Edebiyyat.az » Ədəbi tənqid » İsmayıl Kazımov - Yazıçı karyerası

İsmayıl Kazımov - Yazıçı karyerası

İsmayıl Kazımov - Yazıçı karyerası
Ədəbi tənqid
admin
Müəllif:
18:57, 25 iyun 2023
852
0
İsmayıl Kazımov - Yazıçı karyerası






Kitab var, bir saat müddətində yaşayır, kitab da var, bütün dövr üçün qiymətini qoruyub saxlayır. Görkəmli yazıçı Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanı mövzusu, sənətkarlığı və dili baxımından öz qiymətinin qotuyub saxlayan əsərlərdəndir. Bu əsəri oxuyandan sonra belə düşündüm ki, sözügedən roman “zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisidir” (Frensis Bekon) Ona görə ki, bu fikir gəmisi yeni bir dövrün və ya əvvəlki ötüb-keçən dönəmin  mənəvi-sosial, əxlaqi və s. problemlərini müasir oxucu ilə bölüşə bilir.

Bu əsərdə, hər şeydən öncə, yazıçının fikir və ideyasının gücləndirilməsinə xidmət edən müxtəlif üslubi-semantik hadisələr, semiotik işarələr var. Bədiiliyi, obrazlılığı təmin edən bir sıra təsirli dil və nitq vasitələri mövcuddur. Azad- tələbə dostum müasir həyatı, sosial mühiti, insan xarakterlərini kənardan seyr edən bir yazar kimi hərəkət etmir, “canlı həyatın mürəkkəb və ziddyyətli məqamlarını öz yanaşmasının ümumiliyi üçün birləşdirməyi bacarır və götür-qoy edərək yenidən nəzərdən keçirir” 

 Bədii əsər dili ilə tanınır. Dil yaradıcılıq bacarığının ilk addımıdır. Dil olmasa, bədii kəşflər münkün deyil. Azad Qaradərəli yalnız təsvir etdiyi həyat reallıqlarından bədii don bişmir, eləcə də yazdığının içində dil möcüzələri-dil məcazları formalaşdırır. Bu möcüzələr bədii məzmun və ideyanı da hərtərəfli və yetərincə çatdıra bilir.

Azad çoxsaylı bədii yaradıcılığında dilin estetik tələblərinə,  çaya bənzətdiyi nəsrin və onun dilinin normativliyinə, qayda-qanunlarına ciddi əməl edən yazarlardandır. O, nəsri ilə yeni Azərbaycan bədii düşüncəsinin ən tutarlı, ən gözəl nümunələrini ortaya qoya bilmişdir. 

Qəribə səslənən “Kuma-Manıç çökəkliyi” romanında mən heç bir romanra rast gəlmədiyim əsas fikri mötərizə içərisində vermək təcrübəsini gördüm. Bu fikirlər ayrıca şriftlə, kodla verilir. Ən çox söydüyü bir söyüş var: “Bessovisni niqadyay”” (Düzü, mən bunun söyüş olduğunu bilmirdim, eləcə axmaq adamlara deyilən söz kimi anlayırdım, Məsəlçin, babam bunu Maypara arvadın inəyi Kummucada batanda inəyi çıxarılandan sonra arvadın Əbdürəhmanın qarasına danışıb qarğadığını eçidəndə demişdi. Səkinənin anası Hafiz müəllimə, mənə və Dursuna o lətərcin söyüşləri söyəndə kişi bəlkə dəqiqədə bir qısaca “niqadyay”! deyirmiş. Yaxud qızı Zəriş kəndin ən vecsiz adamına_ atam Eylasa qoşulub gedəndə bir gün axşamacan bu söyüşü təkrarlayıb. Bir də ən çox bu sözü Hafiz müəllimin başı qalda olanda söyürmüş. Amma bilmək olmurmuş ki, o söyüşü Hafiz müəllimə deyir, yoxsa onu o kökə salanlara... Hafiz müəllim sonralar danışırmış  ki,  Moskvaya Qromikonun qəbuluna gadəndə Kremlə də qapıçıya deyir ki,  get Saşaya- köməkçinin adı Aleksandr imiş- de ki, Azərbaycandan bir Bessovestnıy Niqodyay gəlib, sizi görmək istəyir. Heç bir dəqiqə keşmir, Saşa özü qaça-qaça gəlib Haşımı qucaqlayır, basır bağrına və deyir: “Axx, tt, bessovestnıy niqodyay!”)

Bu mətnlərin müəllifi “nağılcı”dır. Burada güclü kinayə var. O vaxt Böyük Vətən müharibəsində iştirak etmiş adamlar yaralı halda, “komsovot” olunub kəndə qaydanda camaat içində belə rus söslərini işlədərdilər. Həmin söz, adətən, onlara ləqəb kimi də verilərdi. Məs.: “xromoy Alışan” belə ayamalardandır.

Yazıçı cümlə daxilində əlavə söz və cümlələri işlədə bilir. Amma Azad mətnin  demək olar ki, hər səhifəsində belə əlavələri həddən artıq çox işlədir, həmin sintaktik vahidlər semantik cəhətdən son dərəcə rəngarənglik yaradır. Bu, ayrıca bir mövzudur. Azad bu yolla mötərizə içi vasitəsilə əvvəlki söyləmdə söylənilən fikri genişləndirir, qısaldır, məhdudlaşdırır, ətraflı izah və şərh edir, danışanın mimikasını, jestlərini təsvir edir. Başqa sözlə desək, əlavə konstruksiyaların obyektiv gercəkliklərin çox rəngarəng sahələrinə nüfuz etmək imkanları vardır. Belə bir forma əsas cümlənin məzmunu ilə bağlanır. Burada ən çoz əlavə konstruksiyalar sintaktik bütövdən ibarət olur. Romanların dilində obrazın müxtəlif hərəkətləri, davranışı, jest və mimikası, digər obrazlara münasibəti, yerişi, duruşu, danışıq tərzi və s. həmin konstruksiyalarla əks olunur.

 Dogulmuşdu, anadan olmuşdu” anlayışı, adətən, tarixlə, məkanla, zamanla baglı təqdim olunur. Azad isə “dəniz səviyyəsi”ni bu konteksdə daxil edir: “O, dəniz səviyyəsindən iki min üç yüz metr yüksəklikdə dogulmuşdu”

Heç bir yazıçı qəhrəmanını belə təqdim edə bilməzdi. Mətnə diqqət edəndə görürük ki, mətnin birinci söyləmi  “dogulmaq” sözü ilə başlamış, sonuncu cümləsi də “dogulmaq” feili ilə qurtarmışdır: “Onun təzə dogulan oglu isə uzaq şimalda yaşayan çukçalar kimi qıpıq dogulmuşdu. İndi bu uşaq da çukça kimi dogulmuşdu”. Gəlmir- gələndə tipli mətnlər: Axı o, hər gün dərsə gəlmir. Gələndə də bir-iki şey var ki, gərək onu yadında saxlaya hökmən.

Azad adlardan üslubi məqsədlər üçün üstifadə edir. Yer adları üslubi məqamda o zaman işlədilir ki, onlar müəyyən emosional anlayış bildirsinlər. Azadın qurduğu mətnlərdə yer-yurd adlarına məxsus emosional anlayışlar təsvir olunan hadisəyə aid situasiyanın və şəxsə aid psixoloji durumun ifadə olunması yolu ilə canlandırılır.Ad və adın variantları: Toponimin tələffüz variantları: Bakı-Baki-Bakkı... Xostan (Xosrov), Sərhədlər, oronimlər, su adları: Ural dagları, Ural çayı, Xəzərin şimalı, Kuma-Manıç çökəkliyi, Don çayı, Azov dənizi, Kerç bogazı, Qara dəniz, Bosfor bogazı, Mərmərə dənizi, Dardanel bogazı... Onun əsl adı Çanaqqala.Düz adı: Ördəkli düzü,Toponimin izahı: Şükürataz_ Şükür ata. LƏQƏB. “Sənin baban Ağəmmədin dədəsi Əmirvara hamı Qipıq Əmirvar deyərdi”, Qancıq Zirəddin və s.

Azad həm də dilçi kimi adı etimoloji cəhətdən izah edir:- Kuma-Manıç çökəkliyinin yerləşdiyi ərazilərdə həmişə Kuman türkləri dövran sürüb ki, bu da oradakı kalmıkların, yaxud kumukların adında qalıb. Elə Kuma-Manıç çökəkliyinin adındakı “kuma” sözü “kumanlar” deməkdir Kumanlar, yaxud qıpçaqlar qıyıq, balaca gözlü, sarışın, yaxud qəhvəyi saçlı, bəziləri hündürboylu, davakar adamlar olublar... (93)

Ümumiyyətlə, sözün, ifadənin “Kuma-Manıç çökəkliyi” romanının dilində yeni məna və funksiyada işlədilməsi həmin vahidin üslubi rəlginin kəşfi ilə bağlıdır.  Sözügedən mətnlərdə təzahür olunan yeni mənalar fərdin nitq məharətini nümayiş etdirsə də, dilin potensial imkanlarının təsdiq aktı kimi başa düşülür, ona görə ki, irəlicədən xalq zehniyyətində həmin potensial imkan olmasa, təqdim olunan situasiya da heç zaman anlaşmaya xidmət edə bilməz. Azadın yaratdığı yenilik və bunun ətrafına əmələ gələn yeni mənanın işığında situasiyaları dərk etmək isə Azadın oxucusundan müəyyən hazırlıq və di-üslub faktına bələdlik tələb edir. Həmin bələdlik  mütaliə zamanı oxucunun müəlliflə şərikli yaradıcılığına ton verir, mətndə sözün, adın daxilində “gizlədilmiş” sətiraltı, mətnaltı mətləbləri- konseptual informasiyaları anlamağı, mükəmməl zövq almağı, təqdim olunan romanın dəyərini müəyyənləşdirməyi mümkünləşdirir.

“Kuma-Manıç çökəkliyi” romanlnda müəllifin istifadə etdiyi dil vahidlərinin məna rəngarəngliyi, ən başlıcası isə “üslubi pasportu” adamı düşündürür. Bizə elə gəlir ki, bu əsərin leksikasının daha effektli təsnifi onun semantik-üslubi prinsip əsasında çölgüsündən ibarətdir. Bu cəhət həmin romanın üslubunda söz və söyləmlərin böyük əksəriyyətinin üslubi canlandırmaya xidmət etdiyini müəyyənləşdirməyə əsas verir Bu isə həmin vahidlərin “üslubi pasportu” kimi qiymətləndirilə bilər. Məsələn, mətnlərdə söyüşlərdən də çox istifadə edir: müraciətdə: ay eşşək oglu eşşəy, it oglu, donuzdan əmələ gələn, qancıgın dogdugu, çöngə oglu çöngə, eşşək dədəniz kimi eşşək, qıpıq köpək oglu,  pantürkist küçüyü, tupoy oğlu tupoy, eşşək dədələrimiz kimi eşşək,Bunları zibil sözlər adlandırır.

Obrazı səciyyələndirən ifadələr, surətin fiziki görkəmini ifadə edən ifadələr: balaca, qıpıq gözlər, basdırma qulaqlara uyuşmayan enli çiyinlər, enli çiyinlərə uyuşmayan gödərək. Yogun qol-bilək, ayaqlar; iri əllər, yekə qarın, başından yekə başı, güldən agır söz, burnu ilikli, sarı-sısqa qız və s. 

Dialektizmlər:. Yazıçı öz dili ilə danışmaqla bərabər, əsərində surətlərin danışığına, sıhbətlərinə, mükalimələrə daha geniş yer ayırır.. Təbii olaraq, ikinci halda dialekt sözlərinin işlənmə məqamları çoxalır, genişlənir, bu halda dialektizmlərin işlənməsi daha çox mətləbə yatır və qanunauyğun olur. üşənmək, yovuq,   dinşəmək, urfa, elə şinidir üzümə key-key; uvand, yolağa, xüşək tut, gər tut, qahmar  və s. “Əslində isə bu çəhər onun (Kamilin) heç nəyini dəyişə bilməyib. Bizim kimi “dana”, “dayna, “əyənə”, “bəyənə”, “saa”, “maa” deməyi bəs deyilmiş, hələ də ağzını dayayıb krantdan su içir, hələ də yemək yeyəndə ağzını marçıldadır... (112) (bunları dildə fonetik variantlar sayırlar)

Azadın bu romanı da o biriləri kimi dialekt sözlərinin ədəbi dilimizin lüğət tərkibinə daxil olması üçün bəlkə də keçid rolunu oynayacaq. 

Qargışlar: sənin qadan olsun bu qıpıgın ürəyinə! Bakının qadası ürəyinə! A səni doganın qarnı cırılsın, o xaraba bagınızın yanından axan Bəsid çayı heç geri axa bilər?

Frazeologizmlər: adı qulagına dəymək, Danışıq dilinin təsiri, bədii ədəbiyyatın dilinə  keşməsi: “Agzı isti yerdədi”

 Romanın dilində sözlərin semantik inkişafında, yeni-yeni metaforik mənaların yaranmasında bir yazar kimi Azadın da əməyi var. Və onun bu bacarığı romanın məzmunu ilə dilin vəhdətini, dilin emisionallığının ən gözəl cəhətlərini üz. Çıxarmaq üçün tutarlı faktlar verir.Kişi deyəsən qızın sinəsindən pırtlayıb şıxan o iki “kündə”nin nə əməldən şıxdıgını başa düşdü və qızı daha çox “apar-gətir” eləmədən yaxasından əl çəkdi.

 

Bizim dilə məxsus olmayan təzə sözləri  personajlarının işi, məşğuliyyəti ilə baglı işlədir: “İndi Hafiz müəllim də siz tanıdığınız deyil. Bazarda “bakuş” satır. Hər axşam evə gələndə bir “çubuş “içir, anamla bir-birlərinin dədələrini qəbirdən çıxardırlar (333). Bakuş, çubuş kimi sözlər köçhaköş dövrünün məşguliyyət sahələrini aydınlaşdırır. Əlaczız qalan məcburi köşkünlər bakuş satırdılar, uçuz olduğu üçün çubuş arağı icirdilər.

Hətta pul olmadığı üçün kiraqəlik gəlinlik paltarı götürürdülər.20 yaşlı gənclər 50 yaşlı qocaya bənzəyir. Azad təbii olaraq hər bir personajı öz nitqində danışdırır: Bıq, bıy, ədə, sən Əbdürrəhmanın oğlusan? Dədən buramı yesin! (Qarı əlini qıçının arasına soxur); Kəs, kəs, kəmsər oğlu, kəmsər...Hara ölürəm, ə! Mənim qardaşım Baba Əmirikadan vız yilluyacax, ora gedəcəm... (333)

Hətta təhkiyə dilində  də yasaq olunmuş sözlərə  rast gəlmək olur: Bir dostu var, onu da sıçıb-batırıb. Yadına kəndlərində eşitdiyi biədəb bir məsəl düşdü. Təzəcə çıxmış qarğa balaları yuvalarını batırırlar, ayaq qoymağa yer qalmır. Biri o birinə deyir ki, gəl anamıza deyək, bizə təzə yuva tiksin, gedək orda qalaq. Buranın poxu çıxıb. Bala qarğa bacısına cavab verir ki, eeeee, ay qarğa bacı, bu göt ki, bizimdi, qorxuram gedib o yuvanı da sıçıb-batıraq...(331)

Təsviri, izahedici mətnlər onun obrazının fiziki-mənəvi keyfiyyətlərini büsbütün, bütün çılpaqlığı ilə üzə çıxarır: “ Hə, mənim Səkinəm boylu-buxunludu. Dikdaban geysə, bir çeçələ barmaq məndən hündür olar.

 Azadın mətnlərində sitat köməkci funksiya daşımır, onun qurdugu orijinal mətnləri tamamlayır. Məsələn, “Bacı” adlı mətndə. “dəyişmək” hal-durum feilini sitat vasitəsilə neçə də mənalandırır, bu dövrün bir əndişəsi, problemi olduğunu göstərə bilir: “Yadımdadır, bir yazıya rast gəlmişdim və çox xoşuma gəldiyinnən həmin yazının bəzi parçalarını anamçün də oxumuıdum.”Dəyişmək zamanın tələbidir. Sən dəyişməsən, zaman özü səni dəyişəcək. Ona görə, zamanı gələndə dəyişmək labüddür. Amma elə insanlar var ki, təkcə özləri dəyişmir, ətrafını da- dostlarını, tanışlarını, qohumlarını; hətta ata-analarını da dəyişirlər...Vətən müharibəsinin qslibi olan Azərbaycan əsgəri məhz dəyişən və dəyişdirən əsgər olmuşdu” (Azad Qaradərəli. Cəbrayıl əfsanəsi. Radioroman, Bakı, 2021, s.88-89)

Azadın təsvir etdiyi hadisə və epizodlarda komik effekt istər-istəməz hiss edilir. Müvafiq dil materiallarına məxsus komik əlamət adət halına düşmüş vahidlərin mövqeyinin dəyişdirilməsi ilə sıx şəkildə bağlıdır. Həmin vahidlər özünəməxsus təbii üslubi məqamlarda deyil, gözlənilməz “yad” mühitdə işlədilmiş komizm mənbəyinə çevrilə bilir. Sözün bir sosial məna mühitindən başqa, onu təkzib edən sosizl məna mühitinə düşməsi, bir üslubdan digərinə keçməsi kimi baxılmalıdır.

Ümumiyyətlə, Azadın bu romanında məlum həyatın şox maraqlı cəhətləri təsvir olunur. Burada öz əksini tapmış hadisələr və epizodlar həmişə müəyyən zaman çərçivəsindədir, məkanca da sabitdir. Görünən odur ki, bu romanda hadisələrin məkanla bağlılığı, müəyyən məkan hüdudunda baş verməsi onun dil və üslubuna da öz təsirini göstərmişdir. Məkan hüdudu olan yerdə hətta yasaq olunan söz və ifadələr də formalaşa bilir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)