Edebiyyat.az » Proza » Prezident təqaüdçüsü qəzaya düşdü - Fotolar

Prezident təqaüdçüsü qəzaya düşdü - Fotolar

Prezident təqaüdçüsü qəzaya düşdü - Fotolar
Proza
Necef Esgerzade
Müəllif:
12:38, 25 aprel 2019
1 435
0
Bu gün günorta saatlarında Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü şair Fuad Cəfərlinin avtomobili qəzaya uğrayıb.  Saytımıza daxil olan məlumata görə, Fuad Cəfərli hərəkətdə olarkən adı açıqlanmayan biznesmen xanım idarəetməni itirib və idarə etdiyi "Toyoto-Prado" markalı avtomobilini prezident təqaüdçüsünün "Mercedes-Benz" markalı avtomobilinə çırpıb. Hadisə baş verən zaman yazıçının ailə üzvləri də avtomobildə olub.  Hadisənin təfərrüatlarını öyrənmək üçün Fuad Cəfərli ilə əlaqə saxladıq. O, edebiyyat.az saytına açıqlamasında qəzaya düşməsi ilə bağlı məlumatı təsdiqlədi. Xoşbəxtlikdən ailə üzvlərindən xəsarət alanların olmadığını bildirdi: "Amma avtomobilə ciddi ziyan dəyib. Xanım sürücü mən baş yolda olarkən arxadan gəlib özünü avtomobilə çırpdı. Maşının arxa hissəsi əzilib. Arxa qapısı sıradan çıxıb. Yararsız hala düşüb. Mütəxəssislər təxminən 1000-2000 manat həcmində ziyan dəydiyini bildirdilər. Onu da deyim ki, hər ikimizin avtomobili sığortalıdı".





Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)