Əzizim, ayaz olmaz,
Buluddur ayaz olmaz.
Mən ki qəm oylağıyam,
Qəm məndən ayaz olmaz
Kitab Klubu sentyabrın 11-də saat 15:00-da mətbuat konfransı-təqdimat keçirir...
Hörmətli Ədəbiyyat.az Ziyarətçiləri, Sizin ixtiyarınıza yenilənmiş olan veb səhifəmizi təqdim edirik. Veb səhifədə kiçik çatışmamazlıqlar hal-hazırda mövcüddur. Bu çatışmamazlıqlar qısa müddət ərzində bərpa ediləcək.
Hörmətli Ziyarətçilər, tezliklə sizin ixtiyarınıza Məhəmmədhüseyn Şəhriyar yaradıcılığından heç bir veb səhifədə yer almayan səsli şerlər təqdim edəcəyik... Veb səhifəmizi izləməyi unutmayın...!!! Müddəti: 118 dəqiqə. YÜKLƏMƏ ARTIQ AKTİVDİR YÜKLƏ Materialı bizə təqdim etdiyi üçün Əli Xəyyam`a öz dərin təşəkkürümüzü bildiririk...
Bildiyimiz kimi, hər bir dövrün fəlsəfi problemləri bir birindən fərqli olmuşdur. Antik dövrdə insan və onun daxili aləmi əsas problem olmuş, orta əsrlərdə isə bu problemi yaradılış əvəz etmişdir. İntibah dövründə isə bir qədər fərqli məsələlər ortaya qoyulmuşdur. Həmin dövrdə
Lap arxada – sonuncu partada oturub gözünü sağa, sola gəzdirməyə başladı. Bilirdi ki, hamının nəzərləri ona dikilib. Müəllim də sanki uşaqların bu səssizliyindən istifadə edib mühazirəni elə aram-aram deyirdi ki, elə bil nəsə yaddan çıxacaq və bir daha fikrini tamamlaya
07.06.2010 tarixindən etibarən bütün ALİ&NİNO mağazalar şəbəkəsində satışda... Kitabdakı yazılardan bir neçə misra sizə təqdim edirik...
Epiloq’un musiqi qolunun yaranmasında böyük səyləri olan, beatmaker Ram’ın ilk instrumental albomunu sizlərə təqdim edirik.
Əzizim, ayaz olmaz,
Buluddur ayaz olmaz.
Mən ki qəm oylağıyam,
Qəm məndən ayaz olmaz
Əzizim, ay incəli,
Xoş gəldin, ay İncəli.
Dərdini çəkən ölməz,
Günbəgün ay incəli.
Əzizim, yüz il belə,
Qəvvas ol yüz il belə.
Ömür fani, gün gödək,
Yaşasan yüz il belə.
Əzizim, donum qara,
At qara, donum qara,
Fələyi yarımasın,
Özüm gənc, günüm qara
1. Abad məclis aşığından bəllidir.
2. Abdal olan, abırlı olar.
3. Avamlıq eyib deyil, abırsızlıq eyibdir.
4. Avara adam ara vurar, arsız adam yara.
5. Avaranın tayı da avara olar.
6. Ağanın nökərə vədi dəryada balıq sövdasıdır.
7. Ağanın pis günü toy, kasıbın pis günü vay olar.
8. Ağanın mal-qarası çox olar, kasıbın ala-bulası.
9. Ağac calanar, bostan culanar.
10. Ağanın qazandığı var, kasıbın qazancı tər olar.
11. Ağac yarpağı ilə, adam paltarı ilə yaraşıqlı olar.
12. Ağıllı söyünc qəzəb yatırar, ağılsız söyünc qəzəb artırar.
Araq dindirəni, yaraq da dindirə bilməz.
Araq adamı ardan da qoyar, yardan da
Arısı olmaq, hələ balı olmaq deyil
Arvad nədir, urvat nədir.
Arvad ar gətirər, kişi var.
Arvadı darda, kişini varda sınarlar.
Arvad urvatdır, baxarsan bad olar, baxmazsan yad.
Arvadı tənbəl olan kişinin, işi əngəl olar.
Arvadı yava olanın, evində dava olar.
Arsız adam, abırsızlıqdan da kökələr.
Arıq-uruq az idi, bu yandan da dabanı yarıq çıxdı.
Arpa unu iti hürüdər, qarğıdalı unu qudurdar.
Asta olan adam, usta olar.
Aslan dişinə, kişi işinə güvənər.
Astını danan, ustunu da danar, dostunu da.
Ata nəsihət, ana vəsiyyətdir.
Ata-anaya kəm baxanın, kəndiri kəsilər.
Atadan dönən, zatından dönər.
Ataya ağ olan, zatı-pakına da ağ olar.
Ata arı, oğul vüqarı.
Atasını atan, elini də atar, namus-qeyrətini də.
Şagird ustadını yamsılar.
Şagirdin qorxusu ilk məclis aparana kimidir.
Şagirdi yarımçıq ustanı söyərlər.
Şagird olmadan, məclis axtarmazlar.
Şagirdin üzağlığı ustadından asılıdır.
Şamın peşəsi ərimək, sevənin peşəsi kiriməkdir.
Şam şan əlamətidir, san da san.
Şeyx duranda ağlaşma qurar.
Aşıq, dolaq altına,
Sarı dolaq altına.
Sülh bayraq tək ucalsın,
Biz də dolaq altına.
Mən aşıq, bilən olsa,
Qədrini bilən olsa.
Birliyi top dağıtmaz
Ona səs verən olsa.
Əzizinəm, qaş daşı,
Eləmi, ya saraylar,
Ürəyim yas haraylar.
Üstümə hücum çəkdi
Pis günlər, yassar aylar.
Xançalıyın qaş daşı.
Ərəbin üzün görmə
Taladı, o, qaş daşı.
Əzizinəm, əyalı,
Əzizinəm, bir də qan,
Oxu dərsin bir də qan.
Bu yaralı gözlərim,
Bir yaş tökər, bir də qan.
El-obanın əyalı.
Qoca da cavan olur,
Gözəl olsa əyalı.
Seyr et şehli düzənləri, - Bax balamın yanağına
Bahar gəldi, dağlar, düzlər
Çiçəklədi, ləçəklədi.
Çiçək ləldi, ləçək ləldi.
Çiçək nədi, ləçək nədi…
Qabağıma qaçan qızım,
Qollarını açan qızım.
Gözlərimdən öpən qızım,
Qucağımda bitən qızım.
Gül görəndə gülən qızım,
Ayı da gün bilən qızım.
Qılıncı al əlinə, A solmayan çiçəyim,
Addımını at görüm
Boya-başa çat görüm.
Koroğlu ol elinə
A oxuyan ürəyim.
Səhifə 1 > 2