Gündöyməz kəndinin sakini Rüfət çox içən adam idi. Kənddə hamının ondan zəhləsi gedirdi. Hamıya zülüm əziyyət verərdi ömrü boyu. Qırx yaşına gəlib çatmışdı. Vurmağının üstündə ona qız verən olmamışdı, onun da könlünə düşməmişdi evlənmək yaşadığı bu qırx il ərzində. Daima kef edərdi. Deyərdi dünyanın ləzzəti kefdədir. Anası rəhmətlik Sənəm qarı onun dərdindən öldü. həmişə deyərdi, ay oğul ay bala az iç bu zəhirmarı, camaatın içində bizi gülünc vəziyyətinə qoymusan, kənd içinə çıxmağa qorxuram. Atan kəlləsinə daş düşmüş vaxtında səni atmasaydı, bizi tək qoyub nə bilim hansı cəhənnəmə getməsəydi sən cığırından çıxmazdın. Elə o kopolu da bir fərli adam deyildi. Hər gün, hər gün içərdi, oğul ataya çəkər deyərdilər inanmazdım, qurbanı olduğum Allah qarşıma çıxardı. Hey, əziyyət çəkmişəm, bilmirəm bu qurbanı olduğum Allah niyə bütün bu dərdləri mənim üstümə yükləyir elə. Bax, qızımın ölümü yadımdan çıxmamış, cavan qardaşımın ölümü sinəmə dağ çəkdi. Ay allah de bir görüm məndən nə istəyirsən də. Mən yazığın balası, mən yazıq bəndən, nə günah işlətmişəm sənin gözünün qabağındakı sən məni bu əzabların içində boğursan, anamdan boğulmağıma peşman eləyirsən. İndi oğlum Rüfəti göz dağı eləmisən. Neyləmişəm axı sənə...Sonra da dediklərinin yalnış bir şey olduğunu anlayıb salavat çevirir, bunları deyidi: “qələt edirəm, mən nə karəyəm ki, sənin etdiklərini müzakirə edirəm, özün bilən yaxşıdır, keç günahımdan, cahilliyimə ver...”



Fariz Ziyatxan oğlu Temir (ov) 19 aprel 1987-ci ildə tarixi Azərbaycan torpağı olan indiki "Ermənistan"ın Kalinino rayonunun İlməzli kəndində doğulub. Uşaqlıq illəri qaçqınlıq-köçkünlük dövrünə düşüb. Kiçik yaşlarından saza sevgisini valideynlərindən gizlədə bilməyib.
Gözlərini üç yaşlı sarışın uşağa zilləyib fikrə getmişdi. Qaşları çatılmış, alnı düyün bağlamış, hiddətlə qaynayan gözləri bir qədər irəli çıxmışdı. Özü ilə danışırmış kimi, dodaqları aram-aram tərpənir, hərdən də çənəsi titrəyirdi. Nə uşağın qığıltı qarışıq hay-küyünü, hərdən şirin dili ilə “ata, ata” deməsini eşidir, nə də ona tərəf pərvazlanan əllərini görürdü. Eləcə, uşağı başdan ayağa süzür, hərdən də ilk dəfə gördüyü adam kimi, güzgüdəki əksinə –qaşına, gözünə, ağzına, burnuna baxırdı.
Bakının isti yay günləri başlanmışdı.Şəhər əhli sərinlənmək üçün dənizə qaçırdı. Bulvarda,çimərliklərdə hər gün qələbəlik
Lap arxada – sonuncu partada oturub gözünü sağa, sola gəzdirməyə başladı. Bilirdi ki, hamının nəzərləri ona dikilib. Müəllim də sanki uşaqların bu səssizliyindən istifadə edib mühazirəni elə aram-aram deyirdi ki, elə bil nəsə yaddan çıxacaq və bir daha fikrini tamamlaya bilməyəcək.
Üç yoldaş, uzun yol, yerişlər qıvraq,
Gündüz Günəş, gecələr Ay daima






