Edebiyyat.az » Söhbət » "Çölçü" filminin rejissoru Şamil Əliyev CULT CRITIC film jurnalıyla müsahibəsi

"Çölçü" filminin rejissoru Şamil Əliyev CULT CRITIC film jurnalıyla müsahibəsi

"Çölçü" filminin rejissoru Şamil Əliyev CULT CRITIC film jurnalıyla müsahibəsi
Söhbət
Necef Esgerzade
Müəllif:
13:22, 11 aprel 2019
1 870
0
CULT CRITIC FILM MAGAZINE


- Shailik Bhaumik: Şamil, öncə sizi “Çölçü” filminə görə Kəlküttə Beynəlxalq Cult Film
Festivalının Qızıl Tülkü Mükafatını qazanmağınız münasibəti ilə təbrik edirəm. Çölçü
az qala dünyanın hər yerində nümayiş olunmuş və bir çox mükafatlar almışdır. Bu
filmi çəkməyə sizi vadar edən məhz nə idi?


- Şamil Əliyev: Təbrikə görə minnətdarlığımı bildirirəm. Mən hər hansı bir film
çəkməyə hazırlaşanda özümün qarşımda niyyətimi (intention) dəqiq yozumda
formalaşdırıram, daha sonra ssenari üzərində işlər davam edir. “Çölçü” filmində
vəziyyət bir qədər başqa cür idi. Mənə Vidadi Həsənovun artıq 3-cü variantı olan
“Çölçü” ssenarisi təklif olunmuşdu. Buna baxmayaraq mən ssenarini müəyyən bir
niyyət ətrafında cəmləşdirərək bir sıra dəyişikliklər apardım, son olaraq gördüyünüz
film meydana gəldi. Konflikt arxaik dünya və globaballaşmaya məruz qalmış müasir
dünya. Arxaik dünya Çöl idi...
- Shailik Bhaumik: Auditoriya filmi izləyərkən bəzi məqamlarda rejissorun şəhər
həyatının süniliyindən bezdiyini və insanlığın təməl dəyərlərini Rusiya ilə Şimali İran
arasındakı çöllərdə kəşf etməyə çalışdığını hiss edir. Bu belədir?


- Şamil Əliyev: Bəli. Azərbaycanlıların qan yaddaşında İrandakı soydaşlarım olan
azərbaycanlıların mədəyyətinin çox mühüm yükü var. Bizim ortaq sakral, metafizik
dəyərlərlə yanaşı ümumi dil birliyimiz də var. Rusiya ilə isə bizi tarixin müəyyən
kəsimində yaşamaq və digər sivilizasiyanın təsirini hiss etmək məcburiyyəti var. Çöl
sakral bir zona olaraq mənim üçün “kökünə qayıtmaq”, əcdadlarımızın ruhunu
duymaq kimi bir arzu idi.

- Shailik Bhaumik: XXI əsrdə, sivil dünyanın texnologiya və media istehlakından ibarət
olduğu bir vaxtda niyə düşünürsünüz ki, çölçünün hekayəsini danışmaq üçün doğru
zamandır?


- Şamil Əliyev: Texnologiyanın inkişafı və sürəti, globalizasiyanın da sürətini
şərtləndirir. Müasir İnsanın şüurü onun mənəvi dünyasının faciəsinə çevrilməyə
başlayır. İnsan sanki bir biomassaya çevrilməkdədir. Min illərlə formalaşmış
ümumbəşəri dəyərlər aşınmağa, deqradasiyaya uğramağa başlayır. Antropoloji
katastofa. “Çölçü” filmində bu sualları ortaya qoymağa çalışmışam. Hər bir
mükəmməl sənət əsərinin gücü, mənim fikrimcə sualları ortaya qoymağındadır.
Tamaşaçıya və özümə də bu sualları vermək istəmişəm.
- Shailik Bhaumik: Mən deyərdim ki, “Çölçü” filmdən daha çox vizual poeziyadır.
Burada kompozisiyanın, rejissorluğun, kamera hərəkətinin və montajın inanılmaz
sinxronizasiyası var. Belə bir vizual poeziyanı yaratmaq üçün hansı səhnə mizanı
elementləri ən vacibləridir?

- Şamil Əliyev: Biz (əsas müəlliflər) çalışmışıq janr və stilin bütövlüyünü, temporitmin
ahəngini, “Çölçü”də gördüyünüz filmin obrazına tabe edək. Mən, Dünya kinosunun
bir sıra dahi kinomatoqrafçılarından təsirlənmişəm. Antonioni, Berqman, Kurosava,
Midzoquçi, Rober Bresson, Satyacit Rey, Mrinal Sen kimi rejissorların filmlərinə indi
də sevə-sevə baxıram. Mənim zövqümü bu dahilər formalaşdırıb.
 
- Shailik Bhaumik: Azərbaycan kinosundakı son trend nədir? Hansı tip filmlər kino
bazarında liderlik edir və müasir Azərbaycan kinosunun gələcəyi necədir?

- Şamil Əliyev: Azərbaycan tamaşaçısının zövqü bu gün Dünyanın böyük şəhərlərində
formalaşmış zövqlərlə eynidir. Gənclərin böyük əksəriyyəti əyləncə xarakterli
filmlərə üstünlük verirlər. Müasir Azərbaycan kinosu perspektivdə öz kino
sənayesini qurmaq üçün çalışmalıdır. Azərbaycan kinosunun öz simasını yaratmaq
əsas məqsəd olmalıdır.

- Shailik Bhaumik: “Çölçü” bir çox festivallarda nümayiş olunub. Necə düşünürsünüz,
müstəqil kino gərək festivallar üçün çəkilsin, yoxsa auditoriya üçün? Müstəqil film
festivallarının şöhrəti filmlərin kommersiya uğuru üçün nə dərəcədə effektivdir?


- Şamil Əliyev: Son məqamda hər bir film auditoriya üçün çəkilməlidir. Müstəqil film
festivalları bu mənada kino sənətinin yenidən attraksiona çevrilməsinin qarşısını
almaq, kinonu incəsənətin bir növü kimi qorumaq üçün çox vacib bir meydandır.
Kinomatoqraf təkcə texnologiyanın təntənəsi yox, fikrin, düşüncənin üstün gəldiyi
bir sənət növü olmalıdır. Müstəqil Film Festivalları bu məqamları daim rəhbər
tutmalıdır.
- Shailik Bhaumik: Azərbaycanda film çəkərkən üzləşdiyiniz çətinliklər nələrdir?

- Şamil Əliyev: Azərbaycan müstəqil olandan sonra kino istehsalı prosesində
müəyyən çətinliklər yarandı. Əvvəllər Sovet kino sənayesinin tərkib hissəsi olan
Azərbaycanda kino sənayesi dağılandan sonra, yenidən öz kino sənayesini
formalaşdırmaq zərurəti yarandı. Buna da müəyyən illər lazımdır.
- Shailik Bhaumuk: Rejissorun öz işində çatmalı olduğu ən vacib keyfiyət nədir?

- Şamil Əliyev: Danışmaq istədiyin hekayəni “məhz sən nə necə danışmalısan”
sualına cavab vermək qabiliyyəti.

- Shailik Bhaumik: Növbəti layihəniz nədir?

- Şamil Əliyev: “Xalı” tammetrajlı bədii filmini ssenarisini 3-cü variantı artıq hazırdır.
Onu çəkməyə çalışacam.

- Shailik Bhaumik: Yekunlaşdırmadan öncə son sualımız: Gənc rejissorlara hansı
hansı mesajı vermək istəyirsiniz?

 
Şamil Əliyev - Antropologiya elmini və Aristotelin “Poetika” əsərini dərindən
öyrənməyə çalışsınlar.
  
Mənbə: Azərbaycanfilm
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)