AHMET ERHANIN ŞEİRİ





     1958-ci ildə Ankarada doğulub. Bir müddət Adana Dəmirspor komandasında futbol oynayıb. Zədə üzündən futbolla vidalaşan gənc Ahmet könlünü şeirə verib. Qısa müddətdə yazdığı poetik nümunələr Türkiyənin nüfuzlu ədəbi mükafatlarını qazanıb. Tanınmış şair yaradıcılığının ən çiçəklənən çağında 2013-cü ildə  55 yaşında xərçəng xəstəliyindən vəfat edib.


***


Ana, mən gəldim, üstüm başım

Uzaq yolların tozları içində

Çoxdan yırtıldı toxuduğun iplik kofta

Üstündə yaşıl naxışlarıyla


Ana mən gəldim, yoruldum artıq

Hər yol ağzında özümlə  qarşılaşmaqdan

Həm acılı, sərxoş və sarsaq

Şeirlər çırpışdıran bir adam


Qurumuş quyunun suyu, əncirin

Südü çoxdan çəkilmiş

Bir zamanlar dünya sandığım bağçanı

Ayrık* otları, tikanlar bürümüş


Qapıdakı zınqırov nəmdən qaralmış

At nalı və sarımsak durur* amma

Oğlum məktub yaz deyən

Səsin hələ qulaqlarımda


Ana mən gəldim tordakı balıq

Qabdakl su qədər  umudsuzam

Dizlərin dururmu başımı qoyacaq?

Ana mən gəldim, oğlun, xeyirsizin...


                                   Çevirən A.Qaradərəli



Gerçekedebiyat.com


------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Ayrık otları – taxıl zəmisində taxılın yoldaşı, bizdə ona gülül, yaxud bülül deyərlər. 

*Sarımsağı evlərin qapısından sapları ilə asarlar ki, qurusun. Bu həm də yerli əhalidə sarımsağın evləri yad təsirlərdən qoruyacağı gələnəyi ilə bağlıdır.



Baxılıb: 115
Səhv tapdınız? Mətni seçin (qaralayın) və Cntrl + Enter düyməsini sıxmaqla bizə bildirin!

Rəylər(0)

Rəy bildir