Edebiyyat.az » Proza » Əlisa Nicat - Ruhların söhbəti silsiləsindən " BETHOVEN VƏ KAFKA "

Əlisa Nicat - Ruhların söhbəti silsiləsindən " BETHOVEN VƏ KAFKA "

Əlisa Nicat - Ruhların söhbəti silsiləsindən  " BETHOVEN VƏ KAFKA "
Proza
Necef Esgerzade
Müəllif:
20:32, 19 aprel 2019
1 597
0
KAFKA -  Ulu bəstəkar, mən tutalım ruslar   və onlardan daha aşağıda olan xalqlar üçün anlaşılmaz və xoşagəlməz idim ki, belə şöhrətsizlik və təqdirsizliklə üzə-üzə gəldim və dünyadan da belə gənc ikən getdim. Siz ki filosoflar – Kant və Hegellər ölkəsində doğulmuşdunuz. Dünya da sakit idi, bolluq və zadəganlıq dövrü idi, özü də II Fridrix kimi alicənab krallar ölkəsində.
 
BETHOVEN – Əzizim, nə danışırsan. Əgər insanların qulaqları kiçik, beyinləri böyükdürsə, bu onları buynuzlu heyvanlardan yüksəkdə qoymağa haqq verirmi? Əzizim bəşəriyyətin 99 faizinin yerdə qalan 1 faizinin də yüzdə birinə bilərəkdən, ya bilməyərəkdən paxıllıqdan və nifrətdən başqa işi-gücləri yoxdur. Həmin o bir faizin yüzdə birinə nəinki yerdə qalanların hamısı düşməndir, hətta  təkrar edirəm, nifrət edirlər, özü də təkcə insanlar deyil, TƏBİƏT, ZƏRURƏT VƏ TƏSADÜF  də çox vaxt onlara qoşulur və yalnız nadir hallarda bəxt köməyə gəlib onlara uzun ömür bəxş edir. Hələ yeniyetmə ikən ətrafındakılar onları diri-diri yeyərlər. Əgər qorxmasalar. Burada xristian və ya müsəlman, alman və ya türk olmağın heç bir fərqi yoxdur.
 
KAFKA – Ulu bəstəkar axı mən dünyanı heç bir insanın görmədiyi və görə bilmədiyi şəkildə görürdüm və bu şəkil də məncə onun ən doğru üzü, ən doğru görünüşü idi. Yəni mənim gördüklərimi heç kim görə bilmirdi, bunu anlayıram. Amma sizin dühanız günəş kimi aydın, işıqlı, xoşbəxtlik kimi dadlı idi və bu cür heyranedici, məftunedici sehrli ola-ola necə olurdu ki siz belə tənha  və bu qədər yoxsul ömür sürürdüz? Və o boyda İngiltərə dövləti sizə 100 funt-sterlinq hədiyyə göndərəndə mat qalmışdınız. Özü də harda, harda, zəkalar və təmizlər, doğruçular həqiqətlər ölkəsində.
 
BETHOVEN  - Əzizim, axı dedim. Vicdanlılar xalqını vicdansızlara, müdriklər xalqını kütbeyinlərə, həssaslar xalqını qanmazlara çevirmək su kimi asandır, çünki həmin xeyirxah təbiət insanın içində, beyninin alt qatlarında yatıb qalır. Məgər görmürdün cəmi 20-30 ilə həmin bu almanların ADR-də yaşayanları AFR-də yaşayan almanlardan necə sürətlə fərqlənirdilər. Və əgər Qorbaçov və Yeltsin olmasaydı, indi o boyda xalqın 30-40 milyonu tamamilə ruslaşar - dil etibarilə yox, əlbəttə mənən dünyanın ən mənfur millətləri olan ruslara və ya ermənilərə dönərdilər.Necə ki bu xalqların 90 faizinin dili və ürəyi həqiqət nədir, bilmir. Və rus bolşevik imperiyası dağılmasaydı, o 20 xalq bəlkə də indiyə kimi dillərini tam dəyişməsələr də, mənəviyyatları tamamilə dəyişmiş olacaqdı. Təsəvvür elə ki, vəhşi və yırtıcı olsa da, eyni zamanda alicənab olan canavarlar kütləvi halda dönüb çaqqal və kaftarlara dönürlər.
  Mahiyyətcə cüzi fərqlə olsa da, bütün xalqlar eynidirlər. Yalnız zahiri cəhətlər xarakterin üzdə olan xüsusiyyətləri fərqlənir. Bütün bəşəriyyət necə ki milyon illər kərtənkələ olublar, mahiyyətcə kərtənkələ olub da qalırlar.

 KAFKA – “Appassionata”  və ya “Kreyser sonatası”... deməli deyirsən bu anlaşılmaz sənət gözəllikləri yalnız mində bir faiz üçündür?
 
BETHOVEN – Yox, əzizim. Onlar mində bir faiz üçün deyil. On min və ya yüz mindən bir nəfər üçündür. Bu isə bəşəriyyətin yüz milyondan yüz nəfəridir. Bilirsənmi, dediyin əsərlər yalnız Bethovenlər, Kafkalar üçündür.
 
KAFKA – Doğrudur, ustad. Necə ki Kafka əslində dünyada 100, və ya 1000 nəfər üçündür.

 BETHOVEN – Əzizim Kafkanı sevib oxuyan, gündəlik həyatına daxil edən, həyatını onsuz təsəvvür etməyən sayca nə qədər olar. Yəqin ki bütün dünyada 100 nəfər. Amma bütün dünyada hər gün pop musiqinin konsertlərinə stadionlarda yüz  minlərlə adam yığışıb heyran olur.  Əzizim, Motsart, Bethoven və ya Kafka doğulmaq allahlıqdır. Amma bu allahlıq əslində nədir? Bədbəxtlik. "Nə qədər böyük olsan, bir o qədər bədbəxt olacaq" Tək-tənha və bədbəxt. Əzizim Kafka, bunu bil ki dünyanın hər yerində hamı istisnasız olaraq yaxşıların, doğruların və böyüklərin  düşmənidir. Ya əksəriyyət kimi tarakan və xoşbəxt olursan, ya da bu boyda dünyada təsadüfən ağlasığmaz dərəcədə təbiətin min illərlə əlləşib sintez edib formalaşdırdığı bir beyin sahibi, bir bədbəxt Kafka.
 
KAFKA – Axı ey böyük ustad, ey möcüzəli insan, dahilərin içində də xoşbəxt, firavan yaşayanlar olub.

 BETHOVEN – Bəli, olub. Onların hökmən ya arxalarında qüdrətli hökm sahibləri olub, ya da  kompomissi seçərək firavan olublar.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)