Harold Pinter- Müsahibə
Söhbət
Harold Pinter: “Quantanamo”dan başqa ABŞ-ın dünyanın 100-dən çox ölkəsində 700-ə yaxın hərbi həbsxanası mövcuddur. Orada saxlanılanların taleyi barədə heç kəs heç nə bilmir”.
Dramaturq, şair, ssenarist, aktyor, rejissor və ictimai хadim. Yəhudi lobbisinin güclü olmasına baxmayaraq, ABŞ iqtidarının son 20 ildə ən çox nifrət etdiyi yazıçı, yəhudi əsilli ingilis dramaturqu Harold Pinter. Onun çıxışlarının əsas motivi ABŞ və onun siyasətçiləridir. Ən qalmaqallı hadisə isə dramaturqun başına 1985-ci ildə Türkiyədə gəlib. Belə ki, Beynəlхalq PEN-klubun təşəbbüsü ilə Harold Pinter və amerikan dramaturqu Artur Miller dissident yazıçılara qarşı təqib və təzyiq faktlarını araşdırmaq üçün Ankaraya gəlir və ABŞ səfiri ilə görüşürlər. Görüşdə ədiblər rəsmi Vaşinqtonu fərqli düşüncə sahiblərinin fəaliyyətinə ciddi maneçilik törədən Türkiyədəki rejimi dəstəkləməkdə ittiham edirlər. Səfir isə öz növbəsində sovet təhlükəsini önləmək üçün ABŞ-Türkiyə işbirliyinin zəruri olduğunu önə çəkir və fikrini diplomatik üsulla əsaslandırır. Lakin mübahisəni etik müstəvidə davam etdirməyə səbri çatmayan Pinter səfirin ünvanına təhqirəmaiz ifadələr işlədir. Bu isə ona baha başa gəlir. Yazıçıları hər kəsin önündə və böyük biabırçılıqla iqamətgahdan qovurlar. Lakin Pinter xatirələrində insidenti bioqrafiyasının parlaq səhifələrindən biri adlandırır.
Pinter dəfələrlə Türkiyədə kürdlərin sıхışdırılması, ABŞ-ın Nikaraquaya təzyiqləri, Mərkəzi və Cənubi Amerikada insan hüquqlarının məhdudlaşdırılması, Amerikanın keçmiş Yuqoslaviyaya antihumanist münasibəti barəsində kəskin bəyanatlarla çıхış edir. Eyni zamanda şair ABŞ və Böyük Britaniyanın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlara qarşı ən barışmaz mövqedə dayanan Avropa intellektuallarından biri kimi tanınır. 2003-cü ildə Pinter İraq mövzusunda yazdığı şeirlərdən ibarət “Müharibə” kitabını çap etdirir. Bu kitab müəllifə Britaniyanın Uilfred Ouen ədəbi mükafatını qazandırır.
Harold Pinter tamaşaçılar arasında populyar əsərlərini 60-cı illərin birinci yarısında yazıb. Bunların sırasına “Kolleksiya” (1961), “Aşnalar” (1962), “Çay dəstgahı” (1964), “Evə dönüş” (1964) və başqa pyeslər daхildir. Bu pyeslərin demək olar ki, hamısı Britaniya teatrlarının səhnəsində uğurla tamaşaya qoyulub. Sonrakı illərdə isə yazıçının “Sahibsiz torpaq” (1974), “Хəyanət” (1978), “Dağların dili” (1988) pyesləri diqqəti daha çoх cəlb etdi.
Pinter mövzularını adi insanların həyatından və məişətindən götürür. Lakin heç bir sürpriz vəd etmədən başlanan bu əsərlərin az qala hamısı qeyri-adi, gözlənilməz və izahı mümkün olmayan sonluqla başa çatır.
Pinter 2005-ci ildə “pyeslərində adilik arхasında gizlənən uçurumları göstərdiyinə və şüurun ən bağlı qatlarına yol tapa bildiyinə görə” Nobel mükafatına layiq görüldü. Şair 79 yaşında - 24 dekabr 2008-ci ildə Londondakı evində vəfat edib. Lakin Rusiya mətbuatı onun səhhətinin pis olmasına baxmayaraq şairin ölümündən bir ay öncə müsahibə ala bilmişdi. Həmin müsahibəni təqdim edirik.
- Sizin Nobel çıxışınız “İncəsənət, həqiqət və siyasət” adlanırdı. Necə hesab edirsiniz, bu üç anlayış eynidir?
- Hesab edirəm ki, Nobel çıxışımda incəsənətdəki həqiqətlə siyasətdəki həqiqət arasında olan fərqi ətraflı izah etmişəm. Fikrimcə, dramaturgiyada olan yalan - mexanizmin bütöv bir hissəsidir. Bəzən yalan dramaturgiyanın əsas hərəkətverici mexanizmi olur. Çünki yalan həqiqətlə ziddiyyət təşkil edir və bu hərəkətin başlanğıcı olur.
Siyasətdə isə vəziyyət tamam başqadır. Çünki siyasətçiləri yalnız iqtidara gəlmək və bu hakimiyyəti uzun müddət əldə saxlamaq maraqlandırır. Bu isə istənilən ölçüdə yalan tələb edir. “Həqiqət” sözü burada, ümumiyyətlə, istifadə edilmir və bu termin qəbuledilməzdir.
Eyni zmanda auditoriyaya qarşı o qədər də mehriban adam deyiləm – bir məqsəd üçün toplaşmış kütləni məmnun etmək məcburiyyətinə nifrət edirəm, ona görə də onlar məni o qədər də maraqlandırmır. Üstəlik, bu auditoriyaların nə qədər müxtəlif olduğu, onun tərkib hissəsi olan insanların bir-birilərindən nə qədər fərqli olduqları hamıya məlumdur, ona görə də düşünürəm ki, onları nəzərə almaq, razı salmağa cəhd etmək olduqca yanlış davranışdır.
- Siz zorakılığın bütün təzahürlərini kəskin tənqid edirsiniz. Tənqidçilər birmənalı olaraq sizin bu teatrın xüsusiyyətlərini dəstəkləyirlər. Tənqidləri ədəbi dillə deyil siyasi arenadan bildirmək lazım olduğunu nə zaman anladınız?
- Uşaqlıq illərimdən siyasi sistemə spektik yanaşırdım. Artıq 1948-ci ildə isə ciddi problemə çevrildi. Ölkəmizdə müharibə bitsə də hərbi itaətkarlıq qalmışdı. Mən isə bunun əksini edirdim və siyasi baxışlarıma görə hərbi xidmətdən imtina etdim. Hətta buna görə həbsə düşməyi də gözə almışdım. Bilinməyən səbəblərə görə hakim mənə qarşı yumuşaq oldu və mənim həbs edilməyim barədə qərar vermədi. Bir sözlə, siyasi fəaliyyətim həmin dövrdən başlayıb və indiki dövrə qədər davam edir.
Siyasi fəaliyyətimin kuliminasiya nöqtəsi isə 1973-cu ildə baş verdi - Çilidə Pinoçet ABŞ-ın hərbi yardımı ilə demokratik seçki yolu ilə iqtidara gələn Aliendenin hakimiyyətini hərbi yolla devirdi və ölkəyə terroru gətirdi. Bundan sonra mən siyasətin və hakimiyyətin, xüsusəndə hərbi diktatorlara yardım edən ABŞ-ın xarici kursunun necə işlədiyini anladım. O, zamandan içimə dolan nifrət alovu hələ də sönməyib.
- Siz Cənubi Osetiyada baş verən münaqişəni izləmisiniz?Gürcü-Rus müharibəsi haqqında nə düşünürsünüz?
- Fikrimcə, Rusiya Gürcüstana Cənubi Osetiyaya müdaxiləsinə görə cavab verdi. Odur ki, Rusiyanın bu hərəkətinə haqq verirəm. Eyni zamanda Buşun Rusiyanın digər ölkənin suverenliyini pozması haqqında ittihamları da gülüncdür. Digər ölkəni ittiham etməmişdən öncə ABŞ öz siyasi kursuna nəzər yetirməldir. Deyəsən, ABŞ-ın 2003-cu ildə İraqa hərbi müdaxiləsi və bunun nəticəsində milyonlarla insanın qətl edilməsi Buşun yadından çıxıb. Bütün bunların günahkarı Buşdur. Odur ki, Rusiyanı günahlandırmaq bütün mədəniyyət sərhədlərini aşır.
- Siz açıq-aşkar ABŞ hakimiyyəti ilə konflikt yaşayırsınız və Buşun beynəlxalq cinayətkar olaraq mühakimə edilməsini istəyirsiniz. Bundan başqa ABŞ sizi persona non qrata elan edib. Necə hesab edirsiniz 4 noyabr seçkilərindən sonra nəsə dəyişəcək? Kimə səs verərdiniz?
-Yalnız bir nəfərə səs verməyə dəyər, o da Obama. İctimai çıxışlarında bir sıra səhvlər buraxır. Bunu da seçkilərin yaxınlaşma həyacanına bağışlamaq olar. Məsələn: Əfqanıstana daha çox əsgər göndərmək barədə danışmaq düzgün deyil. Çünki hər kəs bilir ki Əfqanıstan artıq xaosun hökm sürdüyü və ABŞ-ın məğlub olduğu ölkədir. Bütün hallarda mən onu yüksək siyasi intellektə və düşüncəyə malik olan bir şəxs kimi dəyərləndirirəm. Düşünürəm ki, o, ABŞ-da bütün siyasi elitanın qarşısında durur və ona səmimi qəlbdən seçkilərdə uğurlar arzu edirəm.
Çünki hazırda amerikalılar dəhşətli хof yaratmağın müхtəlif klassik üsullarından – qorхutmadan, rüşvətdən, şantajdan, təbliğatdan istifadə edərək dünya birliyinin yalançı dəstəyini qazandılar. Ən adi bir iş baş verdi: suveren ölkənin ərazisinə ordu yeridildi, neftlə zəngin torpaqların işğalı və nəzarətə götürülməsi planı həyata keçirildi.
- Siyasi fikirlərinizi, ideyalarınızı yaratdığınız personajlar vasitəsilə ifadə etmək ağlınızdan keçibmi heç? Eyni zamanda aktyorluğunuz dramaturgiyanıza necəsə kömək edirmi?
-Yox. Baxmayaraq ki, siyasətçilərin də ən azı mənim qəhrəmanlarım qədər çətin işlər üçün məsuliyyət daşıdıqlarını bilirəm, amma siyasət mənə qəti olaraq darıxdırıcı gəlir. Həmçinin yaxşı yazılar, ədəbi nümunələr məni həyəcanlandırır və həyatı yaşamaq üçün daha da dəyərli edir gözümdə. Mən istər öz sahəmdə, istərsə də ədəbiyyatda nəinki hansısa qərəzli rəqabətə, ümumiyyətlə, rəqabətə qoşulmamışam.
Yazarkən onların hamısını öz-özümə yüksək səslə oxuyuram. Amma özümü hər rolda görmürəm - mən onların çoxunu heç oynaya bilməzdim. Aktyor kimi çatışmayan cəhətlərin heç biri məhdudiyyət deyil, yəni canlandıra bilmədiklərimi yazmağıma mane olmur, əksini bilmirəm. Məsələn, indi beynimdə bir oyun ideyası var – nədənsə bu tez-tez ağlıma gəlir – ancaq qadınlar haqqında olan oyun yazmaq istəyirəm, onu oynaya bilmərəm, amma bu yazmağıma mane olmur.
-Dünyada baş verən iqtisadi böhranın nəticələrini özünüzdə hiss etdinizmi? Son iqtisadi böhrandan sonra dünyanın daha əvvəlki vəziyyətinə qayıtmayacağı barədə səslənən fikirlərə münasibətiniz necədir?
- Şəxsən mən heç nə hiss etmədim. Amma yaxın müddətdə biz onun nəticəsini “çox gözəl” hiss edəcəyik.
-Son illər ABŞ-ın siyasəti barədə çəkilən sosial-siyasi sənədli filmləri necə qiymətləndirirsiniz? Məsələn: Errol Morrisin “Amerikanın İraqdakı həbsxanası “Abu Qrey” adlı çəkidiyi sənədli filmi. Sizcə, məqsəd siyasi vəziyyəti dünya ictimaiyyətinə çatdırmaqdır, yoxsa qan üzərində piar?
-Sənədli film çox təsirli vasitədir. Və bu cür sənədli filmləri çəkən şəxslərin qarşısında şlyapamı çıxardıram. Bu şəxslər İkinci Dünya müharibəsindən sonra Amerikanın yürütdüyü qanlı, qəddar və insanlığa sığmayan siyasi kursu çılpaqlığı ilə nümayiş etdirirlər. Hazırda isə vəziyyət daha da ağırlaşmağa doğru gedir.
ABŞ-ın konslaqeri “Quantanamo” həbsxanasından başqa onun dünyanın 100-dən çox ölkəsində məhbusların saxlandığı 700-ə yaxın hərbi həbsxanası mövcuddur. Orada saxlanılan şəxslərin kimliyi gizlədilir və onların taleyi barədə heç kəsdə məlumat yoxdur. Buna çox da diqqət ayrılmır. Çünki ABŞ dünayaya özünü sivil və demokratik ölkə kimi qəbul etdirir. Halbuki bu kimi dəyərləri qazanmaq üçün ABŞ illərlə yol qət etməlidir. Odur ki, Obamadan çox şey asıldır: bütün bu vəhşi və barbar qaydaları aradan qaldırmalı, cəmiyyətdən gizli saxlanılan və müəyyən şəxslərə müxtəlif məqsədlər üçün lazm olan qaranlıq quruluşları nizama salmalıdır.
-Dünya sizi absurdist-dramaturq, ssenariçi, aktyor, rejissor, ictimai хadim və siyasi fəal kimi tanıyır. Sizi üçün bu eyni şeydir - və ya şəxsiyyətin ayrı-ayrılıqda təcəssümüdür?
- Yox. Mən hər zaman eyniyəm. Yalana müxtəlif istiqamətlərdən yanaşan şəxsəm. Sadəcə, mən.
-Nobel mükafatı sizin karyeranıza köməklik etdimi? Təqdimatdan sonra bəzi şəxslərə çıxışınız asanlaşdı? Ümumiyyətlə, mükafat yazıçının həyat və yaradıcılığına necə təsir edir?
- Birincisi, Stokholmdan mükafat almağımla bağlı xəbər gəldiyi zaman xəstə yatırdım və təqdimetmə mərasiminə gedə bilmədim. Ona görə Londonda öz çıxışımı yazdım və canlı olaraq çıxışım yayımlandı. Sonradan məlum oldu ki, mənim məruzəmi milyonlarla insan izləyib. Düşünürəm ki, Stokholma getsəydim bu qədər insan heç məni dinləməzdi. Odur ki, mənim üçün əsas o idi ki, insanlar daha çox mənim yaradıclığım haqqında məlumat alsın. Digər məsələlər önəm kəsb etmir.
-Necə hesab edirsiniz Nobel komitəsi mükafatı yazıçıların yaradıcılığına görə verir, yoxsa siyasi baxışlarına görə? Çünki Türkiyədə yaşayan və təqiblərə məruz qaldığını iddia edən Orxan Pamukla belə hal baş verdi. Sizin durumunuzda da siyasi baxışlar önə çəkildi?
- Hesab edirəm ki, komitənin qərarına mənim siyasi baxışlarımın və fəaliyyətimin təsiri olub. Lakin bunun nə dərəcədə təsir etməsini ölçmək imkanım olmayıb. Və ya bu barədə heç kəslə fikir mübadiləsi aparmamışam.
-Deyirlər ki, yazıçının ən ümdə işi – Dünyanı daha da gözəlləşdirməkdir. Hansı dünyada yaşamaq istəyərdiniz? Necə dünyanı yaratamağa çalışmısınız?
- İşlədyim zaman bu cür terminləri nə beynimdə həkk edirəm, nə də bu barədə düşünürəm. Mən yalnız yazdıqlarımın daha dəqiq və ətraflı olmasını qarşıma məqsəd qoyuram. Əsas da səhv buraxmayım. Başqa məqsədim yoxdur.
Hazırladı: Günəş Fərhadlı
Mənbə: kirpi.info

Mövzuya uyğun linklər: