Edebiyyat.az » Proza » Fərid Muradzadə - Cəhalət

Fərid Muradzadə - Cəhalət

Fərid Muradzadə - Cəhalət
Proza
nemət
Müəllif:
18:49, 28 aprel 2019
1 416
0
Fərid Muradzadə - Cəhalət
 


  Bütün canlıların formalaşmasının əsas amili mühitdir. Ətraf mühit təbiətə və cəmiyyətə eyni təsirini göstərir. Cəmiyyət dedikdə fərqi yoxdur,istər insan istərsə də heyvan, yaxud  fauna və flora .
 Mühit hər bir varlığın adaptasiya səbəbidir.
 İnsan cəmiyyəti digər cəmiyyətlərdən ən əsası şüuru, zehni, dərk etməsi ilə fərqlənir. Ancaq varlıq olaraq bəşər həm çox mükəmməl, həm də  çox mürəkkəb varlıqdır. Varlığından yoxluğuna qədər insan olduqca mürəkkəb sistemli, enişli-yoxuşlu, mübarizələrlə dolu keşməkeşli bir yol keçir. İnsan həm bioloji həm də sosial varlıqdır.  İnsan məfhumu müxtəlif növlərə bölünür. Yaxşısı pisi, namərdi, mərdi, qorxağı, qəhrəmanı və s var. Əslində bunları da elə zaman və mühit formalaşdırır. Qəhrəmanlar doğulandan qəhrəman olmurlar. Müəyyən mərhələləri keçirlər, yetişirlər, püxtələşirlər və əsl qəhrəmana çevrilirlər. Yer üzündə mövcud olan hər bir xalqın dilindən, dinindən irqindən asılı olmayaraq qəhrəmanları olub, var  və olacaq da(ermənilər xaric). Çünki milli və dini mənsubiyyətindən asılı olmayaraq bunlar 
insandırlar. Zəkalı, düşüncəli, şüurlu insan! Fərdin qəhrəman olması  başqa bir anlamdır, amma  tarixə öz, möhürünü vurmuş ,imzasını atmış qəhrəman xalqlar məfhumu ifadəsi də var.  Məsələn qədim assurlar, hetlər, spartalılar, lidiyalılar, türklər (tarix səhnəsinə fərqli adlarla çıxardıqları imperiyaların adlarından asılı olmayaraq), monqollar və s.
 Bəs hanı bu xalqlar??!!
 Yuxarıda qeyd etdiyim kimi mühit və zaman məfhumu böyük məna kəsb edir. Qədim salnamələrdə adları çəkilən assurlar, onların qüdrətli şəhəri olan Nineviya( Neynəva) artıq tarix səhnəsindən min illərdir ki 
silinib.Eyni zamanda dənizlərə və quruya  hökmranlıq edən hetlərin spartalıların, yaxud da miskin farsların içində əriyib itən, tarixdən izləri silinən lidiyalıların sadəcə kitabələrdə adları qalıb. Bu adlarını sadaladığım xalqlar tarixdən silinənlərdir. Bunlar cəsurluğu ,döyüşkənliyi heç nə ilə dəyişməyənlər idi. Və ona görə də sona qədər döyüşüb məhv oldular. Ancaq lidiyalıların tarix səhnəsindən silinməsinə səbəb olan iki böyük amil oldu. Birincisi əsir padşahlarının öz xalqını Əhəməni Kirə satması ,ikincisi də lidiyalıların döyüşçü ruhuna zidd olan məşğuliyyətlərə sövq edilməsi və bu peşələri sevmələri. Məsələn; saç uzadaraq düşük musiqiyə aludə olmaq, silahdan imtina, hər kəsin al-verə alışması və s kimi amillər onların əsas məhv olma səbəbi idi. Əslində bu mövzular başqa  mövzulardır. Mənim yazmaq istədiyim bu gün var olan ancaq əvvəlki qüdrətindən məhrum olan xalqlar haqqındadır. 
 Bəşəriyyət tarixinə cəsur türklər kimi düşmüş türk xalqları müəyyən dönəmlərdə məhv olmadılar, əksinə zaman-zaman güclərini artırdılar ta düşmən qızlarına aşiq olub, onlarla evlənənə, qohumluq əlaqələrinə görə digər türk xalqları ilə döyüşənə ticarətə aludə olana, fitnələr içində batana, başqa, düşüncə tərzi ilə düşünənə qədər. 
 Bir sözlə ətraf aləmə dar çərçivədə konkret adaptasiya olana qədər.
 Və bunun özü də bir ,,kadar-qədər" oluncaya qədər.
 Eyni aqibəti birdən-birə bəşəriyyətin inkişaf mərhələlərindən birini keçmədən kəskin sıçrayışla digər bir mərhələyə qədəm qoyub, böyük bir imperiya quran, tarixə cəsur ,döyüşkən bir xalq kimi adını yazdıran, indi isə durğunluq mərhələsində olan monqollar  da yaşadılar. Vaxtilə sərhədləri Çinə, Hindistana (Sonradan Hindistanda Moğol imperiyasını da qurdular), Afrikaya qədər uzanan Monqol dövləti birdən-birə qalxdığı sürətlə eniş mərhələsinə girdi. Mühitə uyğunlaşdı, mütiləşdi, səssiz qaldı, yaddan çıxdı, unuduldu.
 Səbəb?!
 Səbəb özünü həyatın axarına buraxmaq, zəifləmək, düşdüyü durumdan baş çıxara bilməmək, daha doğrusu çözüm üçün ,,başını ağrıtmamaq", qadın düşkünlüyü, pul hərisliyi, yumşaq siyasət və yumşaq mövqe tutmaq,  ,,yuxa ürəklilik " və bir də bura böyük hərflərlə yazılmalı olan - CƏHALƏT!!!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)