Edebiyyat.az » Söhbət » Şairə Nərgiz Nasirlə müsahibə

Şairə Nərgiz Nasirlə müsahibə

Şairə Nərgiz Nasirlə müsahibə
Söhbət
nemət
Müəllif:
17:48, 08 mart 2019
2 040
0
Şairə Nərgiz Nasirlə müsahibə


Salam Nərgiz xanım. Xoş gördük. Necəsiniz?

Əleykum salam olsun. Xoş gördüm. Yaxşıyam. Dəvətiniz üçün xüsusi təşəkkür edirəm.

Bildiyimə görə ilk kitab təqdimatınızdır. Həyəcan varmı?

Bəli, dediyiniz kimi ilk kitab və təbiiki həyəcan olmalıdır.Artıq şeirlərimi toplu halda oxumaq imkanınız var. Bu kitabda  dağınıq insan ruhunun toparlanmış halını görəcəksiniz. Şeirlər yaşananların bədii rəsm əsəridir.

Yazıçı, şair kitabı yazır. Onu təqdim etmək vacibdirmi? Yəni, təqdimat, imza günü olmasa, nə baş verər?

Bu sualın ən yaxşı cavabı "Ədəbiyyat və kütlədir"... Bütün yazılanlar kütləni özündə cəmləyir. Oxucusuna qovuşması vacibdir.Bunun üçün təqdim etmək əsasdır.

Təqdimatlar stndrt ssenari üzrə keçirilir. Bəs, sizin təqdimat nə ilə fərqlənəcək?

Fərqli bir tərtibatdı. Eyniliklərin haşiyəsindən kənara çıxmışıq. Auksiyon dolu anlar, surpriz qonaqlar sizləri gözləyir.

Oxuculara nə demək istərdiniz?

Şeir ruhun inikasıdır. Və şair ruhunda o qədər rənglər var ki, oxucuya bu rəngləri ən incə şəkildə göstərmək lazımdır. Və hər şairin öz rəngləri var. Mən oxucuma öz rənglərimi göstərmək istəyirəm sadəcə. Görmək istəyən hər kəs dəvətlidir bu özəl günə.

Bu qədər şeirlər yazılır, kitablar oxunur. Sizcə ədəbiyyatdan, poeziyadan gözləntimiz nə olmalıdır?

Gözləntimiz geri dönüş olmalıdır. Nizamiyə, Fizuliyə,Nəsimiyə və s. Kök qalmalıdır yerində, budaq qol atmalıdır. Kökdən uzaqlaşanda cırlaşır hər şey. Ədəbiyyat beyni işıqlandırmalıdır, zülmətə düçar etməməlidir. Ədəbiyyat onu cırlaşdıranlardan təmizlənsə hər şey çox daha yaxşı olacaq.

Sonda sizi 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edirəm. Yaradıcılıq uğurları və can sağlığı arzu edirəm.

 Nədənsə adi günlərdən biri kimi baxıram və özəl gün ruhu bəxş etmir mənə. Mənə görə əzmi və iradəsilə hansısa uğura çatmış qadının həmin uğurlu günü onun özəl günüdür. Yenə də təbrikiniz üçün təşəkkür edirəm.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)