Edebiyyat.az » Söhbət » Ceyms Uotson ilə müsahibə

Ceyms Uotson ilə müsahibə

Ceyms Uotson ilə müsahibə
Söhbət
nemət
Müəllif:
11:48, 20 aprel 2019
1 667
0
Ceyms Uotson ilə müsahibə



Ceyms Uotson (James Watson): “Düşünürəm ki kimyaçılar DNT mütəxəssislərindən daha vacibdirlər”.
Nobel mükafatı laureatı Ceyms Uotson, xərçəngə qarşı dərman, şəxsiləşdirilmiş tibbin gələcəyi və DNT tədqiqatının çətinlikləri haqqında.

Ceyms Uotson 2015-ci il Moskvada olduğu zaman PostNauka`ya verdiyi müsahibədən.

İnsan genomunda yeni vacib nə aşkar etmək olar?

Genom – həyatın instruksiyasıdır. Son 40 ildə biz xərçəngin instruksiyasını aşkarlamaq üzərində çalışırdıq. Və bu xərçəngin necə işlədiyini anlamaq üçün çox faydalı idi. Ancaq bir çox hallarda bu bizə onu necə sağaltmağı demirdi, bu isə çox vacib idi. Mən həyatımın böyük hissəsini məhz bu problemə həsr etmişəm. Və düşünürəm ki biz artıq xərçəngin bir çox növlərini müalicə etməyə çox yaxınlaşmışıq, hansıların ki müalicəsi hələ mümkün deyil. Ümid edirəm yaxın zaman elmin triumfu olacaq.

Elmin hazırki vəziyyətini necə qiymətləndirərdiniz? Biz tezliklə xərçəng xəstəliyindən dərman tapa biləcəyikmi?
Ümid edirəm çox tezliklə. Hazırda xərçəngin bir çox növlərini müalicə edə biləcək iki dərman sınaqdan keçirilir. Əgər alınsa onlar iki ildən sonra istifadəyə veriləcək. Biz 50 yaxud hətta 10 il belə gözləməyəcəyik. Mən xərçənginmüalicəsini görmək istəyirəm. Xərçəngin bir neçə növləri müalicə olunur, ancaq əsas iş xərçəng hüceyrəsinin nə olduğunu və necə işlədiyini anlamaqdır. Bu isə əsasən DNA haqqında yox, biokimya haqqındadır – xərçəng hüceyrəsinin necə böyüdüyü və artması. Bəzi insanlar düşünür ki bütün xərçəng xəstəlikləri müxtəlifdir və bizə müalicə üçün yüzlərlə vasitə lazım olacaq. Ancaq düşünməyə əsas var ki bir çox xərçəng xəstəliyində çoxlu ümumi cəhətlər var – onlarda olan biokimya normal hüceyrədə yoxdur. Və əgər biz bu anomal metabolizmi dayandırsaq xərçəngi dayandırmış olacağıq.
Ümumilikdə mən həmişə optimist olmuşam, ancaq xərçəng üzərində real qələbədə yox. Ancaq mən indi fikrimi dəyimişəm. Düşünürəm ki biz artıq nəin baş verdiyini bilirik. Bir çox insan deyəcək: “ Kimisə müalicə etməsən mən sənə inanmaram”, – və mən anlayıram. Biz insanları müalicə edib xərçəngdən xilas etməliyik. Məsələn biz süd vəzində olan xərçəngin bazal formasını müalicə etməliyik, o müalicə olunmur. Biz bazal hüceyrə xərçənginin güclü tərəflərini bilirik və bizdə bunu kompensasiya etmək üçün medikament var. Düşünürəm ki sonda nəyəsə nail olmalıyıq. Bu gün mən daha optimistəm.
Həyatda digər aspektlərdə var, məsələn beyinin işləməsi və beyin xəstəlikləri. Siz mənin oğlumun şizofrenyönümlü vəziyyətini bilirsiniz. Ona kömək edə biləcək dərman yoxdur, çünki biz bilmirik bunu necə müalicə edək. Beyin çox qəlizdir. Xərçəngi anlamaq – bir hüceyrəni anlamaqdır. Şizofreniya zamanı isə beyinin əhəmiyyətli hissəsi anomaldır.

7 il öncə, Sergey Kapitsa ilə söhbətdə, siz deyirdiniz ki insan davranışı anlayışımızı dəyişdirməliyik,nəyin gendən, nəyin isə təcrübədən asılı olduğunu müəyyən etməliyik. Ötən dövr ərzində bu sahədə proqress varmı? Və psixi xəstliklər haqqındada.
İnsanların çoxu genlərin tədqiqatının cəmiyyət üçün vacib olmamasını istəyir. Mən daha konservativ düşüncəliyəm və düşünürəm ki genlər böyük rol oynayır. Kimlərsə düşünür ki bu belə deyir, və mən olarla mübahisə etmirəm, çünki biz dəqiq bilmirik məsələn beyin nədir və necə işləyir. Məncə: “Biz hamımız eyniyik, ancaq bizim genlərimiz ayrıdır” – demək böyük səhvdir.
DNA spiralı icad ediləndən sonra elmdə böyük proqress oldu. O mən fikirləşdiyimdəndə çox tez baş verir. İnsan genləri ilə işləməmişdən öncə biz düşünürdük ki genlərin sayı çox olmayacaq. Ancaq indi bilirik ki yüzlərlə gen var, və əgər onlar düz işləmirlərsə bu psixi xəstəliklərə səbəb ola bilər. Yəni bu həqiqətən çox çətin məsələdir.
Psixi xəstəliklərin belə çox yayılmasında səbəb onlara yoluxmağın çoxlu müxtəlif vasitələri olmasıdır. Bir çox genetik xəstəlikləri bəzi insanlar söyüş kimi başa düşür. Ayrı-ayrı genlər – nadir haldır, bəs əgər sizdə minlərlə gen varsa, və onlardan hər hansı biri işləmirsə və bu psixi xəstəliyə səbəb olursa?
Bundan əlavə, insanların təxminən 5% işləməyən beyinlə doğulur. Söhbət sağlam valideyinlərdən gedir, yəni bu irsi xəstəliklər deyil, təbii mutasiyalardır. Bu böyük problemdir, ümid edirəm ki belə xəstəlikləri müalicə etmək üçün bizdə dərman olacaq. Ancaq əgər mən xərçəngin müalicəsini ömrünün sonuna qədər görsəm “mən kifayət qədər xoşbəxt insanam” – deyəcəm.

Necə fikirləşirsiniz, insan genomunun strukturu əsasında şəxsi tibbin yaranması mümkündürmü?
Hansı genin düz olmadığı haqda informasiya onu müalicə etmir. Bizə dərman gərəkdir. Sizdə təəsürat yarana bilərki lazım olan ancaq DNA`ya baxmaqdır, bu irəliyə doğru böyük addım olar. Ancaq irəliyə böyük addım ancaq insanı sağaldan dərman olacaq, bu isə kimiyadır. Buna görə düşünürəm ki əsas kimyaçılardı, DNA üzrə mütəxəssilər yox. Bu mütəxəssislər öz içlərini yaxşı görürlər. Və biz bilirik ki bu böyük triumf idi, ancaq bu xərçəngi müalicə etmir. Bunun üçün kimya ilə məşğul olmaq lazımdır.
Mənimdə iştirak ediyim böyük proyekt, Human Genome Project, kimyanın öyrənilməsi üçün çox vacibdir. Bu bizim eləməli olduğumuz iş idi, biz bunu elədik, və indi biz bununla daha ciddi məşğul oluruq. Yəni iş onda deyil ki DNA`ın öyrənilməsi vacib deyil. Ancaq bu hələ hər şey deyil, daha çox iş görmək lazımdır.
Bu gün diskussiyalar gedir, insanı dəyişmək lazımdırmı. Şəxsən mən inanıram ki lazımdır. Çünki bir çoxumuzda pis genlər var, və biz bilsəydik ki bu genlər uşaqlarımızda olmayacaq – çox gözəl olardı. Buna görə düşünürəm ki DNA tədqiqatına qoyulan qadağa, necəki ABŞ`da edilmişdir – böyük səhvdir.
Mən 1970-ci illərdə DNA tədqiqatlarının nəzarət olunmasına qarşı aktivistlərdən biri idim. Biz bu mübarizəni kənd təsarufatını istisna etməklə qazandıq. Kimlərsə düşünür ki əgər siz genləri dəyişdirirsinizsə bu irsiyyət üçün təhlükəlidir. Məncə bunu nəzarət etmək üçün heç bir səbəb yoxdur. Ancaq Nyu-Yorkda bir çoxları tam zərərin olmadığını bilmək istəyir. Bilirsiniz insan sivilizasiyası belə inkişaf edə bilməz. Kimsə risk etməlidir. Əks halda Kolumba Atlantikanı keçməyə icazə verməzdilər, Qaqarinə isə kosmosa getməyi. Və şükürlər olsun ki o kosmosa getdi.
Kimsə həyatı ilə risk etmək istəyirsə, bu onun seçimidir. Kosmosa gedən kosmonavtlar bilirdi ki bu təhlükəlidir. Ancaq digər tərəfdən, çox yaxşı hazırlanmış proqram var idi və kosmosa uçuş faktiki olaraq təhlükəsizdir. Buna görə düşürəm ki ehtiyyat prinsipi cəmiyyəti məhv edəcək, – hər şey dəyişilməz qalacaq, irəliləyiş mümkün olmayacaq. Mən məndə dominant olacaq ehtiyyat prinsipi ilə həyata gəlmək istəməzdim.
Məndən soruçurdular: “Nə üçün DNA`n strukturunu bilmək istəyirsiniz?”. ABŞ hakimiyyəti tədqiqatları müxtəlif səviyyələrdə dayandırdı. Əgər siz DNA nə olduğunu bilsəniz ola bilsin ki onu dəyişmək istəyəcəksiniz, biz bunu etməyə icazə verməyəcəyik.
Elmi inkişaf etdirmək lazımdır, əgər bu heç kəsə ziyan etməyəcəksə. Mən istəməzdim ki din mənə nə etməli olduğumu desin, bu despotikdir. Düşünürəm bu dünyanı hədsiz darıxdırıcı edərdi. Və əgər hansısa xəstəlik yaransa bizim onunla mübarizəyə haqqımız olmayacaq. Məncə bu həmin düşmənlə mübarizə deyil, və həyat heç vaxt risksiz mümkün olmayacaq.
Mənbə: PostNauka
James Uotson (James Dewey Watson) – tanınmış amerikalı bioloq. Nobel laureatı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)