Nemət Mətin - Yazıçının işi
Proza
Yazıçı gərək ayrı işdə işləməsin. Çünki yazıçılıq özü ağır işdir. Həm ağırdı, həm də məsuliyyətli. Yazıçı başqa işlərdə çalışarsa, o işinə uyğun yazı yazır. Məsələn, Anton Çexov və Rafiq Tağı hekayələr yazırdılar. Roman yazmağa vaxtları qalmırdı. Həkim idilər. Gördükləri və eşitdikləri əhvalatlar çox idi. Roman yazmaq üçün isə yaşamalısan.
Tolstoy işləmirdi. Özünü dərk etmək üçün kəndçilərlə birgə əkin əkir, ovçularla ov edirdi. İki dəfə müharibə iştirakçısı olur. Öz ideogiyasını tapmaq üçün xeyli kitab oxuyur və özünə lazım olan müəlliflərin kitabını yazıldığı dildə oxumaq üçün həmin ölkələrə gedir. Boynundan xaçı çıxararaq J.J. Russonun şəkli olan medalyonu boynundan asır.
Aydın Canıyev hekayə yazsa belə, jurnalistika xətti hiss olunur. Eləcə də qəzet, jurnal, sayt redaktorları yazarkən cümlənin formasına uyaraq əsas mahiyyəti unudurlar. Tərcüməçilər isə romanlarında bir çox yeni sözlərdən istifadə edir, amma sujet xətti qurarkən adi alınır.
Vəzifə adamları isə ümumiyyətlə qələmdən uzaq düşürlər. Yazdıqları quru, sönük, qara alınır. Ən bədbəxt insanlardır. Hətta əvvəl yazdıqları oxunan yazıçılar vəzifəyə gələndən sonra yaza bilmirlər. Bir var istedad əvvəldən olmasın, bir də var sonradan onu məhv edəsən. Məsələn, Anarın əvvəl yazdıqları maraqlıdır. "Dantenin yubileyi" şedevr saymaq olar. Amma vəzifə onun gözlərini yumdu. Mopassan fahişələrlə gün keçirdiyi üçün həm maraqlı hekayələr eşidir, həm də əylənirdi. Üstəlik xəstəliyə yoluxmuşdu.
Yazıçı müharibə dövründə arxa cəhbədə döyüşən əsgərdir. Yazıçı ölkənin ən çətin anlarında onu qoruyan mələkdir. Yazıçı qələmi ilə bir tarixi məkanı, bir insanı xilas edə bilər. Məsələn, Viktor Hüqo "Paris Notre Dam kilsəsi" əsərini sevgi romanı düşünərək yazmayıb. Kilsəni inqilabçılardan qorumaq üçün yazıb. Kilsə kralın idarəçiliyi altında olduğu üçün dağıdılırdı. Bir neçə dəfə hücuma məruz qalıb. Hüqo təsadüfən əsərin əvvəlində Fransa tarixindən, kilsənin ecazkar quruluşundan, mistik aurasından yazmayıb. Məhz kilsənin xilası üçün yazmışdı. Bu yaxınlarda yanıb kül olan kilsəni görsəydi ürəyi patlayardı. Böyük romanlar uzaqgörən yazıçıların qələmindən süzülərək bəşəriyyətin, insanların qorunmasına hesablanaraq əmələ gəlir. Təəssüflər olsun ki, Azərbaycanda bu gün yazıçılar müxtəlif işlərdə işləməyə məcbur olurlar. Kitabları satılmır, reklamları qurulmur, şəhərdən kənara çıxa bilmirlər və sair və ilaxır. Sovet dövründə yazıçının kitabı gec çıxsa da yayılırdı və böyük tirajla çap olunurdu. Üstəlik bütün sovetlər ölkəsində oxunurdu. Bu gün xaricdə kitabı çıxan müəllif nobel alırmış kimi sevinir. Bölgələrdə kitabı yayılmayan yazıçı birdən dünyaya çıxır və şok keçirir. Bu gün yazıçılar publikaya işləməklə ədəbi güclərini zəiflədirlər. Ciddi əsərlərin oxunmadığını görərək başqa yollara əl atırlar. Bayağı sevgi romanları ilə tanınmağa çalışırlar. Dostoyevskinin üsulu isə artıq çoxdan köhnəlib. Ciddi ədəbiyyat oxumaq və yazmaq çıxış yolu deyil. Artıq reklam dövrüdür. Azərbaycanda sırf kitabların reklamı ilə məşğul olan birlik yoxdur.
Azərbaycan həkimləri türkiyədən sifariş etdikləri tibbi kitablar 15 il öncə türk həkimlərin oxuduğu kitablardır. Hər işdə bir neçə il geridə qalırıq.
Üç-beş qəzet, jurnaldan kiçik məbləğ qarşılığında çap olunmaq isə yazıçıları xilas etmir. Acınacaqlı vəziyyətdir. Yazıçılara ayrılan pullar isə hara gedir bilinmir. Yazıçılar tamada xəstəliyinə yokuxublar. Ciddi deyirəm. Sanki yağlı təbrik guppuldadıb varlı adamlardan mükafat almaq trendə çevrilib. Ali məqsəd bu deyil. Yazıçının ali məqsədi öz dövründə və öz dövründən sonrakı dövrün insanlarına xidmət etməkdir. Onları bir növ ayıltmaq, yaş saxlamaq əsas missiyadır. Yazdıqca əsəbləşirəm. Bizi bu günə qoyanları qınayıram. Bizim gələcəyimiz təhlükə altındadır. Axı mən də yazıçı olmaq istəyirəm...

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Rus ədəbiyyatının usta yazarlarından: Anton Çexov
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
AZAD QARADƏRƏLİ l Nəsr: hekayə və roman yaradıcılığı
VAQIF OSMANOV - BİZDƏN SONRA DA QALACAQ KİTAB