Edebiyyat.az » Poeziya » Ələsgər Əhmədin şeirinə məşhur türk aktrisasının reaksiyası

Ələsgər Əhmədin şeirinə məşhur türk aktrisasının reaksiyası

Ələsgər Əhmədin şeirinə məşhur türk aktrisasının  reaksiyası
Poeziya
Nicat Heşimzade
Müəllif:
23:06, 06 mart 2019
2 606
0
Xeberdar.az saytı xəbər verir ki, gənc şair Ələsgər Əhməd, aktrisa Demet Evqara yazdığı şeiri göndərib, bir neçə aydan sonra bu cavabı alıb: "Sevgili Alasger Ahmet, işlerin çokluğundan kaçıb, dinlenmek istiyordum hiç şiir okumak durumunda diyildim. Fakat, email adresime bakarken isim dikkatimi çekti. Okudum, kardeş ülkenin dili olduğundan zorluk çekmedim. Böyle bir şiirde rol almak beni duygulandırdı. Mühteşem! Her zaman sizi okumak isterim. Kadına kalkmayan eller öpülür"
Xeberdar.az saytı xəbər verir ki, gənc şair Ələsgər Əhməd, aktrisa Demet Evqara yazdığı şeiri göndərib, bir neçə aydan sonra bu cavabı alıb:

"Sevgili Alasger Ahmet, işlerin çokluğundan kaçıb, dinlenmek istiyordum hiç şiir okumak durumunda diyildim. Fakat, email adresime bakarken isim dikkatimi çekti. Okudum, kardeş ülkenin dili olduğundan zorluk çekmedim. Böyle bir şiirde rol almak beni duygulandırdı. Mühteşem! Her zaman sizi okumak isterim. Kadına kalkmayan eller öpülür" 


Sözü gedən şeiri təqdim edirik.

Ən gözəl aktrisaya......

Caynaqlardan düşən, 
ağ bayraqlar islanmışdı mavi gözlərində 
Həyatından 10 il kəsmişdilər 
Yaşamağı insana çevirmişdin, 
bərk- bərk qucaqlamışdı qolların 
Ən azı 10 qatilin, 
ölümü tapılmışdı barmaq izlərində 
Fərqli- fərqli ölkələrin azadlığını qusmaq üçün 
İstifadə edirdin ayaqyolların. 

Sən yox ikən, 
kişilər qışqırmaq üçün 
qadınlar susmaq üçün doğulurdu 
Uşaqlığın partlayan topdan fərqlənməyən məhəllədə 
Cinayət işlərinə, pəncərədən baxılırdı. 
İstanbulu gəmilərdən azad etmişdin 
1453-cü məcəllədə 
Dizlərini qucaqlayıb, isitsən də 
nə fayda? Əllərin ki, buz idi 
Məktəb vaxtı biləyinə çəkdiyin ay da, 
səndən başqa hamıya sonsuz idi. 

Hipokratın goruna 
and içmələrini eşitsən də 
Yenə onu geri qaytarmaq istəyirdi həkimlər 
Əməliyyat bıçağı ilə 
ədalət çəkicini dəyişdirmişdi hakimlər 
Elə orda öyrənmişdin 
əcəlin yaxasından yapışmaq, 
narkozdan komaya aparır 
Qaradənizdən 3-4 köynək su sıxıb, 
nil çayını yaratmışdım 
Bəlkə kənarında bir fincan çay içərdik 
Çatlaq dodaqlarının təzyiqini ölçərdik 
Heç biri də olmamışdı, 
balıqlar donmuşdular,
birinin də pulu qalmamışdı 
Supərisinə çevirilib, ulduz xəstəliyinə soyunmuşdular. 
Evə gəlib, 
Feysbuk dostlarımı mesaj atmışdım 
"Bütün yollar Romaya aparır"

Hər gün bir bəhanəylə sökülüb, 
eyni tərzdə çəkilən yollar da 
Səni bir dəfə görüm dəyə, 
ərəbcə yalanlar danışırdım "mollarda"
Sərkərdələr şəhərləri qorumaq keşiyində 
Uşaqlar müharibənin beşiyində ayılırdı 
Heçnə olmamış kimi, 
kimyagər Parisi partlatmaqdan qayıdırdı. 

Mən də 
evdə 9-un arxasına əqrəb salmışdım 
Ekran başında əlacsız qalmışdım 
Çəkdiyim siqaretlər 
özümdən başqa hamını zəhərləmişdi
Elə indi də evdəyəm 
Addımlarım harasa gedə biləcəyim qədər az 
Qalların eleksir içdiyinə görə tərləmişdi 
Sinəmin üstündən şaha qalxan Troya.

Qaç, canını qurtar, 
bir də buralara gəlmə 
Sahildə dərin nəfəs al, 
ölmə......
Nə də cəsədini leş qarğalarına yem et. 

Məni cin atına mindirsən də, 
əlim qalxmaz 
Həm sənə, həm də Merilin Monroya 
Mənim yumruqlarım homoseksualdı, Demet.


Xəbəri hazırladı: Vüsal Süleymanov 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)