Edebiyyat.az » Proza » A.Kamyu - Nə qurban, nə də cəllad

A.Kamyu - Nə qurban, nə də cəllad

A.Kamyu - Nə qurban, nə də cəllad
Proza
nemət
Müəllif:
20:45, 29 aprel 2019
1 547
0
A.Kamyu - Nə qurban, nə də cəllad
 


  Bəli, biz öz səsimizi qaldırmalıyıq. Bura qədər mən emosiyalara üz tutmamaq üçün özümü güclə saxladım. Biz, bizi boğmaq üçün hədə-qorxu gələn, hər bir detalını özümüz hazırladığımız tarixin məntiqindən aralı düşmüşük. Bu irrasional uzunluğa doğru gedən məntiq torunu başdan ayağa qədər kəsə bilən bir emosiya deyil, ancaq məntiqlə üz-üzə gələn tək səbəb onun öz əsasındadır. Ancaq mən təəssüratları kənara atmamalıyam… belə ki, gələcək üçün istənilən proqramı sevgi və hiddət hissimiz olmadan da əldə etmək olar. Mən yaxşı bilirəm ki, bir insanı hərəkətə keçirmək güclü təkan tələb edir və məqsədləri sanballı olan birini də mübarizəyə qoşmaq çox çətindi. Ancaq problem insanı buna necə cəlb etməkdə deyil, əksinə, ən mühüm olanı onları cəlb etməkdən daha çox onlara nə etdiklərini başa salmaqdır.
Hər hansı bir gələcək yaratmaq üçün qorunmalı olanı qorumaq…- burada tələb olunan şeylər güclü təkan, ehtiras və qurbandır. Bu yalnız onu tələb edir ki, biz açıq-aşkar bəşəriyyətin çoxunun uzun və qeyri-müəyyən sonlara çatması üçün hələ də daha miskin olmağa məcbur edilib edilmədiyini, qardaşın qardaşı öldürdüyü, silahla əhatə olunan bu dünyanı qəbul edib etməməyi və ya əksinə, bizdən daha yaxşı təmin olunan gələcək nəsillərə sağ qalmaq şansı verməkdən ötəri əlimizdən gəldiyi qədər qırğın və səfalətlərin qarşısını alıb almamağı fikirləşib qərara gələk.
Öz adımdan kifayət qədər əminliklə deyə bilərəm ki, mən öz seçimimi etmişəm. Və seçimimi etdiyimdən səmimi danışmalı olduğumu fikirləşirəm, eləcə də vurğulamalıyam ki, kim olursa olsun heç vaxt adam ölürməklə barışanlardan biri olmayacam  və bununla da bu qərarın nəticələrini qəbul etməliyəm. Nə qədər ki, mən davam edə bilərəm bu fakt özünü doğruldur. Bununla belə, mən bu məqalənin hansı ruhda yazıldığını aydınlaşdırmalıyam.
  Bizə başqa-başqa ölkələri və ya baqa-başqa millətləri sevməyi və ya onlara nifrət etməyi aşılayırlar. Ancaq bəzilərimiz bu cür seçim etməkdən ötəri bütün bəşəriyyətə daha güclü hisslər bəsləyirik. Rusiyanı həqiqi sevənlər Tolstoyun və Qorkinin anlatdıqlarının dünyaya olan təsirinə minnətdardılar və belə adamları Rusiyanın güclü siyasətçilərinin uğur qazanmağı maraqlandırmır, onlar daha çox Rusiyanı keçmişin ağır sınaqlarından sonra bu günün daha dəhşətli qırğınlarından qorumaq istəyirlər. Amerika və bədbəxt Avropa xalqları da eynilə. Bu indiki dövrümüzün qızğın coşğunluğunun ortasında unuda bilmə ehtimalımızın olduğu adi bir kiçik həqiqətdir.
Bəli, bu gün savaşa gətirib çıxaran şeylər qorxu, susqunluq və mənəvi təklikdir. Və qorunmalı olan şeylər isə insanların qaynayıb-qarışması və ümumi ünsiyyətidir. Köləlik, ədalətsizlik və yalanlar insanlar arasındakı bu əlaqəni məhv edir, qaynayıb-qarışmanın qarşısını alır; və bu səbəbdən də biz bunları rədd etməliyik. Bu gün bu bəlalar tariximizn əsas hissəsini təşkil edir, buna görə də bir çoxları bunları ən əsas bəlalar hesab edir. Bütün bunlar bizim əlimizdə olmadığından biz “tarixdən qaça” bilmərik.  Ancaq kimsə tarixlə, insanın öz səlahiyyəyində olmayan tarixdən qorunmaq üçün mübarizə aparmağı təklif edə bilər. Bütün bunlar burda deməli olduqlarımdır. Bu məqalənin əsas məğzini aşağıdakı kimi yekunlaşdırmaq olar:
  Müasir xalqlar güclü qüvvələr tərəfindən hakimiyyət və hökmranlığa sürükləndirilir. Mən deməyəcəm ki, bu qüvvələrə yardım etmək və ya bu qüvvələrin qarşısını almaq lazımdır. Onların çətin ki, bizim köməyimizə ehtiyacı olsun və belə olan halda onlar bizim onlara mane olmaq cəhdlərimizə gülərlər. Onlar güləcəklər və davam edəcəklər. Ancaq mən yalnız bir sadə sual soruşmaq istəyirəm: birdən bu qüvvələrin sonu ölumə getsə və əksəriyyətin güvəndiyi tarixin məntiqinin kiçicik bir iradə olduğu askarlansa nə olacaq?
Birdən, iki və ya üç dünya müharibəsinə, bir neçə nəslin və bütün dəyərlər sisteminin qurban getməsinə baxmayaraq, yaşadıqlarını güman edən nəvələrimiz özlərini dünya ictimaiyyətindən kənarda görsə nə olacaq?
  Bu yaxşı ola bilərmi ki, bütün bunları yaşayan şəxslər öz əzablarını anlamaqda həddən artıq aciz olsunlar? Bu qüvvələr bütün bunları özləri planlaşdırıb hazırladığından və onların bunu davam etdirməsi qaçılmaz olduğundan bizim bəzilərimizin sağ qalmaq vəzifəsini öz üzərimizə götürməyimiz üçün bir səbəb yoxdur, ona görə ki, hər şeyi həll etmək niyyəti olmadan mövcud olan açıq fikirlilik, bizim qarşımızda uzanıb gedən apokaliptik tarixi mənzərə daima gündəlik həyatımıza bir qədər bəşəri məna vermək üçün hazırlanır. Ən başlıcası odur ki, insanlar ödəməli olduqları dəyəri qiymətləndirməlidirlər.
  Bütün demək istədiklərim odur ki, biz bu ölümsaçan dünyanın ortasında qətl haqqında fikirləşmək və seçim etmək üçün razılığa gəlirik. Ancaq bundan sonra biz özləri qatil və ya qatilin əlbiri olmağın nəticələrini qəbul edənlərlə, bütün varlığı və gücü ilə bunu rədd edənlər arasında fərq qoya bilərik. Bu dəhşətli bölgü xətti həqiqətən də mövcud olduğuna görə, əgər bu fərq açıq –aydın qoyulsa, bu zaman nəaliyyət əldə olunacaq. Qarşıdan gələn illər ərzində beş qitə boyu maliyyələşdirmə ilə aprılan zorakılıq və dostluq əqidəsi arasındakı mübarizə əvvəllər min dəfə bundan artıq uğur qazana bilərdi, nəinki indi. Ancaq mən həmişə dediyimi bir daha təsdiqləyirəm ki, insan təbiətini səfeh adlandıran şəxs şərait durumlarından imtina edən şəxsdir ki, bu da qorxaqlıq hesab olunur. Və bununla belə, tək bu şərəfli yol hır şeyi çox təhlükəli bir risk altına atır: bu sözlər hərbi sursatdan daha güclüdür.

Tərcümə: Günel Təhməzzadə
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)