Edebiyyat.az

  •  

ADMİNİSTRATOR

Hörmətli ziyarətçilər,

Düşündüm ki, sayt yaradıcısı haqqında məlumat əldə etmək istəyərdiniz. Bu səbəbdən qısaca olaraq özümü və bu proektin yaratma səbəbləri haqqında danışım.

Proektin yaranma planları çox uzun bir müddət ərzində düşünülmüşdür. Azərbaycan Ədəbiyyatı haqqında veb səhifələri yaratma həvəsi 2001-ci ildən başlamış. İlk proektimi yəni veb aləminə girməm məhz Məhəmməd Füzuli haqqında veb səhifənin yaradılması ilə başladı. Link indiyə kimi fəaliyyət göstərməkdədir. Lakin çox sadə və primitiv bir formadadır. O il üçün bu iş mənim üçün çox böyük bir nəaliyyət idi. Axı ilk işim idi. Link keçidi http://mfuzuli.boom.ru

Daha sonra www.WorldAz.net proekti altında bir neçə ədəbiyyat saytları yaradıldı. (2003-cü il ) Mikayıl Müşfiq, Mirzə Ələkbər Sabir və Məhəmməd Füzuli (yeni versiya). Bunlarda çox təəsüflər olsun ki, uzun ömürlü olmadı. Bəzi səbəblər üzündən proekt tamamən bağlandı.

Bundan sonra veb aləminə olan maraq tamamən öldü. Yalnız nədənsə 2009-cu ildə Azərbaycan Veb məkanına yenidən Ədəbiyyat saytları ilə girməyi qarşıma məqsəd qoydum. İlk öncə Əyləncə portalı yaratmaq istədim. Düşündüm...

Azərbaycan Veb məkanında a-dan z-yə kimi minlərcə mənasız və maarifləndirməyə xitab etməyən əyləncə saytları fəaliyyət göstərməkdədir. Məhz bu səbəbdən Ədəbiyyata üz tutdum. Sırf maarifləndirməyə xitab edən bir veb səhifə. Daim ehtiyac duyulan və duyulacaq bir veb səhifə olmaq istədim. Və düşünürəm ki, hal-hazırda doğru bir yoldayam və proektimin uzun ömürlü olmağına əminəm!!! Təbii ki sizlərində dəstəyinizi daim gözləyirəm.

BİZİMLƏ ƏLAQƏ

Təklif və İstəklərinizi bizim elektron ünvanına göndərməklə bildirə bilərsiniz.

Əlaqə ünvanı: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.