Edebiyyat.az » Musiqi » Aytac İbrahim: Yeni nəslin, gənc istedadı- Cavidan

Aytac İbrahim: Yeni nəslin, gənc istedadı- Cavidan

Aytac İbrahim: Yeni nəslin, gənc istedadı- Cavidan
Musiqi
admin
Müəllif:
21:06, 02 sentyabr 2025
36
0
Aytac İbrahim: Yeni nəslin, gənc istedadı- Cavidan İsaqlı!



Yaradıcı insanlar xəyalpərəst olur, oxumağa, yazmağa, çəkməyə bir bəhanə axtarır.Bu, sanki onları əhatəsində olan insanlardan daha da xoşbəxt edir.Amma hər yaradıcı insanda insani keyfiyyətlər, həqiqi şəxsiyyət kimi formalaşmaq, vicdan və mərdlik anlayışı olmur.Ən azından insan yaşadıqca, yaşa dolduqca bu qənaətə gəlir.

Barəsində yazacağım şəxs 29.08.1998-ci ildə Qax rayonunun Ağçay kəndində anadan olan, Cavidan İsaqlıdır.Onun şəxsi həyatı barədə çox yazmayacağam.Amma oxucuların nəzərinə çatdırım ki, 27 yaşlı gəncin həyatda gördüyü hadisələri, içində özünü tapdığı nüansları 10-umuzdan 5-imiz görməmişik. Hər şeyə rəğmən isə Cavidan məğrur dayanmağı, həyatla mûbarizə aparmağı bacarıb, hələ də bacarır. Çoxları kimi, qeyri-səmimi rəftarla, "day-day" kimi mənasız və şablon, iyrənc məsələlərlə bu yerlərə gəlib çatmayıb. Öz əməyi, xüsusi səs tembri, əzmi ilə daim qazanıb. Ayağından bassalar da, yoluna tikan əksələr də hər kəsə qalib gəlib.

Gəlin, onun ilk yaradıcılığa başladığı illərdən yazım, siz də oxuyun. Şeirləri ilə sinif yoldaşların, müəllimlərinin qəlbini ovsunlayırdı. Musiqiyə olan həvəsi isə onu daha da inkişaf etdirirdi. Şagird olduğu, tələbə olduğu dövrdə müxtəlif dôvlət tədbirlərində, müsabiqələrdə iştirak etdi. Fəxri fərmanlar, sertifikatlarla təltif olundu. Bəli, baxın, indi isə o Qaxın gənc və yenilməz starına çevrilib. Hərçənd ki, yenə vurğulayıram, o bu zirvəyə öz iradəsi ilə çatıb.

Bu yaxınlarda sôzləri, şairə Şəlalə Məmmədovaya məxsus "sevgi qadını" mahnısının təqdimatı oldu.Mən deyərdim ki, Qaxda belə bir formatda, maraqlı bir klip yayınlanmayıb...

Mən sadəcə dəyərli gənc dostumuza uğurlar arzu edirəm. Daha da yüksəklərə, lap yüksək zirvələrə ucalsın! Ədəbi, tərbiyəsi, əxlaqi keyfiyyətinin göstəricisi kimi!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)