Edebiyyat.az

  •  

YAZARLAR

E-poçt Çap PDF faylını al

BİR VAXT İNDİ - CABİR NOVRUZ

Ah sənə necə də
mən inanırdım.
Deyərdim səndəki
ürəyə alqış.
Deyərdim, dedikcə
qürurlanardım.
Allah, sənətkar da
insan olarmış.
***

E-poçt Çap PDF faylını al

HARDASAN ƏVVƏLKİ İNAMIM... - CABİR NOVRUZ

Hardasan, əvvəlki
inamım yenə.
Gəl, yenə başımın
üstündə dayan.
Qayıt, o əvvəlki
gümanım yenə,
O əvvəlki ümid
gözlərimdə yan.
***

E-poçt Çap PDF faylını al

SÖZ İLƏ GƏLDİM CAHANA - CABİR NOVRUZ

Söz ilə məni doğdu,
Mənim Qızılgül anam.
Söz ilə varid oldum,
Sözlə gəldim bu cahana.
Mən söz ilə boy atdım,
Sözdən-sözə yol açdım.
Axşam söz ilə yatdım,

E-poçt Çap PDF faylını al

RƏFİQ ZƏKA XƏNDAN YARADICILIĞINDAN ŞERLƏR

UÇAN NƏLBƏKİLƏR

Uçan nəlbəkilər
Öhbət gedirdi, birdən
Söz istədi bir alim,
Söylədi: Əzizlərim,
Deyilənlər qurmadır,
Yalandır, uydurmadır!

E-poçt Çap PDF faylını al

BƏXTİYAR VAHABZADƏ - ÇÖRƏK – VƏTƏN

 

Əynində «cinsi» şalvar, 
Belində enli kəmər, 
Saçı çiyinlərində 
Döşündə emblemlər, 
Firmenli bir türk ilə

E-poçt Çap PDF faylını al

RƏFİQ ZƏKA XƏNDAN - QIŞ GETDİ, BAHAR GƏLDİ

 

Rüzgarlar üfüqlərlə qovuşdu,
Bir dadlı bahar türküsü qoşdu,
Dağ selləri şimşək kimi coşdu,
Donmuş suları dəldi, ay ellər,
Qış getdi, bahar gəldi, ay ellər!

E-poçt Çap PDF faylını al

RƏFİQ ZƏKA XƏNDAN - SABAH YELİ

Sabah yeli, sabah yeli,
Nə əsərsən dəli-dəli?!

Dalğalanır dan yelində
Günəşin uca məşəli.

E-poçt Çap PDF faylını al

BƏXTİYAR VAHABZADƏ - ÇÖRƏK – SƏADƏT

Dirək oldu göylərə ah-naləsi bu yerin.... 
Vətəndə iş axtarıb ağ gün gözləyənlərin, 
Gözlərinə ağ düşüb. 
Bir parçacıq çörək də Vətəndən qaçaq düşüb. 

E-poçt Çap PDF faylını al

NƏFSİMİZ - BƏXTİYAR VAHABZADƏ

Bizdə bu soyaq qanları neylərdin ilahi ? 
M. Ə. Sabir


Qacqının payına göz dikən alçaq, 
Sənə hansı haqla mən insan deyim? 
Millətin qanını soran qurumsaq, 
Mən sənin adına soxulcan deyim. 

E-poçt Çap PDF faylını al

BƏXTİYAR VAHABZADƏ - CƏLALƏDDIN MÖVLANAYA BƏNZƏTMƏLƏR

Mən yoxam, adicə bir adam, Allah, 
Sənə catmaq üçün fəryadam, Allah. 
Qul azad olanda şad olmalıdır 
Qulun olduğuma mən şadam, Allah.

E-poçt Çap PDF faylını al

BƏXTİYAR VAHABZADƏ - YARƏB

Rəhm eylə özün sən mənim övladıma, yarəb, 
Rəhm eylə mənim naləmə, fəryadıma, yarəb. 

Məhrum eləmə sən onu dünya işığından, 
Sənsən pənahım, sən yetiş imdadıma, yarəb. 

E-poçt Çap PDF faylını al

BƏXTİYAR VAHABZADƏ - GÖRMÜR, GÖRÜR

O, namaz üstündə əl açıb göyə 
Allaha üz tutub, "Ya rəbbim", - deyə 
Onun duasına qarısır ahı 
O, bu dəm elə bil görür Allahı, 

E-poçt Çap PDF faylını al

BƏXTİYAR VAHABZADƏ - MİLLƏTİM

Niyə bu günə düşdün 
Ay mənim məmləkətim? 
Özümə düşmən olub 
Aşıb-daşan sərvətim. 

Səhifə 1 > 36