Edebiyyat.az » Poeziya » ŞARL BODLERİN ŞEİRİ (1821-1867)

ŞARL BODLERİN ŞEİRİ (1821-1867)

ŞARL BODLERİN ŞEİRİ (1821-1867)
Poeziya
nemət
Müəllif:
15:20, 04 aprel 2020
1 635
0
ŞARL BODLERİN ŞEİRİ (1821-1867)
ŞARL BODLER (1821-1867)


GÖZƏLLİK HİMNİ

Ulduzlardan doğulmusan, ya gəlmisən cəhənnəmdən,
Söylə, söylə, ey Gözəllik, allahmısan, şeytanmısan?
Bir nəzərlə bağışlarsan yaxşılığı, pisliyi sən,
Məstedici meydən güclü, şirin meymi yaranmısan?
Yağışından ətir daman ildırımlı bir axşamsan,
Gözlərinin səmasında zülmət dönüb səhər olur.
Bir könüllü öpüşünlə ömrümüzdən itir duman,
Bir qəzəbli gülüşünlə bil tikəmiz zəhər əlur.
Uçrumlarda doğulmusan, ya küləkli düzənlərdə?
Hara getsən kölgən kimi izlər səni taleyimiz.
Bilinməz ki, nəşələrə tərəfdarsan, yoxsa dərdə,
Niyə belə sən azadsan, niyə belə köləyik biz?
Günahsız bir zavallını eləyərsən bir oyuncaq,
Qanın töküb, cəsədini ayaqlarsan qəhqəhəylə.
Bir əxlaqsız, xəyanətkar damğasını bəzən şax-şax
İstehzayla sinəsinə vurarsan da onun hələ...
Sən bir ocaq qalarsan ki, neçə-neçə pərəstişkar
Pərvanəyə qibtə ilə tapar orda həyatını.
Sanarsan ki, məzarından neçə-neçə nakam qalxar,
- Biri öpsə öz sevdiyi, istədiyi bir qadını.
Sən ki varsan, nə dərdimiz?!
Zülmətlərdən keçib gələn
İşıq kimi yer üzünə necə axdın, necə axı!
Gah sadəlövh uşaq kimi oynaq, gülən;
Gah qozəbli su pərisi, gah mülayim göy allahı...
Ən dəhşətli bir idbarsan nə zaman ki, sən tənhasan,
Nə cazibən, nəvazişin, dil bağlayan dillərin var.
Ey gözəllik, ey sonsuzluq!
Ömrümüzdə ol çatmayan
Bir aləmə o əllərin sehrli bir qapı açar.
Nə fərqi var - işıqdanmı, zülmətdənmi doğulmusan,
Səninlə, ey Qibləgahım, hər əzabı qəlbim udur.
Ey ahəngim, ey nəfəsim, sısim-sözüm, sən ki varsan
 Yer üzündə qəm az qəmli, qorxu da az qorxuludur.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)