Edebiyyat.az

  •  

KİTAB TƏQDİMATLARI

E-poçt Çap PDF faylını al

YAZILMAYAN YAZI - SABİR ƏHMƏDLİ ( KİTAB KLUBU )

Əsər xalq yazıçısının vəfatından sonra çap olunan ilk romanıdır. Roman avtobioqrafik səciyyə daşıyır. Onun bütün əsərlərində olduğu kimi bu romanda da cəmiyyətin alt qatlarının həqiqəti öz əksini tapıb. Əsər yazıçının ən irihəcmli romanıdır.

E-poçt Çap PDF faylını al

İNAM ATA ( ASİF ATA ) - KUTSAL ÖYRƏTİ

Kutsal Öyrəti

Bütün Türklərin ilk milli filosofu, Mütləqə İnam Ruha­niy­ya­tı­nın və Ocağının Yaradıcısı İnam Atanın 41 Müqəddəs Kita­bın­dan seçilməklə və Özünün Bəyənişilə tərtib olunmuş bu kitab Onun Fəlsəfə və Ruhaniyyat Sisteminin canını, cövhərini yığ­cam şəkildə əks etdirir. O, Yaradıcısının Adı ilə “İnam Ata Si­vi­li­za­siyası”, ulusal kimliyinə görə “Türk Sivilizasiyası”, mahiy­yə­tinə görə “Mütləqə İnam Sivilizasiyası” adı ilə yeni ümum­bə­şər sivilizasiyasının yaranmasına səbəb olacağı düşünülən dünya­ba­xışın müjdəçisidir.

E-poçt Çap PDF faylını al

MARSA QAYIDIŞ - AZƏR İSAAK

MARSA QAYIDIŞ

Roman bir gənc və onunla birlikdə dəlixana həyatı yaşayan bir qrup insanın başına gələn macəra və faciələrdən bəhs edir. Romanda bəşəri mövzular: Xeyir və şər. İki od arası suallar: Olum, ya ölüm! Və yazıçıların üç nöqtə qoyub üstündən keçdikləri fikirlərdən söhbət açılır... Əsərin adsız qəhrəmanı İnsanlığı xilas edə biləcəkmi?!..

E-poçt Çap PDF faylını al

ФАРИД - ЧЕРНОВИК

ФАРИД - ЧЕРНОВИК07.06.2010 tarixindən etibarən bütün ALİ&NİNO mağazalar şəbəkəsində satışda... Kitabdakı yazılardan bir neçə misra sizə təqdim edirik...

E-poçt Çap PDF faylını al

ÇİNGİZ ABDULLAYEV - SATURNUN TÖVBƏSİ ( KİTAB KLUBU TƏQDİM EDİR )

Qədim Roma mifologiyasına görə Saturn anasının təhriki ilə övladlarına nifrət edən atası Urana əl qaldırır və hakimiyyəti əlinə alaraq onun yerinə keçir. Valideyninə qarşı göstərdiyi münasibətdən xoflanan Saturn öz övladlarını diri-diri gəmirərək udur... Əsərin qəhrəmanı Solaxay ləqəbli killerin həyat yoldaşının qeyri-insani hərəkətləri və bir sıra digər amillər sonda həyat faciəsinə – sevən atanın Saturna çevrilməsinə gətirib çıxarır. adına layiq görülüb, Prezident təqaüdçüsüdür.

E-poçt Çap PDF faylını al

ÖZGÜR BAYKUT - TANRININ OYUNU (TEZLİKLƏ AZƏRBAYCAN DİLİNDƏ)

Hamınız öz nümayişinizə xoş gəldiniz. Bəli, bəli. Siz. Xoş gəldiniz! Səhnə sizindi. Rol da… Həyatımın başından bəri həmişə Talisker içib komin qarşısında Hotel Costes dinlədiyimimi zənn edirsiniz? Ölmək üzrə olan bir kəs üçün əsrlər qədər uzun çəkən bir müddətdi.

E-poçt Çap PDF faylını al

ELÇİN MUXTAR ELXAN - RƏSSAM VƏ KOMPÜTER ( KİTAB KLUBU TƏQDİM EDİR )

 

Görkəmli rəssam E.M. Elxan hal-hazırda kompüter qrafikası sahəsində çalışır və oxucu diqqətinə çatdırılan bu albom həmin çalışmaların bəhrəsidir. Müəllif əməyinin nəticəsi olaraq ərsəyə gələn bu kitabda yerləşdirilən şəkillər insanı düşündürür və onu müəlliflə birlikdə rənglər aləminə səyahət etməyə sövq edir.

E-poçt Çap PDF faylını al

NAMİQ HACIHEYDƏRLİNİN - "SÖZ SƏNİNDİR" KİTAB TƏQDİMATI

Əziz dostum, hörmətli şairimiz Namiq Hacıheydərlinin   “Söz Sənindir” adlı yeni kitabı

E-poçt Çap PDF faylını al

GÜLZAR İBRAHİMOVA - "TAMPACALAR", "HANSI PEŞƏNİ SEÇİM", "SU PƏRİSİ VƏ BALIQÇI" (KİTAB TƏQDİMATI)

Gülzar xanımın “Tapmacalar” kitabının məqsədi kiçik yaşlı uşaqların yaddaşlarının inkişaf etdirilməsi, onlarda öyrənməyə, düşünməyə həvəsin oyadılmasıdır.

E-poçt Çap PDF faylını al

BAYRAM ALLAHVERDİYEV - BAKI DÖVLƏT UNİVERSİTETİNİN NƏŞRİYYATÇILIQ FƏALİYYƏTİ ( KİTAB TƏQDİMATI )

Monoqrafiya Bakı Dövlət Universiteti nəşriyyatının yaranması, formalaşması və inkişafı mərhələlərini əhatə edir. Burada ilk dəfə olaraq nəşriyyatın yaradılması, nəşriyyatın fəaliyyətində və inkişafında universitet rektorlarının, nəşriyyat direktorlarının rolu, baş redaktorların, redaksiya müdirlərinin, bədii, elmi, texniki redaktorların fəaliyyəti faktlar əsasında şərh edilir.

E-poçt Çap PDF faylını al

RƏŞİD HAYLAMAZ – PEYĞƏMBƏRİMİZ (KİTAB TƏQDİMATI)

RƏŞİD HAYLAMAZ – PEYĞƏMBƏRİMİZ
XƏZƏR NƏŞRİYYAT EVİ

 

 

Əziz ziyarətçilər PEYĞƏMBƏRİMİZ (s.ə.v) haqqında kibatı nəzərinizə çatdırırıq.

E-poçt Çap PDF faylını al

DEYİL - ƏLİ XƏYYAM ( ARTIQ SATIŞDA )

ÖNSÖZ

Mən özüm Önsözləri həmişə sonda oxuyaram, əsəri oxuyub qurtardıqdan sonra. Təbii, əgər oxuduğum fəlsəfə kitabı deyilsə.

 

Bu, Əli Xəyyamın ilk sözüdür indilik. Mən ilk sözə ön söz yazıram. Amma mən də ilk dəfədir Önsöz yazıram. Maraqlı duyğudu, sanki eyni vaxtda iki ayrı ünvana – həm oxucuya, həm də müəllifə çatacaq bir Məktub yazırsan.