Edebiyyat.az » Poeziya » İmarət Cəlilqızı - Dua eylə

İmarət Cəlilqızı - Dua eylə

İmarət Cəlilqızı - Dua eylə
Poeziya
admin
Müəllif:
19:24, 22 avqust 2025
26
0
İmarət Cəlilqızı - Dua eylə




Dua eylə ümid üçün, 

inam üçün--

başa çıxsın,

ümidsizlik, inamsızlıq 

boşa çıxsın.

Üzə çıxmış bu ümidi,

bu inamı, 

bu dözümü,

bu vüqarı,

nurlu-nurlu

arzuları

ürəyinə topla odlu

yumaq kimi,

döyündükcə

ürəyindən damarına

axıb getsin

şəfa verən 

bulaq kimi,

Qana hopsun!

Cana hopsun!

Dizıərinə taqət versin--

cəsarətli addımından

yer yitrəsin, 

lərzə qopsun!


Qollarında 

gücə dönsün--

qolaylanıb elə vur ki,

zor, şər, zülm,

heçə dönsün!


Gözlərinə işıq versin,

baxışınla yanğınlar sal

canavarlar yuvasına,

acı təbəssümlərlə gül

tülkü, çaqqal vəfasına,

zəhər qatsın iti dilin

tülkülərin, çaqqalların

canavarlar kölgəsində

sürdükləri səfasına...


Dua eylə!..

Düyünlərin çözülsün qoy!

Dua eylə!..

Şərin boynu üzülsün qoy!

Dua eylə!..

kirpiklərə, nəhayət ki, 

misilsiz bir səadətin

doğurduğu

göz yaşları düzülsün qoy!


2020-ci il, oktyabr

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)