Edebiyyat.az » Ədəbi tənqid » Könül Nuriyeva - Anlamaq üçun bir neçə dəqiqə...

Könül Nuriyeva - Anlamaq üçun bir neçə dəqiqə...

Könül Nuriyeva - Anlamaq üçun bir neçə dəqiqə...
Ədəbi tənqid
nemət
Müəllif:
23:01, 01 mart 2020
1 651
0
Könül Nuriyeva - Anlamaq üçun bir neçə dəqiqə...







 Hər yeni yazıçı ilə tanış olmaq dənizə getməyə bənzəyir.Orda  sunamilər, dalğalar, ləpələrlə qarşılaşacağımı bilirəm.Yorulub, evə , sakitliyə qaçdığım da olub.Birdə ki, elə yazıçılar var, əvvəl söhbətini sənə sahili döyəcləyən ləpələr kimi rahatlıq gətirər, sonra şeirlərini dalğalar, romanlarını   düşüncəni dəyişən xoşməramlı sunamilər bilərsən.


 

Tale başımın üstündə səma kimidi,

Qaçıram, hey qaçıram,

Altından çıxa bilmirəm...

Uzun danışan, taleyini mənə anladan rəfiqəmə   bu misralarla cavab vermişdim. Kimdi müəllifi sual etmişdi:

-Kənan Hacı.

 

“Fironun dəftəti”nı oxumağa başlamışdıq ikimiz.Sonra “ Çəhrayı qan”, “ Quşlar üçün karusel”  bizi dəniz saydığımız , əslində okean olan dərinliyə aparmışdı.Kənan Hacının yaradıcılığı  “ iki qadını ayıran pəncərə” deyil, bizi  “ Yağ kimi”, “ Rəqqasə” nin taleyi ilə tanış etmişdi.Və heç zaman “ Uzaqlaşın, soyuqdur”deməmişdik bir- birimizə.

Sınmış budaqlardan

Qan damcılayır

Yarpaqlar tökülür göz yaşları tək

Son dəfə torpağı

Sıxır ovucunda

Erkən quruyan ağac.

Yazının nəzmi bizi  “ Kölgə “ kimi izləmişdi.

 

***

Kənan Hacının yaradıcılığını oxumamışdan əvvəl, mütləq o insanı dinləməlisiniz. Buzovnanın şirin dialektində  təkəbbürdən uzaq sadə söhbətin bitməsini istəmir adam. Yazıçı deyir ki, yazmaqdan qabaq pozmağı bilməlidir gənc yazarlar. Müasir nəslin əsas səhvi oxucunu özündən aşağı səviyyədə görməsidir. Yazıçı oxunun ayağına getməlidir, onun nə istədiyini bilməlidir.Sovet  dövründə 70 minlə çıxan Azərbaycan yazıçıları bu gün 200 kitabını güclə satır.Bölgələrdə oxucu azlığı var.

Səsinin tonundan ədəbiyyat süzülən Kənan bəy on iki kitabın müəllifidir. Canlı ünsiyyətin azlığından özünü təsdiq edə bilməyən insanlardan bəhs edən yazıçı, boşluğa düşən və yaşı artdıqca  ərtafı tərəfindən qəbul olunmamağın acısını yaşayanlardan danışır. Bəzən bir obrazı dörd real qəhrəmanla birləşdirirəm, tale bağlarını bir düyünlə bərkidirəm, deyir.

Sistemli dünya ədəbiyyatını oxuyan, yerli ədəbiyyatı nağıl, folklor, əsatirlə başlamağı tövsiyyə edən Kənan Hacı gecə on  birdən sonra, səhərə kimi yazdığını nəql edir.

 Gənclərin dil qusurları, yazılarında türk sintaksisi, qramatikası  nəzərə   çarpdığını, milli yazarları xarici dilə tərcümədə çətinliklərin olduğunu, ədəbi mühitdən uzaq durmasının səbəblərini açıqlayır. Qeyri-sağlam ədəbu mühitdən uzaq qalmağı məqsədə uyğun sayır.

İlin ən yaxşı jurnslisti, Yeni Nəsl Yazarı, Qızıl qələm, H.Zərdabi, Hüseynzadə mükafatlarına layiq görülmüş yazıçı,   bütün sadə, təvazökar insanlar kimi etdiyi tərcümələri kimsə soruşmasa  söyləyənə oxşamır.L.Tolstoy”insan nə ilə yaşayır”, U.Eko”Naməlum O”, rus və Avropa  ədəbiygatlarından  onlarla tərcümələr Azərbaycan ədəbiyyatı üçün gözəl hədiyyələr sayılır.

***

 

Şeirli, sözlü, təhkiyəli yazıçı ömrünə baxıram, izləyirəm və düşünürəm. Hələ ruhunda, qəlbində misralara çevriləcək  saysız damlalar var.Axı söhbətimin əvvəlində dənizə rast gəldiyimi zənn etdiyim halda , okeana düşmüşdüm.Tək baş vurmağın asan olmayacağımı bilib, rəfiqəmi cağırmışdım. Sonra biz dünyanın ən sakit səs tonu olan, sadəliyi  söhbətinin hər hərfinə don etmiş insanı dinləmişdik. Kənan Hacı idi o.

“ Özündən qaçmaq olmur” u bizə poetik, nəsrli, nəzmli  başa salan, ,,Yaddaş  kartı”mızda   “ Atamın sevgilisi” olduğunu, hər birimizin həyatının kitab olduğunu  hiss etdirmişdi bizə.

Acıları, gözəllikləri qələm olmasaydı, hara yazardıq

Damlalar olmasa, dənizin olmadığı kimi...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)