Edebiyyat.az » Proza » Kitabxanalar nə üçün bağlanır?

Kitabxanalar nə üçün bağlanır?

Kitabxanalar nə üçün bağlanır?
Proza
nemət
Müəllif:
21:44, 06 mart 2019
1 410
0
Kitabxanalar nə üçün bağlanır?



  Hər bir sahədə olduğu kimi kitab sahəsində də monopoliya hökm sürür. Min bir əziyyətlə kitab satışına qatılanlar kölgədə qalır. Monopoliya quranlar isə daim göz önündədirlər. Malları, biznes mərkəzlərini, bir sözlə gözəgəlimli hər yerdə yer alıb işə başlayıblar. Kitabların keyfiyyətli olması üçün xarici ölkələrdə çap edirlər, ən yaxşı iş bacaranları yüksək maaşla işə götürürlər və nəhayət bazarı idarə edirlər. Bir tərəfdən yaxşıdır. Gözəl təşəbbüsdür. Kitablar nəşr olunur, satılır. Müəlliflərlə müqavilə imzalanır və sairə və ilaxır. Lakin, təkrarçılıq olmasın, hər sahədə olduğu kimi monopoliya sağlam mübarizəyə maneə törədir.  
  Məmməd kitab satışında heç cür uğur qazana bilməz. Onu görməzdən gələcəklər, tək qalacaq. İnsanlar harada çox olurlarsa, ora artıq "zəbt" olunub.  Heç nəyə baxmayaraq parıldamağa çalışan ulduzu söndürmək fəlakətə gətirəcək. Daha heç bir ulduz parlamaq istəməyəcək. Anlayacaq ki, var gücünlə parıldasan belə göy üzündə ay olmaq mümkün deyil. Məcbur olub uçacaq başqa yerə. Hardakı onun parıldamağı heç kimi qıcıqlandırmır, əksinə mənəvi zövq verir.  
  Nəşriyyatların fırıldaqlarlarından danışmağın əsl məqamıdır. Heç nədən başı çıxmayan Gülməmmədin könül quşu oxuyub, bir gözələ vurulub, ayrılıb və nəhayət bir klapanlı dərddən uzun-uzadı yazı yazıb. Bu yazını kitab halına salmaq üçün nəşriyyatlara müraciət edir. Nəşriyyat Gülməmmədə baxan kimi içi südlə daşan inəyə bənzədir. Gülməmməd isə həyəcandan, sevincdən hər şeyə razılaşır. Təki kitab çıxsın. Eqonun ürəyinə rahatlıq gətirməsi üçün müflis olmağa hazırdır.  
  Başqa bir tərəfinə baxaq. Safməmməd həqiqətən möhtəşəm yazıçı ola bilər. Dünya ədəbiyyatı ilə baş-başa gələ biləcək hekayələr müəllifidir. Sadəcə pulu yoxdur. Nəşriyyat ov iti kimi onu qoxuyla tapır. Dil ağız tökərək yazını Safməmməddən alır. Çap edir, təqdimat keçirir, satır, pul qazanır. Safməmmədə isə cəmi 20 kitab verirlər. Bax belə. Qalan bütün nəşriyyatlar, kitab çıxaranlar sürünürlər. Məcburiyyət işə xələl gətirir. Pul yox, iş az...
  Son üç ildə azı 10 kitabxana bağlanıb. 500-1000 kitabla işə başlayıb heç nə edə bilmirlər. Güc ağıla qalib gəlir.   İdmana, musiqiyə göstərilən qayğı kitabxanalara göstərilmir. Göstərilsə belə, monopoliya ərazisində olan kitabxanalara göstərilir. Müxalif kitablar azlıq təşkil edir. Ona görə təqdimatlarda tərifdən başqa heç nə eşidilmir. Tənqid edənə qəribə baxırlar. Axı, hər şey yaxşıdır. Sən nə üçün tənqid edib özünü pis edirsən. Belə bir hekayə də var. Hamı şahın paltarını tərifləyir. Bir nəfər gəlib şahın çılpaq olduğunu deyir. Hamı şoka düşür. Sən demə indiyə kimi şah çılpaq imiş. Sadəcə heç kim qorxudan deməyib...
 Kitabxanaların bağlanması uşaqların, gənclərin inkişafına mənfi təsir edir. Kitabları təbliğ etmək, hədiyyə etmək, nəşr etmək ən gözəl işdir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)