Eləmi, ulu dağlar,
Uluslu ulu dağlar.
Oğul səndə can verdi
Göz yaşım sulu, dağlar.
Hörmətli Ədəbiyyat.az Ziyarətçiləri, Sizin ixtiyarınıza yenilənmiş olan veb səhifəmizi təqdim edirik. Veb səhifədə kiçik çatışmamazlıqlar hal-hazırda mövcüddur. Bu çatışmamazlıqlar qısa müddət ərzində bərpa ediləcək.
Hörmətli Ziyarətçilər, tezliklə sizin ixtiyarınıza Məhəmmədhüseyn Şəhriyar yaradıcılığından heç bir veb səhifədə yer almayan səsli şerlər təqdim edəcəyik... Veb səhifəmizi izləməyi unutmayın...!!! Müddəti: 118 dəqiqə. YÜKLƏMƏ ARTIQ AKTİVDİR YÜKLƏ Materialı bizə təqdim etdiyi üçün Əli Xəyyam`a öz dərin təşəkkürümüzü bildiririk...
Bildiyimiz kimi, hər bir dövrün fəlsəfi problemləri bir birindən fərqli olmuşdur. Antik dövrdə insan və onun daxili aləmi əsas problem olmuş, orta əsrlərdə isə bu problemi yaradılış əvəz etmişdir. İntibah dövründə isə bir qədər fərqli məsələlər ortaya qoyulmuşdur. Həmin dövrdə
Lap arxada – sonuncu partada oturub gözünü sağa, sola gəzdirməyə başladı. Bilirdi ki, hamının nəzərləri ona dikilib. Müəllim də sanki uşaqların bu səssizliyindən istifadə edib mühazirəni elə aram-aram deyirdi ki, elə bil nəsə yaddan çıxacaq və bir daha fikrini tamamlaya
07.06.2010 tarixindən etibarən bütün ALİ&NİNO mağazalar şəbəkəsində satışda... Kitabdakı yazılardan bir neçə misra sizə təqdim edirik...
Epiloq’un musiqi qolunun yaranmasında böyük səyləri olan, beatmaker Ram’ın ilk instrumental albomunu sizlərə təqdim edirik.
Eləmi, ulu dağlar,
Uluslu ulu dağlar.
Oğul səndə can verdi
Göz yaşım sulu, dağlar.
Mən aşiqəm, elə sən,
Mən beləyəm elə sən.
Ey xuda, al canımı,
Qəhr eyləmə elə sən.
Əzizim, kamil ustada,
Qurban, kamil ustada.
Ağ Aşıq tək ərkanı,
Gözlə, kamil ustada.
Ağ Aşıq kimi tanınmış Aşıq Allahverdi haqqında bilgilər biri-birinin əksidir.
I. Ağ Aşığın, - Allahverdinin babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşüdü imiş və müridləri ilə quzeydən, - çox güman, Qazax-Şəmşədil yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində yerləşibmiş. Doğrudan da, vurğulamalıyam ki, Arazın güneyində və Naxçıvanda, - qatı fanatik şiə mühitində Osman adı mümkünsüz idi və indi də belədir.
Dəli könlüm, məndən sənə əmanət,
Demə bu dünyada qalım yaxşıdır.
Bir gün olar qohum, qardaş yad olar,
Demə ulusum var, elim yaxşıdır.
Bir məclisə varsan, özünü öymə,
Şeytana bac verib kimsəyə söymə.
Qüvvətli olsan da yoxsulu döymə,
Demə ki, zorluyam, qolum yaxşıdır.
Xəstə üçün təpəsində qar olur,
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar!
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən aralı dağlar!
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar!