Edebiyyat.az

  •  

BAYATILAR

E-poçt Çap PDF faylını al

BAYATILAR - AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİ

Əzizim, ayaz olmaz,
Buluddur ayaz olmaz.
Mən ki qəm oylağıyam,
Qəm məndən ayaz olmaz

E-poçt Çap PDF faylını al

BAYATILAR - AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİ

 

Əzizim, ay incəli,
Xoş gəldin, ay İncəli.
Dərdini çəkən ölməz,
Günbəgün ay incəli.

E-poçt Çap PDF faylını al

BAYATILAR - AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİ

Əzizim, yüz il belə,
Qəvvas ol yüz il belə.
Ömür fani, gün gödək,
Yaşasan yüz il belə.

Əzizim, donum qara,
At qara, donum qara,
Fələyi yarımasın,
Özüm gənc, günüm qara

E-poçt Çap PDF faylını al

BAYATILAR - AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİ

Aşıq, dolaq altına,
Sarı dolaq altına.
Sülh bayraq tək ucalsın,
Biz də dolaq altına.

Mən aşıq, bilən olsa,
Qədrini bilən olsa.
Birliyi top dağıtmaz
Ona səs verən olsa.

E-poçt Çap PDF faylını al

BAYATILAR - AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİ

Eləmi, ya saraylar,
Ürəyim yas haraylar.
Üstümə hücum çəkdi
Pis günlər, yassar aylar.

Əzizinəm, qaş daşı,
Xançalıyın qaş daşı.
Ərəbin üzün görmə
Taladı, o, qaş daşı.

E-poçt Çap PDF faylını al

BAYATILAR - AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİ

Əzizinəm, bir də qan,
Oxu dərsin bir də qan.
Bu yaralı gözlərim,
Bir yaş tökər, bir də qan.

Əzizinəm, əyalı,
El-obanın əyalı.
Qoca da cavan olur,
Gözəl olsa əyalı.