Edebiyyat.az

  •  

OXŞAMALAR

E-poçt Çap PDF faylını al

"4" BEŞİK OXŞAMALARI VƏ SEVMƏCƏLƏRİ - MƏMMƏD NAMAZ

Bahar gəldi, dağlar, düzlər
Çiçəklədi, ləçəklədi.

Seyr et şehli düzənləri, -
Çiçək ləldi, ləçək ləldi.

Bax balamın yanağına
Çiçək nədi, ləçək nədi…

E-poçt Çap PDF faylını al

"3" BEŞİK OXŞAMALARI VƏ SEVMƏCƏLƏRİ - MƏMMƏD NAMAZ

Qabağıma qaçan qızım,
Qollarını açan qızım.

Gözlərimdən öpən qızım,
Qucağımda bitən qızım.

Gül görəndə gülən qızım,
Ayı da gün bilən qızım.

E-poçt Çap PDF faylını al

"2" BEŞİK OXŞAMALARI VƏ SEVMƏCƏLƏRİ - MƏMMƏD NAMAZ

Addımını at görüm
Boya-başa çat görüm.

Qılıncı al əlinə,
Koroğlu ol elinə

A solmayan çiçəyim,
A oxuyan ürəyim.

E-poçt Çap PDF faylını al

"1" BEŞİK OXŞAMALARI VƏ SEVMƏCƏLƏRİ - MƏMMƏD NAMAZ

Ay mənim oğlum, kişim,
Mənim qara kişmişim.

Gecələr az yatanım.
əllərimdən tutanım.

Dərsindən “beş” alanım,
Mənim tülək-tərlanım.