Edebiyyat.az » Proza » LALƏ HÜSEYNOVA - SİRR

LALƏ HÜSEYNOVA - SİRR

LALƏ HÜSEYNOVA - SİRR
Proza
admin
Müəllif:
17:36, 27 iyun 2020
4 647
0
LALƏ HÜSEYNOVA - SİRR





 

« Əslində , hər kəs sevdiyi insana baxırmış kimi baxsa həyata...Bəlkə də həyat bu qədər zalım olmaqdan imtina edərdi insanlara. »

 

Yazar : Lalə Hüseynova

 

( Harun )

 

Gözəl yay günlərindən biri idi. Harun şirin yuxularda yatdığı anda telefonu çağırdı. Harun yuxulu halda telefonu açdı:

-Alo?

 

Telefondakı səs:

-Harun doktor, bağışlayın sizi narahat edirəm. Təcili xəstəxanaya gəlməlisiniz. Ağır xəstələrimiz var.

 

Harun cəld yatağından ayağa qalxdı:

-Yaxşı , gəlirəm indi.

 

Deyərək,  hamam otağına keçib,  üzünə su vurdu, duş qəbul elədi. Daha sonra mətbəxə keçib,   tez-bazar isti qəhvə dəmləyib,   bir qurtum içib,  pencəyini əyninə geyinib evdən çıxdı. Maşınına əyləşərək sürətlə klinikaya doğru sürdü.

 

Harun məhşur bir cərrah idi. Kimsəsiz uşaqlar evində, ana-ata qayğısına həsrət qalaraq , əziyyətlərlə məktəbi bitirdikdən sonra Tibb İnstitutuna qəbul olaraq illər sonra , ad-san qazanaraq gənc və olduqca savadlı, məhşur cərrah olmuşdu. İşində çox məsuliyyətli idi. Dövlət klinikalarından birində işləyirdi. Özü də çox yaraşıqlı idi. 25 yaşında ciddi, xarizmatik, uzun boylu bir bəy idi.

 

Kimsəsiz bir uşaq olaraq böyüməklə yanaşı, sevgi baxımından da qəlbi yana-yana qalıb. İllər öncə,  böyük bir sevginin qurbanı olan hər tərəfli yaralı bir gənc idi.  İşə başını qatmaqla , azacıq həyatının ağır qayğılarından uzaqlaşdıra bilirdi özünü.

İşdən sonra gedib evində içki içərdi, siqaret çəkərdi və sevdiyi qadının şəklinə gah donuq gah sulu göz yaşları ilə baxıb dalıb-dalıb gedərdi. Evdə, həyatda tək başına yaşayardı. Bir dostu vardı, o arada gələrdi Harunla söhbət edərdi,  azacıq başını qatardı. O qadını unutmaq üçün gecələr,   bəzən başqa qadınlarla vaxt keçirərdi.

 

 

( Sofiya )

 

Sofiya 21 yaşında gözəl, olduqca ağıllı bir qız idi. Çox gözəl modelyer idi. Ailəsinin və yaxın dostlarının sevimlisi idi. Sofiya hamı ilə mehriban, gülərüz, pozitiv, mədəni və yüksək əxlaqlı qız idi. Ətrafında onu sevən əks cinslər də çoxluq təşkil edirdi. Amma Sofiya birinə könül qoymuşdu. Lakin Sofiyanın sevdiyi insan isə onu hər gün başqa qadınlarla aldadaraq canını incidirdi. Sofiya bir gün canını yandıran sevdasından vazgeçməyi qərara aldı:

-Mən artıq səninlə davam edə bilmərəm. Sən hər gün məni başqa qadınlarla aldadaraq saf duyğularımı kirlədirsən.

 

Ruslan isə Sofiyanın sözlərini önəmsəmədi:

-Necə istəyirsən elə olsun. Səni heç nəyə məcbur edə bilmərəm.

 

Sofiya son dəfə də Ruslanın sözlərindən qırıldı və bununla da ondan ayrılmağın nə qədər doğru fikir olduğunu anladı.

 

Sofiya heç nə demədən,   çantasını əlinə alıb kafedən çıxdı, maşın yoluna doğru gələrək Ruslanın sözlərinə fikri getdi, niyə Ruslanın onu sevmədiyini düşünə-düşünə qalmışdı. Fikri dağınıq halda maşın yolunu keçdiyi anda qara " Mersedes" markalı maşının ön hissəsinə yüngülvari dəydi:

-Aaaaa..

 

Ruslanla olan  fikirlərindən oyandı. Maşından dəli kimi enən Harun əsəbi halda Sofiyaya doğru yaxınlaşdı:

-Siz nə eləmək istəyirdiniz? Ağlınız qaçıb yoxsa korsunuz? Məni az qalsın qatil edəcəkdiniz.

 

Sofiya Harunun susmadığını

görəndə səsinin tonunu bir qədər yüksəltdi:

-Mən qəsdən eləmədim! Görün özünüzdən necə razısınız ki, necə olub-olmadığımı soruşmaq əvəzinə gəlib mənə qışqırırsınız!!

 

 

Harun bir anda həkim olduğunu unutmuşdu. Sofiyanın bir anda önünə keçməsi, keçmiş sevgilisini xatırlatdı. Onunla da tanışlıqları belə başlamışdı. Ona görə də həyəcan keçirtdi. Özünü ələ aldıqdan sonra:

-Üzrlü sayın, bir anda özümü itirdim.

Daha sonra əlavə elədi:

-Yaxşısınız? Ciddi bir zədə almadınız ki?

Sofiya:

-Xeyr, yaxşıyam. Siz də məni üzrlü sayın belə pat deyə önünüzə keçdim.

Harun xəfif gülümsəyərək:

-Eybi yox..

Sofiya da qarşılıqlı gülümsəyərək:

-Sağ olun.

 

Deyərək,  oradan uzaqlaşanda, Ruslan kafenin pəncərəsindən Sofiyanın Harunla qarşılıqlı gülümsədiyini gördü və təbii ki, fikirlərində yozmağa başladı:

-Hmmm.. Sofiya xanım, deməli özünə yeni sevgili tapmısan və məndən də buna görə ayrılmaq qərarına gəldinnn.. Eybi yox...

 

1-ci bölümün sonu

 

 

 

 

 

 

 

 

 

Sirr

Yazar: Lalə Hüseynova

 

2-ci bölüm

 

Ruslan Sofiyanın birbaşa atasına zəng elədi:

-Aqil dayı, necəsiniz? Narahat eləmədim sizi?

Aqil dayı mehribanca:

-Yox, oğlum. Buyur eşidirəm.

Ruslan:

-Sizə bir bəd xəbərim var.

Aqil dayı:

-Nəsə baş verib? Sofiyaya nəsə olub?

Ruslan:

-Yox, ona heç nə olmayıb. Amma sözüm məhz onunla bağlıdır.

Aqil:

-Ruslan, sözünü bəlkə birbaşa deyəsən. Mən artıq narahat olmağa başladım.

Ruslan:

-Sofiyanın həyatında biri var.

 

Bu zaman Aqil dayının rəngi ağardı və:

-Nə danışırsan sən? Necə yəni həyatında biri var???

Ruslan:

-Bir az əvvəl məndən ayrılmaq istədiyini söylədi. Mən səbəbini soruşdum, lakin söyləmədi. Sadəcə ayrılmaq istədiyini dəfələrlə vurğuladı. İndi mən öz gözlərimlə gördüm ki, gənc bir adamla səmimi söhbət edir.

 

Aqil dayının ürəyi döyündü və Ruslana heç nə demədən onun zəngini sonlandırdı. Ruslan isə elədiyindən zərrə qədər peşman olmadı:

-Məni tərk eləməyinin cəzasını çək, Sofiyam.

 

Deyərək,  həmin kafedəki masasına əyləşdi, sonra gözlərini  kafedə gəzdirdi və bir masada sarışın, açıq-saçıq geyinən bir xanımı uzaqdan başdan-ayağa süzdükdən sonra ayağa qalxaraq o masaya doğru yaxınlaşdı və bununla da özünün hər zamanki hallarına davam elədi:

-Salam, xanım. Əyləşmək olar?

Sarışın xanım gülümsəyərək:

-Buyurun.

 

Sofiya isə Harun ilə qarşılaşdıqdan sonra,  yenə fikirli halda özü üçün yavaş addımlarla evinə doğru gedirdi:

-Sanki ürəyimdə bir sıxıntı var. Bir şeylər olacağından qorxuram. Of o qadının ürəyini mənə köçürəndən bəri, hər dəfə fırtına öncəsi səssizlik yaşayıram sanki. Ayaqlarım geri-geri gedir.

 

Sofiya bir il bundan qabaq ağır ürək əməliyyatı keçirmişdi. Başqa qadının ürəyini Sofiyaya köçürmüşdülər.

Sofiya güclə evə gəlib,   qapının zilini basdı. Qapını anası Gülər açdı və gülər üzlə:

-Gəl qızım. Ruslanla görüşdən gəlirsən?

Sofiya evdə hər şeyin yaxşı olduğunu düşünərək:

-Hə, anacan.

Daha sonra Sofiya əlavə elədi:

-Atam hardadır?

Gülər, yenə gülər üzlə cavab verdi:

-Otağındadır.

 

Sofiya atasını görmək istədi, Ruslanla ayrıldığını və səbəbini demək istədi. Sofiya həmişə sirlərini ilk atası ilə bölüşərdi. Sonra anasına söylərdi. Valideynləri onun tək sirdaşı idi.

Sofiya atasının otağının qapısını xəfifcə döydü:

-Atacan, gəlmək olar?

 

Nədənsə atasından səs çıxmadı. Sofiya atasının eşitmədiyini düşünərək qapını açdı və gözləmədiyi mənzərə ilə qarşılaşdı, fəryad içində hayqırdı:

-Ataaaaaaa.... Sofiyanın harayına anası Gülər mətbəxdən qaçaraq:

-Noldu qızım?

Dediyi anda yoldaşı Aqilin yerdəki cansız cəsədini görəndə dünyası başına yıxıldı:

-Aqilllllllllllll....

 

Gülər , özünü itirmədən, hələdə  Aqilin yaşadığını düşünmək ümidi ilə xəstəxanaya getmək istədi. Ruslanı axtardılar, lakin o tapılmadı. Gülər,  qaynına zəng elədi və tez zamanda Harunun işlədiyi klinikaya gətirdilər.

 

Sofiyanın ağlamaqdan gözləri şişmişdi, ürəyi tir-tir əsirdi. Bu zaman ürəyi nədənsə səhər qarşılaşdığı Harunu görmək istədi və onun burada olduğunu hiss eləyirdi. Bu zaman bir əməliyyatdan çıxan Harun Sofiyanı uzaqdan görəndə tanıdı:

-Bu o qızdır ki.

Sofiyanın ağladığını görüb ona doğru yaxınlaşdı:

-Salam, kiçik xanım.

Sofiya , onu səsləyən tərəfə baxanda Harunu görüb təəccübləndi:

-Salam.. Siz həkimsiniz?

Harun:

-Bəli, kiçik xanım. Bu göz yaşlarınızın səbəbini bilmək olar? Bir yeriniz ağrıyır yəqin mənim maşınıma dəydikdən sonra?

 

Sofiya göz yaşları içində:

-Atamı itirdim bu gün.

Deyərək,  daha da hönkürtü ilə ağladı. Harun da çox təsirləndi.

 

2-ci bölümün sonu

 

 

 

 

 

 

 

Sirr

Yazar: Lalə Hüseynova

 

3-cü bölüm

 

Gülər ananı qəhər boğmuşdu. Qaynı Musaya:

-Bundan sonra biz necə yaşayacağıq, ay Musa?

 

Musa da qardaşının qəfil ölümünə çox sarsılmışdı:

-Hadisə necə baş verdi?

Gülər ana çiyinlərini çəkdi:

-Bilmirəm ki.. Hər şey o qədər qəfil baş verdi ki.. İşin içindən çıxa bilmirəm..

 

Musa da qaşları çatlamış halda düşünə-düşünə qalmışdı. O da qəhər içində boğulsa da çox gözü açıq idi və bu olayın səbəblərini araşdırmağı düşünürdü.

 

 

1 həftə sonra

 

Aqil dayının vəfatından bir həftə ötmüşdü. Ruslan,  Aqilin ölüm xəbərini eşidəndən ortalıqda görünməməyə çalışırdı. Bu durum Sofiyanın əmisinin nəzərindən qaçmadı. Bir gün Musa Sofiyaya:

-Qızım, sənin nişanlın niyə ortalıqda yoxdur? Atan rəhmətə gedəndən bəri niyə görünmür? Danışıb səninlə? Başına pis bir hadisə gəlmiş olmasın?

 

Sofiya ata itkisi acısını çəkəndən bəri Ruslanla ayrıldıqlarını nə anasına, nə də əmisinə danışmadığını yenicə xatırladı və:

-Əmi... Başımız o qədər qarışdı ki.. Sizlərə deməyi unutmuşam.. Biz Ruslanla ayrılmışıq..

Musanı maraq bürüdü:

-Ciddi deyirsən?

Sofiya:

-Hə, əmi.. Ruslan çox şorgözdür. Məni neçə qadınla aldadıb, qürurumu incidib.. Axırda dözmədim, ayrıldım ondan.

Musa qaşlarını çatlayıb:

-Vay səni şərəfsiz.. Sən niyə vaxtında bizə demirdin? Həddini bildirərdik onun. Bizim qızımıza nə cürətlə xəyanət edir???

Sofiya:

-Mən düşündüm bəlkə düzələr.. Amma düzəlmədi.. Getdikcə daha da betər yaraladı məni.. İndi onu azadlığa buraxmışam, nə qədər istəyir o həyatı rahat yaşaya bilər.

Musa:

-Artıq sevmirsən onu?

 

Sofiya,  bir anda gözünün önünə Harunu gətirdi və şirin xəyallara daldı. Lakin tez oyanaraq Ruslanı göz önünə gətirdi və ona aid heç bir şey hiss eləmədiyini anladı və əmisinə belə söylədi:

-Yox.. Qətiyyən sevmirəm onu.

 

Sofiya eyvandakı masadan qalxaraq  otağa keçmək istəyəndə anası Gülərin üzgün halda ona baxdığını gördü, Güler ana qızını qucaqlayıb:

-Ah, mənim bəxtsiz balam..

 

Güler ana , Sofiya ilə Musanın söhbətini eşitmişdi.

Bir həftə ərzində Harun da adını hələ bilmədiyi Sofiyanı düşünməyə başlamışdı. Onda nəsə doğma bir şey olduğunu hiss edirdi. Amma keçmiş sevgilisi Aygünün şəkillərinə də baxmadan günü keçməzdi sanki. Hər nə olursa olsun böyük sevgi heç vaxt unudulmaz.

Aygün,  Harunu başqa bir sevgilisi üçün tərk eləmişdi. O, Aygünə o qədər aşiq idi ki.. Aygünü başqası ilə düşünməsi onu yerdən-yerə vurmuşdu. 5 il keçmişdi böyük sevgisinin bitdiyi gündən.

 

Ruslan əlindəki güllərlə məzarlığa gəlmişdi. Başdaşın üzərində Aygün Əliyeva Yusif qızı yazılmışdı. Harunun 5 il əvvəl sevdiyi qadınının məzarı idi. Ruslanın isə doğmaca bacısı idi, lakin o Harunu heç vaxt bacısının ətrafında görməmişdi, sadəcə adını eşitmişdi:

-Sənsiz o qədər darıxıram ki, canım bacım. Mən kənardan vecsiz, əclaf, axmaq, murdar kimi görünürəm. Daha doğrusu Sofiya tərəfindən. Sənin o ürəyin ona köçürüləndən bəri mən o qıza nədənsə nifrət edirəm.. Bacımın ürəyini kimsədə görmək mənə ölümdən betər işgəncədir. Ona görə onu başqa qadınlarla aldadaraq incitməyə çalışırdım. Sənin ölümünə səbəb olduğu üçün ona ikiqat nifrət edirəm. Mən yaşadığım müddətdə ona cəhənnəmin əzablarını yaşadacam, görəcəksən. Hələ atasının yasını tutur. Daha çooox yaslar tutacaq..

 

 

Musa əmi qardaşının kabinetinə daxil oldu və bəlkə orada,  onun ölümünə səbəb olan bir iz tapmağını ümid elədi. Qardaşının bütün əşyalarını axtardı. Amma heç nə tapa bilmədi. Qardaşının mobil telefonunu masada gördü və bəlkə telefonda ipucu olaraq bir şeylər tapmağını düşündü. Ən son gələn zənglərə baxdı və ən son danışdığı adamın Ruslan olduğunu gördü. Ruslanla danışandan 20 dəqiqə sonra qardaşı ürək tutmasından vəfat etmişdi. Musanın ağlında çoxlu cavabsız suallar yarandı. Telefonun içini araşdırmağa davam eləyirdi və şəkillər olan yerinə baxdı, Ruslan Aqil dayı ilə danışandan sonra sübut kimi Sofiyanın Harunla səmimi söhbət eləyib,  gülən mimikalı şəklini çəkib göndərmişdi. Musanın başı qazan olmuşdu. Sofiyanın az öncə dediklərini xatırladı, daha sonra Harunu da klinikada gördüyünü xatırladı, onun Sofiya ilə o qədər də səmimi olmadığını kino lenti kimi gözünün önündən keçirdi. Bütün parçaları birləşdirdi:

-Nə baş verir, İlahi? Yoxsa qardaşımın ölümünə səbəb Ruslandır?!

 

3-cü bölümün sonu

 

 

 

 

 

 

 

 

 

Sirr

 

Yazar: Lalə Hüseynova

 

4-cü bölüm

 

Musanın başı ağrımağa başladı. Bir qurtum su içdi. Masanın bir tərəfində mərhum qardaşının şəkili vardı, kədərli halda ona baxaraq:

-Hər şeyi öyrənəcəm, qardaş. Səni kim incidib vaxtsız o biri dünyaya aparıbsa , onun həyatını puç edəcəm.

 

Sofiyanın isə üreyi dəli kimi Harunu görmək isteyirdi. Özü üçün otağında ürəyini tutaraq dedi:

-Niyə görəsən ürəyim onun üçün döyünür? Nə baş verir məndə? 2 gün gördüyüm insanı niyə bu qədər düşünən olmuşam.. Sanki dünənə kimi Ruslanı sevən Sofiya deyiləm.

 

Sonra ayağa qalxaraq otaqda sağa-sola dolaşmağa başladı. Özünü pis eləyirdi. Sofiya əllərini göye qaldırıb ALLAHINA yalvarmağa başladı:

-ALLAHIM, sən mənə kömək ol, yanlış addım atmaq istəmirəm.

Harun içkinin təsirindən divanda yatıb qalmışdı. Bir yuxu görürdü.

 

 

(Yuxuda)

 

Harun yaşıl bir çəmənlikdə iki qadın görür - Sofiya və Aygün. Sofiyanı gözəl qırmızı donda sevincli halda, Aygünü isə ağ libasda görürdü. Harun əlini Aygünə doğru uzadanda əvəzinə Sofiya tutdu. Sofiya danışaraq gülər üzlə bir söz dedi:

-Mən səninlə çox xoşbəxt olmaq istəyirəm.

 

Lakin Aygün sadəcə susaraq qəmli gözlərlə ona bir şeylər anlatmağa çalışırdı. Harun Aygünə sual verdi:

-Niyə susursan? Görmürsən başqa qızın əlini tuturam gözünün önündə?

 

Aygün yenə susmaqda davam edirdi. Harun Sofiyanın əlinə buraxıb Aygünə doğru yaxınlaşdı, Aygün yenə danışmadan him-cimlə ona doğru yaxınlaşmamağı dəfələrlə işarələyirdi. Harun heç bir şey anlamırdı:

-Sən niyə mənə xəyanət elədin, Aygün?? Səni bu qədər sevərkən niyə canımı yandırdın?? Niyə bizi məhv elədin? Yenə məndən qaçırsan!!!

 

 

Aygün ona "gəlmə" deyə yalvarırdı. Bu zaman Sofiya Harunun önünə keçərək:

-O tərəfə getmə, Harun. Olmaz.. Artıq bundan sonra mən olacam həyatında.. Bundan sonra məni sevəcəksən...

Harun yuxunun təsirindən sayaqlamağa başladı:

-Yox...Yooox.

 

Tər-qan içində qəfil ayılaraq bütün evə qışqırdı. Təngənəfəs olmuşdu, özünü bir təhər ələ alaraq ayağa qalxıb,  mətbəxə keçdi və bir stəkan su içdi. Nəfəs-nəfəsə qalmışdı hələ.

Harun:

-ALLAHIM, bu həyatımda gördüyüm ən dəhşətli kabus idi. Bu yuxunun anlamı nə idi görəsən?!

 

İkinci stəkan sudan da bir qurtum içdi. Yenidən divana gəlib əyləşdi. Əlləri ilə saçını qarışdırdı, yuxunun mənasını düşünə-düşünə qalmışdı:

-İlahi, ağlımı itirəcəm.. Bu nə axmaq yuxu idi belə. Özünə gəl Harun.. Bu sadəcə yuxu idi.. Hər şey normaldır bilirəm. Sən həm Aygünün şəkillərinə baxırsan, həmdə sərsəm kimi o, adını bilmədiyim qızı düşünürəm.. Buna görə yuxumu qarışıq görməyim normaldır..

 

 

Deyərək,  yerinə uzandı və yastığının altında Aygünün şəklini gördü, yatarkən onun şəklini qucaqlayaraq yatdığını xatırladı. Şəklini masaya qoydu və arxasını ona tərəf çevirib gözlərini yumdu.

 

Səhər açıldı... Harun bu gün Aygünün harda olmağı ilə maraqlanmağı qarşısına məqsəd qoydu. Bunun üçün işdən icazə aldı. Aygünün valieynlərinin yaşadığı rayona üz tutdu:

-Səni bu gün tapmalıyam.. Tapıb hesablaşmalıyam..

 

Bir saat sonra Aygünün ailəsinin yaşadığı evin önünə gəlmişdi. Əvvəlcə maşınından ətrafa nəzər saldı. İçindən bir ah çəkib,  maşından çölə çıxdı. Həyəcanlı addımlarla evə doğru yaxınlaşdı, ürəyi şiddətlə döyünürdü.. İllər sonra sevdiyi qadınını görmək üçün o qədər çırpınırdı. Hər şeyə rəğmən, sevdiyi qadınını yenidən görmək çox istəyirdi:

-Görəsən dəyişilib? Daha da gözəlləşər hər halda.. Gülüşləri daha da artar.. Mənsiz görəsən çox xoşbəxtdir? Ah nə qədər cavabsız suallarım var bu çırpınan ürəyimdə.. Nə olar, İlahi mənə kömək ol.

 

Dedikdən sonra,   qapını döydü. Açan olmadı.. Bir daha döydü.. Yenə o qapı açılmadı.. Bu zaman həyətdən keçən bir qonşu Haruna tərəf səsləndi:

-Siz kimi axtarırsınız?

Harun:

-Əliyevlər ailəsini. Qapılarını döyürəm açan yoxdur. Evdə yoxdurlar hər halda. Siz onları tanıyırsınız?

Qonşu qadın:

-Onlar qızı öləndən bəri çoxdan köçüb gediblər.

 

Qonşunun bilmədən ağzından çıxartdığı kəlimə Harunu dondurdu:

-Nə dediniz?

Qonşu qadın:

-Köçüb gediblər çoxdan.

Harun:

-Yox, ondan əvvəl bir söz işlətdiniz. Kim öləndən sonra köçüblər??

Qadın:

-Qızı... Bircə qızı və oğlu vardı. Qız keçən il rəhmətə getdi.. Çox da gənc, gözəl idi.. Çox heyif, ALLAH rəhmət eləsin..

 

Harunun başına qaynar sular töküldü, dünyası başına yıxıldı, eşitdiyi xəbərin şokundan kəkələməyə başladı:

-A-a-yyy-günn öldü yəni hə?? Mənimmm Ayyygünümm öldüüü??? Mənim sevdam öldü??? Dizlərini yerə qoydu, için-için ağladı.

 

Qadın bilmədən, ilk dəfə gördüyü oğlanı ağzından qaçırdığı xəbərlə sarsıtdığına peşman oldu, tez çeşmədən su gətirdi və:

-Oğlum... Qurban sənə, bağışla məni.. O sənin sevdiyin idi?? Mən bilmədim.. Bəs sənin niyə xəbərin olmamışdı bu hadisədən?

 

Harun arvada nə cavab verəcəyini bilmirdi.. Heç o taqəti də qalmamışdı. Donmuşdu... Bir az sonra Harun:

-O, niyə və nə vaxt öldü?

Qadın:

-Səbəbini dəqiq bilmirəm.. Amma ölümündən bir il keçib artıq.

 

Harun çox pis olmuşdu. Beyni dumanlanmışdı aldığı şok xəbərin təsirindən.. Daha sonra əlavə elədi:

-Onun ailəsi indi hardadır?

Qadın:

-Ailəsinin harada olduğunu bilmirəm. Amma qardaşının yerini bilirəm. Bakıda özəl şirkətlərin birində işləyir. Qızın məzarlığı da Bakıdadır.

Harun:

-Aygün Bakıda rəhmətə gedib?

Qadın qəmli halda:

-Hə..

 

Harun Aygünün qardaşı ilə tanış olmaq istəyirdi. Bunun üçün güclə maşını idarə eləməyə başladı, sürərkən gözlərinin yaşı qurumurdu:

-Deməli yuxumun anlamı bu imiş... Səni əbədiyyən itirmişəm sən demə. Bes digər qızın bu gördüklərimə nə aidiyyəti var?

 

Bir neçə saat sonra Harun həmin qadının verdiyi ünvan ilə, Ruslanın işlədiyi şirkətə gəldi, kabinetinin nömrəsini öyrənib Ruslanın olduğu yerə gəldi. Qapını döyərək içəri daxil oldu:

-Salam.

Ruslan Harunu görəndə tanıdı:

-Salam, buyurun?

Harun ona doğru yaxınlaşaraq:

-Mən Harunam. Bacının illər əvvəl sevdiyi insan.

 

Ruslan təəccüblə Haruna baxdı.

 

4-cü bölümün sonu

 

 

 

 

 

Sirr

Yazar: Lalə Hüseynova

 

5-ci bölüm

 

Ruslan bu adamın Harun olduğunu bilmədiyi üçün Sofiyanın sevgilisi olduğunu düşünmüşdü və çirkin iftirası ilə Sofiyanı atasız qoydu. Lakin həmişə bacısının sevdiyi Harunu görmək və onunla tanış olmaq arzusunda idi. Və budur...Harun qarşısına çıxıb. Amma Ruslan yenədə başqa cürə düşünməyə davam edirdi. Onun düşüncəsinə görə Harun bacısından sonra,  Sofiya ilə sevgilidir. Həmçinin Ruslan yaxşı bilirdi ki, bacısının ürəyi Sofiyaya köçürülüb və bu gün ona aydın oldu ki, təbii olaraq eyni ürək Harunu özünə çəkib.

Ruslanın ağlında çoxlu suallar dolaşırdı. Özünü bir təhər toplayıb ayağa qalxdı ve Haruna əlini uzatdı:

-Salam, məhşur Harun bəy. Sənin adın heç vaxt bacımın dilindən düşmürdü. Öləndə də sənin adını sayaqladı.

 

Harun göz yaşlarına boğuldu. Ürəyində :

-Aygünüm... Deməli məni həmişə sevirmiş..

 

Harunu tər basmışdı həyəcandan. Ruslan Haruna dərhal su verdi:

-Sən deyəsən özündə deyilsən, al su iç.

Harun bir qurtum içdikdən sonra:

-Hadisə necə oldu? Aygünüm niyə öldü?

Ruslan:

-Ağır xəstə idi. Beynində şiş vardı.. Amma xəstəlikdən yox, maşın qəzası onu vaxtından tez ölümünə səbəb oldu.

 

Harun daha da pis olurdu eşitdiyi şok xəbərlər qarşısında.

Daha sonra Ruslan əlavə elədi:

-Mənə sadəcə bir şey maraqlıdır. Sən həmin gecə harada idin? Bilmirəm niyə, amma bacım səni sirr kimi saxlayırdı həmişə. Mən hərdən düşünürdüm ki, bacım deyəsən dəli olub,   yalandan sevgilisi olduğunu göstərirdi bizə. Çünki biz onu başqasına vermək istəyirdik, lakin bacım ancaq səni sevdiyini dəfələrlə dilə gətirirdi.

 

Harun şok üstüne şok yaşayırdı. Özünü ələ aldıqdan sonra əlavə elədi:

-Aygünlə aramızda böyük bir sevgi vardı. Onunla çox özəl anlarımız oldu. Sonra bir gün mənə artıq başqasını sevdiyini deyib məni tərk elədi. O gün mənim həyatım bitdi. Onun mənə xəyanət elədiyini düşünmüşəm bu 5 ilin içində. Haqqında başqa heç bir şey bilmədim. Əsl həqiqəti mən hələ bu gün öyrənmişəm. Artıq başıma hava gəlir mənim.

 

Harun danışarkən səsi titrəyirdi, əlləri əsirdi. Masaya əsəbindən yumruq vuraraq kresloya özünü çırpdı. Ruslan da üzülmüşdü bir an Harunun halına.

 

Sonra Harun Ruslanın masasındakı Aygünün qardaşı ilə şəklini gördü, kədərli nəzərləri ilə şəkildə gülüşü ilə işıq saçan,  ölən sevgilisinə acı-acı baxırdı, gah ağlayırdı , gah da  gülümsəyirdi.

Ruslanın yenə ağlına hiyləli bir plan gəldi Sofiya ilə bağlı.

Ruslan:

-Mənim səndən xoşum gəldi, həqiqətən də bacım səni bu qədər çox sevməkdə haqlı imiş.

Harun onu dinləsə də fikri ancaq şəkildə idi. Ruslan bunun fərqinə varınca səsini bir az qaldırdı:

-Harun, biz səninlə dost olsaq Aygünün qatilinin qisasını rahatlıqla ala bilərik.

 

Harun Ruslanın son cümləsini duyunca fikirlərdən ayıldı.

Harun:

-Qatil deyərkən? Qatilin kim olduğunu bilirsən?

Ruslan:

-Bəs sən məni diqqətlə dinləmirsən? Sənə dedim axı bacımı maşın vurmuşdu. Əlbəttə ki, qatilin kim olduğunu bilirəm.

 

Harun bərəlmiş gözləri ilə:

-Kimdir qatil? Adı nədir? Hansı cəhənnəmdədir o???

Ruslan:

-Sofiya. Qatilin adı Sofiya Bünyadzadə.

Harunun qanı dondu:

-Sofiya kimdir?

Ruslan Sofiyanın bir şəklini telefonunda göstərdi:

-Bu xanımı tanımırsan ki?

Harun şəkildəki qızı tanıdı:

-Necə yəni? Bu qız necə qatil ola bilər ki? Onun kiminsə canına qıyacağına inanmağım gəlmir. Əminsən bundan???

 

Ruslan:

-Mən heç vaxt əmin olmadığım şeyi söyləmərəm, Harun. Sən Sofiya ilə sevgilisən deyə bunları eşitmək sənə inandırıcı gəlməyə bilər.

 

Harun daha da əsəbləşməyə başladı və ona səsini ucaltdı:

-Sən ağlını itirmisən??? Mənim Sofiya ilə sevgili olmağımı haradan çıxartdın? Mənim tək sevgilim oldu bu həyatda, o da yalnız sənin bacın!!! Yamanda hər şeyi dəqiq bilirsən!! Sən hələ haqqımda nəyin doğru nəyin yanlış olduğunu dəqiq bilmirsən!! Amma mən Sofiyanın qatil olmağınada inanmıram!! Dəqiq məlumatdırsa, mənə sübutlu faktlarla gəl!!!

 

Harun sözlərini şille kimi Ruslana yedirdərək kabinetdən çıxanda,  qapını sərt çırpdı.

Ruslan:

-Göstərəcəm sənə sübutlu faktları, dayan hələ.

 

Harun dağılmış halda idi, şirkətdən dəli kimi çıxıb piyada hara getdiyini heç özü də bilmirdi.

Sofiyanın da ürəyi sıxıldığı üçün bulvara gedib deniz havası alırdı. Bir neçə deqiqədən sonra dağılmış Harun da bulvara gəldi, dənizə doğru yaxınlaşdı, dərin-dərin nəfəs aldı. Bulvarın o başında Sofiya, bu başında isə Harun dayanmışdı. Bir-birilərini hələki görmürdülər. Harun daşın üstünə çıxdı və var gücü ilə bağırdı:

-Aaaaaaaaaaaaaaaaaaaa.....

Səsə hamı ilə yanaşı Sofiya da reaksiya verdi:

-Harun doktor?

Sofiya Harunun özünü dənizə atmasından qorxdu və iti addımlarla doğru qaçdı:

-Haruuuuunnn... Haruuuunnnn eləməəəə...

 

Harun özünü atmaq istəyəndə Sofiya onun əlindən tutub , güclə aşağı düşütdü və nəticədə ikisi də yerə yıxıldı, nəfəs-nəfəsə sual dolu baxışlarla bir-birilərinə baxırdılar.

 

5-ci bölümün sonu

 

 

 

 

 

 

Sirr

Yazar: Lalə Hüseynova

 

6-cı bölüm

 

Sofiya və Harun ətrafdakı insanların varlığını bir an olaraq unutmuşdular. Harunun ağlından keçən düşüncələr onu dəli edirdi:

-Ruslanın bir az əvvəl qatil adlandırdığı qızcığaz indi mənim həyatımı xilas elədi. Bir insanın canına qıymağı bacaran şəxs heç vaxt bir başqasının həyatını xilas edə bilməz. Necə ola bilər bu?? Bu işdə başqa bir iş var. Ruslan ya yanılır ya da sadəcə bilərəkdən nəyəsə görə intiqam almaq üçün bu qızı günahlandırır. Mən dəlil olmadan Sofiyanın qatil olmasına inanmayacam.

 

Harun bu düşüncələrlə ona məsum baxışlarla baxan Sofiyanı da sanki dondurmuşdu. Sonra Sofiya özünü ələ alıb Haruna:

-Harun doktor? Siz yaxşısınız???

 

Harun yavaş-yavaş özünü ələ almağa başladı, ətrafdakı insanlara nəzər saldı, hamısı panikada idilər. Sonra Sofiyaya baxıb:

-Yaxşıyam.. Mən bir anlıq özümü itirdim.. Bu gün o qədər şok xəbərlər aldım ki... Nə etdiyimi heç bilmədim..

Sofiya:

-Sizə necə yardım edim?

Harun gülümsəyərək:

-Sən az öncə həyatımı xilas elədin, bundan böyük yardım olar?

 

Sofiya gülümsədi:

-O zaman indi burdan getsək yaxşı olar, çünki insanlar bizə görə narahat qalıblar.

Harun:

-Haqlısan.

Harun ayağa qalxaraq insanlara üzünü tutdu:

-Narahat olmayın, hər şey yaxşıdır.

Harun Sofiya ilə piyada dolanmağa başladı:

-Mən maşınımı bir şirkətin önündə qoyub bura gəlmişəm. Oradan çıxanda dağılmış vəziyyətdə idim.

Sofiya:

-Sirr deyilsə bilmək olarmı nə xəbər aldınız ki, bu qədər dağıldınız?

 

Harun əvvəlcə istəmədi söyləsin, amma sadəcə Sofiyanın reaksiyasını maraq elədiyi üçün səbəbini açıqlamaq istədi, lakin əvvəlcə:

-Belə ayaq üstü danışmaq istəmirəm, gəl bir yerdə oturaq,  bir şeylər yeyək orada da danışım, əgər sənin üçün mümkündürsə?

 

Sofiya:

-Yaxşı.

 

Harun Sofiyanı bulvara yaxın bir restorana apardı. Yemək sifariş verdilər. Harun gizlincə hərdən Sofiyanı diqqətlə süzürdü, çox şirin, çox gözəl, hər insanı özünə çəkən xoş bir qız kimi təəssürat yaradırdı onda və nədənsə çox doğma gəlirdi. Gün boyu Sofiyaya baxarkən onun həqiqətən sevdiyi qadının qatili olub-olmayacağını düşünürdü.

Sofiya bir anda onun qəribə baxışlarınıb fərqinə vardı:

-Siz yaman dalıb getdiniz. Danışmaq fikrinizdən deyəsən vazkeçdiniz.

 

Harun baxışlarını düzəltdi:

-Üzrlü say, bu gün çox ağır gün keçirdim.. Amma sayəndə hazırda özümü yaxşı hiss edirəm. Yenədə fikrim gedir bu gün aldığım xəbərlərə..

 

 

Sofiya:

-Sizi sevərək dinləyərəm, danışın rahatlanın.

Harun diqqətlə ona baxdıqdan sonra əlavə elədi:

-Mənim 5 il bundan qabaq bir sevdiyim vardı.. Bir gün o, məni tərk elədi başqa adam üçün.. Yəni mənə belə demişdi, necə demişdisə məni buna inandırmışdı.. Bu gün eşitdim ki, keçən il rəhmətə gedib.. Ağır bir xəstəlikdən əziyyət çəkirmiş... Məndən də buna görə ayrılıbmış... Amma ölümünə səbəb maşın qəzasına uğraması olubmuş... Aygünüm sən demə,  çoxdan bir mələk olub uçub gedibmiş.. Mənim isə dünyadan xəbərim yoxmuş.. Üstəlik o ölənə kimi ancaq məni sevibmiş..

 

Harun bilərəkdən Aygünün adını çəkdi ki, Sofiyanın reaksiyasını görsün. Sofiya Aygünün adını eşidəndə ürəyi çırpınmağa başladı, əlini tutdu ürəyinə, nəfəs-nəfəsə qaldı. Harun donuq halda Sofiyanın hərəkətlərini diqqətlə izləyirdi, bir anlam verə bilmirdi. Axı daha xəbəri yoxdur ki, sevdiyi qadının ürəyi qaşısında əyləşib söhbət elədiyi və üstəlik qatil şüphəsi ilə baxdığı qadına köçürülüb, həmin ürək keçmiş sahibi barədə danışılarkən dayana bilmədi və çırpınaraq ona " mən burdayam" deyərək hayqırır.

 

Harun narahat olmağa başladı:

-Sofiya, yaxşısan?

 

Sofiyanın isə ürəyi çırpınmağa davam edirdi, dili söz tutmurdu. Su içmək istəyəndə su bardağı əlindən yere düşüb sındı. Harun ona kömək eləmək istədi, suyu başqa bir bardağa süzüb özü ona içirtdi. Sofiya bir az içdikdən sonra yavaş-yavaş sakitləşdi:

-Üzrlü sayın, sizi də qorxutdum. Sadəcə mən keçən il bir ürək əməliyyatı keçirmişəm. Bəzən məni belə narahat edir.

 

Amma Harun bununla şüphələrinin düz olmağına inanmağa başladı. Aygünün adını çəkəndən sonra sadəcə özünü bu qədər itirdi, əli ayağına dolaşdı və indi də ürəyinin xəstə olmasını sadəcə yalandan uydurduğunu düşündü. Bir günah işləyən şəxsin davranışlarına bənzədirdi Sofiyanın hərəkətlərini..

 

Ruslan isə kabinetində Sofiyanın bir qatil olmasını Haruna sübut eləməyin yollarını düşünürdü. (Aygünün öldüyü gün)

 

Aygün həmin günü qardaşı Ruslanla hava almağa çıxmışdı, maşın yolunu keçərkən qəfildən bir maşın,  sürətli sürərkən Aygünü vurmuşdu, Ruslan bacısını xilas edə bilməmişdi. Maşını idarə edən isə Sofiyanın atası olmuşdu, atası sükanı idarə edərkən qızı isə yanında əyləşmişdi.

 

Ruslan esil vuranın kim olduğunu öz gözləri ilə görmüşdü. Həmin günü Sofiyanın ürəyi əməliyyat olunmalı idi. Vəziyyət elə alındı ki, Aygün həmin günü xəstəxanada dünyasını dəyişdi  və eyni xəstəxanada həkimlər qərara aldılar ki, Aygünün sağlam ürəyi Sofiyaya köçürülsün, çünki Sofiyanın özünün xəstə ürəyi ilə cəmi bir il yaşamaq şansı var idi.

Ruslan əvvəlcə bacısını vurduğu üçün Sofiyanın atasına, sonra ürəyini həmin atanın qızına köçürüldüyü üçün Sofiyaya ikiqat nifrət elədi. Həkimlərin bu qərarına Ruslan o vaxtı icazə verməsə də, valideynləri icazə vermişdi.

 

6-cı bölümün sonu

 

 

 

 

 

Sirr

Yazar: Lalə Hüseynova

 

7-ci bölüm

 

Harun Sofiyanı evinə aparmaq istədi. Bunun üçün ondan restoranda gözləməsini xahiş elədi:

-Mən gedirəm maşını gətirim, sən gözləyə bilərsən? Gəlim səni evinə yola salım.

Sofiya:

-Yaxşı.

 

Harun restorandan çıxandan sonra öz-özünə danışmağa başladı:

-Məni yanıltma, Sofiya. Nolar məni yanıltma. Əgər eşitdiklərim doğru çıxarsa hər şey pis olacaq.

 

Sofiya isə öz-özünə danışırdı:

-ALLAHIM, deməli mənim ürəyim buna görə Harunu hər gördüyümdə çırpınırmış... Aygün Harunun sevgilisi imiş.. ALLAHIM.. Bu qədər tesadüfmü olar?? Mən bundan sonra Harunun üzünə necə baxacam?? Onun ölümünə bilmərəkdən səbəbkar olanın,  mənim atam olduğunu necə deyəcəm???

 

Sofiya çantasını götürüb restoranın hamam otağına keçdi. Üzünə çoxlu su vurdu, aynada özünə baxdı, ürəyi yenə çırpınırdı, əlini üreyinə tutdu:

-Dayan ürəyimmm.. Danışacam hər şeyi olduğu kimi Haruna... Yoxsa mən bu gecə heç cürə rahat yata bilməyəcəm...

 

Harun Ruslanın şirkətinin önünə gəldi, maşınına doğru yaxınlaşdı Ruslan onu arxadan səslədi:

-Harun!!

Harun onu səsləyən Ruslana tərəf baxıb:

-Məndən uzaq dur, maşınım burada qaldığı üçün məcbur yenə bura qayıtdım.

 

Ruslan dodağını kinayəli şəkildə büzərək:

-Sən qorxaqsan, Harun!! Həqiqətləri eşitməkdən boyun qaçırırsan...

Harun:

-Mən qorxaq olsaydım həkim olub,  minlərlə insanı uğurla əməliyyat eləməzdim. Qana baxa bilməzdim.. O ki, qaldı sənin söylədiklərinə, əlində dəlil olmadan söylədiyin hər bir sözü boş cəfəngiyyat adlandırıram..

 

Ruslan əlindəki bir zərf Haruna uzatdı, Harun:

-Bu nə?

Ruslan:

-İstədiyin dəlillər.

 

Harun baxa-baxa qaldı, yenə həyəcan onu bürüməyə başladı, o qətiyyən istəmirdi Sofiya barədə yanılsın.. Əlləri əsə-əsə döyünən şiddətli ürək döyüntüləri ilə zərfi yavaş-yavaş açmağa çalışdı.

Ruslan Harunun reaksiyasının necə olacağını səbirsizliklə gözləyirdi.

Harun zərfi açdı, gözlərini yumaraq tər-qan içində, dodaqlarını yeyə-yeyə zərfin içinə əlini saldı və bir şəkilə toxunduğunu hiss elədi, bu zaman gözlərini açdı, qarşısında duran Ruslana bir anlıq sərt və süzgün baxış atdıqdan sonra şəkilə baxdı. Şəkildə qəza zamanı sükanın başında Sofiyanı gördü.. Uzun-uzun o şəkilə ağzı açıq, gözləri bərəlmiş halda incələyərək baxdı. Ruslan isə onun bu hallarını diqqətlə izləyərək altdan-altdan sevinirdi:

-İndi mənimlə dost olursanmı? Bərabər bu qızdan qisasımızı alaq.

 

Ruslanın bu sözü Harunu şəkildəki nəzərindən ayırdı və daha da qəzəbləndi:

-Mən sənin kimi fürsətçi ilə dost olmaram. Bu günə qədər hər şeyi tək başıma elədiyim kimi bunu da tək başıma həll edəcəm.. Elə bilirsən mənə bu şəkili göstərdin deyə sənin boynuna medal asacam?? Sən heç də bacına oxşamamısan, təəssüflər olsun. Mən çox insan tanımışam deyə, kimin necə olduğunu tez anlayıram.

 

Harun Ruslanı bir daha sözləri ilə şillələyərək maşınına əyləşib,  sürətlə restorana doğru sürdü.

 

Ruslan isə Harunun sözlərini vecinə almadı:

-Eybi yox, sən indi mənə nə deyirsən de əsas odur sənin gözünü açdım.. Sofiyanın məhvini dörd gözlə gözləyirəm..

 

Ruslan arxaya dönüb maşınına minəndə qarşısında Sofiyanın əmisi Musanı gördü:

-Salam, Ruslan bəy. Noldu məni görən kimi rəngin ağardı?!

Ruslan özünü itirmədən:

-Yox, sadəcə sizi burada gözləmirdim.

Musa ona bir az da yaxınlaşaraq:

-O zaman bundan sonra məni hər an ətrafında gözlə, çünki mən bir gün sənin əcəlin olacam, Ruslan. Atdığın hər addımına bundan sonra fikir ver.

 

Ruslanı bu an Musanın dedikləri qorxuya saldı.

 

Gözləri qan calağına dönən Harun nəhayət ki, restorana doğru çatdı, maşından enməmiş bir az dayandı, düşündü, dərin-dərin nəfəs aldı. Sonra maşından endi, iti addımlarla içəri daxil oldu və uzaqdan Sofiyanı görəndə, ən qatı  düşməni kimi göründü gözlərinə. Özünü bir təhər ələ aldı və Sofiyaya doğru yaxınlaşdı:

-Sofiya?

Sofiya Harunu görən kimi ayağa qalxdı:

-Gəldiniz?

Harun güclə süni gülüş ataraq:

-Hə, gedək. Darıxmadın?

Sofiya gülümsəyərək:

-Yox.

Harun hesabı ödəyib Sofiya ilə restorandan çıxdı. Sofiya ayağını saxlayıb:

-Harun doktor, sizə bilməyiniz üçün demək istədiyim lazımlı şeylər var.

Harun:

-Yaxşı, maşına əyləşək,   deyərsən.

 

 

Sofiya öndə, Harun isə sükan qarşısına keçdi. Sonra cibindən bir dəsmal çıxartdı və naşatır spirtindən dəsmala damcıldatdı. Sofiya bunu görüb:

-Siz neyləyirsiniz belə?

Harun başını qaldırdı və ona tərəf baxdı:

-Heç nə.. Sadəcə mən bu gün səninlə hesablaşmaq istəyirəm..

Sofiya:

-Anlamadım?

Harun:

-İndi anlayacaqsan.

 

Deyərək,  həmin dəsmalı ağzına tutdu, Sofiya bir az çabaladıqdan sonra müqavimətini itirdi. Harun onun bu halına acı təbəssüm elədikdən sonra yenə sürətlə sürməyə başladı.

 

7-ci bölümün sonu

 

 

 

 

 

 

 

 

Sirr

Yazar: Lalə Hüseynova

 

8-ci bölüm

 

Harun Sofiyanı öz evinə apardı. Onu bir stulda oturtdu və əlləri ilə ayaqlarını bağladı. Özü isə qarşısında bir başqa stulda əyləşdi, qollarını çarpaz halda birləşdirdi və qəzəbli baxışları ilə Sofiyanın oyanmağını gözləyirdi. Və bir neçə dəqiqədən sonra Sofiya oyandı. Əvvəlcə ətrafa göz gəzdirdi, sonra əlləri ilə ayaqlarının bağlı olduğunu görüb qorxuya düşdü, sonra başını qaldırıb Harunu görəndə:

-Nə baş verir? Siz məni hara gətirmisiniz?? Niyə əlim-ayağım bağlıdır?? Sizin niyyətiniz nədir??

Harun:

-Dedim axı səninlə bu gün hesablaşmalıyam!

Sofiya:

-Nə hesablaşması??? Nəyin hesabını verməliyəm???

Harun:

-Sən sevdiyim qadının qatilisən elə deyil???

Sofiyanın qanı donmuşdu:

-Xeyr, nə danışırsınız?? Ağlınızı itirmisiniz??

Harun:

-Mənə yalan danışma!!

 

Deyərək,  əlindəki şəkili Sofiyaya göstərdi:

-İndi buna nə cavab verəcəksən mənə çox maraqlıdır ?!

Sofiya şəkili görəndə dəli oldu:

-Bu...bu yalandır!!! Heç də belə deyil!! Mən o günü sükanın qarşısında deyildim!!!

 

Harun daha da qəzəblənərək:

-Mənə oyun oynama, Sofiya!! Sənə restoranda Aygün barədə danışanda səni həyəcan basdı, haldan-hala düşdün, yalandan ürək bəhanəsi ilə sıyrılmağa çalışdın!! Halbuki mən hər şeyi Aygünün qardaşından öyrənib gəlmişdim və sənin qatil olub-olmamağını yoxlamaq üçün bilə-bilə danışdım. Maşınımı götürməyə gedəndə onun qardaşı mənə sübut üçün bu şəkili verdi.

 

Sofiya eşitdikləri qarşısında donub qalmışdı. Ruslanın necə biri olmasını hələ indi anladı. «Necə təhlükəli adammış» deyə-deyə düşünürdü. Harunu əməlli-başlı ona qarşı düşmən eləmişdi.

 

Sofiya , Ruslanın haqsızca atdığı bu qədər böhtanları həzm eləyə bilmədi və həqiqətləri hayqırdı:

-Sənin sevdiyin qadının qatili mən deyiləm. O qəza qəsdən törədilməyib. Hər şey gözlənilmədən baş verdi. Sevdiyin qadının qardaşı Ruslan isə mənim keçmiş nişanlım olub. Haqqımda sənə nə deyibsə,  hamısı sadəcə böhtandır. Əgər məni başdan sonadək dinləməyə hazırsansa hər şeyi danışacam. Çünki məndə bu gün sənə məhz bununla bağlı danışmaq istəyirdim. Lakin Ruslan məni qabaqlayıb ürək bulandıran nağılları ilə səni üstümə düşmən olaraq göndərib.

 

Harun Sofiyaya diqqətlə qulaq asdıqdan sonra sakit tonla:

-Buyur danış.

 

Sofiya:

-Mənim ürəyim xəstə idi.. Bir il yaşamaq şansım var idi... Atamla təcili xəstəxanaya getməli idik.. Həmin günü ürəyim çox pis sancırdı... Atam çox narahat idi , ona görə sürətlə sürürdü ki, xəstəxanaya çatım. Qorxurdu ki, birdən ölərəm hər an..

 

Harun onun sözünü kəsdi:

-Mənim üçün vacib olan mətləbə keç!

 

Bu söz Sofiyanın qəlbini qırdı:

-Sözümü kəsmədən dinləsən, sənin üçün vacib olan mətləbə keçəcəm!

 

Harun:

-Davam elə!

 

Sofiya:

-Qəfildən qarşımıza Aygün və... Harun səsinin tonunu bir az qaldırdı:

-Sevdiyim qadınımın adını alma ağzına!!

 

Harun özünü o qədər itirmişdi ki, bilə-bilə Sofiyanı incidirdi sözləri ilə, səs tonu ilə.

Sofiya göz yaşını ona bəlli etmədən axıdırdı.

 

Harun isə əsəbi danışığına davam edirdi:

-Susma, danış!!!

Sofiya:

-Qəfildən qarşımıza sənin sevdiyin qadın və o lənətə gəlmiş qardaşı çıxdı. Atam görmədən onu vurdu. Hətta mən öz gözlərimlə gördüm ki, Ruslan bacısını o anda xilas eləməyə heç cəhd göstərmədi, özünü xilas elədi.. Çünki o, həmişə yalnız özünü düşünəndir!! O qəzanı nə mən, nə də atam qəsdən törətmədik. Hətta atamla birlikdə maşından enib sənin sevdiyin qadına kömək eləməyə çalışdıq, Ruslanın gözü önündə maşınımıza uzadıb dərhal xəstəxanaya çatdırdıq. Ruslan da bizim yanımızda idi. Niyə gözü ilə gördüklərini sənə demədi??? Çünki işinə gəlmədi... Gələdə bilməz.. Heç cürə cəsarəti çatmaz bunu dilə gətirməyə.. Hər yerdə özünü bacısını çox sevən qardaş kimi göstərsə də, elə deyil!!!

 

 

Harun Sofiyanın dedikləri qarşısında tələyə düşdüyünü anladı və Sofiyaya yenidən inanmağa başladı. Bu dəfə sakit tonla və təmkinlə Sofiyanı dinləməyə davam edirdi. Onsuzda Ruslanı ilk görəndə düzgün bir tip olmadığını anlamışdı, lakin bacısına aid belə bir həssas mövzunu bu dərəcədə çirkinləşdirəcəyini düşünməmişdi.

 

Sofiya isə davam edirdi:

-Xəstəxanaya çatanda həkimlər nə qədər səy qoysalar da onu xilas edə bilmədilər. Üstəlik xəstəliyi də çox ağırlaşmışdı. Bir tərəfdən də xəstəliyi imkan vermədi həyatda qalsın.

 

Harun göz yaşlarına boğulmuşdu:

-Mən artıq nə deyəcəyimi bilmirəm. Bir az əvvəl səni az qalsım öldürmək istəyirdim.. Bəs bu şəkil belə çıxır sadəcə fotoşopdur hə?

Sofiya:

-Hə, əminliklə deyə bilərəm ki, fotoşopdur. Mən Ruslandan çox qızlarla görüşdüyü üçün ayrıldım.. Halbuki onu çox sevmişdim, amma o, bunu anlamadı görünür.

 

Harun Ruslana daha da nifrət elədi:

-Nədənsə bizim də sevgili olduğumuzu düşünürmüş.

Sofiya təəccüblə:

-Onu deyəsən deəlixanaya qoymaq lazımdır.

 

Sofiyanın bu sözü hər ikisinin üzündə gülüş yaratdı. Harun ayağa qalxdı Sofiyanın əlini-ayağını açdı və zarafatyana:

-Sərbəstsən artıq.

 

Sofiyanın əllərini açanda onun saçları Harunun üzünə toxundu.. Bir anda gözləri bir-birinə diqqətlə baxdı.

Harun:

-Bağışla, səni bilmədən incitdimsə. Amma bilə-bilə incitdiyim üçün dönə-dönə üzr istəyirəm.. Gözüm dönmüşdü.. Bir günün içində nələr-nələr öyrəndim.. İçində yalan və doğru xəbərlər olmaqla...

 

Harun əlavə elədi:

-İndi söz verirəm evinə aparacam..

Sofiya gülümsedi. Harun:

-Ürəyin indi necədir?

 

Bu zaman yenə Sofiyanın ürəyi çırpınmağa başladı. Əlini ürəyinə tutdu. Harun bu dəfə həqiqətən narahat oldu:

-Sofiya, noldu yenə? Ürəyin narahatdır? Mənim ucbatımdan oldu.. Səni bu qədər həyəcanlandırıb narahat elədim. Gəl gedək mənim klinikama, baxım ürəyinə..

 

Harunun artıq xeyləm yumşaldığını,  can yandırdığını görmək onu sevindirdi, lakin Harun bir sirri hələ bilmir. Sofiya ona haqsızlıq eləmək istəmədiyi üçün ürəyinin əslində kimə aid olduğunu söyləmək istədi.

Sofiya:

-Harun.. Mənim ürəyim Aygünündür. Onun ürəyini mənə köçürtdülər o vaxtı. Ondan sonra mən hər dəfə səninlə qarşılaşanda ürəyim çırpınır.

 

Harun baxa-baxa qaldı.

 

8-ci bölümün sonu

 

 

 

 

 

 

 

 

 

Sirr

Yazar: Lalə Hüseynova

 

9-cu bölüm

 

Harun Sofiyanın son dediyindən çox təsirlənmişdi. Aygünün ürəyinin Sofiyada olmasını və o gördüyü yuxunun anlamını indi anlayırdı. Gözləri dolmuş Harun nə deyəcəyini bilmirdi, əlini Sofiyanın ürəyinə qoydu, həqiqətən necə çırpındığını hiss elədi, qulağını dayayıb o ürəyin səsini dinlədi və titrək səsi ilə:

-Aygünüm...

 

Sofiya da duyğusal anlar yaşayırdı. Bir az da qısqanmağa başlamışdı. Səbəbini anlamırdı. Bu zaman Sofiyanın telefonuna zəng gəldi:

-Telefona baxmalıyam, Harun. Evdəkilər axtarır.

 

Harun heç nə demədən başı ilə icazə verdi. Sofiya telefona baxanda da Harunun gözü ürəyində idi. Bu onun üçün çox dəhşətli bir şeymiş. Sevdiyi qadının ürəyini başqa bir qadında görmək...

 

Sofiya telefonla danışıb qurtardıqdan sonra :

-Mən evə getməliyəm, anamla əmim narahat qalıb.

 

Harun uzun sürən sükutunu pozub:

-Gedək.

 

Harun Sofiya ilə birlikdə evdən çıxıb maşına doğru yaxınlaşdı. Sükana keçdi, Sofiya da yanına əyləşdi. Bir az əvvəl münasibətlərinin yumşalmağına sevinsə də yenə Harun hüzünləndi. Yol boyu Harundan heç bir səs çıxmadı. Sofiya hərdən Haruna baxırdı, adamın simasında kədərdən başqa bir şey yox idi:

-Necə gözəl sevirmiş.. Hələdə sevir.. Əsl sevən belə olar.. Yoxsa ki, Ruslan kimi.. Rəhmətlik Aygün çox şanslı imiş,  onu bu qədər sevəni vardı.. Kaş Ruslan da məni belə sevsəydi.. Amma sevmək hər adama nəsib olmur.. Qəlbi təmiz olan həmişə çox sevəcək.. Hər nə olursa olsun, ömür boyu sevəcək.. Çox istərdim məni də belə sevən biri qarşıma çıxsın.. Harun kimi insanla ömür boyu xoşbəxt olar insan.. Bir neçə dəqiqədən sonra Sofiyanı evinə gətirdi. Sofiya maşından enərək:

-Çox sağ ol axırki evimə gətirdiyin üçün.

Harun ona xəfif gülümsədi:

-Hələlik, özündən muğayyət ol.

Sofiya:

-Sən də...

 

Bu zaman Sofiyanın əmisi Musa onlara doğru yaxınlaşdı:

-Evinə təşrif buyurdun nəhayət, qızım.

Sofiya gülümsədi. Musa maşında oturan Haruna boylanıb:

-Sizi də xoş gördük, Harun doktor. Gəlin bir stəkan çay için.

Harun:

-Yox, əziyyət vermək istəmirəm. Təşəkkürlər..

Musa:

-Elə söhbət yoxdur, Harun doktor. Gəlin çayımızdan için,  sonra hara istəsəniz gedərsiniz.

 

Musanın israrlı dəvətindən sonra, Harun maşından enib Sofiyagilin evinə daxil oldu. Musa Sofiyaya:

-Qızım, qəşəng çayından hazırla.

Sofiya:

-Yaxşı.

 

Musa Sofiya ilə Harunun bərabər olmasını könüldən arzulayırdı. Harunun Sofiyaya daha layiq birisi olduğunu düşünürdü. Amma əsas sirri öyrənsə yenə onların bir araya gəlməyini istəyərmi ya yox, orasını zaman göstərəcək.

 

 

Harun divanda əyləşəndə,   cibindən kiçik ölçüdə bir şəkil düşdü, onun uşaqlıq şəkli idi. Musa onu Harundan qabaq görəndə,  yerdən götürüb baxanda dəli oldu:

-Bu şəkil haradan gəldi bura?

 

Harun Musanın əlindəkini görüb gülümsəyərək:

-Ah, o mənim uşaqlıq şəklimdir. Həmişə cüzdanımda olur...Bu gün bir az dəlixana gün keçirdiyimdən, bu şəkilin cüzdanımdan cibimə düşməsinin fərqinə varmamışam.

 

Musa heyrətlə baxa-baxa qaldı. Özünü itirmədən şəkili Haruna uzatdı, özü isə tək qalmaq üçün:

-Mən indi gəlirəm.

 

Harun:

-Yaxşı.

 

Musa qardaşının otağına daxil olub qapını bağladı və pıçıltı ilə:

-Oğlum.. Bu mənim oğlum Harunmuş.. Mən bunu necə əvvəldən anlamamışam, İlahi..

 

9-cu bölümün sonu

 

 

 

 

 

 

 

 

Sirr

Yazar: Lalə Hüseynova

 

10-cu bölüm

 

Musa kabinetdə düşünə-düşünə qalmışdı. Doğma oğlu illər sonra evinə kimi gəlib çıxıb. Axı necə anlaya bilmədi ilk gündən bunu?? Musa xatirələrə daldı...

 

(Xatirələrdə)

 

Musa qardaşı Aqil evlənməmişdən qabaq bir dəfə sevdiyi qadını ilə evlənmişdi. Evləndikdən sonra,   Musa şirkətdə işə düzəlmişdi. Bir müddət sonra nur topu kimi gözəl oğlu dünyaya gəldi, adını da Harun qoydular. Hər şeyin gözəl getdiyi bir vaxtda Musa ailəsi ilə istirahət guşəsindən gələndə faciəli bir yol qəzası ilə üzləşdilər. Yoldaşı həmin qəzada həyatını itirmişdi. Harun isə ağır yaralanmışdı, Musa isə yalandan başından yaralanmışdı. Qəzanı kənardan görən şəxslər dərhal xəstəxanaya çatdırmışdılar. Harunu ayrı bir otağa, atasını ayrı otağa, Harunun anasını isə birbaşa meyitxana otağına aparmışdılar.

 

Musanı ən çox yıxan yoldaşının ölümü oldu.. Bunu gözləmirdi... Həyatının Baharını belə tez bir zamanda itirəcəyini heç düşünməmişdi.. Musa bu acıya dayana bilmirdi.. Haruna Baharsız baxa bilməyəcəyini düşündüyü üçün onu kimsəsiz uşaqlar evinə vermişdi. O zaman Harunun hələ 1 yaşı vardı.. O yaşda olan eyni şəkildən həm Musada, həmdə Harunda.. 1 yaşındakı uşaq illər sonra bir az yaşlanmış atasını necə tanıya bilərdi? Həmçinin Musa da illər sonra böyüyüb ölkənin ən məşhur cərrahını necə tanıya bilərdi? Bəlkə də anası yaşasaydı Harunu tez tanıyacaqdı. Axı analar hər zaman övlad qoxusunu ən gözəl tanıyan yeganə varlıqdır...

 

Sofiya çayları hazırlayıb salona gətirəndə, Harunu divanda anası ilə söhbət edərkən gördü. Harunla bir anlıq xəfifcə göz-gözə gəldikdən sonra çayları masaya düzdü və əmisini görməyəndə maraq üçün soruşdu:

-Əmi,  hara getdi?

Anası çiynini atdı, Harun dilləndi:

-Dedi indi gəlirəm.

 

 

Sofiya əmisini atasının kabinetində olduğunu düşündüyü üçün ora doğru addımladı, qapını xəfif döyüb içəri daxil oldu və əmisini kefsiz halda gördü:

-Musa əmi, nəsə olub? Niyə bura gəlmisən?

 

Musa Sofiyaya hələ heç nə bildirmək istəmədiyi üçün özünü güclə toparladı:

-Heç nə olmayıb, qızım. Gəlirəm.. Sofiya:

-Çayları süzmüşəm, tez gəl soyumadan iç.

 

Musa ayağa qalxdı və güclə özünü toparlayıb Sofiya ilə birlikdə salona keçdi. Divanda gülümsəyərək çay içən oğlu Haruna uzaqdan həsrətlə baxa-baxa qalmışdı. ALLAH onu bağışlamaq üçün illər sonra oğlunu qarşısına çıxartdı, Musa oğlunu o zaman acizliyinə qurban gedərək kimsəsiz uşaqlar evinə verməsini indi-indi başa düşürdü. Çox şüurlu, çox dərrakəli bir övlad olaraq böyümüş, yüksək əxlaqlı və olduqca mədəni tərbiyəsi var. Halbuki bu tərbiyəni Musa da vaxtında bir ata kimi verə bilərdi. Hələ bilsə ki, Harunun yaşadığı acı sevgi taleyi də eyni ilə özünün taleyinə bənzəyir... Haruna bu dəqiqə sarılmaq, oğlum deyə bağırmaq o qədər istəyir ki.. Amma necə eləsin? Çarəsiz bir vəziyyətə düşmüşdü.. Belə bir övlada vaxtında sahib çıxmadığı üçün həm həyat yoldaşı Baharın ruhunu narahat eləmiş, həmdə özünə olan nifrəti artırdı indi.. Görəsən Harun onun oğlu olduğunu bilərsə bağışlayacaqmı? Bunun bir ucu da Sofiyaya toxunur.. Axı Sofiyanın da doğmaca əmisi oğludur.. Həyat təsadüflərlə doludur desək də, əslində heç bir şey təsadüfən baş vermir. Bütün bunları gözəl Rəbbimiz bilərəkdən işarə olaraq qarşımıza çıxardır, gerisini isə biz düşünürük.

Hamı deyə-gülə söhbət edərkən Musa için-için ağlayırdı. Haruna gizlin-gizlin baxıb ürəyində özünə üsyan edirdi.

 

Gecə yarısı idi. Sofiya və əmisi Musa oyaq idi. Sofiya öz otağında Harunu və Harunla keçirdiyi həm yaxşı, həmdə pis anılarını xatırlayırdı. Musa isə eyvanda oturaraq oğlu Harunu düşünürdü, yıxılmışdı rəsmən. Əlində Baharın qucağındakı balaca Harunla şəkli vardı, ona baxırdı, gözləri dolurdu, içi qan ağlayırdı, özünə lənət oxuyurdu.

 

Harun isə öz evində yatağında gah Sofiyanı, gah da onunla olan pis və yaxşı anılarını xatırlayırdı, Aygünü də unutmurdu təbii olaraq. Bir günün içində eşitdikləri onu bir təhər eləmişdi.

 

Səhər açıldı. Ruslan şirkətinə gedəndə Harun önünü kəsdi, Ruslan:

-Harun?

 

Harun çox qəzəblə idi Ruslana qarşı və bir yumruğu ilə yerə yıxıb ağzını partlatdı.

Ruslan:

-Sən dəli olmusan? Nə haqla məni vurursan?

Harun Ruslanın yaxasından iki əlli tutaraq:

-Mənə haqqdan danışma, ay vicdansız!!! Sən necə şərəfsiz, biqeyrətsən!! Məsum insanları necə ürəyin gəlir günahlandırırsan?? Sən fotoşopla mənə kələk gəlirsən, ay küçük??? Dua elə sən Aygünün qardaşısan!! Yoxsa səni bu dəqiqə o dünyaya yola salardım, murdar!!

 

Bu zaman Musa da həmin yerə çatanda Harunun Ruslana hücum eləməsini gördü və dərhal onlara yaxınlaşdı:

-Harunnn.. Oğlum, nolub??

 

Musa Haruna müraciət edəndə bir anda ağzından "oğlum" deməsinə fikir verdi. Lakin Harun o sözü ciddiyə almadan Ruslanın yaxasını buraxdı:

-Bu insan çox şərəfsizdir. Yaxşı ki, vaxtında bununla yollarınız ayrılıb.

 

Musa Ruslana tərs baxış ataraq:

-Nə məsələdir?

Harun:

-Uzun məsələdir.. Sadəcə günahsız insanlara acımasızca şər atması və məni zorla o insanlara qarşı yalandan doldurması özümdən çıxartdı.

 

Musa onsuzda Ruslana nifrət edirdi, indi də oğlunu hansısa məsələyə görə bu qədər özündən çıxartdığı üçün o da Ruslana bir yumruq vurdu:

-Sən bundan sonra bizdən uzaq dur, əclaf!!

Musa əlavə elədi:

-Səni gərək çoxdan məhv eləməli idim, qardaşımın qatili şərəfsiz!!!

 

 

Deyərək,  Ruslana o ki var təpik vurdu. Harun dözmədi və atası olduğunu hələ bilməyən Musanı güclə Ruslandan ayırdı:

-Musa əmi, sakitləşin dəyməz buna. Əlinizi qana bulandırmayın.

 

Musa bir anda Haruna baxdı və ürəyindən keçən şeyi eləmək istədi, oğluna sarıldı:

-Bağrım yanır, oğlum...

 

Harun heç bir şey düşünməsə də, hiyləgər Ruslana Musanın Haruna neçə dəfə ürəkdən « oğlum » deməsi və belə ona sarılması qəribə gəldi.

 

10-cu bölümün sonu

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

11-ci bölüm

 

Sofiya eyvanda anası ilə birlikdə səhər yeməyi yeyərkən Harunu düşünürdü.. Deyəsən yavaş-yavaş aşiq olurdu... Gülər qızının bu aralar dəyişildiyini hiss edirdi və bu dəyişikliyin səbəbinin də Harun olduğunu da çox gözəl anlayırdı. Harunu Gülər ana da çox bəyənmişdi.

Gülər fikirli halda , aşiq qızına dedi:

-Sofim, yaxşısan canım?

Sofiya:

-Yaxşıyam, anacan. Necə ki?

Gülər ana:

-Bəlkə açıq danışasan mənimlə? Sənin deyəsən Harunla bağlı hisslərin var..

Sofiya:

-Nə danışırsan???

Gülər qızının utandığını gördü və üzündə gülüşlər yarandı:

-Yaxşı elə olsun.. Amma Harun mənim də, əminin də çox xoşuna gəlir. Üstəlik Harunun sənə gizlin baxışları da gözümdəm yayınmadı. Yəni əgər bu iş alınsa biz çox sevinərik.

 

Sofiya Harunun əslində baxışının anlamını yaxşı bilirdi, ona sadəcə Aygünü görmüş gözlərlə baxırdı.. Axı Aygünün qəlbi Sofiyada idi. Sofiya Harunu o qədər gözəl tanımışdı ki... Harun o kişilərdən deyil ki, qarşısına çıxan hər qadınla ciddi münasibət qursun və sevdiyi qadınını unutsun.. O, hələdə Aygünü sevir və sevəcək də... Sofiya ilə nəsə alınsa da həmişə Aygünü sevəcək..

 

1 həftə sonra

 

Ruslan şirkətə gələndə Musanın otağının qapısının yanını açıq olduğunu görəndə kiminləsə danışanda eşitdi, maraq bürüdüyü üçün qulağını qapıya dayadı.

Musa otaqda:

-Mən daha dözə bilmirəm bu acıya.. Bu gün Harunla danışmalıyam, onun atası olduğumu deyəcəm.. Bunu bilməkdə haqqı var.. Mən oğluma hər şeyi deməliyəm.. Məni qəbul etsə də, etməsə də deməliyəm..

 

Ruslanın ağzı açıq qaldı və qapının yanını bir az açaraq Musanın öz-özünə danışarkən gördü. Ruslanın əlinə Musanı məsxərəyə çevirmək üçün əla koz keçdi:

-Vay, vay, vay.. Musa bəy..

 

Musa Ruslanın hər şeyi eşitməsini anladı ona kobudca:

-Sənin burada nə işin var köpək??

Ruslan:

-Bu gündən mənimlə bu tonda danışmağınıza qadağa qoyuram, əks halda eşitdiyim bütün tük ürpədici sirləri oğlun Haruna çatdıracam.

Musa daha da qəzəblənib , Ruslanın iki yaxasından tutub silkələdi:

-Sən mənə hədə-qorxu gəlirsən küçük???

Ruslan:

-Sənə öyrətməyiblər ki, öz-özünə danışanda qapını yaxşı bağlayarlar?

Musa:

-Səni öldürəcəm küçük!! Səni inankı öz əllərimlə polisə təslim edəcəm.. Sadəcə əlimə daha inandırıcı sübut keçməsini gözləyirəm.

Ruslan:

-Sən məni boş ver, əsas öz dərdinə yan!! Yazıq Harun.. Görəsən,  mənim dilimdən onun atası olduğunu öyrənsə necı olacaq??

 

Bu zaman birinin əlindən su dolu stəkan sınıb ətrafa səpələndi —  o adam isə yaralı uşaq olaraq böyüyən Harun idi. Ruslan sevincərək hissi keçirsə də,   Musanın qəlbində feryad qopdu, Harun stəkanın sınması sayəsində əlini qanatdı. Musa oğlunun əlinin qanamasını dayandırmaq üçün ona yaxınlaşdı:

-Oğlum, əlin qanayır.. Ver sarıyım..

Harun çox qəzəbli halda yaralı əlini çəkib:

-Toxunma mənə!!! Bu günə kimi qəlbim qan ağlaya-ağlaya özüm tək başıma sarımışam yaralarımı!!! Sən indi bir əlim qanadı deyə mənə kömək göstərərək boş yerə könlümü almağa çalışma!!

 

Musa göz yaşları ilə:

-Oğlumm.. Sən nə desən haqlısan.. ALLAH mənim min qat bəlamı versin!!! Sənin atan olmağını mən hələ yeni öyrənmişəm...

 

Harun:

-Mən bu dəqiqə heç nə eşitmək və bilmək istəmirəm!!

Musa:

-Oğlummm..

Harun:

-Mənə oğlum demə!!

 

Ata-oğul mübahisə edəndə onlara sevinə-sevinə gülən Ruslanın varlığını unutmuşdular. Harun bir anda Ruslanın sevinməyini görüb:

-Rədd ol, burdan!!!

Ruslanı zorla otaqdan çıxartdı və qapını bağladı:

-İndi isə mənə hər şeyi danış!! Bu vaxta kimi sən harda idin?? Mən o kimsəsiz uşaqlar evində hər gün şillə-təpik işgəncələrinə məruz qalanda sən harada idin?? Uşaq alverçisi qurbanına çevriləndə sən harada idin?? Danış, tək başıma həyatla ölüm-qalım savaşı yaşayanda sən harada idin?? Sevdiyim bir qadınla bağlı dərdimi bölüşməyə bir adam axtaranda sən harada idin??? Bu günə kimi işgəncələr içində çabalarkən sən harada idin?? Dişimlə, dırnağımla məktəb bitirib tələbə olmağın sevincini bölüşməyə birini axtaranda sen harada idin?? Sevincimi, kədərimi bölüşməyə hər saniyə birisinə ehtiyacım olarkən sən harada idin? İllər sonra sevdiyim qadının öldüyünü eşidəndə,  o acımı da bölüşməyə birinə ehtiyacım var idi, sən harada idin??  Anam harda idi, sən harda idin???? Harada???

 

Harun özündən çıxmışdı, paramparça halda idi. Özünü dünyanın ən bədbəxt insanı kimi adlandırırdı.. Musa oğlunun üzünə şillə kimi çırpdığı həqiqətləri eşidincə əzildikcə əzilirdi qarşısında.. Harun göz yaşlarına boğulmuşdu.. Daha sonra Harun əlavə elədi:

-Yox, səhv danışdım bir şeydə. Sevdiyim qadınımın ölüm xəbərini eşitdikdən sonra Sofiya ilə bölüşmüşdüm.. Sofiya... Belə çıxır Sofiya mənim doğma əmim qızıdır?

 

Musa başı ilə təsdiqləyirdi.. Harun atasının susduğunu gördükcə daha da dəliyə döndü:

-Ata , mənim burada bağrım çatlayır sən ise susursan!!!

 

Harunun ağzından özündən asılı olmadan "ata" kəliməsi çıxdığı anda Musanın ağlayan üzünə kiçik təbəssüm qondu, Harun da bunun fərqinə vardı. Musa:

-Oğlum... Hər şeyi danışacam, yetər ki, məni dinləmədən kəsib atma..

 

Bir saat içində Musa Haruna hər şeyi izah elədi. Anasının ölüm xəbərini isə Aygünün taleyinə bənzətdi. Atanın yaşadığı faciəni illər sonra fərqli şəkildə oğlu da yaşamışdı.

 

Musa oğlunun saçlarına toxundu:

-Mən sənin kimi övladın qədrini vaxtında bilmədim.. Ananın ölümü məni yerdən-yerə o qədər öldürmüşdü ki, həyatdan küsmüşdüm. Sənə baxa bilməyəcəyimi düşünmüşdüm.. Ona görə arxayınlıqla və həmçinin ağılsızlıqla səni ora əmanət elədim.. Sən demə sənə ən böyük pisliyi eləmişəm...

 

Deyərək,  hönkürtü ilə ağladı.. Harun da dayana bilmədi atasının göz yaşlarına.. Və ata-bala bərk-bərk bir-birinə sarıldı.

 

11-ci bölümün sonu

 

 

 

 

 

 

 

 

 

 

 

SİRR

Yazar: Lalə Hüseynova

 

12-ci bölüm

 

Ruslan ata ilə oğulun heç vaxt barışmayacağını gözləyərkən, əksinə Musa kabinetdən çıxanda oğlu Harunla birlikdə gülərək çıxdı. Musa:

-Harun, əgər istəyirsənsə bu gündən mənimlə bərabər yaşa.

 

Harun bir az düşündükdən sonra:

-Yox.. Mən həkiməm, öz sahəmi çox sevirəm..Həmdə sizdəkilər bilir bu məsələni?

 

Musa evdəkiləri tamam unutmuşdu:

-Xeyr, Sofiya və Gülər bilmir.

Harun:

-Sən həmişə onlarla qalırsan?

Musa:

-Qardaşım öləndən bəri onlar mənə əmanətdir. Onlardan başqa ailəm yoxdur..

 

Musa Haruna xəfif gülümsəyərək əlavə elədi:

-Yəni vardı.. Artıq sən də mənim ailəmsən.

Harun:

-Sən mənim varlığımı belə unutmuşdun deyəsən..

Bu söz Musaya çox doxundu:

-Harun... Mən...

Harun:

-Nəysə, boş ver..

Musa:

-Heç bir valideyn övladının varlığını unutmaz, oğlum. Mən sənin varlığını unutsaydım məndən şərəfsizi olmazdı. Sadəcə düşünməmişdim zaman dönüb-dolaşacaq,  həyat oğlumu yenidən qarşıma çıxaracaq. Səni ilk dəfə qardaşım öləndə klinikaya gələndə görmüşdüm.. Amma mən başı xarab səni tanıya bilməmişdim.. Sənin uşaqlıq şəklin bizim evdə yerə düşməsəydi və mən o şəkili görməsəydim hələdə səni tanımayacaqdım.. Anan sağ olsaydı o, ilk gündən tanıyardı, buna əminəm..

 

 

Harun başını aşağı salıb bir əli ilə süzülən göz yaşlarını sildi və :

-Məni anamın məzarına götür, səndə mənim sevdiyim qadınımın məzarını ziyarət eləmək istəsən gələ bilərsən mənimlə.

Musa:

-Əlbəttə... O nə sözdür..Gedək.. Səninlə taleyimiz eyni oldu..

 

Musa Harunu anasının məzarına gətirdi... Harun,  üzünü bir yaşından bəri görmədiyi anasının məzarı başında çox qəhərlənmişdi. Susqun-susqun,  baş daşındakı yazıya baxıb dərin-dərin düşünürdü.. Bütün ağrılı-acılı günlərini göz önünə gətirirdi.. Qəlbində anası ilə dərdləşirdi.. Sonra Fatihə surəsi oxuyub, anasının məzarı başından ayrılıb Aygünün məzarına getdilər.. Harun Aygünün öldüyünü eşidəndən bəri hər gün onun məzarını ziyarət edirdi. Bundan sonra anasının da məzarını ziyarət eləməyi düşündü.

Musa:

-Bir şey etiraf eləmək istəyirəm.. Mən ilk başda səni Sofiya ilə bir yerdə olmağını istəyirdim.. Bilmirəm, onun da könlü varmı sənə qarşı ya yox.. Amma bu olanları biləndən sonra çətin ki, siz bir araya gələsiniz..

Harun:

-Mən...

Musa sözünü kəsdi:

-Anladığım qədəri ilə səndə mənim kimi ölən sevgilini hələdə sevirsən.. Amma sən mənim kimi həyatdan küsmə... Ölənlə ölünməz... Mən məcbur eləmirəm, lakin hələdə istərdim Sofiyamızla münasibət qurasan.

Harun:

-Axı o, doğma əmim qızıdır.. Unutdun deyəsən?

Musa:

-Bəhanən budur?

 

Bu zaman Musanın telefonuna zəng gəldi və telefondakı nə dedisə rəngi ağardı:

-Nə?? Noldu Sofiyaya??

Harun da narahat oldu və:

-Nəsə olub???

Musa:

-Sofiya... Sofiya ürək tutmasından bayılmış və xəstəxanaya yerləşdiriblər..Vəziyyəti ciddidir.  Dərhal getməliyəm..

 

Harun Sofiyadan ötrü narahat oldu.

-Məndə gəlirəm..

 

Görəsən Harun yalnız Sofiyaya görən narahat oldu yoxsa Aygünün ürəyinə nəsə bir şey olduğundan qorxduğu üçün narahat oldu ?!

 

12-ci bölümün sonu

 

 

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

13-cü bölüm

 

Harun və Musa bərabər xəstəxanaya yollandılar. Ruslan isə xəbəri eşidəndə ürəyində:

-İnşaALLAH gəbərərsən, Sofiya. Bacımın da ürəyi səni çox yaşatmaz.

 

Gülər ana, qızının halından çox narahat idi, iki əlini göyə qaldırıb ALLAHA yalvarırdı:

-Ya Rəbbim... Bizə yenidən o acıları yaşatma qurban olum..

 

Bu zaman Harun ilə Musa da Gülər ananın yanına gəldilər. Gülər:

-Musa, elə qorxuram ki, qızım yenə o qorxu dolu anları yaşayar deyə.. Bu nədir axı başımıza gəlir?! Niyə başımızın üzərindən qara buludlar əksik olmur.. Balama bir şey olarsa mən daha yaşamaq istəməyəcəm!!! Başqasının ürəyi bəs qızımı narahat eləməyəcəkdi???

 

Gülərin son sözü Haruna bir az təsir elədi. Axı onlar bilmirlər Sofiyanın daşıdığı ürək onun illər əvvəl sevdiyi qadının ürəyidir. Harun həm Sofiyaya heç bir şey olmamasını, həmdə  Aygünün ürəyinədə heç bir şey olmamasını istəyirdi.

 

Musa Güləri sakitləşdirməklə məşğul idi:

-Gülər bacım, sakitləş. Ürəyinə pis şeylər gətirmə, qurban sənə.

 

Az sonra həkim Sofiyanın otağından çıxaraq onlara doğru yaxınlaşdı.

Gülər ana:

-Həkim, qızıma nə olub?

Həkim:

-Qızınıza heç nə olmayıb, ürəyi sağlamdır. Sadəcə yüngülvari intihar cəhdi ehtimalı var.

 

Harun, Musa və Gülər ana bir-birinə təəccüblə baxdıqdan sonra Gülər ana:

-O nə deməkdir?

Həkim:

-Siz qızınızı hamamda çimərkən bayıldığını görmüşdünüz hə?

Gülər:

-Bəli, mən ürəyində nəsə problem olduğunu düşündüm. Çünki bir il bundan qabaq onun ürəyində qüsur var idi. Sonra əməliyyat olundu, bir qadının ürəyi ona köçürüldü.. O zaman həkimlər bundan sonra rahat yaşayacağını söyləmişdi..

 

Həkim , Gülər ananı diqqətlə dinlədikdən sonra qeyd elədi:

-Yox, narahat olmayın. Qızınızın ürəyində heç bir problem yoxdur. Sadəcə ona mənəvi dəstək lazımdır. Çünki nəsə sıxıntısı olduğu bilinir, heç kimlə bölüşə bilmədiyi üçün özünə qapanıb və çıxış yolunu ölməkdə görüb. Yaxşı ki, vaxtında gətirdiniz.

 

Gülər:

-Axı bu necə ola bilər ki? Bir sıxıntısı olduğunu bizə hiss elətdirməyib.. Biz yəni bu qədər kor olub görməmişik???

 

Həkim:

-Bu dəqiqə oyanıb,   lakin çox kədərlidir.

Gülər:

-Mən görə bilərəm qızımı?

Həkim:

-Əlbəttə, buyurun.

 

Gülər ana,  Sofiyanın yanına gəldi, saçlarını oxşayıb alnından öpdü:

-Qızımmm... Necəsən?

Sofiya xəfif gülüşü ilə:

-Yaxşıyam, narahat olma.

 

Harun, Sofiyanın intihar eləməsini eşidəndə içi göynədi, daha bir əzizini itirmək istəmirdi. Sofiya həmdə onun yaxın qohumu idi, bir az da bunun üçün Harunun gözündə ən dəyərli insana çevrilmişdi. Bir tərəfdən də düşünürdü:

-O, yəqin mənə görə intihara cəhd edib. Hardasa məndən ümidlənmiş ola bilər.. Ah, Sofiyammm...

 

Axşam Gülər anası Musa ilə birlikdə evə getmişdilər. Sofiya ilə Harun qalmışdı. Həkimlər Sofiyanın əsəblərini müalicə eləmək üçün bir az xəstəxanada qalmağını tövsiyə eləmişdilər.

 

13-cü bölümün sonu

 

 

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

14-cü bölüm

 

Gülər əlindəki gündəliyi ilə qaçaraq Musaya həyəcanla:

-Musa qardaş, mənim qızımın ürəyi Harunun ölən sevgilisinin imiş.. Bunu qızım da Harun da bilirmiş.. Ən pisi də Sofiya Haruna dəli kimi aşiq olub..

 

Musa Gülərin əlindəki gündəliyə baxdı:

-Bunları gündəlikdə yazıb?

 

Gülər:

-Hə.. Nə edim qızımın dərdini bilmək istəyirdim..

 

Musa da eşitdiklərinə üzüldü. Nə deyəcəyini bilmirdi. Gülər əlavə elədi:

-Sofiyanı Harundan uzaqlaşdırmaq lazımdır.. Harunun onun ətrafında dolanması qızıma mənfi təsir edir.

Musa:

-Xeyr, Gülər. Olmaz, mümkün deyil.

Gülər:

-Necə yeni mümkün deyil? Musa sən dediklərimi eşitmirsən?? Sofiyanın daşıdığı ürək Harunun ölən sevgilisinin ürəyidir, üstəlik Harunu dəli kimi çox sevir. Bu sevgi isə Sofiyama uçuruma aparacaq. Əminəm ki, qızımın sevgisi qarşılıqsızdır.. Elə olmasaydı o , canına qəsd eləməyə cəhd göstərməzdi.

 

 

Musa:

-Gülər, səni anlayıram.. Amma Harunla Sofiyanı bir-birindən uzaq tutmaq mümkün deyil..

Gülər:

-Niyə???

Musa:

-Çünki Harun onun əmisioğludur..

Gülər,  təəccüblə baxa-baxa qaldı:

-Əmioğlusudur?? Necə yəni? Yoxsa...

Musa:

-Bəli, Harun mənim doğma oğlumdur, Gülər.. Yenicə öyrənmişəm, bu gün Harun da öyrəndi təsadüfən...

Gülərin əli üzündə qaldı:

-Reaksiyası necə oldu?

Musa:

-Əvvəl təbii olaraq mənə qəzəbləndi.. Sonra söhbət elədik, hər şeyi izah elədim...

 

Musa bir az susduqdan sonra əlavə elədi:

-Harun çox ağıllı oğlandır, Gülər.. Üstəlik taleyimiz də oxşardı. O da sevdiyi qadınını itirmiş, məndə başqa cür sevdiyim qadınımı itirdim..

 

Harun xəstəxananın bufetində çay içərək Sofiyanı düşünürdü.. Ondan uzaqlaşıb başqa şəhərə köçməyi düşünürdü. Çünki yanında olmağı ilə ona zərər verəcəyini düşünürdü, istəmirdi Sofiyanı daha da incitsin. Sofiya artıq onun üçün dəyərli bir insanına çevrilmişdi. Lakin ona qarşı bir şeylər hiss eləyib-eləmədiyindən əmin ola bilmirdi.. Aygündən sonra çətindir yenidən kiməsə könlünü vermək... Sofiya isə Harunu düşünürdü. Oyandığından bəri onu görməyə gəlmədi.. Bilirdi, xəstəxanada olduğunu.. Anası ilə əmisi yanına baş çəkdi, lakin Harun onun yanına girməyə cürət eləməmişdi... İntiharının səbəbkarı olduğu üçün vicdan əzabı çəkirdi... Sofiyanın ürəyi də , ağlı da Harunu görmək istəyirdi. Dözmədi... Ayağa qalxdı, yatdığı paltarla otaqdan çıxdı.. Dəhlizə boylandı Harunu görmədi. Getdiyini düşündü bir an.. Yavaş-yavaş ətrafa baxa-baxa Harunu axtarırdı. Bufetə gəldi və Harunu bir masada tək oturduğu gördü.. Getmədiyinə sevindi.. Harun başını masaya qoyub yatmışdı.. Sofiya ona doğru yaxınlaşdı, qarşısında əyləşib sevdiyinə baxırdı..   Sofiya Harunu böyük sevgi ilə izləyirdi.. Ona toxunmadan izləyirdi.. Bir az sonra Harun oyanıb başını qaldıranda Sofiyanı qarşısında gördü:

-Sofiya?

 

Sofiya ayağa qalxıb getmək istəyəndə Harun xəfifcə onun qolundan tutaraq özünə tərəf çəkdi:

-Getmə , xahiş edirəm.

Deyərək,  Sofiyanın gözəl və mənalı gözlərinə baxaraq başqa dünyaya düşdüyünü təsəvvür elədi.

 

Sənin həsrətindir məni ağladan. Yaşama sevincimi əlimdən alan. Gecələr yuxusuz,sənsiz buraxan. Ayrılıq acısıdır qəlbimi yaxan. Getmə sevgilim,deyir ürəyim...

 

14-cü bölümün sonu

 

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

15-ci bölüm

 

Sofiya:

-Yenə camaat bizə baxır, Harun.

Harun xəfif gülümsəyərək:

-Biz hər yerdə camaatı cəlb edirik.

Sofiya Harundan aralanıb getmək istədi:

-Mən otağıma gedirəm.

Harun:

-Özünü yaxşı hiss edirsənsə baş-başa qalacağımız bir məkana gedək.

 

Sofiya Harunda bir dəyişiklik olduğunu hiss elədi:

-Şey.. Mən..

Harun Sofiyanın incə əlindən tutub gözlərinə baxa-baxa:

-Mən bu günümü səninlə keçirmək istəyirəm.. İnan sözlərimə, yalnız səninlə gözəl və yadda qalan gün keçirmək istəyirəm.

 

Sofiya Haruna baxa-baxa qalmışdı. Harun:

-Get, əynini dəyiş gedək, Sofiya.

 

Sofiyanın ürəyində yeni bir ümid doğmuşdu. Sevincərək halda xəstəxanada yatdığı otağa daxil oldu. Əynini dəyişdi.. Üzündəki gülüşləri ilə otaqdan çıxdı və dəhlizdə onu səbirsizliklə gözləyən Harunla birlikdə həkimindən icazə alıb xəstəxanadan çıxdılar.

 

Harun Sofiyanı bu axşam yaxından tanımaq üçün can atırdı.. Onu məhz Sofiya kimi tanımaq özünə şans vermişdi. Əmisiqızı olmasını bu gecə unutmaq istədi. Ona aşiq olan Sofiyanı tanımaq üçün baş-başa qalacaqları məkana apardı.

 

Harunun özünə məxsus bir gəmisi var idi. O gəmiyə heç vaxt nə Aygünü, nə də başqa kimsəni gətirməmişdi. Bununla da Sofiyanın onun üçün nə qədər özəl olduğunu göstərirdi. Sofiya gəminin gözəlliyinə baxa-baxa qalmışdı:

-Çox gözəl gəmidir. İnsana rahatlıq verir.. Həm dəniz, həmdə gəmi..

 

Harun əli ilə Sofiyanın üzünə tökülmüş saçlarının bir hissəsini qulağının kənarına verib, xəfif gülüşü ilə:

-Mənə isə sən rahatlıq verirsən.. Mən bu gəmiyə nə səndən əvvəl kimisə gətirdim, nə də səndən sonra kimisə gətirəcəm.

Sofiya:

-Sən niyə birdən-birə belə dəyişildin? Yoxsa mənə acıdığın üçün mərhəmət göstərirsən? Sən məni sevmirsən axı.. Bunu çox gözəl bilirəm.. Mənə hər baxanda hələdə...

 

Harun Sofiyanın sözünü kəsdi:

-Bəsdir, Sofiya.. Heç bir şeyi bildiyin yoxdur.. Bəli, mən hələdə ilk sevgimi unutmamışam.. Hətta öldüyünü bilməyəndə belə deyirdim ondan başqasını heç vaxt sevməyəcəm.. Öldüyünü biləndə də yenə eyni düşünürdüm.. Amma həyat bəzən insanı elə gözəl birisi ilə qarşılaşdırır ki.. Heç vaxt heç

vaxt dediyinə peşman olursan.. Mən sənə acıdığım üçün bunları söyləmirəm.. Əksinə məni sən oyandırdın..Mən hələ ad qoya bilmirəm bu duyğularıma.. Amma mənim üçün nə qədər özəl olmağını bilməyini istəyirəm, Sofiyam.

 

15-ci bölümün sonu

 

 

 

 

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

16-cı bölüm

 

Harun dənizdən balıq tutdu, gəminin mətbəxinə keçib onu təmizlədi. Sofiya kömək eləmək istəsə də Harun ona qıymadı. Balıqları təmizlədikdən sonra doğrayıb duzladı və qızarmağa başlayanda Sofiya:

-İcazə ver,  mən qızardım.

Harun gülümsəyərək:

-Yaxşı. Mən gedim yaxınlıqdakı dükandan çörək alım gəlim.

Sofiya:

-Yaxşı.

Harun:

-Tez gələcəm, darıxma.

 

Deyərək,  gəmidən çıxıb yaxınlıqdakı dükandan çörək və xiyar, pomidor aldı.

 

Sofiya isə böyük sevgi ilə balıqları qızardırdı. Hər dəfə də öz-özünə təkrarlayardı:

-Ya Rəbbim, məni bundan sonra sevindir, xahiş edirəm. Harun həmişə belə qalsın..

 

5 dəqiqədən sonra Harun bir az bazarlıq eləyib gəmiyə gəldi. Harun çox nəşəli idi, bu da Sofiyaya yansıyırdı. Balıqlar hazır olduqdan sonra, Sofiya masaya  boş qablar və hazırladığı salatdan əlavə elədi. Balıqlar və çörək süfrəyə qoyulduqdan sonra baş-başa masaya əyləşdilər. Harun iki ədəd bakala ağ şərab süzüb,  masaya əlavə elədi.

Sofiya:

-Mən heç vaxt spirtli içkilər içməmişəm, ilk dəfədir sayəndə içəcəm.

Harun:

-Biz bundan sonra ən gözəl günlərin ilklərini yaşayacayıq, ağ şərab onların yanında heç nə olacaq.

 

Harunun sözləri Sofiyanın gözlərinin gülümsəməsinə səbəb oldu.

 

Onlar baş-başa xoş bir şam yeməyi yedikdən sonra, gəmidən çıxıb,  dənizin qabağında, qumun üzərində oturub ayaqlarını dənizə salladılar. Səmadan bir ulduz keçdi.

Sofiya:

-Ah, ulduz keçdi.. Bir arzu tutmaq lazımdır.

Harun:

-Tutmaq lazımdırsa tutaq.

 

O da Sofiyaya qoşulub arzu tutdu..

 

Sofiyanın tutduğu arzusu:

- ALLAHIM, Harun məni həqiqətən mən olduğum üçün sevsin.

 

Harunun tutduğu arzusu isə belə idi:

-Mənə kömək ol, ALLAHIM Sofiyanı sevə bilim, onu layiqli şəkildə sevə bilim.. Bağlanmaq deyil, sevmək istəyirəm.. O, buna çox layiqdir.

 

Sofiya qısa sürən sükutu pozub:

-Sən heç öz həyatın barədə danışmamısan..

Harun dərin bir köks ötürdükdən sonra:

-Başqa vaxt danışaram. Bu gün bütün hər şeydən uzaq qalmaq istəyirəm. Yalnız səninlə keçirmək istəyirəm bu gecəmi.

 

Daha sonra Sofiyanın yuxusu gəldi, yatmaq istədi. Harun bunu görən kimi:

-Yatmaq istəyirsən deyəsən?

Sofiya:

-Həə.. Yuxum gəlir..

Harun:

-Yaxşı, gedək gəmidə yerini göstərim.

 

Deyərək,  ayağa qalxdı və Sofiya ilə birlikdə gəmiyə keçdi. Gəminin aşağı mərtəbəsində Sofiya üçün ayrıca rahat bir otaq ayırdı, hər şeyini yerbəyer elədikdən sonra:

-Gecən xeyrə, şirin və rahat yuxular sənə.

Sofiya:

-Gecən xeyrə... Sən harada yatacaqsan?

Harun:

-Narahat olma, mən o biri otaqda yatacam.

 

Deyərək,  otaqdan çıxdı. Gəminin eyvanına gəlib düşünməyə başladı. Gecələr Harunun düşüncə mənbəyi idi hər zaman. Bəzi insanlar gecələri sevməz, amma Harun gecələrin bitməyini istəməzdi. Xüsusi ilə o gecəni unudulmaz anlarla keçirdikdən sonra gecələrə daha da aşiq olardı.

 

Səhər açıldı. Sofiya otağından çıxdıqdan sonra gəminin eyvanında Harunun stulda yatdığını gördü, ona   doğru yaxınlaşdı və əlini Harunun alnına qoydu:

-Harun, sən yanırsan ki.

 

Gülər ilə Musa xəstəxanaya gəlib,  Sofiyanı orada görməyəndə həkimdən soruşdular, həkim də Harunla gecədən bəri getdiklərini söylədi. Gülər ana dəli oldu:

-Bunlar hara gedə bilər?? Harun qızımı hara apara bilər??

 

16-cı bölümün sonu

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

17-ci bölüm

 

Harun qızdırma içində yanırdı.. Sofiya onu bu halda tək qoyub gedə bilməzdi. Harun yarı ayıqlı,   yarı yuxulu halda içəridəki divanda uzandı. Sofiya onun üçün dava-dərman hazırladı, isti şorba bişirib önünə gətirdi:

-Qalx bu şorbadan iç.

Harun gülümsəyərək:

-Artıq mənim həkimim də sənsən.. Həmişə mən xəstələrimi sağaltmağa çalışırdım, indi isə məni sən sağaltmağa çalışırsan.

 

Sofiya:

-Harun, həkimlər robot deyil. Onlar da hər an xəstələnə bilər.

 

Harun gülümsəyərək şorbadan içdi:

-Əllərinə sağlıq.. Ləzzətli şorbadır..

Sofiya:

-İnşaALLAH şəfa taparsan.

 

Bu zaman Harunun telefonuna zəng gəldi:

-Alo?

 

Haruna zəng edən atası Musa idi vən Harun bir anlıq Sofiyanın hər şeydən xəbərdar olmadığını unutdu:

-Bəli, ata? Sofiya mənimlədir hə. Narahat olma..

 

Sofiya Harunun kiməsə ata deməsinə və atasına Sofiyanın niyə yanında olmasını, üstəlik bunu rahatlıqla deməsinə təəccübləndi. Axı Harun özü barədə Sofiyaya indiyənədək heç bir şey söyləmədi. Ona görə Sofiya Harunun valideynlərinə onun barəsində danışdığını düşündü.

 

Harun isə atası ilə danışdıqdan sonra bir səhv buraxdığını anladı. Sofiyaya baxdı, qızın üzündə sual dolu baxışlar vardı.

 

Sofiyanın ilk sualı belə oldu:

-Atangilə məndən bəhs eləmisən?

 

Harun duruxdu, saf niyyətli Sofiyaya artıq həqiqəti danışmaq istədi, ayağa qalxdı Sofiyaya doğru yaxınlaşdı, əllərindən tutub şirin gülüşü ilə gülümsəyən Sofiyaya baxdı:

-Sofiya, mən kaşki sənə həyatımı ilk gündən danışsaydım. İndi də danışa bilərəm çox gec olmadan.. Mən...

 

Dediyi anda Sofiyanın da telefonuna zəng gəldi, Harun sözünü yarım buraxmalı oldu.

 

Sofiyanın telefonuna zəng edən şəxs anası idi:

-Harun, anam zəng eləyir.. Xəstəxanaya gəlib,  hər halda məni yerimdə görmədiyi üçün narahat olub..

 

Harun hər şeyin bir anda bitməyindən qorxurdu. Sofiya uzun düşündükdən sonra telefona cavab verdi:

-Alo, anacan?

 

Gülər isə sakit tonda:

-Qızım, narahat olma səni danlamaq üçün zəng eləmədim. Musa əmin dedi Harunun yanındasan.. Harun artıq danışdı sənə hər şeyi hə? İnan heç məndə bilmirdim siz əmioğlu-əmiqızısınız.

 

Gülər ananın son sözləri Sofiyanın qulağında əks-səda verdi:

-Nə dedin sən???

 

Dediyi anda Harunun,   ona narahat dolu baxışlarla tamaşa eləməsinə qarşılıq  donuq halda baxdı.

 

17-ci bölümün sonu

 

 

 

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

18-ci bölüm

 

Sofiya eşitdiyi xəbərin təsirindən əlindəki telefonu özünden asılı olmadan yerə saldı və Haruna :

-Eşitdiklərim doğrudur, Harun?

 

Harun həyəcanını boğub əlavə elədi:

-Sofiya.. Mənnn..

 

Sofiya çox əsəbləşmişdi və əsəbdən dolayı səsini yüksəltməyə başladı:

-Sualıma cavab ver!!! Sən mənim əmim oğlusan???

 

Harun:

-Sofiya, məndə yeni öyrənmişəm bunu..

 

Sofiya göz yaşlarını axıda-axıda:

-Axı bu necə ola bilər???

 

Harun:

-Mən kimsəsiz uşaqlar evində böyümüşəm.. Anamın, atamın kim olduğunu bu vaxtacan bilməmişdim.. Bu yaxınlarda əmin Musa da mənim kimi yenicə öyrənmiş hər şeyi. Sizin evə ilk gəldiyim gün, cibimdən bir yaşımdakı uşaqlıq şəklim yerə düşmüşdü və Musa əmin o şəkildən  məni tanıyıb... Sonra da mən öyrendim onun doğma atam olmağını, anamın çoxdan rəhmətə getdiyini və sənin doğma əmioğlun olmağını...

 

Sofiya çox pis olmuşdu, qarışıq duyğular yaşayırdı. Həm sevdiyi adamın keçirdiyi acı həyatına üzüldü, həm illər sonra atasına qovuşmağına sevindi, həm anası ilə tanış olmadan öldüyünə pis oldu, həm atası ilə yaşadığı oxşar taleyi yaşamasına üzüldü və əsas pis olduğu şey isə sevdiyi adamın doğma əmisioğlu olduğunu bilməsidir.. Buna sevinsinmi yoxsa kədərlənsinmi? Qərar verə bilmirdi.

 

Amma çox qırıldığını daha yaxşı anlamışdı:

-Belə çıxır sən sadəcə əminqızın olduğum üçün bir gününü mənə sərf elədin..

Harun etiraz eləməyə başladı:

-Xeyr.. Yanılırsan..

Sofiya:

-Məndə saf-saf inanıram ki, sən yavaş-yavaş məni....

 

Dediyi anda hıçqırıqlar içində ağlamağı,  sözünü davam eləməyə imkan vermədi..

 

Harun Sofiyanın yanlış anladığına pis oldu:

-Yanlış şeylər düşünmə, xahiş edirəm.

 

Sofiya göz yaşlarını əli ilə silib:

-Sən əvvəl mənə bir səbəblə baxardın.. Aygünün.. Üzr istəyirəm sevdiyin qadınının ürəyi məndədir deyə baxırdınsa, indi də əminin qızı olduğum üçün yaxınlaşdın..

 

Harun Sofiyanın sözlərindən təsirləndi:

-Sən bu dediklərinlə qəlbimi qırırsan, Sofiya!

 

Sofiya özündən çıxmışdı:

-Sən heç vaxt mənə baxanda məni görməyəcəksən, Harun!! Mən səni çox gözəl çözdüm!!

 

Deyərək,  Harunu yüngülvari itələyib iti addımlarla gəmidən çıxıb hara getdiyini özü də bilmədən yolda piyada yeriyirdi. Harun arxasınca qaçaraq ona səslənirdi:

-Hara gedirsən, Sofiya??

 

Sofiya:

-Cəhənnəmin dibinə gedirəm!! Əl çək məndən !! Gəlmə ardımca!!

 

Harun isə onu dinləmədən arxasınca gedirdi:

-Sofiya, məni dəli eləmə!! Gəl gəmiyə söhbək edək!! Sənin düşüncələrinin nə qədər səhv olduğunu sübut edim!!

 

Sofiya:

-Sən yalançısan!! Mən sənə inanmıram!!

 

Harun:

-Sən bu günə kimi mənim hansı yalanımı gördün?? Əmioğlun məsələsini sənə dəfələrlə söyləməyə çalışırdım, fürsət tapa bilmirdim!!

 

Sofiya ona qışqırmağa davam eləyirdi iti-iti ondan qabaqda yeriməyə davam edə-edə:

-Harun, get başımdan!!! Səninlə danışmaq istəmirəm!!

 

Deyərək Sofiya addımlarını daha da itiləşdirib qaçmağa başladı, elə sürətlə qaçdı ki, Harun onu tapa bilmədi..

 

Harun:

-Sofiya??? Haradasan???

 

Sofiya özü də heç bilmədən təsadüfən yoldan keçən Ruslanın toruna düşdü:

-Yaxşı əlimə keçmisən!!

 

Sofiyanı peysərindən zərbə ilə yumruq qoyub onu maşınına uzadıb qaçırtdı..

 

Harun isə gözü ilə Sofiyanı axtara-axtara qalmışdı.

 

18-ci bölümün sonu

 

 

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

19-cu bölüm

 

Harun sutka boyu Bakının hər küncündə Sofiyanı axtara-axtara qalmışdı. Lakin tapa bilməmişdi deyə, özünü dünyanın ən günahkarı adlandırırdı. Tanımadığı bir küçədə, leysan yağışın altında, çarəsizlikdən bir daşın üzərində oturdu, əlləri ilə saçlarını qarışdırdı. Göz yaşlarına hakim ola bilmirdi, elədiyi bir səhvə görə bir qıza sahib çıxa bilməməyinin acısını çəkirdi, bağrı yanıb-yanıb kül olurdu. Narahatlıqdan dolayı titrəyən dodaqlarında səssiz-səssiz pıçıldadı:

-Hardasan, Sofiyam? Yer ayrıldı içinə düşdün sanki..

 

İlk dəfə olaraq "Sofiyam" deyə müraciət elədi.. Həqiqətən qarşılıqsız dəyər verənin dəyəri onun yoxluğunda bilinir.. Harun bu vaxta qədər onun dəyərinin fərqində olmamışdı və ona çox öyrəşdiyini də hiss eləməmişdi.. Gəmidə onunla keçirdiyi xoş anları kino fraqmenti kimi gözlərinin önündən keçirdi.. Daha sonra Sofiya ilə ilk qarşılaşdığı   günü xatırladı.. Hər xatirəsi onu Sofiyanı sevməyə çağırırdı.. Onu Aygün kimi və ya əmiqızısı kimi deyil, Sofiya olduğu üçün sevməyə çağırırdı.. Harun onu itirmək istəmirdi Aygünü itirdiyi kimi.. Ayağa qalxdı, ətrafa key kimi baxdı.. Hazırda tək düşündüyün şey Sofiyanı tapmaq idi. Bunun üçün polisə müraciət eləmək ağlına gələn son çarəsi idi.

 

Harun bitkin halda, lakin Sofiyanı tapmaq ümidini itirmədən polis bölməsinə daxil oldu. Bir polis Harunu görəndə:

-Salam, nəsə şikayətiniz var?

Harun:

-Salam.. Yox, itmiş bir insanı axtarıram.. Təcili köməyiniz lazım.

 

Bu zaman Musa Haruna zəng elədi, Harun onların Sofiya ilə niyə hələdə gəlmədiyini maraq elədiyini soruşmaq üçün zəng eləməsini bilirdi. Harun atasına məcbur hər şeyi demək lazım gəldiyini düşündü və polisə:

-Bir saniyə icazə verin bu zəngi cavablandırmalıyam.

 

Polis başı ilə icazə verdikdən sonra, Harun telefonu açdı:

-Alo, ata?

 

Musa:

-Oğlum, hardasınız? Neyləyirsiniz? Niyə gəlmirsiniz??

 

Harun böyük ürək ağrısı ilə:

-Ata, bir şey deyəcəm.. Amma xahiş Gülər xalaya bildirmə..

Musa:

-Nolub?

Harun:

-Sofiya itib.

Musa oturduğu yerdən eşitdiyi xəbərdən dolayı cəld ayağa qalxdı:

-Nə danışırsan??

 

Harun:

-Ata, mənə köməyin lazım.. Sofiyamı tapmaqda kömək elə...Mən dəli olmaq üzrədəyəm, ağlımı itirəcəm sonunda..

 

Harun özündən asılı olmadan atasınada " Sofiyam " deyə söylərkən Musa bəy də bunu bir anlıq da olsa eşitdi və aralarında nəsə xüsusi bir bağ yarandığını anladı.

 

Musa başqa bir otağa keçib Gülərə heç nə bildirmədən pıçıltı ilə:

-Sən indi hardasan? Yanına gələcəm, bərabər axtaraq Sofiyanı.

 

Harun Musaya polis bölməsində olduğunu söyləyən kimi,  Musa bir bəhanə ilə Gülərə heç nə bildirmədən evdən çıxdı. Gülər Sofiyanın harada olduğunu soruşanda isə Musa Harunla gəzdiyini uydurub yola verdi.

 

Sofiya həyatında bu qədər əzab görməmişdi. Ruslanın gözü dönmüşdü. Sofiyanı evinə gətirdiyi andan onu o ki, var təhqir edib döymüşdü.. Sofiyanın gözəlliyini Ruslandan yediyi şiddətlərdən yaranan yaralar örtmüşdü.

 

Ruslan:

-Sənə və sənin ailənə bacımı əlimdən aldığınız üçün nifrət edirəm!! Üstəlik bu yetməmiş kimi bacımın ürəyinədə sahib oldun!!!

 

Deyərək,  onu bir daha vururdu. Sofiya döyülməkdən özündə taqət hiss eləmirdi:

-Sssəənnn... Ssənn bir manyak imişsən.. Ruhi xəstəsən...

 

Ruslan bir daha onu vururdu və bağırdı:

-Kəs səsini, küçük!!! Siz ailəlikcə mənim bacımın qatilisiniz!!! Sənin hər şeyini əlindən alacam, necəki birini əlindən aldığım kimi...

 

Ruslanın son sözü Sofiyanı ayıltdı:

-Sən nə deməyə çalışırsan??

 

Ruslan istehza ilə Sofiyanın qulağına yaxınlaşdı:

-Sənin atan elə bilirsən durduq yerdə gəbərib getdi, gözəlim?

 

Sofiya dəhşətlər yaşayırdı həmin gecə:

-Sən səbəb oldun atamın ölməyinə??? Axı bu necə ola bilər??

 

Ruslan qollarını çarpazlaşdırıb istehza ilə:

-Bəzən qatillər səssiz öldürə bilir istədiyi adamı.

 

Sofiya:

-Sən neylədin atama???

Ruslan:

-Çox sual verdin səndə. Necə öldürməyimin sənə dəxlisi yoxdur. Yavaş-yavaş bütün sevdiklərini əlindən alacam, əmioğlun Harunu da. Xəbərin yəqin ki, yox idi onunla qohum olduğunuzu hə, gözəlim??

 

Sofiya,  Ruslanın da Harunla yaxın qohum olmasını bildiyinə təəccüb elədi. Hər kəs bunu bilirdi ...Sofiya isə tamamilə təsadüfən öyrəndiyinə bir daha üzüldü. Amma indi bunu düşünməyin zamanı deyildi. O, hazırda bir zamanlar aşiq olduğu Ruslanın əsl üzünü yeni-yeni tanımağa başlamışdı.

 

Harun ilə atası polislərin köməyi ilə Sofiyanın şəklini və əlaqə nömrələrini bir neçə kağıza qeyd edib , şəhərin hər yerinə vurub xəbər gözləyirdilər. Harun çox düşünürdü, Sofiya hara və necə yoxa çıxa bilər. Yadına bir anda Ruslan düşdü. Ruslanın onunla ilk tanışlığında Sofiyanı Aygünün ölməsində dəfələrlə günahlandırırdı və qisas almaq planı olduğunu xatırladı.. Ağlındakı şüphələrə son qoymaq üçün Ruslanın şirkətinə zəng elədi və dəstəyi katibə qız götürdü:

-Xeyr, Ruslan bəy bu gün şirkətimizə gəlməyib, özü ilə nə qədər əlaqə saxlamağa çalışırıq,  lakin telefonu bağlıdır.

 

Harun yavaş-yavaş hər şeyi anladı və dərhal atasına:

-Ruslan hansı cəhənnəmdə yaşayır?? Sofiyanı o , qaçırıb... Bundan əminəm..

 

19-cu bölümün sonu

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

20-ci bölüm

 

Musa:

-Buna nə dərəcədə əminsən?

Harun:

-Əminəm.. Çünki o, Sofiyanı həmişə Aygünün qatili adlandırır.

 

Musa ona qəribə baxdı:

-Onun ağlı qaçıb? Aygünün ölümündə Sofiyanın nə günahı ola bilər? O sadəcə bir qəza idi və maşını həmin günü idarə edən qardaşım Aqil idi, Sofiya da yanında əyləşmişdi.

 

Harun atasının sözünü kəsdi:

-Ata, indi bunları müzakirə eləməyin  zamanı deyil. Hər şeyi bilirəm.. İndi Sofiyanı o dəlinin əlindən xilas eləməliyik.. Mən indi şirkətə zəng elədim, Ruslan bu gün şirkətdə olmayıb. Bu da onu göstərir ki, yolda hardasa Sofiyanı görüb qaçırıb qisas almaqla məşğuldur.

 

Musa dərhal polislərə müraciət elədi. Polislər Ruslanı axtarmaq üçün səfərbər oldular. Gülər tərslikdən Musaya zəng elədi:

-Musa? Mənim ürəyim çox narahatdır.. Qızımı görmək istəyirəm..

 

Musa dərindən bir köks ötürdü, çarəsiz baxışları ilə Haruna baxdı. Qəhərini güclə boğan Musa Güləri rahatlamağa çalışdı:

-Gülər, narahat olma qızını sənə gətirəcəm.. Qovuşacaqsan qızına..

 

✨🎼🎼🎼✨

Bu zaman arxa fon kimi Gülər Musa ilə danışanda,  televizorda   Aygün Kazımovanın ifasında " Qızım " mahnısı səslənirdi:

 

Qızım, gözlərinə kədər kölgə salmasın

Qızım, incə qəlbin qəm məskəni olmasın

Qızım, gözlərinə kədər kölgə salmasın

Qızım, incə qəlbin qəm məskəni olmasın

 

Qızım, arzuların yarı yolda qalmasın

Qızım, bu dünyada xoşbəxt yaşa, ay qızım

Qızım, arzuların yarı yolda qalmasın

Qızım, sən layiq ol, bu alqışa, ay qızım

 

Qızım, bu dünyada xoşbəxt yaşa, ay qızım

Xoşbəxt yaşa, ay qızım

 

Bu yerlərin hər qarışı gözəldir,

Bu dağların yayı-qışı gözəldir,

Doğma eldə dost alqışı gözəldir,

Qızım, sən layiq ol, bu alqışa, ay qızım

Qızım, sən layiq ol, bu alqışa, ay qızım

 

Qızım, qərib ellər, uzaq yollar görmə sən,

Qızım, arzum budur oda-suya girmə sən,

Qızım, qərib ellər, uzaq yollar görmə sən,

Qızım, arzum budur oda-suya girmə sən,

 

Qızım, bir gün sənin gül üzünü görməsəm,

Mənim ömrüm dönər qışa, ay qızım

Qızım, bir gün sənin gül üzünü görməsəm,

Mənim ömrüm dönər qışa, ay qızım

Dönər qışa, ay qızım

 

Bu yerlərin hər qarışı gözəldir,

Bu dağların yayı-qışı gözəldir,

Doğma eldə dost alqışı gözəldir,

Qızım, sən layiq ol, bu alqışa, ay qızım

 

Bu yerlərin hər qarışı gözəldir,

Bu dağların yayı-qışı gözəldir,

Doğma eldə dost alqışı gözəldir,

Qızım, sən layiq ol, bu alqışa, ay qızım

Qızım, sən layiq ol, bu alqışa, ay qızım

Qızım, sən layiq ol, bu alqışa, ay qızım

Qızım, sən layiq ol, bu alqışa, ay qızım

Bu alqışa, ay qızım...

Bu alqışa, ay qızım...

 

Gülər qızı üçün darıxdığından dolayı,  mahnı onu olduqca kövrəltdi.

 

Mahnı səsləndiyi vaxtda Ruslanın verdiyi əzablara güclə tab gətirərək çırpınan Sofiya ağrılar içində qıvrılırdı. Ruslan ona gün verib işıq vermirdi. Bəzən ona kinayə ilə:

-Görəsən hardadır sənin Harunun?? Hm?? Niyə axtarıb soruşmur ki, sən hardasan?? Çünki nəyinə lazımsan onun. Əsas atasına qovuşdu, səni neyləyir?? Nəyinə lazımsan?? Heç kimin heç nəyinə lazım olmayan bir varlıqsan!!! O, ömür boyu bacımı sevib və sevəcək də...

 

Sofiya o qədər halsız idi ki, onun mənasız danışıqlarına cavab verməyə gücü qalmamışdı. Çarəsizcə göz yaşlarını axıda bilirdi. Üz-gözü qan içində, bədənində şiddətin iri-iri ürək dağladan izləri... Qəlbinin dərinliyində axmaq Ruslanın Harun barəsində dediklərinə inanmışdı.. Harunun heç vecinə olmadığını düşünürdü.. Halbuki Harun hazırda Sofiyasına sağ-salamat qovuşmasını ümidlə gözləyirdi, onu tapmaq üçün bütün şəhəri alt-üst etmişdi, məscidə gedib iki rukət Namaz qılıb, dualar eləyirdi ki, Sofiyasına qovuşsun.. Onunla qovuşduqdan sonra yepyeni bir səhifə açmağı planlaşdırırdı.

 

Harun:

-ALLAHIM, Sofiyamı mənə çox görmə yalvarıram.. Bu artıq 2-ci sevdiyim insandır ki, məni yoxluğu ilə cəzalandırırsan.. Yalvarıram, artıq cəzalandırma meni.. Bu dəfə daha  dözə bilməyəcəm cəzalarına.. Yetərincə imtahana çəkdin həyatım boyu.. Artıq mükafatlandırmağın zamanıdır.. Qurban olum, Sofiyanı sağ-salamat qovuşdur mənə.

 

Bu duanın ardından polislərdən biri Haruna zəng elədi:

-Harun bəy, Ruslan bəyin evinin ünvanını tapmışıq. Biz hələ girməmiş sizin gəlməyinizi gözləyirik..

 

Harun eşitdiyi müjdəli xəbərdən dolayı ALLAHINA sonsuz təşəkkürlər elədi:

-ALLAHIM, dualarımı eşitdiyin üçün sənə çoox minnətdaram.. Çox şükür, min şükür.. Sənə inanmayana min lənət olsun..

 

Harun məsciddən çıxar-çıxmaz atasına xəbəri çatdırdı. Bərabər polislərin dediyi ünvana yollandılar.

 

Ruslan yatmışdı.. Sofiya isə çox halsız idi.. Əlləri-ayaqları bağlı idi.. Halsız olsa da, Ruslanın yatmasından faydalanıb buradan qaçmağı düşünürdü. Yerdə bir bıçaq var idi. Ehtiyatla, səs eləmədən o bıçağı bir təhər götürüb, güclə də olsa əllərinin ipini kəsib aça bildi, daha sonra rahatlıqla ayağının iplərini açdı. Artıq qaçmaq üçün çox gözəl şans yaranmışdı. Masada evin açarını gördü, çox ehtiyatla dərhal açarı əlinə aldı, qapıya doğru gedib səssizcə açarkən, Ruslan arxadan səsləndi:

-Hara gedirsən balaca küçük??

 

Dediyi anda Sofiyaya hücum eləməyə çalışanda Sofiya pəncərənin önündə duran bitki qabını Ruslanın başına zərbə ilə endirdi və Ruslan al qanlar içində yerə sərildi.. Sofiya bir anda gözləmədiyi mənzərəni qarşısında görüncə qanı dondu.. Ruslanı öldürmüşdü.. Bu günə kimi Ruslan onu boş yerə bacısının qatili deyə-deyə günahlandırarkən indi Sofiya sözün əsl mənasında Ruslanın qatilinə çevrildi..

 

20-ci bölümün sonu

 

 

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

21-ci bölüm

 

Sofiya çaşqınlıq içində idi. Nə baş verdiyini anlaya bilmirdi.. Ruslanın ölməyini istemirdi, daha doğrusu ömür boyu qatil damğası ilə yaşamaq istəmirdi. Ruslana doğru əyilib səsləndi:

-Ayıl, əclaf!! Mənim həyatımı qaralda bilmərsən ölməyinlə!! Rol oynama mənimlə, ayıl deyirəm sənə!!!

 

Deyərək,  Ruslanın sinəsini əsəbi hərəkətləri ilə döyürdü. Birdən qulağına polis maşınının səsləri gəldi. Xəfifcə pərdəni aralayıb pəncərədən boylandı və evin ətrafını polislərin bürüdüyünü gördü. Vəziyyət başqa cürə olsaydı,   Sofiya polislərin gəlişinə sevinəcəkdi. Lakin polislər Ruslanın yerdə yatan cansız bədənini görsələr Sofiya üçün həyat bitə bilər. Sofiya panikaya düşmüşdü, başını təmiz itirmişdi. Hər şey bir anda üstünə-üstünə gəlirdi.

 

Sofiya Ruslandan ötrü həbs cəzası almaq istəmirdi. O, evin arxasındakı pəncərədən ehtiyatla atılarkən qarşısında Harun dayandı:

-Sofiyam?

 

Deyərək,  Sofiyanı görüncə dünyasını sanki ona bəxş elədilər. Sofiya ürkək, kövrək səslə:

-Harun??

 

Harun,  Sofiyanın üz-gözünü və eyni zamanda bədəninin çox hissəsini göyərmiş görüb dəliyə döndü:

-Bunları sənə o şərəfsiz edib?? Hanı o murdar? Gedim gəbərdim o dinsizi.

 

Sofiya ah nalə ilə Harunun qolundan tutub göz yaşları içində:

-Harun, ehtiyac yoxdur. Onu mən öldürmüşəm artıq.

Harun bərəlmiş gözləri ilə:

-Nə ???

Sofiya yaşadığı şok olaydan titrəyə-titrəyə əlavə elədi:

-İstəyərəkdən olmadı.. Mənnn.... Mən qaçmaq istəyirdim.. Onun yatmağından istifadə edib sadəcə qaçmaq istədim... Qapını açmaq istədiyim yerdə arxamda durub mənə yenə nəsə eləmək istəyirdi, özümü müdafiə üçün dibçək qabını başına çırpdım və bununla da öldü.. Mən bundan sonra necə yaşayacam bu utancla?? Həyatımı puç eləməyi demişdi və bacardı!!!! İstədiyinə də çatdı.. Haqsız yerə bacısının qatili deyə sərsəm-sərsəm günahlandırarkən, indi mən sözün əsl mənasında qatil oldum..

 

Harun hönkürtü ilə ağlayan Sofiyanı bağrına basdı, saçlarına sığal çəkdi, onu sakitləşdirməyə çalışırdı:

-Canım, sakitləş.. Sən qatil deyilsən, burada utanclıq bir şey yoxdur. Sən sadəcə özünü müdafiə elədin... Eşidirsən məni?? Sənin yerinde kim olsa məcbur bu yola əl atacaqdı. O şərəfsiz buna layiq idi.

 

Sofiya:

-Mən qaçmaq istəyirəm buralardan.. Həbsdə yatmaq istəmirəm..  O şərəfsizdən ötrü dörd divar arasında çürüməkdənsə ölsəm daha yaxşı olar..

 

Harun:

-Sofiya, özünü ələ al. Sən belə aciz olmamalısan...

 

Harun Sofiyanın əlindən tutub:

-Gəl mənimlə.

 

Evin pəncərəsinə doğru yaxınlaşdı, Sofiya təəccüblə baxdı:

-Nə eləmək istəyirsən?

 

Harun Sofiyaya:

-Sən burada qal, gələcəm. Qorxma, hər şey gözəl olacaq.

 

Harun pəncərədən otağa keçdi, Ruslanın cəsədinin önünə keçdi. Harun qanlı gözlərlə ona baxaraq:

-Sən bu tezliklə gəbərib getməməli idin, şərəfsiz köpək. Səni mən öz əllərimlə Sofiyama qıydığın barmaqlarını doğramalı idim, misli görünməyən işgəncələri yaşadaraq özüm öldürməli idim.. Niyə o məsum qızın əlləri ilə öldün sən!!!

 

Hirsli şəkildə Harun Ruslanın ayağına bir təpik vurdu.. Bu zaman Ruslanın bir anda nəbzi yavaş-yavaş döyünməyə başladı. Harun bunu sezmədi və mətbəxə keçdi, iri bıçaq tapdı, o bıçağa düşünə-düşünə baxdı:

-Mən qoymayacam sən Sofiyamın həyatını qaraldasan, köpək.

 

Ruslan nəbzi gələndən sonra başının şiddətli ağrımasına baxmayaraq ayıldı, lakin yerdən ayağa qalxacaq halı yox idi. Ətrafına göz gəzdirdi, yerdə qırılmış dibçək qabının qırıntılarını və öz başının qanını gördü. Hər şeyi xatırlamağa çalışırdı.

 

Harun hələ mətbəxdə bıçağa baxa-baxa qaldığı anda telefonuna zəng gəldi:

-Bəli, Sofiyam?

 

Telefon səsini və Harunun səsini eşidən Ruslan yerdə uzanmış halı ilə qulaqlarını şəklədi.

 

Harun telefonda:

-Sofiyam, gəldim sadəcə bu şərəfsizin həqiqətən ölüb-ölmədiyini yoxlayım. Gəbəribmiş it. Gəlirəm indi sən həyətdə gözlə gəlirəm.

 

Ruslan öz aləmində rişğəndlə düşündü:

-Deməli mənim ölməyimi düşünüb içdən-içə sevinirsiniz hə??

 

Ruslan,  Harun hələ gəlməmiş yerdə sürünərək cəld çöl qapısının yanını açıq qoydu və yenidən eyni halda uzanaraq özünü ölmüş kimi göstərməyə çalışırdı.

 

Harun əlindəki bıçağı gətirib öldüyünü düşünən Ruslanın qanına bürüdü və bıçağı yanına qoyduğu anda çöl qapısı açıldı və polislərdən biri ilə atası Musa daxil oldu, gördükləri mənzərədən dəliyə döndü:

-Harun?? Nə baş verir burda?? Sən  Ruslanı öldürdün??

 

Harunun da əslində niyyəti bu idi, cinayəti öz boynuna götürəcəkdi, təki Sofiya o barmaqlıqlar arasında qalmasın. Lakin belə tezliklə polislərə özünü təslim edəcəyini düşünməmişdi.

Harun atasına:

-Bəli, öldürdüm.. O şərəfsiz Sofiyamı nə hala gətirib heç bilirsən???

 

Musa:

-Haradadır Sofiya?

 

Harun:

-Qorxusundan arxadakı həyətə çıxıb.

 

Polis:

-Siz necə oldunuz bura gəldiniz?

 

Harun:

-Mən o gördüyünüz pəncərədən gəldim, Sofiyamın üz-gözünü yara içində görəndə dəliyə döndüm və beləcə gəlib qisasımı aldım.

 

Musa eşitdiklərindən şoka düşmüşdü, Ruslanın " cəsədinə " baxdı, başını buladı, arxa tərəfdəki həyətə çıxıb Sofiyanı gördü, « həqiqətən də Harunun dediyi kimi varmış » deyə düşündü:

-Ah qızım.. Bu şərəfsiz sizlərin başına nə oyun açdı..

 

Sofiya , hələki Harunun cinayəti öz üzərinə götürməsindən xəbərsiz idi:

-Mən çox qorxuram..

Musa əlavə elədi:

-Harunun da başını bəlaya saldı.. İndi polislər neçə müddət azadlıqdan məhrum edəcəklər. Sən qorxma, qızım.. Kaş özüm o vaxtı məhv edərdim..

 

Sofiya əmisinin sözlərindən,   Harunun cinayəti öz boynuna götürdüyünü başa düşdü. Sofiya evə daxil olub Haruna tərəf yüyürdü, sual dolu baxışlarla Haruna nəzərlərini dikdi. Harun onun baxışlarındakı sualları oxumuşdu və polislərə:

-Məni indi neçə müddət azadlıqdan məhrum edəcəksiniz?

 

Sofiyanın əlindən polislərin yanında gözlərindən yaş axıtmaqdan başqa  heç nə gəlmirdi. Əsas odur ki, Harunun ilk dəfə ondan ötrü öz həyatını riskə atdığına da diqqət elədi.

 

21-ci bölümün sonu

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

22-ci bölüm

 

Həyat insanı çox zaman gözləmədiyin sürprizlərlə qarşılaşdırar.

 

Harun həbs olunmuşdu.. Amma halından zərrə qədər şikayəti yox idi. Sadəcə Sofiya üçün çox darıxırdı.

 

O, həbs olunmamışdan qabaq Sofiya Haruna nə qədər şikayetlənirdi:

-Niyə bunu elədin? Heç bir günahın olmadan niyə bu yükü üzərinə götürdün, Harun?

 

Harun Sofiyanın tökülən göz yaşlarını əli ilə silib:

-Mən səndən ötrü ölümə də gedərəm. Gözündən axan hər damla yaş ürəyimi parçalayır. Sən o dörd divara dayana bilməzsən.. Mən uşaqlıqda yaşamışam oradakı cəhənnəmi.. Artıq yetəri qədər təcrübəm var.. Bundan sonra sənin ağlamağını istəmirəm.. Əsas odur o şərəfsizdən canımız əbədi qurtardı. Mənim cəzamın  müddəti nə vaxt bitsə,  yenidən yanına gələcəm. Yetər ki, ikimiz üçün dualarını əsirgəmə..

 

Harun artıq Sofiyaya sevgi dolu baxırdı.. Tam onun istədiyi kimi baxırdı.. Söylədiyi sözlər də Sofiyaya təsəlli kimi gəlmədi... Əsl sevən bir insan kimi  fədakarlığını göstərirdi.. Harundan uzun müddət gözlədiyi sevgini tapdığı yerdə araya ürək ağrıdan hadisənin daxil olub məsafə qoymasını həzm edə bilmirdi.

 

Sofiya ilə Harun bir-birinə sarıldıqdan sonra,  polislər hadisə baş verən gecə qandalları Harunun əllərinə bağlayıb maşınlarına mindirməyə apardılar. Harun qandallı əlləri ilə maşına əyləşməmişdən qabaq arxaya çevrilib,   Sofiyaya vida edərcəsinə baxış atdı, üzünə xəfif acı təbəssüm qondurduqdan sonra çarəsizcə maşına əyləşdi. Sofiyanın isə göz yaşları qurumaq bilmirdi.. Əmisinin yanında heç nə deyə bilmirdi, daxilində özünü danlamaqla məşğul idi.

 

Musanın isə bu cinayətdə şüphələri vardı. Harunun sanki polislərə nəyisə ört-basdır eləməyə çalışdığını hiss eləmişdi. Qara-qara düşünərək Sofiyanı maşınına mindirib oradan uzaqlaşdılar. Polislər və təcili yardım isə öldükləri hesab elədikləri Ruslanı kəfənə bürüyüb maşının arxasına qoydular. Təcili yardım maşını işə düşən kimi Ruslan yanında oturan tibb bacısına yumruq qoyduğu anda onun səsi arxada gələn polis maşınına kimi gəldi. Ruslan tibb bacısını öldürdükdən sonra, kəfənə bürüdü, özü isə tibb bacısının xalatını geyinib buradan çıxmaq məqamı gözləyirdi.

 

Polis maşınında polislərdən biri:

-Nazim, elə bil təcili yardım maşınından kiminsə qışqırıq səsi gəldi.

 

-Yox, mən eşitmədim heç bir səs.

-Nədənsə ürəyim rahat deyil, təcili yardım maşınını  idarə edənə söylə dayandırsın sürməyi, baxım rahatlanım.

-Yaxşı, gözlə səslənim ona.

 

Təcili yardım maşınını idarə edənə dayanmağı əmr verdi. Ruslan da maşında oturarkən,  qulaqlarını şəkləyib eşidirdi. Polislər maşının arxa qapısını açana kimi Ruslan ağzına maska geyindi və bununla da polislər heç nədən şüphə eləmədilər.

 

Xəstəxanaya çatanda, Ruslan həyətə tökülən həkimlərin və polislərin başının qarışdığını görəndə oradan qaçaraq uzaqlaşdı.

 

Gülər ana olanlardan xəbər tutduqda başına hava gəlmişdi:

-Vay mənim yaralı mələyim.. O köpək sənə necə qıymışdı.. Gorbagor olsun onu görüm.. Elədiklərinin cəzasını o dünyada o qədər çəkəcək, inşaALLAH. Mənim balama nə cürətlə əl qaldırırmış..

 

Deyə-deyə qızını bağrına basmışdı.

 

Ruslanın ölüm xəbəri onun valideynlərinin qulağınada çatmışdı. Ruslanın anası Arzu ve atası Kamil aldıqları şok xəbərlə bir daha yıxılmışdılar. Aygündən sonra daha bir övlad itkisi xəbərini almaqla həyatdan ikinci dəfə küsdürmüşdü. Arzu əllərini dizlərinə vura-vura ağlayırdı:

-Bu nə faciələrdir başımıza dayanmadan gəlir, ey Rəbbim!! Əvvəl qızım getdi, indi isə oğlum alındı əlimizdən.. Bundan sonra mən necə yaşayacam axı??

 

22-ci bölümün sonu

 

 

 

 

 

 

 

 

SİRR

 

Yazar: Lalə Hüseynova

 

23-cü bölüm

 

Ruslan kafedə tanış olduğu sarışın bir sevgilisinin evinə gələrək qapısının zəngini basdı:

-Fəridə, qapını aç.

 

Fəridə uzun müddətdən sonra qapını açıb Ruslanı qarşısında görüb təəccübləndi:

-Ruslan?

Ruslan:

-Necəsən sevgilim?

 

Deyərək,  Fəridədən icazə almadan evə daxil oldu, bir kresloda əyləşdi. Fəridə Ruslanı heyrətlə izləyirdi:

-Sən niyə həkim xalatındasan? Nə baş verir?

 

Ruslan o suallara cavab vermədən:

-Mən bir müddət səndə qonaq olmalıyam.

 

Fəridə:

-Niyə?

 

Ruslan Fəridədə qəribəlik olduğunu hiss elədi və kinayəli şəkildə:

-Deyəsən səni narahat etdim..

 

Fəridə:

-Şey.. Yox əslində..

 

Ruslan sözünü kəsdi:

-Sən istəsəndə,  istəməsəndə mən burada gizlənmək məcburiyyətindəyəm.. Çünki bu dəqiqə hamı mənim öldüyümü düşünür.

 

Fəridəni qan-tər basdı.. Fəridə:

-Mən indi gəlirəm, əzizim.

 

Fəridə bir bəhanə ilə yataq otağına keçdi, başqa bir kişiyə zəng elədi:

-Alo? Zakir, qurban olum geri qayıt.. Ruslan burdadır, üstəlik neçə müddət məndə qalmalı olacaq. Gəlmə, sevgilim.

 

Telefonla danışığını bitirdiyi anda Ruslan Fəridənin qarşısında dikildi:

-İndi bildim sənin qarın ağrını. Deməli Zakir sevgilinlə görüşməyinə maneəçilik törətdim hə??

 

Fəridəyə sərt bir şillə çəkdi:

-Ruslan..

 

Ruslan:

-Sus!!! Tək kəlimə belə eşitmək istəmirəm!!! Mən sənin evində ürəyimin istədiyi vaxta qədər qalacam!! Və əgər sən mənim yaşadığımı birinə çatdırsan öz əllərimlə boğub öldürəcəm!!!

 

Ruslan hədə-qorxuları ilə Fəridəni qorxuya salmışdı.. Ruslan hamam otağına keçdi, əynindəki xalatını çıxardıb zibil qutusuna atdı. Əllərini yudu, üzünə su çəkdi, başındakı yaraya kompres qoydu. Sonra duş qəbul elədi.

 

Harun dörd divar arasında bir küncdə oturub Sofiyanı düşünürdü. Hər şeyin kabus olduğuna inanmaq istəyirdi.

 

Ruslanın valideynləri xəstəxanaya gəldilər, anası Arzu fəryadlar içində həkimə:

-Oğlumu görmək istəyirəm, həkimmm..Yalvarıram sizdən oğlumu göstərin..

 

Ülviyyə həkim Arzu və Kamili morq yerinə gətirib, Ruslan yazılı başqa bir şəxsin cəsədini göstərəndə, Arzu onun Ruslan olmadığını görüb  həkimə:

-Siz mənimlə məzələnirsiniz?? Bu ki qadındır. Hardadır mənim Ruslan??

 

Həkimin özü də gördüyü mənzərəyə heyrətlə baxırdı:

-Mən bilmirəm nə baş verir.. Bu bizim işçimizin cəsədidir, buna niyə Ruslan yazıblar??

 

Həkim morq otağından çıxıb birbaşa baş həkimin otağına daxil oldu:

-Zakir doktor, çox dəhşətli bir olayla qarşılaşdım. Bu gün bura Ruslan adında bir gəncin cəsədi gəlməli idi. İndi Ruslanın valideynləri oğlunun cəsədini görməyə gəliblər, morqda Ruslan yazılı cəsədi açanda bizim işçimiz Saranın cəsədini gördüm. Sara haçan öldü başım çıxmır..

 

Ülviyyənin söylədikləri Zakiri dəhşətə gətirdi, dodaqlarının altında pıçıldadı:

-Bu Ruslan Fəridənin Ruslanı deyil görəsən?

 

Fəridə ilə Zakirin münasibəti vardı. Az öncə telefonda Fəridə Ruslanın bir müddət onda qalacağını söyləmişdi. Zakir əgər həmin Ruslan olduğunu dəqiq bilsə ortada bir tük ürpədici oyun oynadığına, üstəlik dəhşətli bir cinayət işlətdiyinə tamamilə əmin olacaqdı.

 

Sofiya isə Harunu düşünürdü, onun üçün dualar edirdi. Vicdanı sızıldayırdı. Yeməkdən-içməkdən kəsilmişdi. Artıq dözmədi və anası ilə Musanın önünə keçdi:

-Harun günahsızdır.. O şərəfsiz Ruslanı mən öldürmüşəm..

 

 

 

Zakir,  həkimlə danışdıqdan dərhal sonra Fəridəyə zəng elədi, lakin Fəridə telefonu aça bilmirdi. Ruslan əlindən telefonu almışdı, bir otağa bağlamışdı. Özü isə divanda uzanıb yatmışdı.. Yuxu görürdü... Yuxuda bacısı Aygünü narahat görürdü. ( Yuxuda )

 

Aygün Ruslana küskün baxırdı, narazı idi ondan. Ruslan:

-Aygün, bacım..

Aygün:

-Mənə bacı demə, Ruslan! Səndən diksinmişəm...

Ruslan göz yaşlarla bacısının qarşısında diz çökmüşdü:

-Bacı, yalvarıram belə danışma.

 

Aygün:

-Necə danışmayım hə?? Nə istədin günahsız Harunla Sofiyadan hə?? Niyə insanların həyatı ilə oynadın??? Sən nə zaman belə vicdanını satmalı oldun???

Ruslan:

-Axı sənin ürəyin o qızdadır.. Mən də bunu həzm edə bilmirəm..

Aygün:

-Bununla sən yavaş-yavaş pis insana çevrilmisən xəbərin var?? Gözün dönüb sənin.. Yazıq anamla atamın ürəyini bilirsən nə qədər paramparça eləmisən, xəbərin var?? Mən onları sənə əmanət edib getdim, sən isə onları qorumaq əvəzinə mənasız bir hirsinin qurbanına çevrilib insanların  canını incidirsən!! Belə olmaz, Ruslan!! Oyan artıq, özünə gəl!! Bu sən deyilsən!! Sofiya ile Harunu artıq narahat eləmə, onları hər dəfə narahat görəndə mənim də ruhumu narahat edirsən... Çünki hər ikisi mənim can parçamdır.. Biri xatirəm, o biri isə ürəyim.

 

Ruslanın bədənini yuxunun təsirindən tər-qan basmışdı və dik atıldı. Bacısının ruhunun narahatlılığı onu yerdən-yerə vurmuşdu. Ayağa güclə qalxaraq hamam otağına keçdi, üzünə çoxlu su vurdu. Aynada öz əksinə baxdı. Çox düşündü... Uzun-uzun düşündü... Fəridənin otağının qapısını açdı və ona sakit tonda:

-Artıq sərbəstsən.

 

Telefonunu da onun yanına qoydu. Həkim xalatını əlinə aldı və evdən çıxdı. Fəridə Ruslanın birdən-birə dəyişməsinə gözlərinə inana bilmirdi. Telefona gələn zəngə cavab verdi:

-Alo, Zakir?

Zakir:

-Fəridə, haralardasan? Niyə zənglərimə cavab vermirdin?

Fəridə:

-Ruslan telefonu əlimdən almışdı.

Zakir:

-Sənə heç nə eləmədi o dəli? Xəbərin var o, necə dəhşətli cinayət işlədib? Bizim günahsız işçimizi öldürüb, özünü hamıya ölmüş kimi göstərir.

 

Fəridənin ağzı açıq qalmışdı.

 

Ruslan polis bölməsinin önünə gəldi, atacağı addımlarını yaxşı-yaxşı düşündü. Polislərdən biri Ruslanı görəndə şoka düşdü, Ruslan polisə:

-Bəli, gördüyünüz kimi mən ölməmişəm.. Təslim olmağa gəlmişəm, Harunu sərbəst buraxın. Onun heç bir günahı yoxdur.

 

10 il sonra

 

-Aygün? Dərsdən gəldin, qızım?

 

Aygün:

-Gəldim anacan..

 

Deyərək,  anası Sofiyaya sarıldı.. Aygün:

-Bahar hardadır? Gedim oynayım onunla.

Sofiya:

-Atanın yanındadır həmişə olduğu kimi.

 

Harun körpə qızı Baharı oynatmaqdan  doymurdu. Aygün otağa daxil olaraq:

-Məktəblər tətilə çıxıb artıq, ata. İndi sərbəst şəkildə bacımı oynada bilərəm, ver qucağıma.

 

Harun qızı Aygünü alnından öpüb:

-Afərin, mənim ağıllı qızıma.

 

10 ilin içində Harun və Sofiya həyatı boyu görmədikləri xoşbəxtliyi dadırdılar. Onların Aygün, Aqil və Bahar adında çox gözəl övladları dünyaya gəlmişdi. Aygün artıq 4-cü sinifi, Aqil isə 1-ci sinifi bitirmişdi. Bahar isə hələ yeni doğulmuş 3 aylıq körpə idi.

 

Musa və Gülər də nəvələrini oynatmaq üçün tez-tez Harunla Sofiyanın yanına gəlirdilər.

Ruslana isə o vaxtdan 10 illik həbs cəzası verilmişdi. Həyatdan tamam küsmüşdü. Çünki valideynləri də Ruslanın törətdiyi pis işlərini biləndən bəri övlad olaraq həyatlarından silmişdi. Bu gün artıq Ruslanın cəza müddəti bitmişdi. Həbsxanadan çıxanda heç kim onu qarşılamağa gəlməmişdi. Bütün azadlığa çıxanları qarşılayan yüzlərlə qohum-əqrəbası onların başlarına yığışıb pərvanə kimi dövran etdiyi anda , Ruslanın ətrafında artıq heç kimi qalmamışdı. O, Harunla Sofiyanı görüb haqqının halal olunmasını istəyirdi. Onların ev ünvanını araşdırıb bir taksiyə mindi.  20 dəqiqədən sonra Ruslan Harungilin qapılarının zəngini basdı.

Qapını Harunun qızı Aygün açdı:

-Salam.

Ruslan gülümsəyərək:

-Salam, şirin bala. Atangil evdədir?

Aygün:

-Evdədir.

 

Bu zaman Harun otaqdan Aygünə səsləndi:

-Aygün, kimdir gələn?

 

Ruslan qarşısında durduğu bu gözəl qızın adını Aygün olaraq eşitdiyi anda ürəyi cız etdi.

 

Aygün:

-Bir əmidir sizi soruşur.

 

Harun və ardınca da Sofiya qapıya gəlib, üzü saqqala qarışmış Ruslanı güclə tanıyıb ürkəldilər:

-Ruslan?

 

Ruslan kədərli və peşman gözlərlə:

-Salam.. Mən sizdən sadəcə haqqımın halal eləməyinizi istədiyim üçün gəlmişəm.. Yaşatdığım hər şey üçün sizdən üzr istəyirəm.

 

Harunla Sofiya bir-birinə baxıb, dərin düşündükdən sonra:

-Halal xoşun olsun.

Aygün:

-Siz bizim nəyimizsiniz?

 

Ruslan həsrətlə bacısının adını daşıyan balaca qıza baxırdı. Sofiyaya bir vaxtlar nə qədər haqsızlıq elədiyini hələ indi dərindən dərk eləyirdi. Həm bacısının ürəyini daşıyır, həmdə dünyaya gələn ilk qız övladınada bacısının adını verib, onu iki qat yaşatmışdı.

Harun qısa sürən sükutu pozdu:

-O sənin əmin Ruslandır, qızım.

 

Ruslan Harunun bu jestinə kiçik də olsa sevindi.

Aygün:

-Sənin qardaşın var ki?

Harun:

-Əmi olmaq üçün mütləq deyil qardaşın olsun. Sən ona əmi kimi müraciət edə bilərsən.

 

Ruslan dözmədi və Aygünü bağrına basıb illərin yükünü onu qucaqlayaraq ağlamağı ilə axıdıb getdi. Aygün heç nədən xəbəri olmadan:

-Ağlama, əmi. Niyə ağlayırsan? Narahat olma, həmişə sənə əmi deyəcəm.

Ruslan:

-Aygün...

 

Axşam Harungil evində barışıq partisi verərək güclə də olsa Ruslanın valideynlərini çağırıb onları barışdırdılar.

 

Harun ilə Sofiya evin yuxarısından baş-başa şəkildə aşağıdakıları izləyərək daha da xoşbəxt idilər.

Harun:

-Səni sevirəm, Sofiya.

Sofiya:

-Məndə səni sevirəm, Harun.

 

Sirrin Sonu

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)