarı bizim əlimizdə deyil...

...Elə bir tərslikdən dəyirmi masada Arzu düz önümdə oturmuşdu”

 

Günelin bu uydurması artıq özünün də xoşuna gəlməyə başladı, artıq əsərə bir hərəkət qatmağın və emosional partlayış qatmağın vaxtı idi...

 

...Dərsin qurtarmağına az qalmışdı Onun baxışlarını öz üzərimdə tutanda, utanıb tez üzünü çevirirdi, yanaqları qızarırdı...Heç olmasa o mənə baxa bilir, mən isə onu da edə bilmirəm...qorxuram...

...Nəhayət zəng vurulur...mən diksinirəm və həyacanım daha da artır, tərəddüd, özünü tənqid, peşmançılıq, məhəbbət bunlar hamsı bir birinə qarışır...ömrümdə bu günə düşməmişdim...Qərara gəlməyim onunla bağlı oldu ki, artıq qızlardan çoxu konfrans zalını tərk etmiş, bəziləri Edvinlə flirt niyyətli söhbət aparırdı... Onun yanından keçib...arxadan işarə barmağımı onun çiyninə vurdum...ətrafdakıları cəlb etmək istəmirdi...Yavaşca “səni bir dəyqə olar”

Onun siması isə nə qədər qəribə olsa da anlaşılmamazlıq ifadə edirdi...Məni çaşdıran da elə bu oldu...Konfrans otağının qabağına çıxdıq...Həyəcandan bütün hazırlaşdığım sözlər yadımdan çıxdı...Bir neçə saniyəlik fasilə yarandı...Məndən fərqli olaraq o olduqca soyuqqanlı idi...Bu isə məni daha çox həyacanlandırırdı.

“Sənin...səninlə...” – özümdən asılı olmayaraq ağzım əyilməyə başladı, dodaqlarım mənə qulaq asmırdı, ayaqlarımda isə dəhşətli üşütmə hiss edirdim...pəltəkləyə-pəltəkləyə “...yaxından tanış ...ol...olmaq ol...ar?”

Cavab isə o qədər tez və aqressiv oldu ki “YOX” Həmin vaxt özümə güzgüdə baxmaq istərdim, bilmirdim bəlkə onu mənim eybəcər hala düşmüş sifətim qorxutmuşdu...yoxsa nədi...Başa düşdüm ki, bu iki ildə mənim serial şəklində inkişaf edən xəyali məhəbbət dünyam məni əsl  həqiqətə kor etmişdi...O məni sevmək nədi, heç mənə tərəf baxmırdı belə...hamsı mənim təxəyülümün oyunları idi...Bu şokdan sonra ayaqlarımda, mənə qulaq asmırdı...getmək istəyirdim gedə bilmirdim ki, bu alçaldıcı vəziyyətdən yaxa qurtarım...Arzu artıq sözünü deyib otağa tərəf gedirdi ki, birdən başa düşdüm ki, onun iki rəfiqəsi Gülər, və Aybəniz bu mənzərəni izləyirdilər... “Az...nə istəyirdi sənnən?” –deyə soruşduqlarını eşitdim... “Nə bilim nəsə sarsağlıyır”...Gözlərim yumub bir təhər ayaqlarımı yola gətirdim...Universitetin binasından nə vaxt çıxdığımı hiss etmədim belə...Yeraltı yola tərəf gedirdim ki metroya minib aradan çıxım...mənə yatmaq lazım idi...yatmaq...əks halda belə alçalma məni dəli edə bilərdi...Metroya çatana kimi ətrafdakı insanlar, avtobuslar, binalar, yeri süpürən xadimələr,qızarmış əti nəhəng bıçaqları ilə kəsən dönərçilər, qəzet satan köşklər, bir-birləri ilə şit-şit zarafat edən birinci kurs tələbələri, qiybət edən qocalar, parkda qucaqlaşan cütlər, vauçer dəyişən ağsaqqal kişilər...bütün bunlar sürrealist rəsmlərdə olduğu kimi gözümün qabağından qeyri-adi həndəsi formalarda, bulanıq, ildırım sürətli şəkildə keçirdi...Bir neçə gündən sonra bəzi dostlarım mənə həmin gün nə olduğumu soruşurdular “Sənə o gün nə olmuşdu...yanından keçib sənə salam verirəm, adıvı neçə dəfə çəkirəm, arxadan əlimi belivə vurub çağırıram...elə öz işindəsən düz gedirsən...məndən acıq eləmisən nədi?” Düzdü gözlərim önümə baxsa da, ancaq həmin alçaldıcı anı yenə, təkrar-təkrar, davamlı şəkildə, yenə, təkrar-təkrar, durmadan...yenə...ancaq həmin mənzərini görürdüm.

...Gözlərimi açanda artıq eskalatorla metroya düşdüyümü gördüm...Dərindən ah çəkib başqa şey fikirləşməyə çalışdım...Amma neyləmək olar ki, boşa idi...”

 

Günel bunları yazan zaman o qədər həyəcanlanmışdı ki, sanki olanlar öz başına gəlmişdi. Özünü yorğun hiss edirdi...əsnəməyə başladı, köhnə və yeni kağız parçasını skrepka ilə birləşdirib ikiqat elədi,büküb,  divanın yanında olan İstiot jurnalının arasına qoydu...Gözlərini yumub dərin və şirin yuxuya qərq oldu. Axı Günel nə bilə bilərdi ki, bir neçə saatdan sonra “TAMAMLA” sözü onun mətninin sonunda peyda olacaq...halbuki Günel bunu yazmamışdı.

 

***                                 ***                               ***

Səlimə Günelin divanda yatdığını görüb işığı yandırmadı, artıq axşam namazının vaxtı idi, toranlıq bürümüşdü səmanı... İçəriyə dəhlizin işığı  düşdüyündən azdan-çoxdan otaqda olanları görmək olurdu. Masanın üstündə İstiot jurnalının yeni buraxılışını görüb çantasına qoydu... Fikirləşdi ki, yolda oxuyar. Artıq ad gününə getməyə tam hazır idi...Bir daha təhlükəsizlik baxımından hər şeyi, qazı, işıqları və suyu yoxlayıb evi tərk etdi.

 

***                                 ***                               ***

-          Istiotu oxuyarsan, təzəsini gətirmişəm, qoydum dolabçanın üstünə- deyə Səlimə xalası qızına səsləndi.

-          Gəl dalımca mətbəxə, sənə sözüm var – qonaqlarla dolu masa arxasında oturan iki cici qohumları sinxron şəkildə stullarını arxaya verib, mətbəxə ayrıldılar...Ad günü elə maraqlı, elə rəngarəng keçirdi ki, melanxolik insan kütləsinin azalması məclisə o qədər də ziyan vurmazdı. Halbuki Səlimə heç də melanxolik deyildi,...sadəcə onun qarşısında Orxan oturmuşdu. Elə hey yanaqları qızarırdı. Qarşısında oturan Orxana utandığından nadir hallarda baxsa belə, Orxan ona tərəf bəlkə yalnız bir dəfə, otaqda olanlara ilk ümumi baxış zamanı baxmışdı ki, bu da bir növ reflektik hal idi. Onun fikri daha çox ad gününü sirkə çevirmiş dəm əmisi Tofiqdə idi. Orxan atası elə hey sağlıq demək istəyirdi ki, birdən Tofiq əmi yerbadamı kimi qalxıb öz natamam tostuna başlayırdı...elə bil Orxanın atası boş-boşuna ayağa qalxmışdı...Hamının güldüyünü görüb Kazım da qardaşının bu axmaq hərəkətinə güldü...lakin bunu hiddətini biruzə verməmək dolayından etdi.

-          Mən sağ-sağ—hpp-hpp-deyə sözün yarısında gegirdi, məclisdəkilərin isə yarısı gülməkdən qırıldı getdi, Tofiq əmi heç nə olmayıbmış kimi öz sağlığına davam etdi- mən sağlıq deməy istəyirəm- masanın o biri başından gülüşlə tamamlanmış bir replika eşidildi lakin Tofiq həmən kəsi görə bilmədi

-          Uje, altıncı dəfə di ki eyni sağlığı deyirsən, məyər yadında deyil. “İstərdim bu badəni qaldırım bizim atamız Şəmşirin sağlığına, o kişi olmasaydı biz bu dünyada olmazdığ” artıq beşinci dəfə bu tostu təkrarlayanda həmən atan Şəmşir getdi yataq otağına dincəlməyə...Di bəsdidə əzbərlətdin camaata.

Tofiq dayının bir cəhəti yaxşı idi, ki, ona qarşı deyilən hər bir sözü diqqətlə dinləyirdi, belə sözlər tənqidi xarakter daşısa belə. Lakin heç nə deyilməmiş kimi yenidən öz altı dəfə təkrarladığı tostuna davam etdi

-          Həə...Deməli harda qaldım... Həə...İstərdim bu badəni qaldırım bizim atamız Şəmşirin ...

Masanın arxasındakılar elə bil gülüş xəstəliyinə tutulmuşdular gəl görəsən, otaqdan küçəyə aydın eşidilən qəhqəhə səsləri çıxırdı, Tofiq dayı isə hələ də heç nə olmayıbmış kimi, qızıl sağlığını tamamladı.

Mətbəxdə.

-          Orxanı çağırım mətbəxə- deyə xala qızı Səlimənin qulağına pıçıldadı

-          Yox...sən Allah yox, axı çağırıb nə deyəcəysən...bir dəki onun mənnə deyəsən heç xoşu gəlmir

-          Boş-boş danışma...Srağagün yoldaşımla sənnən danışanda o da söhbətə qoşuldu, sənin layihənlə maraqlanırdı- elə bil bu fikir qanad açıb Səlimənin qəlbinə qondu...Görəsən niyə bu vaxta qədər ağlıma gəlməmişdi-deyə özlüyündə fikirləşdi

-            Afərin, xalaqızı...-marçıltı ilə bərkdən Zibeydənin yanağından öpdü, üzündə su izlərinin qaldığını görüb tez əlində gəzdirdiyi yaylığı ilə qohumunun üzünü sildi

-            Di , gedim çağırım...deyərəm ki, guya sən onu da bu təşkilata üzv etmək istəyirsən

-            Həə...get-get...Dur, hələ bir mənə bax, necə görünürəm

-            Əla

Xalası qızının təsdiqinə ramən, tez-bazar çantasından güzgü daraq çıxardı,...saçını operativ şəkildə hamarladı, parfum ətiri çıxarıb boynuna iki dəfə vurdu...Atasının nəzarətindən uzaqda qalmış  Səlimə artıq kompleksiz şəkildə geynə bilirdi. Geydiyi sarı dar kofta  onun çiyinlərini və sinəsinin yuxarı hissəsini açıqda qoymuşdu, geydiyi qara yubka isə dizlərindən də yuxarı idi. Rəssam gözündə qədər də gözəl olmayan, lakin adi susamış kişi baxışı ilə ağız sulada biləcək çılpaq ayaqlarını gözə soxmaq üçün bir qədər də yubkanı yuxarı qaldırdı, və cəlb edici bir pozada soyuducuya söykəndi...Düz deyirlər ki, şeytan çox vaxt imansız qadının əlindən tutur. Harda kı naməhrəm ikili var, üçüncüsü avtomatik olaraq şeytandır...Zəmanəti də var.

Öz ehtiraslı görünüşü ilə istədiyinə nail olan Səlimə sevincindən yol boyu uçurdu. Səlimə Ekoloji debatlar üzrə tələbə təşkilatının sədri idi, Orxanı da bir keçmiş tələbə kimi həmin təşkilata soxmaq üçün əlindən gələni edəcəkdi...Axı artıq bir-birlərinin mobil nömrələrini mübadilə etmişdilər.

 

***                                 ***                               ***

 

Qapını açıb içəri girəndə, gördü ki, otağı necə tərk etmişdisə elə də qalıb,...Sanki bu altı saat ərzinə Günel bir dəfə də olsun ayaqyoluna və ya mətbəxə çay tökməyə getməyib...İçəri buzxana idi...Yəqin heç dördgöz peçi də yandırmayıb...Uca lakin kefi kök səslə zarafatyana:

-          Az qıjı...ay qıjı...oyan da bə...az oyan da bə...Az bu qədər yatmaq olar.

Lakin hələ də cavab gəlmirdi. Ayaqqablarını çıxarıb otağa tərəf istiqamət aldı...Hələ dəhlizdə burnuna qəribə dərman qoxusu gəlmişdi. İşığı yandıranda Günel artıq divanda deyil, kresloda oturaq vəziyyətdə yatmışdı...Bu heç də Səlimənin xoşuna gəlmədi...Ani olaraq ağlından Günelin ölməsi fikri keçsə də, dərhal bu fikri rədd etdi. Qızı silkələyib “Az oyan...bu qədər yatmaq olar”

Bir neçə dəfə təkrarladıqdan sonra heç bir effektin olmadığını görüb təşfişə düşdü, qulağını qarnına söykədi və lap dəhşətə gəldi, qız nəfəs almırdı. Gözlərinə su gəlsə də hələ özünü ələ almışdı, yalnız dodaqaltı başadüşülməz sözlər deyirdi. Başını hər iki əli ilə sıxıb, gözü dolabçanın üstündə, Günelin əli altında...bir ağ sulu dərman qabı və adətən korvalol damcıları üçün nəzərdə tutulmuş kiçik rumkaya sataşdı. Günelin özünü zəhərlədiyini başa düşüb tez qonşu mənzilə qaçdı və təcili tibbi yardım çağırdı.

 

 

 

 

IV FƏSİL

Müstəntiq Talıbovun versiyası

 

-          Sən doğrudan da dahimişsən...Malades.- Talıbov təzəcə şöbəyə girmişdi ki, həmkarı Aslan onu qabaqladı

-          Əvvala salam, indi de görüm nəyi deyirsən

-          Hmm...Heç adamın ağlına gələ bilərdimi ki, iki gün bundan əvvəl bu şöbədə başqa ölüm hadisəsi haqqında izahat verən kəs bu gün özü də o dünyaya yollanacağ

-          Nəyi deyirsən başa düşə bilmirəm,

-          Demək istəyirəm ki, sənin versiyan deyəsən düz çıxdı...Həmin ölən yazıçıyla xalası qızı arasında elə deyəsən nəisə var idi...Qızı dünən gecə evdə ölmüş tapıblar...özünü zəhərləyib...Yəqin hansısa əclaf hər ikisini nəiləsə şantaj edirdi...Elə bəlkə də qeyri-nigah əlaqələrindən.

-          Günel Məhərrəmova?...O da ölüb

-          Hə...dünən. Kanalların əksəriyyətində xəbər şəklində yayılıb.  Əmimoğlu həmin ərazinin ekspertidi. Deyir qız özünü sianid-kaliy-lə zəhərləyib...Onu çox vaxt suisid yəni özünəqəsd niyyətli və manyakal psixozu olan xəstələr verirlər...yalnız sıfır tam onda iki qram...şəkər tozu şəklində kristaldır...suya qatıb həll edir, sonra içirsən...Bir tam onda yeddi qram kifayətdir ki, özünə qəsd edəsən...Səncə o nəqədərini suya qatıb

-          Nə qədər

-          Elə dəqiq bə dəqiq bir tam onda yeddi qram...Yəni o bu faktı bilə bilərdi, axı özünü öldürən adamın bunu bilmək və bir simvolika məqsədilə dəqiq dozanı seçmək nəyə lazım...Həm də bir şey var ki, sianid-kaliy ac qarna daha tez təsir göstərir...

-          Mənim özümə maraqlıdır ki, bizim şöbənin işlərini qoyub digər yerlərə burnuvu niyə soxursan...

-          Çox maraqlıdır...Yarım saata əmimoğlu növbətçi verlişinə müsahibə verəcək baxarsan.

-          Oldu- deyə  öz otağına istiqamət almışdı ki, Aslan artıq əlini qapının dəstəyinə atan Talıbova

-           Bir də, maraq xatirinə deyirəm,...bir də gördün də , lazım oldu, sianist-kaliyin  padzəhri...

-          Padzəhr nədi? Adam dilində danış...

-          Padzəhr...öz dilimizi də bilmirsən...zəhər əleyhinə vasitə...yəni həmin zəhərin padzəhri...-maraq doğurmaq məqsədilə özü bilərəkdən bir neçə saniyəlik fasilə etdi...- adam heç ağlına da gəlməz...adi qənd tozu...qənd nə bilim şəkər...Dedim də bəlkə lazım oldu...Ax...Yadıma düşdü, qoy birini də deyim...

-          Elə bilirsən sən mənə buları deyirsən, mənim hamsı yadımda qalır...sənin yerin Milyonçu verlişidi, ta burda nə işin var

-          Qoy birində deyim, mən ölüm inciyərəm...Deyilənə görə sionid-kaliy acı badam dadı verir...Amma məzəli yeri ondadır ki, elmi mənbələrdə də “deyilənə görə”, “təxminən” sözləri ilə göstərilir...Çünki onun həqiqi dadına baxanların yarısı psixiyatrik disponserda Napalyon-Qitler oynu-oynuyur yarsı da artıq o dünyaya təşrif buyurub...Dəqiq yoxlamaq istəsən ya gərək ölü olasan ya da dəli...Xa-xa-xa

Talıbov heç bir söz demədən otağına girdi, bir neçə raport yazandan sonra Günel Məhərrəmovanın suiqəsd hadisəsilə bağlı reportaja baxdı

 

V FƏSİL

Qaydalar  pozulur

 

Zibeydə xalası qızı Səlimənin televiziya kanallarının birində suiqəsd hadisəsi haqqında şahidlik müsahibəsinə baxandan sonra televizoru çevirdi...Uşaqlar məktəbə idi, yoldaşı işdə, qaynanası və qaynatası isə böyük oğlanlarının evində qaldığından bu evdə hal hazırda ondan başqa heç kəs yox idi. Yerli televiziya kanallarında maraqli bir şey olmadığından, boş bekar oturmuşdu kresloda...Birdən yadına düşdü ki, Səlimə ona İstiotun təzə buraxılışını gətirmişdi,...Növbəti günlərin teleproqramı ilə tanış olmaq məqsədilə əlini atdı divandakı  balışın altına. Jurnalı çıxarıb bir qədər səhifələdi, birdən səhifələrin arasından bükülmüş səhifələr çıxdı. Onlardan biri sarı və biri isə ağ rəngdə idi... Səhifəni oxumağa başladı...

Bütün yazılar ona olduqca maraqlı gəldi. O elə hesab etdi ki, bu bir oyundur, belə ki, müxtəlif xəttli yazarların yazıları  tamamla sözləri ilə yekunlaşırdı. Yəqin etdi ki, bu xalası qızının müxtəlif rəngarəng layihələrindən biridir. Ağlına gəldi ki, özü də məzmuna uyğun nəisə yazsın,...eh...beynindən o qədər fikir keçirdi ki. Başqa xəttlə yazsa, Səlimə onun yazdığından şübhələnməz belə. Evdə yalnız qara rəngli qələm tapa bildi...

 

...Metrodakı insanlar çiyinləri ilə mənə toxunur, amma hələ də bu alçaldıcı mənzərə gözümdən düşmürdü. Bilmirəm nədən amma özümü öldürmək istəyirdim...Axı sabah mən həmin həyatımın ən pis məkanına necə qayıdacaqdım. Həzi Aslanov istiqamətində gedən metro hələ gəlməmişdi. Özümü sərhəd xəttindən də qabağı vermişdim. Metronun qara fonda göz qamaşdıran işıqları mayılı tuneldən görünməyə başladı...Bir neçə saniyəyə artıq metro yanımdan keçəcəkdi, beş-dörd-üç-iki...bir...Özümü metronun altına atdı...ölüm anında yalnız ani qışqırıq səsləri, möhkəm kontuziyadan çıxan səsi eşitdim...Ani, bütün bədəni ehtiva edən ağrı,...o qədər güclü ağrı idi ki, artıq insana qorxulu gəlmirdi, yalnız  keyimə verirdi...Son hissiyatım bədənimin hissələrə ayrılması oldu və dərhal qaranlıqlara qərq oldum...

...Gözlərimi açanda metro hələ də uzaqdan gəlirdi...deməli başıma gələn bu ölüm təxəyyülümün növbəti oyunu idi...Amma ölüm o qədər şirin gəldi ki, həqiqətdə də eynilə metronun altına atılmağa qərarlandım...Əzələlərimi yığıb hoppanmağa hazırlaşırdım ki, kurtkamın arxasından  çanaqdan bir az yuxarı hissədən, möhkəm bir əl məni saxladı...Ətrafdakı sərnişinlər heç bir şey başa düşmədilər...Axı məni tutan hardan bilə bilərdi ki, özümü vaqonun altına atmaq istəyirəm...Vaqonun yanımdan vıyıltı ilə keçib tunelin digər girəcəyi yaxınlığında tam şəkildə durduğunu öz gözümlə izləməli oldum...Qəribədir, bu əl olmasa idi, yəqin ki, metro ən azı yeddi saatlıq fəaliyyətini saxlayacaqdı...bu camaatda metroyla istədikləri məntəqəyə gedə bilməyəcəkdilər...Halbuki, indi bu axmaqlar bu həlledici saniyələri dəyərləndirmədən vaqonlara doluşurdular...Qapılar bağlanandan sonra, məni arxadan tutan əl bir qədər boşaldı...”

 

Zibeydənin də başına Günelin başına gələn gəldi...Səhifə dolmuşdu,...qalxıb uşaqların dərs ləvazimatları və kitabları saxlanılan şkafdan yeni bir blank list tapdı. Yerinə qayıdıb davam etdi

... Üzümü çevirəndə, gözü yaşla dolu olduqca nimdaş üst-başlı bir ağsaqqalı gördüm. Ağlaya-ağlaya məni qucaqladı...ətrafdakı camaat əvvəl qəribə bir şey olubmuş kimi, boylansa da, sonradan bizim aramızda ailəvi əlaqələrin olduğunu güman edib öz fikirlərinə və söhbətlərinə döndülər. Ağsaqqal qulağıma pıçıldamağa  başladı “Bunların axı nədən xəbəri var, bizim hər addımımız milyonlarla taleyi dəyişir. İstədim ölüm qabağı yaxşı bir iş görüm...Elə gördüm də”-bir qədər fasilə edib məni buraxdı, lakin yenidən hər iki əlini çiynimə qoyub artıq gülər üzlə “Bu gün sən metroyla gedəsi olmadın...Qalx göyə, hava al, düşün və həmişə ortayla ged...yerin altında yalnız qaranlıq şeylər düşünmək olur...Di get”- sözün düzü ayaqlarım özümdən asılı olmayaraq həmin ağsaqqaldan ayrılsa da, kişinin dediklərindən bir şey başa düşmədim...O qədər keyimişdim ki, həyatımı xilas etmiş insana təşəkkür belə bildirmədi...Doğrudan da, əcaib idi ki, özümü çox gümrah və həyat-dolu hiss edirdim...Artıq həmin alçaldıcı hadisə də yadımdan çıxmışdı...Sanki beynimdən həmin yaddaş hüceyrələrini digər laqeyd emosialı yaddaş hüceyrələri ilə əvəz etmişdilər...Asta-asta eskalatora doğru hərəkət edib özlüyümdə ağsaqqalın dediklərini təhlil edirdim ki, metronu dəhşətli qışqırı səsləri bürüdü...Hay küy bir yana, sürücü qatarın sürətlə gəlməsinə ramən dərhal tormazlamaq üçün əyləci möhkəmdən çəkdi...Bir neçə saniyəyə qatar uğultu ilə dayandı...Vaqonda ayaq üstə duranların bir-birlərinin üstünə və yerə yıxılmasını bəlkə başqa vaxt görsəydin gülməkdən qırılardın. Amma vəziyyət doğrudan da gərgin idi...İnsanlar o dəqiqə bayaq mən durduğum yerə qarışqa şəklində qalaq olmuşdu.. Mən də tez özümü yetirdim...Ağsaqqalın bədəninin ayrılmış parçaları qatarın altına ətrafa səpələnmişdi...Ağlaşan kim, qışqıran kim, qaytaran kim...aləm bir-birinə dəymişdi...Bir neçə dəqiqə bundan əvvəl məni ölümdən xilas edən və gözlənilmədən özünə qəsd edən ağsaqqalın dedikləri mənə aydın oldu. “İstədim ölüm qabağı yaxşı bir iş görüm...Elə gördüm də...Bu gün sən metroyla gedəsi olmadın”... Eskalatora tərəf heç nə olmamış kimi istiqamət alıb dediyi kimi “göyə qalxdım”...”

 

Zibeydə tapşırığı əla yerinə yetirsə də, bu sirrli əsərin qaydalarını pozdu...Yazdıqlarının arxasına, özü TAMAMLA sözünü yazdı və üç nöqtəni qoydu. Özü də sözü həminki qara qələmlə yazdı. Əsərin qaydaları pozula bilməzdi,...Zibeydə yuxuya getmişdi ki, onun yazdığı tamamla sözünün üstü iks-lə qaralandı...Yenidən al qırmızı rənglə TAMAMLA sözü peyda oldu

 

 

VI FƏSİL

Qonşuluq təsadüfü

 

Əhməd Talıbov, polis leytenantı, 34 yaş, artıq dördüncü il idi ki, Gənclik metrosunun yaxınlığında köhnə Samsunqun binası ilə üzbəüz olan yaşıl binada, səkkizinci mərtəbədə şəxsi mənzilində qalırdı. Atasız böyümüş Talıbovun özündən başqa altı yaş kiçik qardaşı var idi...Amma qardaş ona ana tərəfdən qardaş idi...Qardaşının həqiqi atası, anasının qanuni-nigahlı əri idi. Özü isə nigahdan kənar doğulmuşdu və atası haqqında isə heç bir məlumatı yox idi. Anası hamsından çox bu oğlunu sevsə də, bunu biruzə verməməyə çalışırdı.Elə ona görə də kiçik oğlunun evində qalırdı. Əhməd isə nə qədər qəribə görünsə də bu mənzili heç kimlə bölüşmürdü, nə ailəsi nə də nigahdan kənar məşuqəsi var idi. Talıbovun dünyadakı əsas meylləri pul qazanmaqla bağlı idi...Əslində pul qazanmaq, pul sevgisinə görə deyil, belə ki, bəsirət gözüylə baxsaq, onun kökündə, qadın, var-dövlət, gözəl həyat, təkəbbür və digər stimullar durur...Halbuki o, yəhudi zərgərlər kimi, doğrudan da pul yığmaq xəstəliyinə tutulmuşdu...O qədər simic idi ki, dükanda alış-verişlər zamanı beş qəpiyi belə satıcıdan tələb edirdi. Makkiyavelli siyasətdə istədiyinə nail olmaq üçün istənilən vasitəyə əl at demişdisə, Talıbov onu pul qazanmaq üçün istədiyin vasitələrə əl at variantına çevirmişdi. Bununla belə onun da öz sərhədləri var idi.

İşini qurtarıb evə tez yollanmışdı...Vaxtı olmadığından iki gün idi ki, duş qəbul etmirdi.  Binanın sağ tərəfindən dönüb, arxa girəcəydən daxil olmaq istədi ki, qonşu binadan gələn uşaq və yaşlı qadın qışqırıq və ağlaşma səslərinə reflektiv olaraq dayandı. Səs gələn bloka baxıb, yolu keçdi, özünü tez içəri saldı...Səs hələ də gəlirdi, yuxarı mərtəbədən...Talıbov pilləkanları qalxdıqca səs-küyün nə olduğu ilə maraqlanan qonşular qapılarını açıb boylanır və bir-birlərindən mətləbi soruşurdular. Nəhəyət üçüncü mərtəbədə sağdakı qapının açıq olduğunu görüb özünü içəri verdi... Artıq ağlaşma boğuq səs almışdı, içəri girəndə dəhlizlə üzbəüz olan qonaq otağının hündür tavanından salanan qadın meyiti və onun ayaqlarını qucaqlayan 10-13 yaşlı qız və oğlan gördü... “Mama...nə olub....mama” deyə hey özlərini öldürürdülər...Özünü içəri verəndə uşaqlar heç diksinmədilər belə. Uşaqlara aralanmağı tapşırıb tez qapının üstündə olan qırmaqa keçirilmiş kəndirdən özünü asan və gözləri bərəlmiş qadını ipdən azad etmək üçün stul gətirib cibində gəzdirdiyi isveçrə bıçağı ilə kəndiri kəsdi. Qadını qucağına alıb xəfifcə yerə uzatdı. Elə bu an qonşu qadın içəri girdi. Talıbov yəqin etdi ki, bayaq gələn qadın səsi bu qonşunun idi... Talıbov öz yuniformasında olduğundan özünü təqdim etməyə gərək yox idi. Qonşu qadın “Mən təcili yardıma zəng vurdum deyə”, ağlaya-ağlaya uşaqları qucaqlayıb, müstəntiqə dilləndi. “Siz uşaqları aparın, bir də ki, həyat yoldaşına zəng vurun, mən də indi polis şöbəsinə zəng vurum” Qadın deyilənlərə əməl edib, keyimiş uşaqları öz mənzilə apardı. Talıbov polis şöbəsinə zəng vurandan sonra, meyitə göz gəzdirməyə başladı, qadının üzərində heç bir zorakılıq əlamətləri olmasa da, rəngi gömgöy idi. Ətrafa göz gəzdirməyə başladı, ilk öncə gözü televizorun üstündə olan çərçivə içində olan fotoya dəydi...Mərhum qadını qucaqlayan qız Talıbova çox tanış gəlirdi, amma tapa bilmirdi ki, onu harada görüb. Özlüyündə nəisə deyib yenidən dəlil axtarışlarına davam etdi, masaya yaxınlaşanda qəndqabının yanında skrepkayla bərkidilmiş sarı və ağ kağız parçalarını gördü. Onun içindəki yazılar, göy və qırmızı rəngin ideal uzlaşması, listdən gələn xüsusi qoxu, və ən əsas səhifələrdə yazılmış TAMAMLA sözləri onu sözün əsl mənasında məftun etmişdi...Özü də başa düşə bilmirdi ki, nəfsinin bu tip yeni tələblərinin kölgəsində nə durur, onun məğzi nədir. Sadəcə mat-məəttəl donub qalmışdı. Qəlbindən kağıza sahib olmaq fikri keçirdi. Kağız parçalarına üç-dörd dəfə qatlayıb pencəyinin cibinə qoydu.

Artıq mərhumənin həyat yoldaşı, digər şöbənin müstəntiqləri, tibbi yardım əməkdaşları gələndə sadəcə olanları və gördüklərini məruzə edib, müəmmalı kağız parçaları haqqında heç bir kəlmə də dillənmədi. Bir başa evə yollanıb, duş qəbul etməyi də təxirə salıb kağızların araşdılmasına başladı

 

***                                 ***                               ***

Növbəti gün iş günü olmadığından, Talıbov boş-bekar oturmamışdı, təhlillər və sorğu-suallarla bir çox məsələlərə aydınlıq gətirə bilmişdi. Əvvəla o müəyyən edə bildi ki, televizorun üstündəki portretdə gördüyü qız elə dünən bütün xəbərlərdə otaq yoldaşının müəmmalı ölümü haqqında şahidlik açıqlaması verən Səlimə idi. Özünü asan xanım isə Səlimənin doğmaca xalası qızı, iki uşaq anası Zibeydə idi. Nə qədər uzaqda olsa artıq bu üç suiqəsd hadisəsi arasında zəncirvari əlaqə var idi...Lakin Talıbov bir şeyi başa düşə bilmirdi ki, bütün bu suiqəsdlərin başında duran sirli məsələ nədə idi... Bunlar nədən qorxub özlərinə qəsd ediblər. Bir neçə saatdan sonra, təsadüfən çay içə-içə kağızlara göz gəzdirən Talıbov boğazında nə isə qalıbmış kimi, ani olaraq özünü qabağı verib ağzında çayı fısqırtı ilə ətrafa boşaltı. Bəxti onda gətirdi ki, üzünü masaya tərəf tutmamışdı. Yoxsa bütün əziyyətləri hədər olardı. Birdən ağlına gəldi ki, suiqəsd qurbanlarının sayı, bir birindən seçilən xəttli və tamamla sözləri ilə yekunalanan yazı müəlliflərinin sayına uyğun gəlir. Üçün üçə...Deməli   özünə qəsd tamamla sözündən dərhal sonra icra olunub... Bu bir növ mistik xarakter daşısa da, Talıbov artıq özündə yekun bir versiya müəyyən etmişdi ki, həmin ölənlər öz yazıları və ölümləri ilə yeni trend yaratmaq fikrində olan ruhi xəstələr idi...Lakin mental pozuntuları üzdə olmayan biriləri... Onun indiyə dək yadında idi ki, bir ara doxsan doqquz-ikimininci illərdə Moskvada sevgililərin özlərini hündür binalardan atması adət halını almışdı...Ölüm qabağı onlar tullandıqları yerdə divarlara və döşəməyə aerozol rənglə “Biz bir-birimizi sevirik” sözləri yazıb, guya ki, növbəti qurban sevgililərə əsl məhəbbət örnəyi göstərirdilər...Yəqin bu da həmən tövr şeydir.

Nə də olsa kağızın mistik cəhətini fikirləşəndə tükləri ürpəşirdi...Bunu yalnız bir yolla yoxlamaq olardı. Əsəri tamamlamaq...

 

***                                 ***                               ***

 

“...artıq həmin günlərdən on yeddi il vaxt keçib...və mən o vaxtdan Arzunu bir dəfə də görməmişəm...Təhsilimi borclar üzündən yarımçıq qurtardığından dərhal növbəti çağırış müddətində məni həqiqi hərbi xidmətə göndərdilər. Cəbhə bölgəsinə düşdüm. Artıq xidmətimin altıncı ayında idim ki sözün əsl mənasında evim yıxıldı...Kəşfiyyat tağımının manqa başçısı axmaqlığı üzündən minanın üstünə durdu, özü parça tikə oldu...Bəxti onda gətirdi ki, bu dünyadan getdi...Mən isə daha dəhşətli əzaba düçar oldum. Onurğa beynim güclü zərbə aldığından məni kəmərdən aşağı iflic etmişdi...Elə o vaxtdan bəri həyatım getdikcə pisləşir...hər gün bir xoş söz bir şad xəbər eşitmək arzusundayam...Arzu arzusundayam...Amma neyləmək olar, mən özüm artıq on altı ildir ki, pastel şəraitindəyəm, iki il bundan qabaq bilərəkdən sənədlərimi itirib məni müavinətdən də məhrum ediblər.Hmm...Əclaflar. Ümidim yalnız yeganə ailə üzvüm və dostum qoca anamadır...Onun təqaüdünün də yarısı elə mənim dərmanlarıma gedir...yazıq arvad bu qoca yaşında hələ gedib xadimə də işləyir ki, təki mənim həyatımı yaxşılaşdırsın...Bir il əvvəl eşitdi ki, İzraildə xəstəliyimin müalicəsi var, amma çox bahadı... elə o vaxtdan hər gün nə qədər qazanırsa onun yarısını öz daxılına yığır ki, bəlkə sağlıq olsun on-on beş ilə məni İzrailə apara bilsin.Hələ mənim boş bekar qalmamağım üçün necə söz vermişdisə mənə dizüstü kompyuterdə aldı.

Mən anamı çox sevirəm...O əsl güclü insan nümunəsidir. Amma neyləmək olar ki, mənim taleyimə belə yazılıb, mən bu dünyaya hündür bir zirvədən fasiləsiz eniş üçün gəlmişəm. Elə yanımda oturan istəyli, gözümün işığı anama keçmiş Arzuyla bağlı xatirələrimi danışan zaman əli əlimdə olan anamın barmaqlarının soyuduğunu hiss edirəm...Anamın gözləri yumulur, nəfəsi həmişəlik dayanır...Mən isə həmin vəziyyətdə heç nə edə bilmirəm, axı mən iflicəm, axı mən yararsız ət parçasıyam, cəmiyyətin tullantısıyam, axı mən özünü belə dolandıra bilməyən bir yazığam...Anamı bərk-bərk qucaqlayıb, elə hey deyirəm “Çox sağ ol ana, sağ ol ana, sağ ol ana, gözümün işığı ana...Sən dünyanın ən güclü insanın, əhsən səni yaradana.

Mənim həyatımdakı xilaskarım isə Rumidir...Onun sayəsində mən hər kədərin, hər acı taleyin və hər ölümün bir nemət olduğunu anladım...Və ona görə o vaxtdan məni yaradan Tanrıya şükr edirəm...hər saniyəmə, hər milli saniyəmə görə, hər nəfəsimə görə, bədənimdə inkişaf edən hər molekula, onda Kəbəni insan tavaf edən kimi nüvəni tavaf edən hər elektrona görə...Axı mən nədən şikayət edə bilərəm...yalnız bir kəlmə bütün həyatımı kompensasiya edir...yalnız bir kəlmə “...bizim dərgah ümidsizlik dərgahı deyil,...gəl...gəl...yenə gəl!””  

Yazını bitirən zaman o qədər həyəcanlı idi ki, qeyri-iradi şəkildə son yazmaq fikrinə düşdü...Amma tədricən soyuqqanlığı özünə qayıdırdı...Yadına düşdü ki, sonuncu qurban müəllif yazıya öz xəttiylə tamamla sözü yazmışdısa, onun üstündə xətt çəkilmişdi və yenidən qırmızı rənglə daha çox çap hərfinə bənzər şriftlərlə təkrarlanmışdı...Əgər Talıbov Tamamla sözlərinin qanla yazıldığını bilsəydi bu ona daha çox şey verə bilərdi. Təəssüf ki, kağız parçalarının çəkici qüvvəsi onun müstəntiqlik bacarıqlarını məhdudlaşdırmışdı. Talıbov əslində digər qurban müəlliflərdən heç də o qədər fərqlənmirdi... Bu qədər gözəl və həyəcanlı sonluğu yazdıqdan sonra mərhum suisid ustaları kimi onun  da yuxusu gəldi... Sonda yazılmamış qaydalara riayyət edərək son sözü mistik müəllifə buraxdı...

 

 

 

 

VII FƏSİL

Kağızların mərhəməti

 

Hələ yuxuda ikən özünü narahat hiss edirdi, bədənin eyni yerinə ağırlıq düşdüyündən qan hərəkəti müəəyən yerlərə toxunmurdu. Elə buna görə də yerini dəyişmək istəyirdi ki, bədənini hərəkət etdirə bilmədi...Sanki iflic olmuşdu...Yavaş yavaş yuxudan oyanırdı. Lakin hələ gözlərini açmamışdı...Dünyaya qayıtdıqdan sonra qulağına gələn ilk səslər yaşlı bir boğuq kişi səsi oldu:  “Yaramaz...axmaq...kütbeyin...bütün işlərimi puç etdi...Çox pis...çox pis...əsər nikbin sonluqla bitməməli idi...”

Talıbov gözlərini açanda gördü ki, kresloda oturub, bədəni də hər tərəfdən möhkəm kəndirlə tarım bağlanıb... Əvvəl heç nə başa düşmədi...Qarşısında gördükləri isə onu daha da çaşdırdı... Öncə gözü qabağında olanları yuxu hesab edib, bu dəhşətli görüntülərdən yaxa qurtarmaq üçün arxaya doğru kəndirlənmiş əlini bir neçə dəfə cımcıqladı...bir şey çıxmadı. Sonra gözlərini açıb-bağlamağa başladı...Qarşısındakı isə bu hərəkətləri soyuq gülüşlə qarşılayırdı...Talıbovun rəngi ağappaq olmuşdu. Qarşısında 50-55 yaşlarında idman geyimli bir uzunboy kişi durmuşdu. Talıbovu qorxudan isə o cəhəti idi ki, hər iki əlinə stiril əlcək keçirmişdi, başında ağ tibbi kalpak vardı, ayaqqabıları isə reanimasiya mərkəzlərində olduğu kimi ağ bağlama ilə bürünmüşdü.

Kişinin sifəti ona çox tanış gəlirdi...Əslində onun kim olduğunu bilirdi. Amma buna inanmaq çətin idi. Qarşısındakı adamın şəxsiyyəti, bu tövr ekstremal vəziyyətdə belə ona Siz deyə müraciət etməyə məcbur edirdi

-          Siz, ...axı ...siz

-          Bəli, bəli, bəli...Mən , nobel mükafatçısı, Kamil İldırım...Siz nə, elə doğrudan da düşünürdüz ki, kağızın mistik qüvvəsi var...Bəli suiqəsd qurbanları mənim məharətim nəticəsində fiks olundu. Əslində onların hamısını mən öldürmüşəm..

-          Axı...

-          Axı..yəqin demək istəyirsiz ki, necə ola bilər, heç bir zorakılıq əlaməti, iz-toz yoxdur...İndi sizə başa salaram...ilk öncə qammaz yazıçı Asif...ona tapşırıq vermişdim ki, bir yazı yazsın, bilmirəm nədən, amma hiss edirdi ki, sonda onu öldürəcəyəm...Vaxtına işimi gördüm, dedim özünü bu dəqiqə vurmasan sənin əsgərlikdə çavuşun tərəfindən zorlandığını aləmə yayacağam...Hələ sevdiyi xalası qızı bundan xəbər tutsaydı, hamsından çox o Asifə nifrət edərdi...O buna dözə bilməzdi.Asif öz xoşuyla mənim diktəmlə vəsiyyətnamə yazdı...Və özünü vurdu. Növbəti qurbanlar isə bundan da rahat...birinə yatan zaman ağzı açıq olduğundan ora xəfifcə, az-az, sionid-kaliy tökdüm...mən tökdükcə o, yuxuda ikən elə hey udurdu...Nəhayət son qurbanın əvvəlcə stəkanına dimidrol qatdım, möhkəm yuxuya gedəndən sonra, bir təhər qaldırıb, qapının üstündəki qırmaqdan asdım, və stulu filmlərdəki kimi ayaqlarının vurdum kənara... mərhumənin heç ruhu da incimədi, gözləri açılmadı belə...Sadəcə boğuldu...Belə...bəs sizə niyə, bunları danışıram, ...siz ilk qurbansız ki, əlbəttə Asifi çıxmaq şərtilə, məni görürsüz...Sizi öldürməməyimin səbəbi isə odur ki, siz hər şeyi korladız...

-          Mən heç nə başa düşə bilmirəm...bütün bu qəddar oyunlar sizin nəyinizə lazım axı?

-          Hə...indi çıxdın məsələnin tam məğzinə...Yəqin ki, məşhur italyan bəstakar Solyerinin avtobiaqrafiyası ilə azdan-çoxdan tanışsa..

-          O kimdi elə

-          Elə bu yığcam, kütbeyinliyinlə bütün divanə əsəri korradın...axmaq...Solyeri Motzartın yaşadığı dövrdə dünyanın ən məşhur bəstəkarı idi...O vaxtı Motsart o qədər də məşhur deyildi...İşin qəribə tərəfi də onda idi ki, Motsartın əsrarəngiz musiqisini yalnız Solyeri başa düşürdü...Solyeri özünün Motsartan çox aşağıda durduğunu bilirdi...Solyeri artıq gözəl əsərlər yarada bilmirdi...Vieana əhlinin isə onun hər yaratdığı notu dahiyanə sayması isə sadəcə olaraq ilk ...-bütün bunları danışan zaman Talıbov fikirləşirdi ki, necə etsin, divanın matrasının içində gizlətdiyi ehtiyat tapancanı çıxarsın...amma əlləri tarım kəndirlənmişdi -...ilk, yaradıcılığının ilk anlarında yaratdığı şedevrlərdən bəhrələnən xalqın digər daha zəif və adi klassika nümunələrinə də korkoranə “əla” damğası vurmasıyla bağlı idi...Bizlər buna “məşhurluq” deyirik. Və Solyeri qara maska geyinib, möhtəşəm reykviem axtarışın Motsarta sifariş verir...İndi başa düşdün...

-          Yox...Heç nə başa düşə bilmirəm...

-          Onda daha adi bir misal çəkim...Bu bizim vəziyyətə daha münasib nümunədir...Ernest Hemenquey...bilirsən niyə özünəqəsd edib

-          Yəqin onu da siz öldürmüsüz...-deyə zarafatyana cavab verdi. Kamilə Talıbovun belə soyuqqanlı yumoru ləzzət etdi...Doyunca gülüb, bir neçə saniyədən sonra davam etdi,

-          Yox, heç də elə deyir, Hemenquey depressiyadan suisidə əl atıb...Nobel mükafatı aldıqdan sonra, çiyinlərinə ağır yük düşürdü...artıq ağlına hər nə gəldi yaza bilməzdi, halbuki illər keçir o isə hələ də heç bir yeni əsər ortaya qoymurdu...Çünki artıq Hemenquey dünya müharibəsindəki həmin medik-jurnalist deyildi...Məşhur nobel mükafatçısı,varlı aristokrat idi. Adi həyatın axarında olmadığından mövzuları tükənmişdi...Belə o özünə qəsd etdi...Mən isə ondan daha ağıllı çıxdım...Mən də əvvəl adi qara həyat yaşamışam, özüdə cinayət aləmində, tanınmış adam olmuşam...Amma məşhurluq, nobel mükafatı, milyonlarla oxucu və dollar, məni də Hemenqueyin gününə saldı...Mən daha adekvat vasitə tapdım...Buna “multi-müəllif” nəzəriyyəsi adı vermişəm...Əsərin bir deyil, bir neçə müəllifi olur...Özü də heç bir yazıçılıq bacarığı olmayan, təsadüfi müəlliflər...Əsl yazıçılar sizsiz, sən Talıbov, Günel Məhərrəmova, evdar qadın Zibeydə, sizin yazılarınız, o qanmaz yazıçı Asifin və hətta mənim son yazılarımdan daha maraqlı və həyatidir...Amma bir şeyi də deməliyəm ki, mən olduqca eqoistəm...öz adımın televiziya kanallarından və internetdən düşməməsi üçün nə desən edərəm, müəlliflər mütləq ölməlidir ki, əsər mənim adıma çıxan heç kimin etirazı çıxmasın...Necə fikirləşmişəm...Əntiqqədir...elə deyilmi

-          Hə...sən doğrudan da dəliymişsən...Bircə sualıma cavab ver...Necə olurdu ki, kağızların kimdə olduğunu güdə bilirdin...

-          Ay axmaqlar, mən ilimin yarıdan çoxunu Danimarka və Abş-da keçirirəm...siz o qədər geridə qalmış axmaqlarsız ki, hətta sənin kimi müstəntiq belə, sarı a-dörd listinin qeyri-adi formada, qalın olduğunu hiss etmədi, orada bir necə kağız preslənib, kağızların ortasında da şəkər kristalı xırdalığında CiPiEs ötürücü, qəvulu edici naviqasiya sistemi də məndə...Müəllifin yerini öyrənib həmin məkana gedirdim, bəzən xırda gözə dəyməz kameralar quraşdırır, bəzən də özüm evdə bir yer tapıb xəlvətcə güdürdüm...Mən hər şeyi qarış-ba-qarış nəzərə almışam...Sən axmaq, sən də yuxuda ölməliydin...amma yazdığın şey məni qane etmədi...Sən gərək əvvəla bunu təzədə yazasan...əsər nikbin sonluqla bitə bilməz...

-          Əllərimi açsan yazaram...

-          Ey...baxa, heç bir hoqqabazlıq eləmə...-deyə əlindən səs boğuculu makarov tipli tapancanı çıxartdı.- yaxın məsafədən vursam güllə sənin bədənində qalmayacaq...gülləni də gilizi də götürüb çıxaram aradan, qatili tapan da olmaz...Amma əvvalə özümü siğortalamaq üçün bir şey etməliyəm- deyə kresloda bağlı vəziyyətdə oturan Talıbova yaxınlaşıb, möhkəmdən qarnına yumruq çarpaz yumruq vurdu...Reflektiv olaraq, Talıbov başını qaldırıb, ağzını açdı və ağrıdan ufuldadı. Bundan istifadə edən Kamil o biri əlində gizlətdiyi şəkər tozunu xatıladan zəhəri boşaltdı açıq ağzında, və tapancanı yerə atıb hər iki əli ilə boğazını möhkəm sıxdı ki, bütün zəhəri udsun...Sonradan Talıbov nə qədər tüfürsə, nə qədər öskürsə də boşa idi, kifayət qədər sionid-kaliy udmuşdu ki, on-on beş dəqiqə ərzində ölsün. Rəngi qıpqırmızı idi...Aslan necə də düz demişdi...zəhərin badam dadı verdiyini bilmək üçün ya ölü olmalısan ya dakı dəli...Əlləri açıq olsaydı dərhal barmağı ilə qlandalarını qıcıqlandırıb, qaytarardı. Kamil yenidən pistoleti qaldırıb, avtomatik şəkildə saata baxdı...

-          Yemək yediyivi, yəni qarnı dolu olduğunu nəzərə alaraq, yarım saat vaxtın var...Dediyimi yazsan, padzəhri sənə verirəm...Sənə  oğru sözü verirəm. Bizim kodeksi pozmaq ən böyük günahdı

-          Mən padzəhri verirsən, amma sonrada gülləni başıma çaxırsan...əladı da, nədə olsa “oğru” sözünü tutursan.

-          Axmaqlama, deyə yaxınlaşıb tapancanın nəzarəti ilə Talıbovun kəndirini boşaltdı...

Bir neçə dəqiqədən sonra Talıbov yazı masasında oturmuşdu yeni listə nə yazmağı tərəddüd edirdi...Zəhər artıq yavaş-yavaş öz sözünü deyirdi. Mədəsində əvvəlkindən fərqli həzm prossesi gedirdi. Kamil isə heç nə olmayıbmış kimi otağa nəzər yetirirdi... “Bircə üzünü çevirsəydi” deyə Talıbov məqam gözləyirdi. Elə bil fələk Talıbovun istəyini göydə tutdu, Kamil gözü stolun üstündəki alboma dəymişdi...bir neçə dəfə səhifələdikdən sonra...mat-məttəl donub qaldı...

-          Sənin ananın adı Dilarədir- deyə üzünü çevirmədən soruşdu. Sual Talıbovu tam çaşdırdı. Ona görə öz riskli addımını təxirə salmalı oldu

-          Anamı hardan tanıyırsan, əclaf...Ona neyləmisən?

-          Sənin bəs atan kimdir?

-          Atam otuz dörd il bundan əvvəl anamı hamilə qoyan bir əclaf...mənnə bilim...

-          Yox...ola bilməz...yox- deyə fırlanıb öz oğluna tez padzəhri verəcəkdi ki, artıq divandan xəlvətçə silahı çıxarmış Talıbov, Kamilin əlində tapanca üzünü çevirdiyini görüb, özü də bilədiyi atasına iki dəqiq atəş açdı...Ürəyindən atəş alan Kamil yerindəcə keçindi...Talıbova  heç deyə də bilmədi ki, onun həqiqi atası idi.

Talıbov isə həmkarı Aslana dua oxuyurdu ki, ona sionid-kaliyin antidotunun  adi şəkər tozu olduğunu demişdi...Tez mətbəxə qaçıb bir-iki çay qaşığı pesoku  bir başa quru-quru uddu. Daha sonra hər ehtimala qarşı bir şirinçay hazırlayıb tez-bazar boğazından keçirdi...Onun hamsından çox Kamilin anası haqqında soruşduqları maraqlandırırdı...Ağlına min fikir gəlirdi...Bəlkə anama da belə zəhər verib...Bəlkə o heç tək işləmir, kimiyləsə əlbirdir...anamı o  birisi əsir tutub...O uzun müddət idi ki, belə qorxmamışdı...Dərhal masadakı kağızları idman pencəyinin cibinə qoyub evdən çıxdı. On iki mərtəbəli binadan təzə çıxmışdı ki, bərk külək əsdiyini gördü...buna ramən taksi dayanacağına tərəf şütüdü, kəsmə yola təzə keçmişdi ki, cibindəki skrepkalanmış kağız qalağını külək cibindən çıxartdı. Bircə dəfə üzünü çevirməyi kifayət etdi ki, arxadan dəhşətli sürətlə hərəkət edən marşrut əyləclə bacara bilməyib, Talıbovu beş metrə qabağa atdı...Talıbov üçün isə bu an qaranlıq çökmüşdü.

 

***                               ***                               ***

Sonuncu maaşını almağa gələn Fərhad Məmmədov da - 22 yaş, tərcüməçi, köhnə Samsunqun qarşısındakı binaya gəlmişdi. Onuncu mərtəbədə onun əvvəllər işlədiyi ehtiyat hissələrinin təminatı üzrə araçılıqla məşğul olan BeTeEs şirkəti yerləşirdi. Fərhad əsgərlikdən təzə gəldiyindən, onun dünyanı cənginə almış böhrandan xəbəri yox idi, onu da bilmirdi ki, onu tərcüməçi qismində işə götürməklə əslində iki yüz-iki yüz əlli manat maaş vədəsi ilə aldadıblar...Axı o haradan bilə bilərdi ki, tərcüməçinin maaşı aya minimum yeddi yüz manat olmalı idi. Üstəlik o Şüvəlan qəsəbəsi tərəfdə təmir olunan Severnaya Elektrik Stansiyasının təftişinə və təmir üzrə nəzarətinə gəlmiş Yapon mexanik və mühəndislərinin sinxron tərcüməçisi idi...Üstəlik gecə növbəsində işləyirdi...Üstəlik tez-tez overtaymlarla üzləşirdi...Amma neyləmək olar ki, amansız kapitalistlər buna istismar kimi deyil adi ikitərəfli razılıq kimi baxırdılar.

Fərhad səhfini başa düşmüşdü ki, bu iş müvəqqəti xarakter daşıyır... İki aya təmir bitəndən sonra onu istər istəməz bayıra atacaqlar...İki ay ərzində dörd yüz manat pul cibinə qoyub lifltə birinci mərtəbəyə düşdü...Bayıra çıxanda, elə qapının yaxınlığında olan məsaməli kanalizasiya süzgəcinin divarlarına bitişik kağız parçalarının yapışdığını və küləyin sürətilə sinxron dalğalandığını gördü...Kağız qaldırıb, oxudu...Elə ilk baxışlardan kağızlar möcüzəvi şəkildə Fərhadı cəlb etdi. Külək dözülməz hal aldığından kağızları cibinə qoyub Gənclik metrosuna tərəf qaçmağa başladı. O qədər soyuq idi ki,  maşın vurmış və ətrafına tibbi yardım, yol polis nəfərləri, lazımsız şahidlər yığılmış  yerə sərilən kişi meyitinə qaça-qaça baxırdı.

 

VIII FƏSİL

Tamamlanmış “Tamamla”

 

Oğlunun ölümündən düz bir il keçirdi. İlinə başsağlığı verməyə gəlmiş qonaqlar getdikdən sonra, kiçik oğlunun otağına keçib televizoru açdı. Dilarə hələ də elə bilirdi ki, oğlu Kamili atası olduğunu öyrəndiyinə görə öldürüb. Bir neçə siyasi və ictimai xəbərlərdən sonra görkəmli yazar Kamil İldırımın ölümünün ili haqqında reportaj getdi.

“...qeyd edək ki, Kamil İldırım, psixoloji problemlər yaşayan, polis leytenantı, Əhməd Talıbov tərəfindən naməlum səbəblərə görə oğurlanmış, və xüsusi amansızlıqla  Talıbovun öz evindəcə qətlə yetirilmişdir...Talıbovun manyak olmasını onun mərhum yazıçının bədəninə, əllərinə steril əlcək, başına tibbi kalpak, və ayaqlarına xüsusi ağ bağlama keçirməsindən müəyyən ediblər...Qətldən dərhal sonra, Əhməd Talıbov özünü yaxınlıqdakı kəsmə yolda maşının altına atıb...

Və sonda dünyada öz yeni multi-müəllifli hekayə janrı ilə ədəbiyyatda inqilab edən gənc yazar və artıq Nobel mükafatı namizədi Fərhad Məmmədovun bu gün “Tamamla...” üslubunda artıq ikinci kitabı işıq üzü görüb. Maraqlıdır, görəsən dahi Kamil İldırım sağ olsaydı, bu gənc yetənək haqqında nələr deyərdi...

 

SON

 

“Fəinnə məəl usri yusra, innəməəl usri yusra” Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!), həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!) – Şərh surəsi 5-6, Qurani-Kərim tərc. Vasim Məmmədəliyev



E-poçt Çap PDF faylını al

SÜRREALİZM VƏ YA ZAMAN İTGİNLƏRİ - FƏRHAD MƏMMƏDOV (ELMİ-FANTASTİK HEKAYƏ)

Təsviri:

"Sürrealizm cərəyanının nümayəndələrindən biri olan məşhur rəssam Salvador Dalinin muzeydə müəmmalı ölümündən və onun çəkdiyi Yanan Zürafə şəklinin qeyri-adi imkanlarından bəhs edən"Sürrealizm və ya zaman itginləri" adlı (Rüstəm İbrahimbəyovun belə rəyində olmuş) elmi-fantastik hekayə"

E-poçt Çap PDF faylını al

AQONİYA-BƏDƏNİN SON MÜQAVİMƏTİ - FƏRHAD MƏMMƏDOV (POVEST)

“Əsl həqiqət “niyə”,” necə” sualları ilə məhdudlanmır”

Hakim Sənai

I

TRANS

 

Xeyr buna qaranlıq demək olmazdı...Elə bil kimsə səmanı və ətrafı qara rəngə boyamışdı. Qaranlıq bir yana, soyuqdan onun ayaqlarının sümükləri zingildəyirdi. İşıqlı asfalt yola təxminən 30 metr məsafə olsa da dəhşətli külək onun hər irəliyə doğru addımını iki addım geri qaytarırdı. Aclıq da öz sözünü demişdi...Bəlkə başqası olsa idi belə vəziyyətdə şoka düşərdi. Mənzərə o qədər dəhşətli idi ki, o, inilti səsləri çıxarır və çabalarla irəliyə doğru israrla addımlayırdı. Lakin bunlar boşa idi. Külək onu elə hey arxadakı zülmət içində olan quyuya doğru aparırdı.

E-poçt Çap PDF faylını al

NEYRATRON LAYİHƏSİ - FƏRHAD MƏMMƏDOV (ELMİ-FANTASTİK HEKAYƏ)

I
İLK ŞAHİD
- Bax…indi çıxmalıdır. Artıq üçüncü gündür ki, saatı qeydə alıram…hər gün eyni vaxt 4.30, gecə yarı
- Sizin binadan çıxır, yoxsa…başqa yerdən gəlir…
- Vallah, orasını dəqiq deyə bilmərəm…O elə qəfildən peyda olur ki, haradan çıxdığını hara getdiyini güdmək olmur…Qorxumdan balkondan güdürdüm, özüm ikinci mərtəbədə qalıram…dünən mətbəxin işığını söndürdüm ki, onu rahat güdə bilim…Amma elə bil o hiss edirdi ki, onu kimsə güdür, ağzının altında bir təhər bağırtımı deyim, iniltimi deyim, qəribə səslər çıxarıb elə hey binanın mənzillərinə ümumi göz gəzdirirdi.
- Görünüşü yadındadır?
- Düzdür qaranlıq olsa da, bəzi şeyləri seçə bildim…Topuğuna qədər uzanmış boz və ya (qaranlıqda ayırd etmək olmurdu) digər açıq rəngli plaş geymişdi…olduqca nimdaş idi…Başında da,…lənət şeytana həmişə o papağın adı yadımdan çıxır…o, soyuq zonalarda xidmət edən əsgərlər qışda başları nə qoyurlar…bax ondan. Bildin də, qulaqları açılıb bağlanan.