Lalə Hüseynova - Sevdalı yarım
Sende yüreğim var,
Canım var,
Aklım fikrim var,
Sende her şeyim var.
© Nazım Hikmet Ran
1-ci bölüm
-Ay Gülarə, icazə ver Səbinəni aparaq Lerikə, görsün oraları zehni açılsın.
Nərgiz nənə dilləndi:
-Nə deyirəm, ay Leyla. Getsin də.. Yazıqdır, babasını itirendən bəri özünə qapanıb.
Sonra Nərgiz nənə üzünü qızı Gülçinə çevirdi:
-Nə deyirsən, Gülçin? Sən Səbinənin anası olduğuna görə, əsas söz haqqı səndədir. İcazə verirsən Lerikə getsin?
Gülçin bir az düşündükdən sonra sözə başladı:
-Əlbəttə getsin. Havasını dəyişsin, əhvalı düzəlsin.
Səbinə isə mətbəxdə həm anasıgilə, həmdə onlara qonaq gələn lerikli qonşusu Leyla nənəyə çay hazırlayırdı. Mətbəxdə olarkən Lerik söhbətini eşitdi və səyahət eləməyi sevən qız olduğu üçün, buna sevindi. Babasının ölümü onu dərindən sarsıtmışdı, çünki ona çox bağlı idi. Düşünürdü ki, bəlkə bu Lerik səyahəti ona məlhəm kimi gələr.
2 gün sonra Səbinə lerikli qonşuları ilə birlikdə Lerikə getmək üçün yola çıxdılar. Maşında Leyla nənənin özü, qızı, gəlini, nəvələri və Səbinənin özü vardı.
Bakıdan Lerikə gedən yol cəmi 6 saatdır. Uşaqlar — Fidan, Əli, Fatimə və Məhəmməd Səbinə ilə maşındaykən dostlaşmışdılar.
Balaca Əli isə Səbinənin kiçik pərəstişkarına çevrilmişdi.
Səbinə 25 yaşında gözəl, şirin, ortaboylu, ağıllı, ali təhsilli, ailəsinin tək ulduzudur. Atası 5 yaşındaykən anası ilə ayrılmışdı. Səbinənin ailəsi - anası Gülçin, nənəsi Nərgiz və rəhmətlik babası Nəsibdən ibarət idi ki, təəssüflər olsun həyatın acımasız qanunları babasını əlindən aldı. Babası ona ata, qardaş, dayaq idi.
6 saatdan sonra nəhayətki mənzil başına çatdılar. Onlar Bakıdan axşam saat 7-də çıxdıqları üçün gecə saat 2-də Lerikə çatmışdılar.
Uzun yol onları çox yormuşdu. Ona görədə çatdıqdan sonra, dərhal yatmağa üstünlük verdilər. Səbinəyə əvvəlcə yorğunluğunu aradan qaldırması üçün , kəklikotulu çay verdilər.
Səbinə Leyla nənənin qızı Sevda ilə başbaşa oturub çay içirdilər.
Sevda:
-Özünü narahat hiss eləmədin ki, canım?
Səbinə:
-Yox, qətiyyən. Xoş söhbətlər edə-edə yol qət eləmək çox əyləncəlidirlər.
Sevda:
-İnşaALLAH, səhər səni burada doyunca gəzdirəcəyik. Hələ bir qonağımız da var.
Səbinə gülümsəyərək:
-Nə gözəl qonaqpərvərsiniz. Belə insanları çox sevirəm.
Sevda gülümsəyərək:
-Əslində qonaq da deyil, doğma bacımgildir, oğlu və nəvəsi ilə gələcəklər.
Səbinə:
-Anladım. Bir həftə boyu deyəsən yeni-yeni insanlarla tanış olacam. Buna çox sevindim.
Sevda:
-Bizdə səni kəndimizdə görməyimizə çox sevindik.
Çaylarını içdikdən sonra, Sevda:
-Yaxşı gedək yataq. Sən rahat yat, yorğunluğun çıxsın. Bizə fikir verib erkən oyanma, yaxşımı?
Səbinə gülümsədi və yatmağa getdilər. Sevdanın deməsinə baxmayaraq, Səbinə qonaq getdiyi evdə mütləq onlarla bərabər tezdən durmağı özünə söz vermişdi.
Səhər açıldı. Səbinə saat 8-de gözlərini açdı. Gözlərini açar-açmaz xoruzun səsi, arıların səsləri, inək və qoyunların səsləri bir-birini əvəz edirdi. Səbinə ilk dəfə idi kənd həyatına düşmüşdü. Ona həmişə maraqlı gəlirdi kənd həyatı. Evin sakinləri, yeni gəlinlər, Leyla nənənin özü və yoldaşı, gəlinlərin yoldaşları oyanmışdılar. Bəylər həyətdə samovar çayı dəmləyərkən, xanımlar səhər süfrəsi üçün növbənöv təamlar hazırlayırdılar.
Səbinə əynini dəyişdikdən sonra, mətbəxə evin bütün sakinlərinə:
-Sabahınız xeyir.
Evin sakinləri xorla:
-Sabahın xeyir.
Sevda Sebinəyə yaxınlaşıb:
-Ay qızım, nə tez durmusan? Rahat yatardın da.
Səbinə gülümsəyərək:
-Mən öyrəşmişəm tezdən durmağa.
Sevda da qarşılıqlı gülümsəyib:
-Yaxşı, o zaman gəl həyətə orada qızlar qəşəng səhər süfrəsi açıb.
Səbinə həyətə çıxanda ətrafa diqqətlə göz gəzdirdi, həqiqətən də mənzərə çox gözəl idi, Talış dağlarının uzaqdan görünüşü Səbinəni lap valeh eləmişdi.
Bakı
Sevdanın bacısı Elza yuxudan duran kimi oğlu Elşadın otağına gedib:
-Elşad.. Oğlum? Elşad, qalx.
Elşad anasının səsinə güclə oyandı:
-Nolub ana?
Elza:
-Necə yəni nolub, ay oğlum? Unutmusan? Kəndə gedirik bu gün. İndidən yola düşək ki, gecəyə qalmayaq.
Elşad:
-Axı ana hələ saat 8-dir. Qoy bir az da yatım..
Elza:
-Eh sənə qalsa ömür boyu yatacaqsan. Evlənsəydin, tənbəlliyinə artıq son verərdin. Amma narahat olma, tezliklə buna son verəcəksən.
Elşad:
-Necə?
Bu zaman otağa Elşadın bacısı Günel daxil olaraq:
-Sənə çox gözəl bir qız tapmışıq.
Bu zaman Elşad yorğanını başına çevirərək, sanki nədənsə gizlənirmiş kimi orada gizləndi:
-Eee siz yenə mənə ALLAH bilir dünyanın hansısa çirkinini tapmısınız.
Günel:
-Xeyr, qardaş. Heç də elə deyil. O, sənin düşündüyündən də çox gözəl qızdır.
Elşad yenə yorğanının altında:
-Hə də həəə... O biri qızlara da elə deyirdiniz. Yenə hansısa Bəstəgülü, Fatmagülü tapmısınız da..
Elza qızı ilə birlikdə Elşadın dediklərinə uğunub getdilər.
Elza:
-Xeyr, bu dəfəki qızımızın adı Səbinədir.
Elşad yenə yorğanın altında kinayə ilə:
-Hə, məndə inandım. İndi belə adlarla rola girin. Fatmagülünüzü Səbinə, Aylin, Dəniz filan edin.
Elza:
-Günel, bəlkə sən bu tənbəli yerindən durquzmaq üçün bir yol tapasan hə?
Günel:
-Haqlısan, anacan.
Günel mətbəxdən bir quvşin dolu suyu Elşadın otağına gətirib tökməmişdən qabaq:
-Elşad?
Elşad:
-Nədir?
Günel:
-Oyanmaq fikrin yoxdur?
Elşad yorğanın altında xəşəllənərək yastığını qucaqlayıb:
-Yox hələ. İmkan verin bir az da yatım.
Günel:
-Yaxşı, elə olsun.
Deyib anasına göz vurdu və əlindəki quvşindeki suyu Elşadın üzərinə tökdü. Suyun təsirindən Elşad diksinib qışqırdı:
-Aaaaaa...
Sonra yaş saçlı başını qaldırıb bacısına baxıb:
-Günel, xəstəsəəəən???
Günel:
-Vəssalam, anacan. O artıq oyandı.
Elşad əsəblə:
-Offf... Sən ərinədə belə zülümlər edirsən? Səhər-səhər niyə burdasan?
Sonra gülmək krizine tutulan anasına:
-Ana, sənədə əyləncə çıxdı deyəsən.. Burda oğlunun başına qızı tərəfindən soyuq su tökülür, sənin isə səsin çıxmır, izləyib gülürsən..
Elza oğluna xəfifcə vurub:
-Kəs səsini, tez elə hazırlaş kəndə gedirik. Sənin Fatmagül deyə düşündüyün Səbinəmizi görməlisən, vəssalam.
Elşad:
-Ooo daha bir Fatmagülünüz yenə kəndimizdədir yəni?
Elza ayağındakı tərliklərdən birini ona tullayıb:
-Eee sən , qoca arvadlar kimi nə çox danışırsan. Get hazırlaş dedim sənə!
Elşad nəhayətki hamam otağına daxil olub duş qəbul elədi. O, hazırlaşan yerdə bacısı Günel uşaqlarını geyindirirdi, iki körpə balası vardı— Abdulla və Xədicə. Xədicənin 1, Abdullanın 5 yaşı var. Elza:
-Ay mənim dadlı balalarım.. Deyərək Xədicəni qucağına alıb səvələməyə başladı. Eyni zamanda Abdullanı da sevə-sevə əzizləyirdi.
Günel sonra ərinə zəng elədi:
-Əzizim, gəlirsiniz?
Kazım:
-Bəli, canım gəlirik. O tənbəl xalaoğlu oyandı?
Günel:
-Həə.. Güc bəla ilə durquzduq.
Elşad qapının arxasında:
-Nc..Nc..Nc.. MaşaALLAH, xalaqızı ilə xalaoğul utanmadan dedi-qodumu edirsiniz hə?
Günel:
-O artıq xalamoğlu deyil, mənim can yoldaşımdır.
Elşad:
-Söhbəti necədə tez fırladırsan. Nəysə.. Tez elə, mənə "qlazok" bişir yanında da sosiska ilə. Və birdə çayımı hazır elə, bacıcan.
Günel telefonda:
-Əzizim, bir azdan görüşərik. Qoy bu baş bəlasına yemək verim.
Elşad isə qollarını çarpazlayıb, balaca uşaqlar kimi bacısının ağzını əyirdi:
-Bö-bö-bö... Baş bəlasıymış.. Görərsən sən...
Günel:
-Nə mızıldanırsan axı?
Elşad:
-Çayımı ver.
Günel:
-Mən robot deyiləm, Elşad. Gözlə də verirəm.
Elşad bacısının başına tökdüyü suyun kiçik qisasını almağı özünə məqsəd qoymuşdu. Günel çayını süzüb qardaşının qabağına qoydu:
-Buyur iç. Yumurtanı da indi bişirirəm.
Deyirdi ki, şıltaq Elşad isti çayı bacısının paltarına tökdü, Günel qışqırdı:
-Aaaaaa....Eşşək...Yandım ki, mənnn.... Zibil, təzə paltarım məhv oldu!!!!
Elşad isə gülürdü:
-Bir daha mənə su tökmərsən, əzizim...
Səsə anası Elza gəldi:
-Nolub burada?
Elşad:
-Ooo anacan, qızının səsinə nə tez yetişdin?
Elza Günelin ağlayaraq otağına keçdi:
-Elşad, xəstəsən sən?
Elşad:
-Bəs o, suyu başıma tökəndə sağlam idi?
Elza:
-Elşad, sən qaynar çayı onun üzərinə tökmüsən eee xəbərin var??? 26 yaşına gəlmisən, hələdə böyüməmisən!!! Elza Günelin yanına getdi:
-Can, qızım.. Çox yandın?
Günel:
-Yox, çox şükür. Sadəcə paltarımı batırdı. Məcbur dəyişməliyəm.
Bir az sonra Günelin əri və qaynanası (həmçinin xalası) onlara gəldi. Kazım Elşadın Günelin üzərinə qaynar çayı tökməsinə çox hirslənmişdi:
-İnana bilmirəm sənə, Elşad. Sən necə bu qədər vəhşi ola bilərsən hə?
Elşad:
-Kazım, böyütmə. Mən bacımla sadəcə məzələndim. Amma sonra gedib üzr istədim. Biz uşaqlıqdan Tom və Cerriyik. Sənki bunu yaxşı bilirsən.
Kazım gülərək:
-Elədir amma Cerri olan Günel daha dəcəllik eləmir. Evlilik işə yarıyıb.
Elşad:
-Yəni?
Kazım:
-Yəni ki, sən də evlənsən düzələcəksən.
Elşad:
-Sən də başladın? Mən evlənməyəcəm heç bir Fatmagüllə filan. Mən çox gözəl bir şəhər qızı ilə evlənəcəm.
Kazım kinayə ilə:
-Görərik.
Lerik
Səbinə qonşuları ilə həyətdə gözəl səhər yeməyi yedikdən sonra, uşaqlar onu bağ-bostanlarında gəzdirməyə başladı. Səbinə şəhər qızı olsa da, ona kənd həyatı çox maraqlı gəlirdi. Getdikcə buranı daha da çox sevirdi.
Leyla nənə qızı Sevdaya:
-Elşadgildən nə xəbər var? Gəlirlər?
Sevda:
-Hə, indicə danışdım. Yoldadırlar, günortadan sonraya çatarlar, inşaALLAH.
Leyla nənə:
-Lap yaxşı.. Səbinə qızıl kimi bir qızdır, ümid edirəm bizim dəcəl Elşadın ağlını başına toplayar.
Sevda:
-Ya birdən qızımızı bəyənməsə?
Leyla nənə:
-Qələt edir! Bəyənməsə, salaram onu təpiyimin altına.
Səbinə ağaclardan gah zoğal, gah armud, alma dərib yeyirdi. Bir tərəfdə qoz, fındıq ağacları, başqa tərəfdə dəfnə ağacı, limon ağacı Səbinəni valeh eləmişdi:
-Kənd həyatı doğurdan da çox maraqlıdır.
Uşaqlardan balaca Əli:
-Bəyəndin bizim həyəti, Ledi Səbinə?
Səbinə balaca Əlinin ona "ledi" deyə müraciət eləməsinə güldü:
-Ooo ledi?
Əli:
-Eləsən də, ledisən.
Səbinə balaca Əlinin saçını oxşayıb:
-MaşaALLAH, sən bunları haradan öyrənirsən?
Sonra Səbinə balaca ağ güllərdən həm qızlara Fidan və Fatiməyə, həmdə özünə tac düzəltdi. Qızlar sevinərək analarına qaçaraq:
-Ana, baax.. Səbiş, bizə güllərdən tac düzəltdi.
Anaları:
-Nə gözəldir.. Çox sağ ol dedinizmi bəs?
Fidan:
-Əlbəttə dedik.
Günel həyat yoldaşı və qaynanasıgillə birgə öz ərinin maşınında, Elşad isə anası ilə birlikdə öz maşınında yola çıxmışdılar.
Elşad anasına:
-Ana sizi qoyum kəndə, amma özüm qayıdım Bakıya.
Elza:
-Bıy? O da təzə çıxdı? Heç yerə getməyəcəksən!! O qızı görməyincə heç yerə gedə bilmərsən.
Elşad:
-Ah, ana.. Niyə mütləq o qızı görməliyəm? Göydən zəmbillə düşüb? Bakıda o qədər çox qızlar var ki, neyləyirəm üzərindən inək qoxusu gələn kənd qızlarını?
Elza ana:
-Sən nə ara özündən bu qədər razı böyüdün ay bala?
Elşad:
-Bu özündən razılıq əlaməti deyil, ana. Sadəcə mən müasir oğlanam və müasir qız istəyirəm.
Elza:
-Bilirsən nə var? Mən bu qız barədə heç bir melumat verməyəcəm. Zəhmət çək özün gör onu və sonra belə böyük-böyük danışmağından inşaALLAH peşman olarsan.
Axşam saat 5 tamamda Elşad və ailəsi kəndə çatdılar. Elşad əlində çamadanlarla həyətə daxil olarkən, gözəl saçlarını açaraq, başına güllərdən tac düzəldib taxan Səbinənin ayağı burxuldu və tarazlığını itirib yıxılmaq istəyəndə arxadan gələn Elşadın üzərinə yıxılaraq göz-gözə gəldilər və eyni anda Elşadın əlindəki çamadanlar düz ayağına düşdü və:
-Aaaaaa... Ayaqlarımmm getdi...
Səbinə Elşadın qışqırmasına diksindi və:
-Of, bağışlayın... Bu zaman səsə Elza, Günel, Kazım və qaynanası, digər tərəfdən isə Leyla nənəgil, qızı, gəlinləri və nəvələri həyətə töküldülər:
-Noldu? Elşad yenə niyə bağırdın?
Elşad bir anda ona ürkək baxışlarla baxan Səbinəyə:
-Sən kimsən? Hardan çıxdın? Niyə yıxılmaq üçün məni tapdın?
Səbinə bir anda məyus baxışlarını yığışdırıb:
-Yıxılmaq üçün səni tapdım??? Yəni mən qəsdən yıxıldım üzəribə? Tövbə, tövbə.
Həyətdə toplaşanlar bir-birinə gülümsəyərək baxırdılar. Sevda:
-Oooo bunlar gözlədiyimizdən daha tez qarşılaşdılar.
1-ci bölümün sonu
Sevdalı Yarım
2-ci bölüm
Elşad qaşlarını çatıb qıza hirslənməyə davam edirdi:
-Mənə cavab vermə, balaca qız. Ayaqlarım sənin ucbatından zonquldayır hazırda.
Səbinə də eyni hirslə ona cavab verdi:
-Mən balaca deyiləm!!! Sən amma küçədə tum çıtlayan arvadlar kimi çox deyinirsən. Kişi harası ağrısa da çox zarıldamamalıdır.
Elşad:
-Oooo kənd qızının dillerinə bax... Bu arada kimsən sən? Niyə bizim həyətdəsən?
Səbinə:
-Mən daha sənin kimi özündən razıya cavab verən deyiləm.
Səbinə o qədər əsəbləşmişdi ki, ətrafda onları kimlərin izlədiyini unutmuşdu.
Həmçinin Elşadın da gözü Səbinədən başqa heç kimi görmürdü:
-Yaxşı, balaca kənd qızı.. Görərsən sən indi.
Deyərək ayağı ilə Səbinəyə təpik vurdu və:
-Aaaa...
Yenə Elşadın üzərinə yıxıldı. Elşad:
-Hmmm... Yenə mənim qollarımdasan, balaca kənd qızı.
Səbinə qollarından çıxıb Elşada şillə çəkdi:
-Başdan xarab!
Səbinə ağrıdan ağlaya-ağlaya evə daxil olanda, ona baxan Sevdaya, Leyla nənəyə, uşaqlara baxıb:
-Üzr istəyirəm..
Leyla nənə Səbinəyə tərəf gəlib bağrına basaraq:
-Gözel qızım, sən burada üzr istəməli heç nə eləmədin. Burada üzr istəniləsi lazım olan bir nəfər var, o da Elşaddır.
Elşad nənəsinə tərəf gəlib təəccüblə:
-Mən üzr istəməliyəm?
Leyla nənə:
-Əlbəttə üzr istəyəcəksən!!! Gələndən bəri qıza demədiyin qalmadı.
Elşad:
-Ay nənə, mənim burada nə günahım var? Mən həyətinizə girən kimi bu qız helləndi üstümə, ağır çamadanlar da düşdü ayaq barmaqlarımı ağlatdı.
Səbinə Leyla nənəyə:
-O sizin nəvənizdir?
Elşad:
-Aha, dirildi xanım. Bütün qızlar göz yaşları ilə ört-basdır edir özünü hər yerdə.
Leyla nənə nəvəsi Elşada hirslənərək:
-Bu saat səni təpiyimin altına salacam!! Dərhal mənim bu gözəl qızımdan üzr istəyəcəksən!!
Elşad:
-Bu qızı niyə belə əzizləyib başının tacı edirsən? Xeyirdir? Ümumiyyətlə, nə işi var onun burada? Kimdir?
Leyla nənə yenə hirslə:
-Sən imkan versən, xeyir işi olacaq. Bu gözəl qızın adı Səbinədir, mənim Bakıdakı qapı qonşumun nəvəsidir.
Bu zaman Elşad Səbinəyə diqqətlə baxdı ürəyində belə fikirləşdi:
-Deməli Fatmagül deyə düşündüyüm bu qız Səbinə imiş doğrudan da. Üstəlik şəhər qızıymış. Deyirəm axı bu kənd qızı olsaydı üzərindən inək qoxusu gələrdi, amma çox gözəl parfüm qoxusu gəlir. Özü də çox gözəldir. Lakin çox dikbaş qızdır yaman. Səninlə işimiz var deyəsən, şəhər qızı. " Xeyir işi " sözünü eşidən Səbinə isə təəccüblə Leyla nənəyə baxdı və ürəyində:
-Xeyir işi? Yoxsa məni bu dikbaşa vermək istəyirlər? Bu ki, mənim ömrümü çürüdər ki... Heç vaxt mən buna getmərəm.. Mən canımı küçədən tapmamışam.
Leyla nənə:
-Səni gözləyirik, Elşad. Üzr istə tez elə.
Elşad kinayə ilə Səbinəyə:
-Üzr istəyirəm sizdən, Səbinə xanım.
Leyla nənə:
-Adam kimi üzr istə.
Səbinə:
-Ehtiyac yoxdur, Leyla nənə. Əsas odur o sözü dilinə ala bildi.
Deyərək içəri daxil oldu.
Elşad:
-Gördün nənə? O saat burnu yenə dikəldi.. Gör kimdən üzr istətdin!!
Sonra yerdəki çamadanları götürüb içəri daxil oldu. Səbinə otağında ayağına buz qoyanda, Elşad bilmədən çamadanları Səbinənin olduğu otağa daxil olaraq:
-Sən indi də burdasan?
Səbinə onu görən kimi tez ayağını örtdü:
-Nəzakət deyilən bir şey var. İnsan əvvəlcə qapını döyər sonra içəri girər.
Elşad:
-Mən nə bilim otaqda adam var, ay dikbaş!
Səbinə:
-Mənəm dikbaş? Qapını döyüb soruşsaydın bilərdin otaqda adam var ya yox!
Elşad:
-Bəli, sənsən dikbaş !! Sən arvadım olsan məni çürüdərsən.
Səbinə:
-Sən onu ancaq yuxunda görərsən!! Heç vaxt mən sənin arvadın olmayacam.
Elşad:
-Hmm.. Anladığım qədəri ilə qarşılıqlı olaraq bir-birimizi bəyənmədik.
Səbinə:
-Əlbəttə!
Elşad:
-Lap yaxşı.
Deyib , otaqdan çıxdı. Səbinə onun ardınca göz süzdürüb yenidən ayağına buz qoymağa davam elədi. Elşad isə həyətə çıxıb siqaretini çəkməyə başladı:
-Görərsən eybi yox. Məni bəyənməmək nə deməkdir görərsən.
Sevda, Leyla nənə, Elza, Günel və Günelin qaynanası Afaq, gəlinlər Sevinc və Nailə samovar çayı içəndə, Elşad ilə Səbinəni müzakirə eləyirdilər:
-Bunlar deyəsən bir-birini beyənmədilər.
Leyla nənə:
-Gərək mən bəri başdan Səbinəyə planımızdan danışardım.. Belə pis çıxdı.. Fikirləşəcək biz onu bura gəzməyə yox, ərə verməyə gətirmişik.
Sevda:
-Amma Səbinənin ailəsinə demişdin də sən.
Leyla nənə:
-Hə demişdim, onlar da bizə güvəndikləri üçün bu işə razı idiler. Görək də.. Bəlkə 1 həftə içində bunlar bir-birini bəyənər.
Elşad həyətdə samovar çayı içə-içə, siqaretini çəkirdi. Xalaoğlusu Kazım gülərək:
-Noldu? Fatmagülü bəyənmədin?
Elşad Kazıma tərs baxış ataraq:
-Amma o, məni bəyənəcək!!! Hələ məni bəyənməyən qız qarşıma çıxmayıb. Mən onu kənd qızı olduğunu bilirdim deyə, çox da vecimə almırdım, amma şəhər qızı olduğunu biləndən fikrim dəyişildi.
Bu söhbəti pəncərədən Səbinə eşitdi və öz-özünə:
-Vay, vay, vay.. Deməli kəndli qızlarını bəyənmirsən, hə?? Eybi yox görərsən sən.
2-ci bölümün sonu
Sevdalı Yarım
3-cü bölüm
Səhər açıldı. Səbinə yenə evin sakinləri kimi səhər 8-də oyanmışdı. Otağında əynini dəyişdikdən sonra, aynanın qarşısında saçlarını darıyırdı. Dəhlizdən kiminsə xorultusu gəlirdi. O qədər güclü xorultu idi ki, Səbinə o səsin kimə aid olmasını bilmək üçün otağından çıxıb dəhlizə boylandı və yerdə yatan Elşadı gördü:
-Necə də öküz kimi xoruldayır.. Özü də elə öküzdür. Eybi yox, bu gündən sənə həddini bildirməyə başlayacam.
Elşadın yanında xalaoğlusu Kazım da vardı. Kazım olmasaydı, Elşadın başına oyun açmağı düşünürdü.
Hamam otağına keçib dişlərini fırçaladı, üzünə su çilədi. Hamamdakı işlərini bitirdikdən sonra, mətbəxə keçib evin sakinlərinə::
-Sabahınız xeyir.
Leyla nənə:
-Sabahın xeyir, gözəl qızım. Sən niyə bizə baxıb bu vaxt durursan? Bura sənin də evindir. Qətiyyən çəkinmə heç nədən.
Səbinə gülümsəyib:
-Çox sağ olun.. Amma mənim üçün problem deyil erkən oyanmaq. Belə gözəl bir kənddə insan heç yatar?
Leyla nənə:
-Həqiqətən xoşuna gəldi kənd həyatı?
Səbinə:
-Bəli, həmdə çox.
Səbinənin bu sözü Leyla nənənin və masadakıların çox xoşuna gəldi.
Günel:
-Sən hansı universiteti bitirmisən? İxtisasın nədir?
Səbinə:
-Modelyer və dizaynerəm.
Sevda və Günel:
-Vauuu, maşaALLAH.
Günel:
-Bəs niyə işləmirsən?
Səbinə:
-Ürəyimcə olan bir iş tapa bilmirəm.
Səhər yeməyini yedikdən sonra, Səbinə Sevdaya:
-Sevda xala, sizdə kənd qızların geyindiyi uzun yubkalardan var?
Sevda qollarını çarpazlayıb:
-Nə eləməyi düşünürsən?
Səbinə:
-Heç nə, sadəcə geyinmək istəyirəm.
Sevda əlini Səbinənin alnına qoydu. Səbinə:
-Nə edirsiniz?
Sevda:
-Baxıram görüm qızdırman yoxdur ki.
Səbinə:
-Amma burada qəribəlik nə var? Sadəcə geyinmək istəyirəm. Kənd havasına uyğun yaşamaq istəyirəm. Nolar, xahiş edirəm.
Sevda sanki Səbinənin ağlından keçənləri oxudu və:
-Yaxşı keç otağına, indi gətirəcəm.
Səbinə sevinib Sevdanın boynuna sarılıb üzündən öpdü.
Sonra dəhlizə keçib otağına çatanda Elşadı qarşısında gördü:
-Sabahın xeyir, balaca.
Səbinə:
-Sabahın xeyir, təmbəl öküz. Axırki oyandın!
Elşad Səbinənin sözündən daha da qururlanaraq:
-Oooo, deyəsən mənim yatıb-durmaq saatımı güdürsən, hə balaca?
Deyərək, Səbinənin saçlarına toxunmağa başladı, Səbinə onun əlini saçlarından çəkib:
-Çək əlini!!! Mən heç də sənin yatmağını güdmürdüm.. Güdməyə ehtiyac yoxdur, maşaALLAH o qədər güclü xoruldayırsan ki, elə bil zəlzələdir.
Elşad:
-Goplama, balaca. Mən xoruldamıram.
Səbinə:
-Xoruldayırsan!
Elşad Səbinəyə nəfəs-nəfəsə qalacaq qədər yaxınlaşdı, gözləri bir-birinə toqquşdu:
-Dedim ki, xoruldamıram.
Səbinə:
-Eybi yox, sübut edəcəm sənə.
Əli ilə onu itələyib otağına daxil oldu.
Elşad hamam otağına girdi. Orada aynanın yanında axşam Səbinənin başında gördüyü güllərdən tacı gördü, əlinə alıb xəfif gülümsəməsi ilə diqqətlə incələyərək düşüncələrə qərq oldu.
Sevda isə Səbinənin dediyi paltarlardan seçib ona gətirdi:
-Buyur, xanım qız.
Səbinə:
-Sən birdənəsən Sevda xala.
Səbinə paltarlar içindən ətəyi yerə kimi uzun qara yubka, sarı rəngdə nazik uzun qollu kofta, başına qırmızı yaylıq seçib, hamısını geyindi. Tam hazır olandan sonra:
-Sevda xala, necəyəm? Yaraşdı mənə bu geyim?
Sevda uğunub getmişdi. Səbinə:
-Noldu? Çox pis görsənirəm?
Sevda:
-Pis deyilsən, çox gözəl yaraşdı sənə. Əsl kənd qızlarına bənzədin.
Sonra Sevda yenə əlavə elədi:
-Sadəcə mənim anlamadığım bir şey var, sən niyə belə geyinmək istədin ki? Səbəbi Elşaddır?
Səbinə utandı bir an. Sevda:
-Utanma, canım. Mənə hər şeyi deyə bilərsən.. Elşadla bağlıdır bu geyimlər? Əgər elədirsə, o belə geyimlərə ağız əyər, lağ edər.
Səbinə::
-Bilirəm, onun kənd qızlarına qarşı allergiyası var.
İkisi də gülüşdülər. Səbinə sözünə yenə əlavə elədi:
-Məqsədim ona yaxşı bir dərs verməkdir.
Elşad həyətdə kişilərin oturduğu masada oturub çay içirdi. Əlində də Səbinənin tacını oynadırdı. Ürəyi onu görmək istəyirdi və bu zaman gördüyünə inana bilmədi, Səbinə kənd geyimində Sevda ilə aşağıya enib eyvanda oturdu.
Elşad Kazıma:
-O Səbinədir?
Kazım:
-Hə, Səbinədir.. Elşad:
-O niyə belə geyindi?
Kazım:
-Əgər bu qədər maraqlıdırsa get özündən soruş.
Elşad:
-Soruşacam.
Elşad əlindəki tacla eyvana gəlib Səbinənin qarşısında dikildi:
-Xeyr ola, balaca qız? Niyə belə geyinmisən?
Səbinə geyiminə oyan-bu yan baxıb:
-Nə varmış geyimimdə? İndi belə geyimə lağ edəcəksən?
Elşad:
-Sən ağlını qaçırmısan!
Səbinə ayağa qalxıb:
-Sən bir qıza ancaq geyimə görə qiymət verirsən? Kənd geyimi geyinən qızlar zənn edirsən ki, cahildir, amma dəblə geyinən, açıq-saçıq geyinən qızlar isə dünyanın ən ağıllı qızlarıdır?
Elşad bir an Səbinənin sözlərindən pərt oldu və:
-Mən elə şey demədim!
Səbinə:
-Demirsən, amma elə düşünürsən! Nəysə, mən indi gedirəm inək sağmağa.
Səbinə iti addımlarla həyətdə bir az irəlidə duran inəyə doğru yaxınlaşdı və:
-Necəsən, gözəl?
Yerdə oturub sağmağa başlayırdı ki, arxadan bir səs:
-Kömək eləyim?
Üzünü çevirəndə Elşadı gördü.
3-cü bölümün sonu
Sevdalı Yarım
4-cü bölüm
Səbinə kinayə ilə:
-Noldu? Vicdanın sızladı yoxsa?
Elşad heç nə demədən gülümsəyib , Səbinənin yanında oturub, onun tutduğu inəyin bir döşündən tutdu, Səbinə:
-Ey, korsan? Görmürsən onu mən sağıram?
Elşad bilə-bilə Səbinənin əlinə toxunmaq üçün bu üsula əl atdı:
-2 dəqiqəlik adam kimi danışsaq olmaz?
Səbinə:
-Mən adamam.
Elşad:
-Yaxşı, balaca əsəbləşmə.
Deyərək, Elşad inəyin digər döşünü tutub sağmağa başladı.
Səbinə:
-Mən balaca deyiləm, bəsdir mənə balaca dedin.
Elşad:
-Amma balacasan, nə deyim? Zorla böyük deyə bilmərəm ki?
Səbinə:
-Dedim balaca deyiləm.
Elşad:
-Sən çox kaprizli, ərköyün, balaca, şirin-şıltaq bir şeysən.
Səbinə:
-İndi də guya yaxşı bir söz deməyə çalışdın? Həmçinin kaprizli olduq hə?
Elşad yenə bilərəkdən onu acıtmağa davam edirdi:
-Hə... Kaprizli gözəl..
Səbinə:
-Səndə öküzsən.
Deyib , inəyin vedrəyə sağdığı südü Elşadın köynəyinə sıçratdı.
Elşad:
-Az başın xarab olub? Üst-başımı süd elədin..
Səbinə çiynini çəkib:
-Mənə nə? Yaxşı oldu sənə, qoy bir dəfə də sənin üzərindən inək iyi gəlsin, bahalı ətirlərinin iyini dəf eləsin, o bəyəndiyin şəhər qızları da səndən qaçsın.
Elşad:
-Ooo deməli, məni qısqanırsan?
Səbinə:
-O boyda sözlərimin içindən bunu anladın???
Elşad:
-Söhbəti fırlatma, etiraf elə məni qısqandığını.
Səbinə:
-Bu nə özgüvən? Qısqanmıram.
Elşad:
-Qısqanırsan...
Səbinə:
-Qısqanmıram.
Elşad:
-Deməli boynuna almırsan hə?
Səbinə çaşaraq:
-Yox.
Deyəndə, öz-özünə pərt oldu, Elşad uğunub getdi:
-Xaxaxaxa, yox dedin! Bu o deməkdir ki, sən məni qısqanırsan.. Və bu da o deməkdir ki, sən məni sevirsən, balaca.
Səbinə:
-Sən ağlını qaçırmısan, mən səni niyə sevim? İki gündür gördüyüm insanı necə sevə bilərəm hə???
Özündən razı, ərköyün, öküz, odun, kobudun birisən!!!
Elşad:
-Deməli, mən öküz, odun, kobudam hə?
Səbinə:
-Sən niyə mənim hər dediklərimi mənə təkrarlatdırırsan?
Elşad:
-Yaxşı edirəm, balacam.
Deyərək, vedrə ilə dolu südün hamısını Səbinənin üzərinə tökdü, Səbinə qışqırmağa başladı:
-Aaaaaaa.... Başdan xarab, səfeh!!! Niyə belə elədin????
Elşad uğunub getdi:
-Qoy ikimizdən də inək iyi gəlsin...
Onlar bu qədər bir-birinə yaxın olarkən ürəkləri çırpınırdı, nəfəs-nəfəsə verirdilər, gözlər bir-birinin cizgilərini əzbərləyirdi.
Bu mənzərəni isə uzaqdan Leyla nənəgilin, qonşuluğundakı Elşadı çoxdan arzulayan Gülbəniz adında qız görüb şoka düşdü.
Gülbəniz gəlib ikilinin başı üstündə durub:
-Nə baş veyiy buyada? Kənd yeyində bu nə mənzəyədiy, Eyşad?
Elşad ilə Səbinə bir anda başları üstündə duran, Gülbənizi görəndə, Səbinə çox utandı, Elşad isə sərt və bezgin baxışlarla Gülbənizə:
-Min dəfə sənə demişəm ki, mənim adım Elşaddır, Eyşad deyil. Yekə qız olmusan hələdə pəltəkliyində qalmısan.
Gülbəniz çox saf qız olduğu üçün Elşadın sözü xətrinə dəydi və gözləri yaşardı, Səbinənin qıza ürəyi ağrıdı və Elşada:
-Sən həqiqətən öküzsən. Qızı ağlatdığının fərqindəsən?
Elşad bir anlıq peşman olmuşdu ki, Gülbəniz coşdu:
-Mən daha çox mənə ediyən haqsızyığa ağlayıyam.
Deyərək, Leyla nənəyə səsləndi. Leyla nənə Gülbənizi cırcırama səsindən tanıyan kimi eyvana çıxdı:
-Nə olub yenə Gülbəniz? Yenə səsin Talış dağlarını bürüdü.
Gülbəniz göz yaşları içində:
-Siz mənə haqsızyıq eyədiniz! Mənim anama dediniz ki, guya Eyşad kənd qızyayını bəyənmiy, şəhəy qızyayını bəyəniy, amma az öncə biy kənd qızı iyə buyun-buyuna idiyəy.
Elşad Səbinəyə:
-Bu da sənin yazıq dediyin qız. 2 dəqiqənin içində xəbərçilik elədi.
Səbinə:
-Amma qızda nə günah var? Kim görsə başqa anlam yükləyəcəkdi.
Leyla nənə , Gülbənizin pəltək sözlərindən çox güclə dediklərini anlayıb qəhqəhə atdı, Gülbəniz Leyla nənənin gülməsindən daha əsəbləşdi:
-Siz nəyə güyüysünüz? Məni necə gic yeyinə qoyduğunuza?
Leyla nənə:
-Mən sənin dəliliyinə gülürəm.
Deyərək, çubuğu ilə pilləkənləri enib üst-başı süd içində olan Elşad ilə Səbinəyə yaxınlaşdı:
-Booy, uşaqlar siz süd ilə çimmisiniz?
Deyib, yenə qəhqəhə atdı. Sonra Gülbəniz:
-Bu mənim Bakıdan qonağımdır. Qapı qonşumun dəyərli nəvəsidir. Adı da Səbinə. Bu qızım, mənim bu ərköyün nəvəmə dərs keçmək üçün kənd qızlarının geyimindən geyinib. Yəni , kənd qızlarına yuxarıdan aşağı baxmamağı öyrədir. Məncə, sən bu qızla dost olsan ondan çoooox şeylər öyrənərsən. Ən əsası dedi-qodu eləməməyi öyrənərsən. Anladın?
Leyla nənənin sözləri Gülbənizi pərt elədi. Gülbəniz:
-Şəhəy qızı oysa noysun, bəs mənim göydüyüm nə deməkdiy?
Leyla nənə:
-Ay qız , bura gəl.
Səbinəgildən bir az aralı durub:
-Səni qohumlarımızdan biri istəyir.
Leyla nənə bunu deməklə, Gülbənizin Elşada olan ümidlərindən vazgeçməsini istəyirdi. Artıq Elşadla Səbinənin aralarının düzəlməyinə sevindiyi yerdə hər şeyin alt-üst olmağını istəmirdi.
Gülbənizin gözləri bərəldi:
-Hə yəni , mən evdə qaymayacam həəə?
Leyla nənə:
-Az yavaş danış da.. Görən də deyər bəlkə ər eşqi ilə yanıb tutuşursan. Sən hələlik evinə get, mən özüm gəlib, hər şeyi başa salacam.
Gülbəniz son dəfə Elşad ilə Səbinəyə fors edər kimi baxış atıb evinə getdi.
Elşad:
-Nənə, nə dedin bu dəliyə? Niyə belə baxıb getdi?
Leyla nənə:
-Əsl dəli sizsiniz, utanmırsınız kənd yerində qəribə hərəkətlər edirsiniz? Səbinə qızım, burada hamı sözbazdır eee..
Səbinə:
-Şey... Bağışlayın məni..
Elşad:
-Nənə, onun günahı yoxdur.. Mən onun üzərinə südü tökdüm.
Səbinə:
-Yox, səhv danışırsan. Əsl günahkar mənəm. Birinci mən başladım.
Elşad üzünü Səbinəyə çevirib:
-Yox, sənsən səhv. Mən birinci başladım, sən bağışla məni.
Səbinə qollarını çarpazlayıb:
-Dedim ki, mənəm günahkar.. Əsas sən bağışla məni.
Elşad:
-Yox dedim. Sən məni bağışla.
Səbinə:
-Elşad, adamı xəstə eləmə.. Dedim sən məni bağışla..
Leyla nənə kənardan bunlara gülümsədi:
-İndi mən sizin ikinizi də bir gözəl bağışlayaram haaa... Yenə başladınız dır-dıra.. Boş qalanda didişməkdən vazgeçmirsiniz. Gedin üst-başınızı təmizləyin!! İkinizdən də inək iyisi gəlir!!
Elşad və Səbinə " inək iyisi " sözünə gülüşdülər.
Leyla nənə:
-Siz də siyam əkizləri kimi hər şeyi bərabər edirsiniz.. Gedin üst-başınızı dəyişin, yoxsa ikinizi də bu çubuqla döyəcəm!!!
Səbinə ilə Elşad " yooox" deyə qışqıraraq, qaça-qaça evə daxil oldular.
Onların arxasınca Leyla nənə gülümsədilər. Sevda anasının yanına yaxınlaşdı:
-Deyəsən hər şey yaxşılığa doğru gedir?
Leyla nənə:
-Deyəsən... Üstəlik bu iki dəli ilə doyunca əylənəcəyik bu gedişlə.
4-cü bölümün sonu
Sevdalı Yarım
5-ci bölüm
Axşama yaxın Sevda süfrədə sözə başladı:
-Səbinəcim, yeməkdən sonra gedək səni gəzdirək. Relax otelini, digər istirahət guşələrini gör. Razısan?
Səbinə sevinərək:
-Əlbəttə olar.
Elşad:
-Mən aparıb gəzdirərəm..
Səbinə:
-Hamımız gedək, uşaqları da aparaq.
Sevda Səbinə ilə Elşadı baş-başa qoymaq üçün etiraz elədi:
-Uşaqlar bu gün çox oynadığı üçün çox yorulub. Səni bu gün Elşad gəzdirsin, sabah bərabər gedərik. Olar?
Səbinə:
-Nə bilim.
Elşad:
-Ay qız, adam yeyən deyiləm eee rahat ol.
Səbinə:
-Çox sözbazsan. Sənə adam yeyən deyən oldu?
Uşaqlar gizlin-gizlin gülüşməyə başladılar:
-Bunlar yenə başladı.
Sevda:
-Besdirin didişdiniz. Yeməklərinizi bitirin gedin gezməyə.
Yeməkdən sonra Səbinə əynini dəyişdi, saçlarına düz fen çəkdi, üzünə xəfif makyaj vurdu. Nədənsə içindən Elşadın daha da xoşuna gəlsin deyə, çox gözəl görünmək gəlirdi. Sevgi insanı hər şey eləməyə vadar edir təbii olaraq. Yarım saata kimi hazır oldu. Çantasını da götürüb həyətə düşdü, Elşad əlindəki siqareti ilə maşının qabağında durub onu gözləyirdi... Bir anda Səbinəni qarşında başqa tərzdə görəndə həmişəki sataşmalarından birini işlətdi:
-Axırki təşrif buyurdunuz, Səbinə xanım.
Səbinə süni gülüş atıb gözlərini süzdürdü:
-Siz də zəhmət olmasa siqaretinizi söndürün ve sükan arxasına keçin.
Elşad onu başdan-ayağa süzüb:
-Sənə saç açmaq çox gözəl yaraşır. Həmişə belə aç.
Səbinə:
-Axırki ağzından xoş bir söz çıxdı.
Elşad:
-Yaxşı-yaxşı, keç maşına.
Elşad sükan arxasına keçdi və “ Aleyna Tilkinin - Sen olsan bari “ mahnısını qoyub sürməyə başladı.
Mahnının nəqarət hissəsinə çatanda Səbinə də Aleyna ilə birgə oxumağa başladı, Elşad onu diqqətlə dinlədikdən sonra:
-Deyəsən çox xoşlayırsan bu mahnını?
Səbinə:
-Həmdə çox.
Elşad:
-Məndə çox xoşlayıram.
Mahıya yüksək səs verərək yola davam elədi.
Didişmədən, mehribanca danışa-danışa Relax otelinə gəldilər. Bu otelin həyəti Bakı bulvarını xatırladırdı, əsasən də axşam gəzintisində çox gözəl olurdu. Elşad oteldəki mənzərəli yerlərin önündə Səbinənin şəkillərini çəkirdi.
Səbinə:
-Çox sağ ol, fotoqraf. Sizi də çox yorduq.
Elşad:
-Dəyməz, balaca xanım.
Səbinə:
-Yenə başladın? Bayaqdan didişmirdik, deyəsən darıxdın.
Elşad:
-Sənə sataşmaqdan həzz alıram, meymunça.
Səbinə:
-Aaaa eşşək!!! Sənsən meymun.
Elşad:
-Orası düzdür, meymun ilindənəm.
Səbinə:
-Çox heyif, kaş öküz ilindən olsaydın.
Elşad:
-Sən də yəqin keçi ilindənsən, keçi kimi buynuzun var... Xaxaxa
Səbinə Elşadın çiynindən xəfifcə vurdu:
-Xeyr, at ilindənəm.
Elşad:
-Hmmm... Anladım, o zaman at kimi kişnəyirsən.. Baxsana, nə deyirəm o saat "iyahahaaa" edirsən.
Səbinə onu zarafatca xəfif-xəfif döyməyə başladı:
-Öküz, donuz, odun, səfeh, şit!!!
Dediyi anda bir anda gözü şirin pambıqlara sataşdı:
-Aaaa pambıq vaaaar..
Elşad başını çevirib pambıqlara baxdıqdan sonra Səbinənin gözlərində uşaq qədər şirin pambığa dair xəyallara daldığını gördü və gedib iki ədəd pambıq aldı:
-Buyur, balaca xanım.
Səbinə Elşadın əlindəki pambığı görəndə uşaqlar kimi çox sevindi və bu dəfə onun "balaca" xitabına əhəmiyyət vermədi:
-Çooox sağ ol.
Elşad:
-Nə böyük pambıq eşqiymiş bu.
Səbinə yenə onun sözünə əhəmiyyət vermədi və pambığın selafanını açıb acgöz uşaqlar kimi iştahla yeməyə başladı, Elşad baxa-baxa qalmışdı:
-Ay qız, boğulacaqsan. Yavaş ye, nolub? Əlindən alan var?
Səbinə ağzı dolu şəkildə danışmağa başladı:
-Sən bilmirsən, mən illərdir bunun həsrətini çəkirəm.
Elşad güldü:
-Niyə valideynlərin deyir day bəbə deyilsən, almırıq hə?
Bir anda Səbinə dərindən köks ötürdü, pambığı yeməyə ara verdi.
Elşad bir anda narahat oldu:
-Noldu, niyə yemədin? Yalnış bir şey demədim inşaALLAH? Əgər dedimsə, bağışla məni.
Səbinə:
-Yox, sənlik bir şey yoxdur burada. Hər bir normal insan kimi elə düşünmək haqqındır. Mən 5 yaşımda olanda, atam bizi, yəni anamla məni tərk edib getmişdi. Mənim ailəm 3 nəfərdən ibarət idi- anam, nənəm və rəhmətlik babam. Onların üçü də mənə atamı əvəz elədilər, heç biri atasızlığımı hiss elətdirmədilər. Heç vaxt pambıq yemək mənə nəsib olmamışdı, yaşadığım problemlərdən dolayı. Bu yaxınlarda da canımdan əziz olan , ailəmin bir parçasını da itirdim — babamı... Onun ölümü məni dərindən sarsıtdı...
Səbinə danışarkən gözləri doldu, Elşad daima didişdiyi qızı ilk dəfə idi gözü yaşlı görürdü və ata mövzusu onun üçün nə qədər həssas nöqtəsi idisə, eyni mövzu da Elşad üçün həssas idi. Onun atası da Elşadla Günel uşaq olanda tərk eləmişdi. Səbinənin sözləri onun da yarasını açmışdı:
-ALLAH rəhmət eləsin babana, üzülmə.. Bundan sonra sənin ailən genişlənəcək..
Deyərək, əlindəki pambığı ona uzatdı:
-Al bu da sənin olsun, doyunca ye... Doymasan yenə alaram sənə, təki bir daha gözlərində yaş görməyim. Sonra məni də kövrəldirsən gördüyün kimi.
Səbinə yaşlı gözləri ilə gülümsədi:
-Deməli səndə kövrək qəlbli imişsən?
Elşad:
-Nənəm həmişə deyir ki, dəli-dolu insanlar kövrək qəlbli olur.
Səbinə:
-Düz demiş. Məndə deyirəm ki, həmişə deyib-gülən insanların qəlbində gizli bir kədər olur.
Elşad:
-Sənin də atalar sözün mənalıymış.
İkisi də gülümsədi. Sonra Elşad əlavə elədi:
-Mənim də atam səninki kimi biz uşaq olanda tərk edib gedib. İndi guya aradabir qayğımıza qalırmış kimi Moskvadan pul göndərir, amma mən qətiyyən onun pullarından istifadə eləmirəm, evdəkilərə də qadağa qoymuşam.. Nəyimə lazım, yanımızda dayaq kimi dura biləcək adamın qürbət ölkədən göndərdiyi pullar? Mənə pul yox, onun qayğısı lazımdır. Pul ilə sevgi, qayğı alacam?
Səbinə də Elşadın hekayəsindən təsirləndi.
Səbinə Elşadla söhbət edərək pambıqları yeyib-bitirmişdi.
Elşad gülərək:
-Yenə alım?
Səbinə:
-Yox, bəsimdir, çox sağ ol. Sayəndə doyunca yedim.
Elşad:
-Nuş olsun.
Səbinə:
-Sən niyə kənd qızları ilə şəhər qızları arasında ayrı-seçkilik eləyirsən? Mən indi kənd qızı olsaydım , mənimlə heç bu qədər yol getməzdin hə?
Elşad gülümsədi:
-Elə şey yoxdur mənim təbiətimdə.. Sadəcə bizimkiləri acıtmaq üçün elə yekə-yekə danışardım.. O qədər bəyənə bilmədiyim qızlarla tanış eləmək istəyiblər, istər kənd istərsə də şəhər qızı bəyənə bilmədim... Ta ki, bir xanımın ayağıma çamadanların düşməsinə səbəb olan günə qədər...
Səbinənin bu anda üzündə xəfif bir təbəssüm yarandı:
-Onda o xanımın kəndli qızı olmasını bilmirdin?
Elşad:
-Yox.. Özümü çox şit aparsam da, həqiqətən səndən xoşum gəldi.. Heç bir qızda görmədiyim məsumiyyət gördüm gözlərində..
Elşadın bu etirafı Səbinənin xoşuna gəldi:
-Gec oldu. Evə gedək artıq, narahat olmasın evdəkilər.
Elşad:
-Yaxşı.
Maşınına doğru yaxınlaşanda bir kişinin əlində rəngarəng şarlar gördü və Səbinəyə sürpriz eləmək istədi:
-Səbinə, sən burda dur gəlirəm.
Səbinə:
-Nəsə oldu?
Elşad:
-Yox heç nə olmayıb, gözlə gəlirəm.
Elşad şar satan kişiyə yaxınlaşıb:
-Şarların hamısını alıram, dayı.
Dayı gözlərini bərəldərək:
-Hamısını?
Elşad cibindən 100 manat çıxardıb bütün şarları aldı, dayı çox sevinmişdi:
-Çox sağ ol, oğlum. Səni mənə ALLAH yetirdi.. Pis çıxmasın, çox ehtiyacım vardı. Yoldaşım ağır xəstədir, söz vermişdim ona bu gün evə tez gedəcəyimi.
Elşad:
-ALLAH şəfa versin, dayı.
Dayı:
-Amin, çox sağ ol, oğlum. Əgər sevdiyin varsa, ona sevgini vaxtında göstər.
Dayının sözləri Elşadın ağlına yeni fikirlər saldı. O, axı Səbinəni sevir və onunla vaxt keçirmək çox xoşuna gəldi. Səbinə onu həqiqətən də dəyişdirmişdi. O, əvvəllər bir qədər insanlara yuxarıdan aşağıya baxan idisə, artıq elə insan deyildi. Bir az düşündükdən sonra Elşad dayıya:
-Dayı, bu yaxınlıqlarda üzük dükanı var?
Dayı:
-Hə oğlum, bir az irəli get sağdadır.
Elşad sevincərək oldu:
-Çox sağ olun, ALLAH köməyiniz olsun.
Deyib , iti addımlarla dayının dediyi istiqamətdə yüyürdü və üzük dükanını tapdı, içəri girdi və tək qaş bir üzük seçdi, hədiyyə kimi bağlatdırıb, pulunu verdikdən sonra dükandan çıxdı.
Elşad əlindəki 100 şar və üzüklə gələndə, ətrafdakı camaat həsədlə baxırdı.
Səbinə öz aləmində Elşadı düşünürdü və üzündə gülüşlər yaranmışdı, o da Elşadı sevirdi. Uzun müddətlik kədərli günlərinin ardından, Elşadı tanıması ilə özünə qapanan keçmiş Səbinədən əsər-əlamət qalmamışdı.
Bir az sonra düşüncələrdən ayrılıb:
-Görəsən harada qaldı bu?
Dediyi an başını arxaya çevirib gördüyünə inana bilmirdi:
-Aaaa.... Elşad, bunlar nədir?
Elşad Səbinəyə yaxınlaşdı və xoş təbəssümü ilə:
-Hamısı sənin üçündür.
Səbinənin yenə sevincdən gözləri doldu:
-Duyğularım o qədər qarışıb ki, söz tapa bilmirəm deməyə.
Elşad gülümsəyərək:
-Başa düşürəm, normaldır.
Sonra Elşad əlindəki balaca qutunu Səbinəyə uzatdı:
-Bu da sənin üçündür.
Səbinə:
-Mənə hədiyyə almısan? Sən bu gün mənə ad günü edirsən deyəsən?
Elşad:
-Hər şeyi səni xoşbəxt eləmək üçün edirəm.
Səbinə qutunun hədiyyə kağızını cırdı, qutunu açdı və tək qaş üzüyü gördü:
-Nə gözəldir.
Elşad üzüyü qutudan çıxardıb sevdiyi qızın qarşısında diz çökdü:
-Səbinə, mən səni ilk gündən sevirəm... Həmdə hər şeydən çox sevirəm... Mənimlə evlənərsən?
Sevdalı Yarım
Final
Səbinə , sevincdən şoka düşdü:
-Mənnn... Mənnn nə deyəcəyimi bilmirəm... Hər şey o qədər tez baş verdi ki...
Elşad:
-Anladım..Günah məndədir.. İstərsən bu barədə bir az düşünmək üçün zaman verim..
Dedi və ayağa qalxanda, Səbinə özündən asılı olmadan ona sıx-sıx sarıldı:
-Bu gün mənə yaşatdığın hər şey üçün təşəkkürlər. Hələ özümü bu qədər xoşbəxt hiss eləməmişdim.
Elşad onu qarşılıqlı olaraq bərk-bərk qucaqladı:
-Məndə sənin həyatıma daxil olub, həyatımı rəngləndirdiyin üçün çox sağ ol.
Sonra aralaşıb:
-İndi cavabın nə oldu?
Səbinə sanki bir anlıq özünü unutmuş kimi apardı:
-Nə cavab?
Elşad:
-Bayaqkı sualımın cavabını gözləyirəm.
Səbinə yenə artistliyə özünü qoydu:
-Hansı sual?
Elşad kiçik uşaqlar kimi incidi:
-Yaxşı nəysə, boş ver.
Səbinə Elşadın incidiyini hiss elədi və əli ilə qolundan tutdu:
-Hə deyirəm, ay öküz.
Elşad bir anda sevincdən həyəcanlandı:
-Nə dedin??? Hə dedin??
Səbinə:
-Hə , dedim.
Elşad bir daha ona bərk-bərk sarılıb yuxarı qaldırdı:
-Canım mənimmm...
Səbinə:
-Məni yerə qoy ay dəli. Camaat bizə baxır.
Elşad:
-Baxsınlar da.. Nolsun? Bu arada səndə məni sevirsən?
Səbinə:
-Sevirəm başımın bəlası.
Elşad bu etirafdan sonra sanki sevincdən havalara uçdu və Səbinəni yerə qoyub, onları izləyən insanlara ucadan səsləndi:
-Biz bir-birimizi sevirik, ay gözəl insanlar və tezliklə evlənəcəyik inşaALLAH. Siz də öz sevdiklərinizin qədrini vaxtında bilin, sevginizi əməllərinizlə göstərin, həyat çox qısadır. Yaxşı mı millət?
İnsanlar xorla:
-Baş üstə... Hamımız sizi təbrik edir və alqışlayırıq, ALLAH sizi xoşbəxt eləsin, sevginiz bir çiçək tək solmasın.
Elşad:
-Çox sağ olun.
Səbinə pıçıltı ilə:
-Sən dəlisən vALLAH.
Elşad:
-Sənin sevgindən dəli olmuşam.
Bu zaman Elşadın telefonuna evdən zəng gəldi:
-Bəli ana?
Elza:
-Siz hardasınız? Gəlmirsiniz?
Elşad:
-Gəlirik, gəlirik narahat olmayın.
Elza evdəkilərə:
-Deyir gəlirik. Səsi də çox gur çıxırdı.
Leyla nənə gülərək:
-Görünür bu iki dəli bir-biri ilə dil tapdı.
Bir saat sonra Elşad ilə Səbinə evə çatdılar. Eve girən kimi , onlara maraqlı gözlərlə baxan ailəsinə Səbinənin barmağındakı üzüyü göstərdi:
-Biz tezliklə evlənirik.
Bu xəbərə hamısı çox sevindi.
Günel:
-Ay sizə noldu belə? Didişə-didişə getdiniz, evlilik planları quraraq geri döndünüz.
Leyla nənə onlara tərəf yaxınlaşdı:
-Bunlar əslində ilk gündən bir-birini sevməyə başlamışlar, sadəcə baş-başa qalmaqları sevgilərinin gözəl bir nəticəyə gətirib çıxarmasına lazım idi və alındı da..
6 ay sonra
Elşad ilə Səbinənin Lerikdə məhz həmin həyətdə, möhtəşəm toyu baş tutdu. Səbinənin anası, nənəsi, xalaları və digər yaxın qohumları da toyda iştirak elədilər.
Toyun axırında Səbinə gülü atdı və Gülbəniz tutdu. Səbinə onun gülü tutmağını görəndə Gülbənizə gülümsədi:
-Təbriklər..
Gülbəniz:
-Onsuzda nişanyıyam, tezyikyə məndə sənin aydınca əyə gedecem. Xoşbəxt oyasınız inşaALLAH.
Səbinə və Elşad gülümsəyərək təşəkkürlərini bildirdilər.
Toyun səhərisi bal ayı olaraq Türkiyənin Bodrum şəhərinə 2 həftəlik tətilə yollandılar.
Oteldə Elşad:
-Səni həmişə çoox sevəcəm, sevgilim.
Səbinə:
-Məndə səni həmişə çooox sevəcəm.
Elşad Səbinənin alnından öpüb qucaqlayıb bağrına basdı..