Edebiyyat.az » Proza » Xose De La Kolinadan qısa hekayə yazanlara 10 məsləhət

Xose De La Kolinadan qısa hekayə yazanlara 10 məsləhət

Xose De La Kolinadan qısa hekayə yazanlara 10 məsləhət
Proza
nemət
Müəllif:
00:23, 21 mart 2019
1 690
1
Xose De La Kolinadan qısa hekayə yazanlara 10 məsləhət



1.Uzun hekayələr yazmaq və oxumaq həyatı qısaldır.

2.Qısa hekayələr yazmaq və oxumaq isə həyatı uzatmır, amma zənginləşdirir.

3.Kapris və surpriz dolu olmaq, zamana sığmamaq qısa hekayənin təbiətində var. munislikdən, dəqiqlikdən, qəfildən yaradılmaqdan xoşu gəlmir. Qısa hekayə sadəcə yaranır.

4.Qısa hekayənin dərin olmadığını deyənlərə fikir vermə. Həmin insanlara dövründə kimində həyat macərasından danışan bu kiçik hekayə ilə cavab ver: “Doğuldum, yaşadım, öldüm”.
 
5.Uzun bir hekayədən sözləri atıb qısa bir hekayə yazacağını düşünmə. Qısa hekayə əsl özünəuyğun ölçüdə və özünəuyğun sayıda sözlərlə yaranır.

6.Bir hekayə əgər qısadırsa o, ikiqat yaxşıdır.

7.Ayaqlarının üstündə gəzə bilməyən bir qısa hekayə yerdə sürünən bir romana bərabərdir.

8.Qısa hekayədə öldürən bəlkə də uzun bir romanda ölür.

9.Əlli səhifəlik bir hekayə əgər sürətli nəqlə malikdirsə, o da qısa hekayədir.(Amma bir şeyi  unutmayın ki, bu olduqca çətindir. Qısa hekayədə çatdığın sürətə əlli səhifədə çatmaq mümkün deyil.)

10.Tanrının özü də bir qısa hekayədir… Əzəli və əbədi belə olsa.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)