Edebiyyat.az » Təqdimat » Qalib Molla Nəsrəddin, məğlub Füyuzat, qazancımız və itkilərimiz

Qalib Molla Nəsrəddin, məğlub Füyuzat, qazancımız və itkilərimiz

Qalib Molla Nəsrəddin, məğlub Füyuzat, qazancımız və itkilərimiz
Təqdimat
Nicat Heşimzade
Müəllif:
00:36, 13 may 2019
2 161
0
Həyat məni dəfələrlə yenidən, sıfırdan başlamağa məcbur edib. Məsələn, magistraturaya qəbul imtahanının ilk mərhələsindən kəsildim. Gələn il imtahan üçün yenidən hazırlaşacam. Elə bu yazını da ikinci dəfə yazıram. Yazdığım ilk variantı necə olubsa bilgisayarımın yaddaşına yazmamışam. Mirzə Cəlil haqqında bir dəfə yox, min dəfə yazmağa dəyər. Bəzi suallara cavab tapmaq çətindir. İnsandan gərgin zəhmət, ciddi araşdırma tələb edir. Bu yazıda həmin çətin suallardan birinə cavab tapmağa çalışacam. Biz xalq olaraq nəyə görə bizi tənqid edənləri bizə sağlam nümunələr göstərənlərdən daha çox sevirik. Hansı səbəbə görə xalqımız Molla Nəsrəddini Füyuzatdan daha çox sevir. Əslində Füyuzatın məğlubiyyəti xalqımızın tarixindəki ən ciddi məğlubiyyətlərdən biri oldu. Mən məğlubiyyət deyərkən Füyuzatçıların işinə, zəhmətinə, xalq sevgisinə


Həyat məni dəfələrlə yenidən, sıfırdan başlamağa məcbur edib. Məsələn, magistraturaya qəbul imtahanının ilk mərhələsindən kəsildim. Gələn il imtahan üçün yenidən hazırlaşacam. Elə bu yazını da ikinci dəfə yazıram. Yazdığım ilk variantı necə olubsa bilgisayarımın yaddaşına yazmamışam. Mirzə Cəlil haqqında bir dəfə yox, min dəfə yazmağa dəyər. Bəzi suallara cavab tapmaq çətindir. İnsandan gərgin zəhmət, ciddi araşdırma tələb edir. Bu yazıda həmin çətin suallardan birinə cavab tapmağa çalışacam.   Biz xalq olaraq nəyə görə bizi tənqid edənləri bizə sağlam nümunələr göstərənlərdən daha çox sevirik. Hansı səbəbə görə xalqımız Molla Nəsrəddini Füyuzatdan daha çox sevir. Əslində Füyuzatın məğlubiyyəti xalqımızın tarixindəki ən ciddi məğlubiyyətlərdən biri oldu. Mən məğlubiyyət deyərkən Füyuzatçıların işinə, zəhmətinə, xalq sevgisinə kölgə salmaq haqqında düşünmürəm, heç belə bir niyyətim də yoxdur. Məsələ bizim maarifçi realizmi unudub tənqidi realizmə bu qədər böyük sevgi bəsləməyimizdir. 

           Heç bir dahini, heç bir nümunəvi şəxsiyyəti bütə çevirmək olmaz. Bütlər canlı qurbanlar tələb edirlər. Klassiklərimiz haqqında danışarkən onları tərifləməkdən daha çox anlamağa və anlatmağa çalışmalıyıq. Azərbaycanda azad fikrin, cəsarətli düşüncələrin yaranmasında Mirzə Cəlilin müstəsna əhəmiyyəti var. Bəzən Mirzə Cəlili qəzet çapı üçün qubernatorlara müraciət etməkdə günahlandırırlar. Bu haqda “Qogenin ikinci qadını” adlı kitabımda yazmışam. Ancaq bir daha xatırlatmağı zəruri sayıram. 20-ci əsrin əvvəllərində Azərbaycan ziyalıları ana dilində qəzet yaratmaq üçün Peterburqa məktub göndərirlər. Cavab məktubunun məzmunu belə idi:

  • Ziyalılar qəzeti rus dilində oxusunlar, qalan camaat da qoyun-quzu otarsın. 

Ziyalılarımız belə ağır şərtlər altında mübarizədən imtina etməyiblər, öz enerjilərini cəmiyyətin inkişafına həsr ediblər. Yeni fikirli adamların köhnə fikirli adamlar tərəfindən söyülməsi, aşağılanması təbii haldır. Bu məsələni Qustav le Bon “Kütlələrin psixologiyası” kitabında ətraflı izah edir. 

Mirzə Cəlil yazıçı, dramaturq olmaqdan başqa həm də xeyriyyəçi idi. O, uşaqların müalicə edilməsinə, təhsillə təmin olunmasına böyük əmək sərf edirdi. Mirzə Cəlil zəkasında bütün xalq enerjisi toplanmışdı. Molla Nəsrəddinin yaranması necə zəruri idisə, Füyuzatın yaranması da bir o qədər vacib idi. Sənət ancaq biri-birinə zidd fikirlərin polemikası nəticəsində inkişaf edə bilər. Aradan bir əsrdən çox zaman keçib, amma indi bizim fərqli düşüncələri əks etdirən, konkret bir ideya təbliğatçısı sayılacaq və sənətin hansısa “izm” – ni özündə ehtiva edəcək, biri-birinə rəqib iki qəzetimiz, jurnalımız yoxdur. Molla Nəsrəddin tənqidi realizmə üstünlük verirdisə, Füyuzatçılar xalqın xilas yolunu maarifçi realizmdə görürdülər. Füyuzatçılar əsasən Fransız ədəbiyyatından təsirlənmişdilər. Fransız maarifçiləri tənqidi realizmdən daha çox maarifçi realizmə üstünlük verirdilər. Azərbaycan ədəbiyyatındasa təəssüf ki, maarifçi realizm tənqidi realizmə məğlub oldu. Görəsən nəyə görə biz sağlam nümunələri unudub satirik şeirlərə üstünlük veririk. Əslində adamların çoxu satiranı anlamırlar, oradakı ironiyaları sevirlər. İnsanların gülüşə ehtiyacı var. Mirzə Cəlil anlamışdı ki, insanlar ciddi məsələlərə reaksiya göstərmirlər. Həmin illərdə insanlar mollalara inanırdılar. Bu səbəbə görə də jurnalın adı Molla Nəsrəddin idi. İnsanlar jurnalda Mollanı görüb, əslində Nəsrəddinin fikirləri haqqında düşünməli idilər.  Bu səbəbə görə də Mirzə Cəlil xalq faciəsini Molla Nəsrəddin komediyasında təqdim edirdi ki, insanlar oxusun, düşünsün. İnsanlarsa oxuyub gülürdülər. İnsan psixologiyası çox qəribədir. Özü haqqında yazılan tənqidi oxuyarkən düşünür ki, bu tənqid bütün xalqa aiddir, təkcə onun özündən başqa. Bəlkə də Mirzə Cəlil həqiqətləri Kefli İsgəndərin obrazında ifadə etməsəydi,   xalqımız inanardı ki, həqiqətləri təkcə kefli, məsuliyyətsiz, sərxoş adamlar demir. Bəlkə də Novruzəli nəyi etməmək lazım olduğunu bilməkdən daha çox, nəyi etmək lazım olduğunu anlasaydı, indi hər şey daha fərqli olardı. Mircə Cəlil bizə necə olduğumuzu göstərdi, amma bizə həm də necə olmalıyıq sualına cavab tapmaq lazım idi. Bu gün biz Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin aktual olması ilə fəxr edirik. Əgər Mirzə Cəlilin, Sabirin fikirləri bu gün də aktualdırsa və biz hələ də “o kişilər bu gün üçün yazıb” sözlərini deyiriksə demək ki, nə Molla Nəsrəddinçiləri, nə də Füyuzatçıları başa düşmüşük. 


Sizi deyib gəlmişəm, ey mənim müsəlman  qardaşlarım. 




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)