Edebiyyat.az » Ədəbi tənqid » Şvartsman - Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd (esse)

Şvartsman - Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd (esse)

Şvartsman - Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd (esse)
Ədəbi tənqid
admin
Müəllif:
15:16, 05 avqust 2022
2 265
0
Şvartsman - Ə d ə biyyatın üç üzü: Ş openhauer, Niçe v ə Froyd ( esse )




 

Yolu bilən tısbağa yolu bilməyən dovşandan bərk qaçır.

 

Belə üstüörtülü kalamburalara (söz oyunları) diqqət yetirmək lazımdır: "ədəbiyyatın ÜÇ üzü" başğı "ədəbiyyatın İÇ üzü" kimi səslənir. Gərək yazdığın dilin gözəlliklərindən istifadə edə biləsən. 

 

Mən bir yazıçını oxuyanda onun NƏ yazdığına baxmıram, NECƏ yazdığına baxıram.  Yazıçı qarışqalar haqqında, yaxud Marsda koloniyalarda yaşayan insanların müharibəsindən yaza bilər. Vacib olan bunu necə yazmaqdır. Mənim Azərbaycan ədəbiyyatında statusum belədir: mən “gözəgörünməz adam”am: hər yerdəyəm, amma məni görmürlər.  Başqa cür də bənzətmə apara bilərəm: Mən Azərbaycan ədəbiyyatının ən böyük zarafatıyam.  Və zarafatın da ən böyük təhlükəsi, onun nə vaxtsa həqiqətə çevrilə bilməyidir. Özüm haqqında yalnız bunu deyə bilərəm: mən azərbaycan dilində yazan fransız ruhlu alman familiyalı oğlanam. 

 

Rasim Qaraca mənə zarafatyana “Şvartseneqqer” deyir. Bəli, mən bu zarafatı qəbul edirəm və düz deyir. Şvartsneqqer adının almancadan mənası “qara zənci” deməkdir, ŞvartsMan isə “qara adam”dır. Mən də Azərbaycan ədəbiyyatının bir növ Şvartseneqqeriyəm. Əlbəttə ki, fiziki yox, mənəvi. 

 

Özümdən danışmağa davam edərək ürəyinizi bulandırmaq istəyirəm. Psixoloji analiz edin məni: eqoistəm, yoxsa narsist? Hansı patoloji duyğu məni özümdən danışmağa vadar edir? Axı bilmirsiniz ki, həşey əslində mənim yazıçı olmağıma xidmət edib. Doqquz-on yaşım olanda söyüd ağacının altında ulduzlara baxaraq fikirləşdim: “Görəsən, 18 və 30 yaşımda necə bir adam olacağam?” 18 yaşımda yazıçı olmağa qərar verdim və 19 yaşımda ilk hekayəmi yazdım. 29 yaşımda ilk romanımı yazdım, 30 yaşımda isə yazıçı oldum. Diqqət edin, 18 və 30 rəqəmini işlətmişəm -baxın, mistika bundadır. Anama bu əhvalatı danışanda “sən belə bir şey fikirləşə bilməzsən” dedi və inanmadı.  Sizi də inanmağa məcbur etmək istəmirəm. Axı məni məndən yaxşı kim tanıya bilər?!...

 

Okey, çətin də olsa özümü qoyuram qırağa. Bir az ədəbiyyatımızdan danışaq, aşağıda bizi hələ Şopenhauer, Niçe və Froyd gözləyir.  Məsələ belədir: bizi inandırıblar  ki, ədəbiyyat özündən başqa həşeydən yazmaqdır.  Köhnələrin (istisna: köhnəlməyən köhnələr) sayəsində ədəbiyyat mübarizə meydanına çevrilib. Ədəbiyyatımızda bir ifşaçılıq, satira, skeptizmim var. Rus ədəbiyyatının təsiri nəticəsində Azərbaycan ədəbiyyatında yumor yoxdur, gülümüşümüz olsa-olsa ironik və tragikdir.  Əslində isə tragik olan budur: M.Ə. Sabiri və C. Məmmədquluzadəni oxuya-oxuya onlardan biri olduq -tənqidçi, şikayətçi, öz millətini alçaldan və bununla heç nəyi dəyişməyən xalqa çevrildik. Biz təkcə onları oxumadıq, ən pisi - biz onlara inandıq da.  Halbuki xalq balaca uşaqdır, ona nə ad versən, ona inanıb yaşayacaq. "Molla Nəsrəddin"çilər bizə pis ad verdilər. 

 

Dünən Sabirçilər, Mirzə Cəlilçilər vardısa, bu gün isə Seymur Baycançılar, Günel Mövludçular, Kəramət Böyükçölçülər var. Bəs bu adlarını çəkdiklərimin ortaq cəhəti nədir? Tənqidçi, ifşaçı olmalarıXalq kimi ən böyük yazıçı adlandırır? Mövcud siyasi rejimə qarşı cəbhə alanlarıO zaman xalq səni ciddi, mübariz bir adam kimi tanıyar, hətta dahi də adlandırar. Xalq yalnız mübarizəni sevir, novatorluğu (yenilikçilik) yox. Buna görə, yuxarıda adını çəkdiyim yazıçılar novator yox, mübarizəçidirlər. 

 

Mübarizə aparmaq? Köhnə moizədir və mənlik deyil. Mən Seymur Baycan deyiləm ki, 9 dəfə mübarizə aparım. Seymurun mübarizəsinin donkixotluğunu dərk etmək üçün Hitlerin "Mayn Kampf"ının iki cild olduğunu bilmək kifayətdir. 

 

“Mənim mübarizəm” Seymur Baycan və “Pəncərəsiz” Ayxan Ayvaz statuslarında nə deyiblər bilirsiniz? S. Baycan hekayələr kitabı çıxardır və deyir ki, 50 ildə belə bir  şey yazılmayacaq. A. Ayvaz da buradan deyir ki, mənə heykəl qoyulmalıdır. Onların Nostradamusçuluq etdiklərini deməyə ehtiyac duymadan bildirmək istəyirəm ki, ikisi də gələcək zamandan danışır. Gələcək bilinməyən zaman olduğu üçün istəyin qədər osturağa basa bilərsən, çünki səhv tuta bilməyəcəklər. Səhvləri yalnız keçmişdə və indiki zamanda tutmaq olur, çünki bilinəndirlər. Görürsüz də, bizim üzdə olan yazıçıların tülkülüyünü… “Az yaz, öz yaz “ prinsipinə protiv olan Seymur Baycan keyfiyyət etalonu deyil, kəmiyyət etalonudur-bu da azərbaycansayağı bir şeydir. Bu cayıl oğlan Ayxan Ayvaz bilmir ki, yalnız ölülərə heykəl qoyurlar. Heykəlləşmək istəyən adam quşların  onun başına sıçacağını da nəzərə alsın-özü də ki, bizdə heykəlləri təmizləmirlər… Qısası, insanın özü haqqında yüksək fikirdə olmağı  problem deyil, problem insanın özünün yüksəkdə olmamağıdır.

 

Yazıçının yeri haradır? Yazıçı xalqın içində olmalıdır, xalqdan biri yox. Xalq həmişə ucuz zövqlərin və ucuz insanların ardınca gedər. Çünki yalnız onları başa düşəcək potensialdadır. Xalq qurban və qəhrəman istəyir. Mənsə heç biri olmaq istəmirəm. Mən Azərbaycan xalqının yox, Azərbaycan gəncliyinin yazıçısı olmaq istəyirəm. Mən gəncliyi xalqdan ayırıram. Ümid gəncliyədir;  ümidsiz də olsa yenə ümid gəncliyədir.

 

Şopenhauer və ədəbiyyat

Fəlsəfənin çox qısa tarixi budur: Fəlsəfə Sokrateslə ağıllandı, Platonla sistemləşdi, Rene Dekartla müasirləşdi, Kant və Hegellə ilahiləşdi, Şopenhauer və Niçe ilə öldü. Evfemizmdən istifadə edək: “öldü” deməyək,  paraşütsüz göydən yerə düşdü. Bu baxımdan qdansklı Şopenhauer  fəlsəfəni göydən yerə endirən filosof olmaqdan əlavə,  necə oxumağı və necə yazmağı bilən yazıçıdır. Şopenhauerin az bilinən və mövzumuza aid olan tərəfinə işıq tutacağıq, çünki adətən işığı filosofların ayaqları arasına tutmuşuq.

 

1)Oxumaq öz başınla yox, başqasının başı ilə fikirləşməkdir.  

-Bu o deməkdir ki, kitab oxuyanda başqası bizim əvəzimizə fikirləşir. Biz sadəcə onun zehninin izini təqib edirik. Necə ki yazmağı öyrənəşagird müəllimi tərəfindən qələmlə çəkilmiş xətti izləyir; oxuyarkən də bu eyni ilə belədir. Düşünmə işinin böyük qismi bizim üçün bitmişdir. Buna görə öz fikirlərimizlə məşğul olduqdan sonra əlimizə kitab almaq bizi bir az da olsa rahatladır. Fəqət oxuyarkən zehnimiz başqasının düşüncələrinin oyun arealından başqa bir şey deyildir. Ardınca əlavə edir ki, oxuyan və arada düşünmədən keçiriləəyləncə və məşğələ ilə baş qatan adam yavaş-yavaş öz-özünə düşünmə qabiliyyətimi də itirir, eynilə atın üstündən düşməyən adamın axırda yeriməyi unutmağı kimi… Kovboyların ayaqlarının əyri olmağı da həyatlarını atın üstündə keçirmələridir. 

 

Şopenhauer deyirdi ki, davamlı olaraq çox yeyən adam necə ki, mədəsinə və bədəninə zərər verər, həmçinin çox oxuyan adam öz zehninə zərər verər. Fiziki qidalanma ilə zehni qidalanma arasında vəziyyət eynidir: necə ki insanın yediklərinin ancaq beşdə biri həzm edilir, qalanı buxarlanmaqla, tərləməklə və başqa şəkildə yox çıxırsa, zehni çox qidalandırmaqla da oxuduqları beynində kök salmaz və çox hissəsi yaddan çıxar. Oxuduqlarını həzz etmənin yolu düşünməkdir. 

 

Şopenhauerə görə, insan həşeyi və həmişə oxumamalıdır. Boş vaxt tapan kimi oxumaq, daim həyatını kitablar arasında keçirmək filosofa görə insanın düşünmək qabiliyyətini öldürür. İnsanın beyini başqalarının fikirləri ilə dolur və öz düşüncələrinin doğulmasına yer qalmır. Yəni çox oxuya-oxuya insan ağıllanmaq əvəzinə axmaqlaşır. Artıq oxuduğu fikirlərin təsiri ilə özü fikirləşə bilmir və beynində oxuduqlarından ibarət hazır cavablar olur. Bu səbəbdən oxumuş axmaqlar başqalarının bilmədiyi bir şeyi bilən kimi öz “üstünlüyünü” hamıya göstərmək istəyərlər. Bu da onların çox oxusalar belə nə qədər az bildiklərinin, az gördüklərinin gözdən qaçan tərəfidir. 

 

Ş o p e n h a u e r   d a n ı ş ı r :

-Şikəst birinin qoltuq ağacını bir tərəfə qoyub öz başına yeriməsini istəmək nədirsə, savadlı deyə ortalıqda gəzən oxucudan kitablarını bir tərəfə buraxıb özü öz başı ilə düşünməyini gözləmək də odur. Elə adamın ağılı girov alınmış bir şeydir, özünə məxsus heç bir fikri yoxdur və başqalarının fikirləri ilə yaşamaq məcburiyyətindədir. 

-Ancaq oxuyaraq yazan yazıçının oxumaqdan ibarət olan oxucudan fərqi, birinin oxuduğunu, digərinin isə başqa yerdən oxuyaraq yazıya köçürməsindən ibarətdir. 

-Yorulmaq nədir bilməz kitab oxucuları bütün ömrü boyu surətçıxaran tablo kopyalayanlarına bənzəyərlər -özlərinə aid heç bir şey yoxdur. 

-Oxuyanlar insanların yaxud əşyaların deyil, adların və tarixin biliyi ilə fəxr edərlər. Qapı-qonşularından xəbərləri yoxdur, amma sizə Hinduların və Kalmık tatarların qəbilə və kastlarından danışarlar. Küçədə gəzəndə yolu güc-bəla ilə taparlar, amma sizi İstanbul və Pekinin coğrafiyası haqqında tam məlumatlandırarlar. 

-Oxuyan, özünü çoxbilmiş göstərən biri ancaq başqa kitablardan faydalanaraq hazırlanmış kitablardan xəbərdardır. O bir tutuquşu olaraq, başqalarının tutuquşu kimi təkrarladıqlarını təkrarlayar. Qüruru cəhalətinin bir parçasıdır; rəsmdən, musiqidən başı çıxmaz. Şeirdən çoxmu anlayışı var? Bir mənzumdakı heca hesabını, bir pyesdəki pərdələrin sayını bilər, amma onun ruhu haqqında heç bir şey bilməz. 

-Bir adamı filosof edəşey onun düşünmə tərzidir. Bu böyük ustadların təsiredici əllaməlikləri qarşısında özüm-özümə belə deyirəm: “Ah, bu qədər çox oxuya bilmək üçün nə qədər az düşünməli olublar”. 

-Herodotun dediyinə görə, Kserks bütün  vadini gözlə görülə biləcəşəkildə dolduran möhtəşəm ordusunu görəndə,  yüz ildən sonra bu əsgərlərdən  birinin  belə yaşamayacağını düşünərək ağlamışdı. Yeni kitablardan ibarət kataloqa  göz gəzdirəndə, on il keçəndən  sonra bunlardan biri haqqında belə danışılmayacağını düşünüb ağlamağın heç də ağıla ziyan  tərəfi yoxdur”.

 

Şopenhauer çox oxuyanları parik taxanlara bənzədir. Necə ki, özünəxas fikirləri olmayanlar beyinlərini başqalarının fikirləri ilə doldurursa, parik də öz saçı olmayanların başlarını çoxlu süni saçlarla bəzəməyidir. 

 

Və Şopenhauer bizə xəbərdarlıq edir:

-Amma bunu heç vaxt unutmayın: axmaqlar üçün yazanlar həmişə qarşılarında geniş bir oxucu kütləsi taparlar. Vaxtınızı məhdudlaşdırın və oxumaq üçün vaxtınızı bütün dövrlərin və ölkələrin ən böyük beyinlərinin yazdıqları əsərləri oxumağa sərf edin. Yalnız onlar insanlara həqiqətən nələrsə öyrədir. Heç vaxt pis kitablar daha az, yaxşı kitablar daha çox oxunmaz. Pis kitablar ağıl üçün zəhərdir. Yaxşı kitabları oxumaq üçün pis kitablardan uzaq olmaq lazımdır. Həyat qısa, vaxt və istirahət isə məhduddur. 

 

2) Yaxşı yazıçı pul üçün yazmaz və yaxşı kitablar pul üçün yazılmayıb. 

-Həşeydəəvvəl iki cür yazıçı var: sırf mövzu üçün yazanlar və yalnız yazmaq üçün yazanlar. Birinci növ yazıçılar insanlarla bölüşməyə dəyər düşüncə və yaxud təcrübələrə sahibdir; ikinci növdəkilər isə pula ehtiyacı hiss edərlər və pul üçün yazarlar (nəzərə alaq ki, Şopenhauer atadan varlı filosof idi və onun bu cür fikir bildirməyi başa düşüləndir). Onlar yazmaq üçün düşünərlər və fikirlərini əyib-bükərək uzatdıqca uzadarlar. Dolayı yolla səhifə doldurmaq üçün yazdıqları tez üzə çıxar. Səhifəni doldurmaq üçün yazanlar oxucunu aldatmağa başlayıblar deməkdir. Pula ehtiyacı olan hər kəs kitab yazır, xalq da ona pul  verib alacaq qədər gicbəsərdir. 

-Bir yazıçı yazdıqlarını öz müşahidələrindən çıxarmadıqca, oxunmağa dəyməz. Ümumiyyətlə, aşağıdakı qayda hər yerdə olduğu kimi ədəbiyyatda da keçərlidir: yeni olan nadir halda yaxşıdır, çünki yaxşı bir şey ancaq qısa bir zaman müddətində yenidir. 

-Bir düşüncə ancaq sözlərin sərhəd xəttinə çatdığı ana qədər həqiqətən yaşayar; ondan sonra dərhal donar və həyatiliyini itirər. 

-Bir fikir ifadə edilən kimi ( ya da öz sözlərini tapana qədər) içimizdəki varlığını itirir, yaxud ən dərin mənası ilə sevinci və çevikliyi qeyb olur. Başqaları üçün mövcud olmağa başlayarsa, içimizdəki həyatiliyini itirir, eynilə bir uşağın dünyaya gəlməyi ilə anasından uzaqlaşmağı kimi…

-Gəzmək üçün əl ağacı nədirsə, düşüncə üçün qələm də o deməkdir. Fəqət necə ki insaən rahat əl ağacı olmayanda yeriyirsəən qüsursuz halda yalnız əlində qələm olmayanda fikirləşir. İnsan qocalmağa başlayanda əl ağacına ehtiyac duyar ( artıq onun üçün əl ağacı yük yox, bir köməkçidir), qələm də belədir. 

-Bir yazıçının imzasını gizlətməyi ədəbi bir saxtakarlıqdır. 

-Üslub şüurun fizionomiyasıdır. Başqa birinin üslubunu təqlid etmək  maska taxmağa bənzəyir. Maska nə qədər gözəl olsa da,  cansız olduğu üçün müəyyən müddətdən sonra  yavan və dözülməz hala gəlir; təsəvvür edilə biləcəən çirkin sima belə gözəl maska ilə müqayisədə yaxşıdır. 

-Bir insanın yazdığı dil xalqının da fizionomiyasıdır. Onun üslubu necə düşündüyünün, düşüncələrinin əsas vəziyyətinin və ümumilikdə nəticələrinin üzə çıxmağıdır. Yazı üslubu bir insanın fikirlərinin nə qədər müxtəlif də olsa yrulub formalaşğı xəmirdir. Üslub, düşüncənin siluetindən başqa bir şey deyildir. 

-Oylenşpiqeldən (Eulenspiegel) “ ən yaxın kəndə nə vaxta çataram” deyə soruşduqda verdiyi “Yeri get görüm” cavabının məqsədi, bir insanın yeriməyindən müəyyən bir vaxtda nə qədər yol gedəcəyini görməkdir. Və eynilə bir yazıçının bir neçə səhifəsini oxuyanda onun mənə  nə qədər kömək edəcəyini (məni haraya götürəcəyini) başa düşürəm. 

-Yazıda anlaşılmazlıq maskası ən uzunömürlü olanıdır; buna həmişə ən  xoşbəxt nəticələri ilə ilk dəfə Fihte (Fichte) tərəfindən  inkişaf etdirilib Şellinqin (Schelling) qüsursuz formaya gətirdiyi, sonda isə ən yüksək zirvəsinə Hegeldə çatdığı Almaniyada rast gəlmək olar təkcə. Halbuki yazmağın ən asanı heç kimin başa düşmədiyi şəkildə yazmaqdır; digər tərəfdən dərin məsələləri hamının başa düşəcəyi formada yazmaqdan daha çətin bir şey yoxdur. 

-şüncə baxımından zəngin olan  yaxşı  yazıçı  lap başlanğıcdan oxucunun inamını qazanır; oxucu onun həqiqətən və səmimiyyətlə söyləyəcək bir şeyləri olduğuna inanır;  bu ağıllı oxucuya yazıçını diqqətli bir şəkildə izləmək səbrini verir. Bu cür yazıçı həmişə  özünü   ən doğru və ən sadə bir tərzdə ifadə edir, bunun tək səbəbi  onun doğrudan da  söyləyəcək bir şeylərinin olmağıdır; çünki o oxucuda başqa bir şey deyil, öz  beynindəki düşüncəni  oyandırmağı arzu edir.

-Ağıllı insanlar yazdıqlarında bizimlə həqiqətən danışırlar və  buna görə, həm maraqlandırırlar, həm də bizi əyləndirirlər. Yalnız ağıllı yazıçılar istifadə etdikləri sözlərə diqqət edərək bir yerə gətirir və  onları səliqə ilə seçirlər. 

-Qısacası, birinin danışğı  kimi yazmağı, hardasa yazdığı kimi danışmağı  qədər qüsurludur. Bu yazıçını özündənrazı edər və eyni zamanda başa düşülməyini çətinləşdirər. 

-şünmək qabiliyyətinə sahib bir insan həmişə  özünü açıq, səhih və qapalılıqdan  uzaq kəlmələrlə ifadə edə bilər.  Mürəkkəb və qapalı yazanlar – məsələn, Fihte, Şellinq və Hegel kimi -   bilmədikləri  şeyi bilirmiş, düşünmədikləri şeyi düşünmüş və  demədikləri şeyi demiş kimi  görünmək  sevdasındadırlar. 

-Paylaşılacaq həqiqi bir şeyə sahib insan onu açıq bir tərzdə, mümkün qədər qapalılıqdan uzaq bir üslubda ifadə etməyə çalışmazmı? 

-Bir yazıçı sözlərini və demək tərzini daraltmaq əvəzinə düşüncələrini genişləndirməyə çalışmalıdır. Əgər bir insan xəstəlik nəticəsində çox arıqlayıbsa və artıq köhnə paltarları əyninə çox böyükdürsə, çarəsi onları kəsib daraltmaq yox,  sağlamlığına qovuşana kimi  əvvəlki bədən formasına qayıtmasıdır ki, o zaman paltarlar tam əyninə oturacaqdır.

-Kağız üzərinə yazılan düşüncələrin sahildəki ayaq izlərindən fərqli olmadığı nəticəsinə gələ bilərik: Adamın  getdiyi yolu görərsiniz, lakin yolda nə gördüyünü bilmək üçün onun gözlərinə ehtiyacınız var.  

-Bir yığın kitabı bu qədər bezdirici edəşey mövzunun çiyliyindən çox, söz yığınaqlığıdır. Deyirlər, yaxşı aşpaz köhnə ayaqqabıdan belə ləzzətli yemək bişirə bilər; eyni şəkildə yaxşı yazıçı da ən çiy mövzunu maraqlı və əyləndirici edə bilər.

-Həyatda necədirsə ədəbiyyatda da elədir: Hansı tərəfə dönsəniz dərhal özünüzü düzəlməyən, yola gəlməyən bir insan güruhuyla qarşılaşş görərsiniz,  hər tərəfi, hər  küncü doldurublar; eynilə yay milçəkləri kimi sürü halında hər yerə doluşub həşeyi çirkləndirirlər. 

-Yazıçıların çoxu insanların vaxtını, pulunu, diqqətini – qəsb etməkdədirlər: Bunlar ya asan pul qazanmaq, ya da vəzifə əldə etmək məqsədilə yazırlar. Dolayı yolla, təkcə xeyirsiz deyillər; eyni zamanda müsbət olaraq zərər də verirlər. Mövcud  ədəbiyyatımızın  demək olar doxsan   faizi  xalqın cibindən bir neçə qəpik  əkişdirməkdən başqa bir məqsəd güdmür və  bunu reallaşdırmaq üçün yazıçı, nəşriyyatçı və  tənqidçi əl-ələ verib  güclərini birləşdiriblər ( Şopenhauerin buradakı sonuncu cümləsi nə qədər alman ədəbiyyatına aid olsa da, bu gün biz öz ədəbiyyatımızda eyni mənzərəni görürük, təəssüf). 

-İki cür ədəbiyyat var: qalıcı və müvəqqəti. Şopenhauerə görə, qalıcı ədəbiyyatla elm və sənət eşqi ilə yaşayan adamlar məşğul olurlar, onlar çox yavaş, amma öz yolları ilə gedərlər. Hər yüzillikdə bir sıra qalıcı əsərlər ortaya qoyarlar. Müvəqqəti ədəbiyyatla isə elmin və sənətin üstündə yaşayan insanlar məşğul olurlar; tərəfdarlarının səs-küyü ilə sürətlə qabağa gedərlər və hər il bazara minlərlə əsər çıxardarlar. Bir neçə ildən sonra isə insan istər-istəməz soruşur: “Haradadır onlar? Hara yoxa çıxdı onların şan-şöhrəti; hamını arxasınca aparan, hay-həşir qoparan məşhurluğu?” Ədəbiyyatın bu növünə müvəqqəti ədəbiyyat deyilir. 

 

Və Şopenhauer son olaraq yazıçılara ədəbi priyom öyrədir: 

-Sözlərin birbaşa oxucunu yazıçıyla tam olaraq eyni  formada düşünməyə məcbur edəcəşəkildə seçilməyi lazımdır. Bu ancaq yazıçının cazibə qanununa tabe olduğu ölçüdə düşüncələrin beyindən kağıza, kağızdan beyinə olduğundan daha asan bir şəkildə keçməyi lazımlığını ağılında saxlamağı halında mümkün ola bilər. Beləliklə,   kağızdan beyinə səyahətə yazıçı əlinin altında olan hər  cür  vasitə ilə  dəstək olmalıdır. 

 

 

Niçenin fəlsəfi ədəbiyyatı 

Ştefan Çvayq (Stefan Zweig) onun haqqında “ alman fəlsəfəsinə poeziyanı gətirən adam” deyirdi. Bertran Rassel ( Bertrand Russell ) onu “aristokrat anarxist” ə bənzədirdi. Niçe (Nietzsche) özü haqqında isə “mən ilk immoralistəm” deyirdi. 

 

Bilmək maraqlı olardı, Niçe ədəbiyyatda kimi bəyənir, kimi bəyənmir? Niçe “təkrar-təkrar oxuduqlarım bir ovuc fransız yazıçılarıdır: mən təkcə fransız mədəniyyətinə inanıram” yazır. Alman mədəniyyətinin adını çəkmək istəmədiyini (istisna: Heinrich Heine, Goethe və s.) deyir.  Montaigne, Shakespeare və Molière-i sevdiyini bildirir və bəzi fransız yazıçılarının adlarını çəkir: Paul Borguet, Pierre Loti, Gyp, Meilhac, Jules Lemaître və xüsusilə Guy de Maupassant. Niçe Stendhal üçün “həyatımda qarşılaşğım ən gözəl təsadüflərdən biridir” deyir. Fransada qırx ildən bir bənzərinə rast gəlinən Prosper Mérimée-ni hörmətlə xatırlayır. Достоевский haqqında “ bir şeylər öyrənə bildiyim tək psixoloqdur” yazır. George Sand-ı “gözəl üslublu” inək”, Victor Hugo-nu isə “cəfəngiyyat dənizində fənər” adlandırır. Goethe-ni “bir Alman deyil, bir Avropa hadisəsi” kimi qeyd edir. 

 

Niçenin şəxsi kitabxanasındakı bəzi kitabların adlarını çəkməkdə fayda var. Əvvəlcədən xəbərdarlıq edim ki, müəllif adlarının bəzilərini öz dilimizdə, bəzilərini orjinalda verəcəyəm ki, axtarışa verib vikipediyalarını tapmaq asan olsun. 

 

Niçe Volteri, Stendalı, Karl Şpitteleri, Spinozanı oxuyub. Əlbəttə, buna Şopenhauerin bütün kitablarını əlavə etməyi unutmayaq. David Friedrich Strauss, “Der alte und der neue Glaube” (“Köhnə və yeni inanc”) (Berlin: 1871) (Leipzig: 1872),  Mişel Monten, Con Stuart Mill,  Ernest Renanın əsərləri, xüsusən "La Vie de Jésus" (fr. İsanın həyatı) və Tolstoyun “Din nədir?” əsəri kitabxanasında var. Plutarxın "Sezar" kitabını və Blez Paskalın əsərlərini də oxuyub. Çox uzatmadan, seçdiyim siyahını təqdim edirəm: 

 

 -Ludwig Nohl, Das Leben Wagners (alm.Vaqnerin həyatı)

 

- Hermann Oldenberg,

Buddha. Sein Leben, seine Lehre, seine Gemeinde (Berlin: 1881) 

(alm. Budda. Həyatı, təlimləri, icması)

 

-Malwida von Meysenbug,

Memoiren einer Idealistin (Stuttgart: 1876) 

(alm. Bir idealistin xatirələri)

 

- Philipp Mainländer, 

Die Philosophie der Erlösung (1876) 

(alm. Qurtuluş fəlsəfəsi)

 

-Lucretius,

De rerum naturae 

(lat. Şeylərin təbiəti)

 

- Otto Liebmann,

Gedanken und Tatsachen 

(alm. Düşüncələr və faktlar)

 

-Gottfried Wilhelm Leibniz,

Essais de theodicée 

(fr. Teodiseya esseləri)

 

-Karl Knortz, 

Amerikanische Gedichte der Neu Zeit

Walt Whitman 

(alm. Yeni dövr Amerika poeziyası)

 

-İmmanuel Kant

 

-Victor Hugo,

Notre Dame de Paris

 

-David Hume,

Gespräche über natürliche Religion (Leipzig: 1781) 

(alm. Təbii din haqqında söhbətlər)

 

-Louis Jacolliot,

Les Législateurs Religieux: Manou, Moïse, Mahomet (Paris: 1876)

(fr. Dini legislatorlar: Manu, Musa, Məhəmməd)

 

- Henri Joly,

Psychologie des grands hommes (Paris: 1883) 

(fr. Dahilərin psixologiyası)

 

- Johann Wolfgang von Goethe

 

-Francis Galton,

Inquiries into Human Faculty and its Development (London: 1883) 

(ing. İnsan bacarığı və inkişafına dair araşdırmalar)

 

-Gustave Flaubert

 

-Ludwig Feuerbach,

Grundsätze der Philosophie der Zukunft 

(alm. Gələcəyin fəlsəfəsinin əsasları)

 

-Ralf Valdo Emerson 

 

-Fyodor Mikhaylovich Dostoyevsky,

Humiliés et offensés (fr.Alçaldılmış və təhqirolunmuşlar)

Junger Nachwuchs (alm. Yeniyetmə)

La Maison des Morts (fr. Ölülər evi)

 

- Jacob Burckhardt, 

Die Kultur der Renaissance in Italien (Leipzig: 1869) 

(alm. İtaliyada renessans mədəniyyəti)

 

-Victor Brochard,

Les Sceptiques Grecs (Paris: 1887) 

(fr. Yunan skeptikləri)

 

-Otto fon Bismark,

Ausgewählte Reden (1882) 

(alm. Seçilmiş nitqlər)

 

-Şarl Bodler,

 “Les Fleurs du Mal” (fr.”Şər çiçəkləri”)

Və başqaları…

 

Niçe yazıçılara yazmağı öyrədir:

a)Üslub, xitab etdiyiniz, münasibət qurmaq istədiyiniz müəyyən bir şəxsə (yaxud şəxslərə) uyğun olmalıdır; kimin üçün yazdığınız önəmlidir.

b)Yazıçı əvvəlcə nə və necə demək istədiyini yazmazdan öncə bunu açıq və konkret formada müəyyənləşdirməlidir. Yazı bunun bir təqlidi olmalıdır. 

c)Həyatın zənginliyi özünü jestlərin zənginliyi ilə üzə çıxarır. Şəxs bütün duyğuları hiss etdirməyi öyrənmək məcburiyyətindədir: cümlələrin uzunluğu və yavaşlamağı, nöqtələmə işarələri, fasilələr, sözlərin seçimi, arqumentlər… eyni ilə jestlər kimidir. 

d)Yaxşı bir nəsr yazıçısı olmağın strategiyası, vasitələri seçərkəşeirə (poeziyaya) yaxınlaşmaq, amma şeirin (poeziyanın) içinə girməməkdir. 

e)Üslub yazıçının inandığı bir fikri sübut etməlidir; təkcə düşündürməməli, eyni zamanda hiss etdirməlidir. 

f)Yazıçı daha abstrakt bir həqiqəti öyrətmək istəyirsə, duyğuları daha çox razı salmalıdır. 

g)Bir yazıçının oxucusunu ən açıq etirazlardan məhrum etməyi nə yaxşı, nə də ağıllı hərəkətdir. Yaxşı və ağıllı hərəkət, müdrikliyimizin oxucu tərəfindən tələffüz edilməyidir. 

j)Cümlə qurmağın bütün qaydaları  əhval-ruhiyyəni, ruh halını çatdırmaqdır. Yaxşı bir üslüb öz içində bir aldatmadır; “öz içində gözəllik”, “özündə şey” kimi saf bir idealizmdir. 

 

Niçe usta kalamburaçı və özünəməxsus ədəbi zarafatları olan yazıçıdır. Məsələn, monoteizmə (təkallahlıq) “monotonteizm” deyirdi. Zarafatı tutmayanlar üçün izah edim: Niçeyə görə yəhudilərin, xristianların və müsəlmanların allahı monoton- təkrəngli və darıxdırıcıdır. Başqa bir misal: Nohl, Pohl, Kohl… Bu ifadə Niçenin Vaqneri müdafiə üçün dediyi bənzətmədir. Nohl və Pohl musiqi haqqında yazan iki yazıçının adıdır. Kohl isə almancadan “kələm” deməkdir. Danışıq dilində “ boş söz, cəfəngiyyat” mənasındadır. Niçe “Nohl, Pohl, Kohl”la oxucuya “Nohl və Pohlun yazdıqları cəfəngiyyatdır” mesajını ötürür. 

 

Davam edək: “Təklikdəəzab çəkmək də bir etirazdır, -mən isə həmişə yalnız “çoxluqdan” əzab çəkmişəm” (alm. Auch an der Einsamkeit leiden ist ein Einwand, — ich habe immer nur an der „Vielsamkeit“ gelitten…). Lüğətdə “Einsamkeit” -tənhalıq, kimsəsizlik, təklik mənasındadır. “Ein” almanca “bir, tək”i bildirir. “Vielsamkeit” isə alman dilində yoxdur, Niçe bu sözü “Einsamkeit”a əsasən uydurub. Ein “tək” deməkdirsəViel “çox” deməkdir. Niçe Einsamkeit və Vielsamkeit sözlərini həm tələffüz, həm də yazılış formasında eyniləşdirərək söz oyunu edir. Necə ki, Ein və Vielsamkeit həmahəngdir, eləcə də təklik və çoxluq sözləri də o cürdür. Burada Einsamkeit (Aynzamkayt) “tənhalıq” kimi tərcümə olunsa, Niçenin söz oyunundakı mənanı itirəcəyik. Və “Vielsamkeit”la (Filzamkayt), yəni “çoxluq” sözü ilə Niçe müxtəlif instinktləri və anadangəlmə istedadları nəzərdə tutur. Bunlar Niçenin üstünlük yaratmaq üçün etdiyi və ən pis tənhalıq yaxud təklikdən daha çox ona əzab verəşeylərin bu olduğunu deyir. Açıq ifadə etsək, bir sənətkarın təbiətini anlamaq üçün “çoxluq”dan əzab çəkmək - çox bilməkdən, çox görməkdən, çox şeyi başa düşməkdəəzab çəkməkdir. Niçe görə, təklikdən  (tənhalıqdan) əzab çəkmək də cəmiyyətə qarşı bir etiraz ola bilər. Amma mən həmişə içimdəki “çoxluq”dan, onların ağırlığından, çoxluğundam əzab çəkdim yalnız. 

 

Yaxud:

 Sehr verbunden! Minnətdaram! Niçe burada mədəni şəkildə təşəkkür edərək, İsveçrədəki "Bund" jurnalını ələ salır: Ver-Bund-en. 

 

Niçenin fəlsəfi ədəbiyyatının şahəsəri “Zərdüşt”dür. Zərdüşt poeziyanın və fəlsəfənin bir yataqda yatmasıdır. Niçe “Zərdüşt”ü haqqında “beşinci İncil” ifadəsini işlədir. Çünki xristianlıqdakı dörd İncil həyata “yox” deyib, ilk dəfə Niçe bu kitabı ilə həyata “hə” demiş olur. Həmçinin “Zərdüşt belə dedi” adının altında belə qeyd var: ein Buch für Alle und KeinenHərfi tərcümə etsək, “hər kəs və heç kəs üçün bir kitab” deməkdir. Bədiiləşdirsək, belə alınır: hamının və heç kimin kitabı.Niçe bunu demək istəyir, bu kitabım hamıya lazımdır, amma heç kimə də aid deyil. 

 

Froyd bir yazıçıdır 

 Ziqmund Froyd (Sigmund Freud) təbii ki, Nobel mükafatı istəyirdi, lakin  yaşadığı müddətdə yalnız bir mükafat alıb -Qöte (Goethe) mükafatı. Bu da ədəbiyyat mükafatıdır. 

 

Froyd həkim olmaqdan əlavə, həqiqətən bir ədəbiyyatçı, yazıçı idi. İnanmırsınız? Onda Ziqmund Froydun  terminologiyasına baxın: Edip (Oidipous) kompleksi və Elektra kompleksini haradan götürüb? Yunan tragediyasından(ədəbiyyatdan).Elektra kompleksindən danışmayacağıq, bu kompleks K.Q.Yunq tərəfindən psixanalizmə gətirilib və Froyd da “mənim tapdığım Edip kompleksi Elektranı da ifadə edir” deyib qəbul etmir. Elektra kompleksi ərini  öldürən anasından qisas alan yunan tragediyasındakı qızın adından götürülüb. Belə ki, Elektra kompleksi qız övladın fallus dövründə (3-6 yaş arası) anasına nifrət edib atasına qarşı hiss edilən cinsi arzuların, instinktlərin, fantaziyaların ümumi adıdır. Bu haqda Froydun  Edip kompleksi ilə ətraflı danışmaq daha kəsə  yol olar. 

 

Froyd Edip kompleksini antik yunan yazıçısı Sofoklesin “Tiran Oidipous” tragediyasını oxuduqdan sonra tapıb. Əsərin qısa məzmunu belədir ki, Edip özü də bilmədən atası Laiosu öldürür və anası İokaste ilə evlənir. Anasından dörd uşağı olur. Deməli, o, həm anasının əridir, həm oğlu, həm uşaqlarının atası, həm də qardaşıdır. Nəticədə bunu bilən Edip gözlərini iynə ilə oyaraq deşib kor edir, anası isə bu rüsvayçılığa dözməyərək özünü asır. Tragediyanın bu cür faciə ilə bitməyi onu göstərir ki, insest münasibətlər insanların tabusudur. Mitologiyada insest münasibətlər yalnız allahlara məxsus ola bilər, insanlar üçün bu qadağandır. Bu niyə belədir? Çünki mitologiya insan deyilən varlığın şüuraltısının şüurüstünə çıxmağıdır.  Yəni biz mitologiya vasitəsilə şüuraltında yığılan duyğuları və fikirləri hekayə formasında üzə çıxardırıq. Allahlar və onlar arasında baş verən  insest münasibətlər də şüuraltının məhsuludur. Biz əslində heyvan kimi (id) davranmaq istəyirik, mədəniyyət (superego) isə bizi insan olmağa məcbur edir. Edip burada anası ilə evləndiyini bilmir, bilsə anası ilə yatmaz və uşaqları olmazdı. Bundan belə bir nəticə çıxarmaq olar ki, əgər bir qadının sənin anan olduğunu bilirsənsəlibido (seksual istək, enerji) deaktivləşir. Primitiv bir nümunə: mən 55 yaşlı bir qadınla sevgiliyəm, yatmışıq-sevişmişik və nəhayət, evlənməyə qərar vermişik. Bunu anama deyirəm və həmin qadının şəkilini göstərirəm. Anam şəkilə baxır, təəccüblənir və qarşı çıxır. Səbəbini soruşuram. İllərlə gizlətdiyi sirri açıqlayır: əslində o mənim anam deyil, şəkildəki, evlənmək istədiyim qadın anamdır. Əlbəttə, məşokdayam və Edipin faciəvi sonu qaçılmazdır. Deməli, libidonu aktivləşdirən qarşımızdakı qadının anamız, yaxud bacımız olmadığını bilməkdir. 

 

Froydun fikrincə, 4-5 yaşlı oğlan uşağı atasını öldürmək üçün planlar qurur. Anasını əldə etməyə ən böyük maneənin atası olduğunu düşünür. Amma sonra qorxur ki, birdən atası onu axtalayar. Məhz cinsi orqanını itirməmək üçün anasına olan sevgidəəl çəkərək başqa qadınlara yönəlir. Froyd demək istəyir ki, hər bir oğlan uşağı bu mərhələdən keçir və normalı bunda ilişib qalmamaqdır. 

 

Froyda görə, qız uşaqları da eyni şeyləri yaşayır. Penisinin olmamasında anasını günahlandıraraq atasına cinsi maraq duyur. Özündəki əskik olanı atası ilə intim münasibətdə tamamlamaq istəyir. Təbii ki, qızda axtalanmaq qorxusu olmadığından atasına olan sevgisi zamanla azalsa da yoxa çıxmır, bu səbəbdən qadınlarda superego çox inkişaf etməyib. Qanunçular, əxlaqçılar, dinçilər superegosu çox inkişaf etmiş adamlardır və onların arasında demək olar qadına rast gəlməzsiniz. Peyğəmbərlərin də ancaq kişilərdən çıxmağı təsadüfi deyil. Yayda qadınların daha açıq-saçıq, kişilərin isə mümkün qədər qapalı geyinməyi də superegodur. Mədəniyyəti yaradan da superegosu daha güclü olan kişilərdir. Bunu bir dəfə demişdim, qadın təbiətlə, kişi isə sivilizasiya ilə bağlı varlıqdır. 

 

Edip kompleksinə inansaq, kişi üçün ana çox önəmlidir. Doğularkən ilk gördüyümüz qadın anamızdır. Bizi ilk öpən qadın anamızdır. Bizim gözümüzün yaşını silən və üzümüzə gülümsəyən ilk qadın anamızdır. Və ilk gecələri yatdığımız qadın da anamızdır. Froyd buna görə deyir ki, bir kişinin gələcəkdə sevəcəyi və evlənəcəyi qadın anasının oxşarından başqa heç kim deyil. 

 

Porno saytlarına niyə baxırıq? Niyə maraqlıdır bizə? Çünki orada biz cəmiyyətdən gizlədilmiş özümüzə baxırıq. İnsestlə bağlı  o qədər videolar var ki… İnsan seksuallığına aid nə varsa, pornolarda var. Porno saytlar Sadın və Mazoxun virtual formalarıdır. 

 

Deməli, Edip kompleksi atasını öldürüb anası ilə evlənən yunanlı Edipin psixoanalizmə köçürülməyidir. Froyd görə, dünya ədəbiyyatın ən güclü üç əsərində – Sofokles, “Tiran Oidipous”, Şekspir, “Hamlet” və Dostoyevskinin “Karamazov qardaşları” – ata qatili temasının ön plana çıxmağı təsadüfi deyil, bütün bunların kökündə Edip kompleksi dayanır. “Tiran Oidipous” Sofoklesə görə, bir əsər qəhrəmanı idisə, Froyda görə isə insan olmağın faciəvi halından biri idi.  

 

Çox pafoslu səslənə bilər, amma Ziqmund Froydu oxumayan valideyn olmamalıdır. Əgər olursa, bu bir qanun pozuntusu olmalıdır. Gələcəkdə evlənmək istəyənlərdən Froydu oxumaq tələb olunmalıdır. Həşey beləcə "olunmalıdır". İnsanlar öz-özünə düzəlmir, insanları düzəldirlər. 

 

Froydun çox az bilinən və təbii ki, azərbaycancaya tərcümə olunmayan bir kitabı var – “Zarafat və onun şüursuzluqla əlaqəsi” (Der Witz und seine Beziehung zum Unbewussten). İlk dəfə 1905-ci ildə almanca çap olunub. Bir yazıçı kimi bu kitabdan xəbərimizin olmaması böyük bəxtsizlik desək yumşaq səslənər. Kobud demək istəmirəm, çünki axır vaxtlar hamı ilə dirəşirəm və davalıyam. İnsanların natamamlıq kompleksləri məni əsəbləşdirir. Müdafiə olunmuram, əksinə hücum edirəm, yoxsa insanların axmaqlığına dözə-dözə çox yaşamaram. 

 

Nəysə…Froydun bu kitabından danışmayacağam, düzdür, kitabın adını çəkdim, amma oxuduqca başa düşdüm ki, yumor çox geniş mövzudur. Froyd yumorun, zarafatın, lətifələrin şüur və şüursuzluqla əlaqəsindən yazıb. İnsan niyə yumordan istifadə edir?  Zarafat təkcə gülmək üçündür, yoxsa özümüzü müdafiə instinktidir? Yəni Froyd bu kitabında yazıçı olduğunu sübut edərək, şair, yazıçı, filosoflardan sitat gətirdiyi zarafatlarla psixoloji prizmadan fikirlərini bizimlə bölüşür. Kitabda çox gülməli və düşündürücü zarafatlar vardı, çox güldüm, amma ürəyim bu zarafatları və realda mənim də zarafatlarımı buraya əlavə etmək istəyir, əgər bunu etsəm yazını bitirə bilməyəcəksiniz. Ən yaxşısı kitabı, söz oyunlarını, yumoru qırağa qoyaq. Bu kitab başqa yazının mövzusu olmağa layiqdir. Amma bunun əvəzinə, başqa şeydən danışaq. Froydun adından almanca söz oyunu yaratmaq olar və yaradıblar. Məsələn, Freud (Froyd) > Freund (Froynd [dost]) > Freude (Froyde [sevinc]). Məsələn, Ziqmund Froyd mənim dostum olsaydı, ona adı ilə belə zarafat edərdim: “Necəsən, Froynd?” Burada “necəsən, Froyd?” demirsən, “necəsən, Dost?” deyirsən. Yaxud: anası Froydu əzizləyəndə belə deyə bilər: “Mənim sevincim” (alm. Meine Freude).

 

Bilirsiniz, xoşbəxtlik Froyda kimi nə idi? Qurşaqdan yuxarı mövzu idi. İlk dəfə Froyd xoşbəxtliyi qurşaqdan aşağı saldı. Xoşbəxtlik haqqında qurşaqdan yuxarı danışanların ayaqları arasına dizi ilə zərbə endirdi. Necə“Xoşbəxtlik şalvara işəmək kimidir: islandığını hamı görür, istiliyini isə yalnız sən hiss edirsən”. Xoşbəxtlik haqqında bu aforizm nə elmi, nə də fəlsəfi cümlədir, məhz ədəbiyyatdır. Ədəbiyyatı isə səhv çıxarmaq mümkün deyil. 

 

 

Ədəbiyyatın dramatik ironiyası

İroniya nədir? Fikrin ifadə tərzinin onun daxili mənasına zidd olmağıdır. Antifraza kimi desək, qorxaq adama "qəhrəman" demək ironiyadır. Sarkazm da ironiyanın iynəli versiyası, arı kimi sancanıdır. Özümün uydurduğu misal (realda yoxlamışam, effekti var): 

 

 Qız: -Bu hərəkətinlə necə də gözümdən düşdün!

Oğlan: - Boyun neçədir? 

Qız:  - 1.65 

Oğlan:- Deməli, elə də hündürlükdən düşməmişəm. 

 

Burada oğlan qızın ona iradına  yumor qataraq ironiya edir. Sarkazm!

 

Bəs ironiyanın dramı nədir? Bunun ədəbiyyatda konkret adı var: dramatik ironiya. Dramatik ironiya yazı texnikasının adıdır. Bir əsərdə böyük sirrlə əlaqəli vacib elementlər personajlara (obrazlara) yox, oxucuya (tamaşaçı) təqdim olunur. Oxucu həşeyi bilir və həyəcan içindədir. Bu texnikada əsl sirr nə olacağı deyil, personajların bunu nə zaman və necə öyrənəcəyidir. Nümunə: Klassik dramaturgiyanın şah əsəri hesab oluna  “Tiran Oidipous”da əsas obraz (baş qəhrəman) öz atasını öldürməyindən və anası ilə evlənməyindən xəbərsizdir. Ancaq oxucu (tamaşaçı) bunu bilir və Oidipousun yavaş-yavaş həqiqəti öyrənməyi və yaşadığı faciə insanın daxilinə işləyərək bir klimaks yaşadır. 

 

Başqa bir nümunədə də dramatik ironiyaya rast gəlmək olar. İyirmi yaşlarımda  Balzakın “Polkovnik Şaber”ini oxumağım yadıma düşür. Necə həyəcanlanmışdım: arvadının onu aldatmaq üçün plan qurub sərvətini ələ keçirməyini oxucu kimi mən bilirdim, amma polkovnik Şaber bilmirdi. Əsəri oxuya-oxuya deyirdim ki, “getmə, polkovnik, zəiflik göstərmə, səni aldadır, ayıl, ayıl. O cür müharibədən sağ çıxdın, qadın səni yalandan sevirmiş kimi göstərir, sənin ona əsəbləşərək “sən fahişə idin, səni özümə arvad elədim” dediyin sözləri unutmayıb, məhz onun qisasını alır”. Oxucu kimi nə desəm, xeyiri yoxdur. Amma çox gec olmamış polkovnik Şaber həşeyi öyrənir. O cür müharibədən sağ çıxan adam bu dəfə daxilən ölür. Və həşeydən imtina edir, arvadı var-dövləti ələ keçirir və palkovnik Şaberi də dəlixanaya basdırır. Əsər palkovnik Şaberin insan xislətinin iyrəncliyi ilə bağlı düşüncələrə dalaraq  çubuqla torpağa nələrsə cızmağı ilə bitir. 

 

Bununla yanaşı, ədəbiyyatın gülməli və gizli tərəfləri də var. Qara yumor və anaqramma yazıçılığın axan qanıdır. Qara yumor insanların ciddi qəbul etdiyi və həssas olduğu mövzularda (din, cinayət, ölüm, xəstəlik, müharibə, seks) ironiyadır. Qara yumor – insanları güldürməkdən çox düşündürərək hadisəyə və ya şəxsə yumorla yanaşmaqdır. Parodiyanın bir növü olan qara yumor ciddi olmalı vəziyyətdə ciddi olmağı bacarmayan, yaxud ciddi olmaq istəməyən bir insanın həmin situasiyaya qarşı göstərdiyi reaksiyadır. Misal kimi, ŞvartsManın “Məhəbbət üçün ürəkbulanma” romanından bir epizodu qeyd etmək olar:

Yeri gəlmişkən, əslində bunu deməməliyəm, həşeyi etiraf etmək məcburiyyətində deyiləm, ancaq bəzi şeyləri dürüstlük olsun deyə əleyhimə də olsa demək istəyirəm: əsgərlikdən yeni gəlmişdim, bir dəfə onu zorlamaq istədim. Yəni Fiona mənə belə dedi. Əslində heç bir kişi qadını seksə məcbur etməyə zorlamaq adı vermir. Onu qucağıma alıb divana atdım. Öpməyə və şalvarını çıxarmağa çalışdım. Vəhşiyə çevrilmişdim, özümdə deyildim. O bundan qorxdu və mən özümə gəldim. Başa düşdüm ki, o istəmir, özünü pis hiss edir. Əlbəttə, gənc bir qız kimi o bunu zorlamaq kimi anladı. Mən özümü  “Yeşilçam”da yaxşı qadınları zorlamaq istəyən pis kişilər kimi apardım. Snikersin reklamını indi başa düşdüm: “Aclıq güc gələndə sən o sən deyilsən

 

Başqa bir nümunə: Samuel Bekketin “Qodonu gözləyərkən” pyesində obrazlardan biri özünü asmaq üçün kəmərini çıxardanda şalvarı  aşağı düşür.  

 

Qara yumorla bağlı xoş olmayan, qəbuledilməz, irqçi zarafatlar da var. Araşdırarkən bu zarafatlara rast gəldim: 

-Zəncilər niyə sürətli qaçır? 

ünki yavaş olanları türmədədir. 

Yaxud:

-Pizza ilə yəhudi arasındakı fərq nədir

-Birini yandıranda qışqırmır. 

 

“The Simpsons” cizgi filmindəki bu replika unudulmazdır:

-Allahım, verdiyin nemətə görə sənə təşəkkür etmirik, çünki öz pulumuzla almışıq. 

 

Əlbəttə, qara yumorun canlı əfsanəsi Vudi Allendir. Vudi Allendən danışmayacağam, çünki bu yazının Çin səddi uzunluğunda olmağını istəmirəm. 

 

Tez-bazar anaqrammadan danışaq. Yazdıqca hiss edirəm ki, esse bitmək bilmir, mənim danışacaqlarım isə çoxdur. Anaqramma, bir sözün yaxud bir fikrin şifrəli şəkildə gizlədilməyidir. Yəni sözdəki hərflərin yerini dəyişməklə fikri yaxud həmin şəxsin adını gizlədərək yeni söz yaratmaqdır.  İngilis yazıçı Samuel Batlerin “Erewhon” əsəri anaqrammadır. İngilis dilində “heç bir yer” mənasına gələn “nowhere” sözündən yaranmışdır. Yazıçının dediyinə görə, “həşeyin bitdiyi yer” mənasında istifadə edilmişdir. 

 

ŞvartsManın “İkinəfərlik minor” hekayəsində də anaqramma var: Ladop Solovey.  əllif hekayəsində şəxsin adını gizli saxlamağı məqsədəuyğun bilmişdir. Ladop <>Polad, Solovey =Bülbül. Nəticədə Polad Bülbüloğlunun adının anaqramması Ladop Soloveydir. 

 

Anaqrammadan adətən siyasi, dini və ictimai təzyiqdən yayınmaq üçün istifadə edirlər. Rəssamlıqda Mikelancelonun “Adəmin yaradılması” freskası da bir anaqrammadır. 

 

Ədəbiyyatın dramatik ironiyası haqqında bu qədəşeylər danışdım sizə. Adətən  bizim oxucular  yazıçının kitabını oxuyub nə gözləyirlər? Tənqidə açıq olmalarını. Pah! Hətta bunu yazıçılara hiss etdirib razılıqlarını da alırlar.  Mən tərs adamam: yazıçıyam və tənqidə açıq olmalıyam? Yooox. Bir qızın açıq olmağı mənim tənqidə açıq olmağımdan önəmlidir. Hər halda, o qız cəmiyyətə daha çox şey verə bilər. Mənim cavabım budur. 

 

Danışmadığımız nəsə qaldı? Qaldı. Nə? Yazıçıların və ədəbiyyatın vəziyyəti. Keçəəsrdə fransız ədəbiyyat tənqidçisi Roland Barthes dedi ki, yazıçı ölməlidir. Onun  “Yazıçının ölümü” adlı kiçik bir essesi var.  Yazıçının ölümü nə deməkdir? Fikir budur: bir mətn (text) oxunduğu an mövcuddur. Roland Barthes oxucumərkəzli yanaşır məsələyə. Ona görə, klassik tənqidçilərin səhvi, oxucuya heç vaxt əhəmiyyət verməmələri və buna görə onlar üçün ədəbiyyatda yazıçıdan başqa kimsə yoxdur şünmələridir.  Roland Barthes deyir ki, mətn oxucusu olmadan mövcud ola bilməz. Oxunduğu müddətdə var olur, yaşamağa və dəyişməyə başlayır. Mətn yazıldığı andan etibarən yazıçıdan ayrı müstəqil şəkildə yaşamağa başlayır. Barthes görə, yazıçının “demək istədikləri” yox, oxucunun “anladıqları” önəmlidir. Postmodernizmlə gələn bu ədəbi yanaşmada, mətnin yaşamağı üçün yazıçı ölməlidir. Yazıçı mətndə öz niyyətini və məqsədini açıqlamağa çalışmamalarıdır. Çünki bu izahı, yanaşmanı öldürür. Mətnə sərbəst yanaşmaq üçün ona yazıçısı olmadan baxılmalıdır. Essenin son cümlələri belədir: “Bilirik ki, yazının gələcəyini düzəltmək üçün miti (mifi) tərsinə çevirmək lazımdır. Oxucunun doğulmağı ancaq yazıçının ölümü qarşılığında baş verəcəkdir”.

 

Əlbəttəədəbiyyatın dramatik ironiyası bir qadınla bitməlidir. 1949-cu ildə keçmiş Yuqoslaviyada doğulan xorvat yazıçısı Dubravka Uqreşiç kifayət qədər tanınmış olsa da, yenicə kəşf etdiyim qadındır. Onun “Oxumadığınız üçün təşəkkür” (ing. Thank you for not reading) kitabındakı yazılar diqqətimi çəkdi. Yazıçı kitabında “niyə kitab rəflərində “pis kitablar” çoxaldı? Niyə oxucu “yaxşı ədəbiyyata” üz çevirdi? Niyə vaxt keçdikcə yazıçılar şəkillərdə şux pozalar verirlər?” kimi suallarla bizi düşündürür. Həmçinin bizə “ dünyadakı bestseller siyahısında  ədəbiyyat nümunəsi  olan yox, böyük ehtimalla böyük bir şounun bir hissəsi olan kitabların olduğunu görərsiniz” deyərək xəbərdarlıq edir. Bu həqiqəti də gizlətmir ki, “əgər Tomas Mann bu gün yazacaq olsaydı, ABŞ-da onun kitabını nəşr edəcək bir nəşriyyatçı tapa bilməzdi; ona kitablarının kifayət qədər seksual olmadığı deyəcəkdilər  Kitabdan seçdiyim bəzi sitatları sizinlə bölüşmək istəyirəm:

 

-Yazıçı eynilə bir panda kimidir:  ətrafındakı dünya çok sürətli və qarmaqarışıq, onun dili isə çox yavaşdır. Bundan əlavə, yazıçının hədəf kütləsi olan oxucu artıq kreslosunda oturan, bir kitabın dərinliklərinə gedən biri deyil. Oxucu daim hərəkət halında olan biridir: Təyyarədə,  ya da idman salonunda qulağında qulaqcıqla oxuya bilər,  ya da  maşın  sürərkən  kitabları kasetdən (bu gün disk, yaxud “Youtube”da səsli kitab-T.Ş) qulaq asa bilər.

 

-Ədəbiyyat bazar dünyası kitab istehsalçılarının hakimiyyəti altındadır. Lakin kitabların nəşr olunmağı ədəbiyyatın da çoxaldığı mənasına  gəlmir. 

 

-Milan Kundera bir dəfə “bir gün hamının yazacağını, amma heç kimin oxumayacağını” demişdi. Elə görünür ki, bazar bu utopiyanı yaradacaq. 

 

-Qadın yazıçılar hələ oral dövrə (birini yemək, ya da biri tərəfindən yeyilmək fikrinə) ilişmiş vəziyyətdəykən,  kişi yazıçılar anala daha çox meyillidirlər. Uşaq istismarı, sadistlər və həssas uşaq bədəninə zərər verən manyaklardan bəhs edən   romanlar daha çox  rəğbətlə  qarşılanır. 

 

-Qadınlar bəzən yanmasın deyə  sobadakı keksi götürmək  üçün şeir yazılmış kağız istifadə etdilərsə, bu, KQB-nin məhv etdiyi tonlarla əlyazması ilə müqayisədə nədir ki?

 

-İnkvizisiyanın odun yığınlarında yandırılan  ancaq qadınlar və kitablardır. Kişilərin tarixin küllərindəki rolu statistik olaraq əhəmiyyətsizdir. Kişilərin tarixində ehtiyac olduqda qadın “cadugarlar” (təhsilli qadınlar) və kitablar (bilik və istirahət mənbəyi) isə şeytan işi” adlandırılmışdır. 

 

-Təkcə yazdıqlarını deyil, ədəbiyyat aləmini də düşünən bir yazıçı səssiz qalmalıdır. Dilini dinc qoymalıdır. Əks təqdirdə,  qonduğu budağı kəsmiş olar. Budağa qonan quş belə susar. 

 

-Yazıçıların problemi alkoqoliklərinki ilə eynidir: etiraf  etməzlər. Bəzi yolagəlməədəbiyyat müştərilərimin könlünü razı salmaq  üçün sərt sözlərimi öz  tüpürcəyimlə yumşaltmışam. Oxucumun yağlı əlini kitabımın növbəti səhifəsini çevirməyə vadar etmək üçün nələr etmədim ki!  

 

-Ədəbi ilhamın qüruru ilə üzləşmiş Fadeyev, Qladkov, Furmanov kimi yazıçılar artıq aramızda deyillər… Bəs bu adları kim xatırlayır? Həyatları  boyu məğlubolanlar tərəfdə oldular və öldüklərində də bu vəziyyət dəyişmədi. Kitablarını  qalın   toz təbəqəsi örtdü. Amma bu günün yazıçıları elədirmi? Onlar cavandırlar, məşhur və dünyəvi təsirləri çox güclüdür.  Hörmətlə qarşılanırlar həm də.  Geniş kütlələrə müraciət edəndə  hörmət görməmələri mümkün deyil…

 

-Stephen King Stalinin dövründə Rusiyada yaşamış olsaydı, heç şübhəsiz, Stalin mükafatının  sahibi idi. 

 

ŞvartsMan olaraq bunu deyə bilərəm: bura kimi oxuduğunuz üçün təşəkkür! 

 

 

 Yaxşı yazmağın 10 qaydası

Yazmaq nədir?

 

1. Alber Kamü, 1959

"Yazıçı təkbaşına işləyir. Onu mühakimə edən adam da təkdir. Xüsusilə də özünü tək olanda mühakimə edər. Bu elə də yaxşı deyil... sağlam deyil..."

 

2. Jorj Perek, 1976

"Bir şey yaradırıq... birləşdirməyə çalışırıq. Möhtəşəm bir hekayə tapmağa çalışan bir arxeoloq kimi işləyirik". 

 

3. İtalo Kalvino, 1981

"Yazmaq, əyləncəli bir şey deyil. Mən həmişə oxucunu əyləndirməyə çalışıram. Amma bu mənim əyləndiyim mənasına gəlmir".

 

4. Henri Miller, 1959

"Bu, mənim üçün zövqdür. Necə nəfəs alıramsa, elə yazıram. Yazmağı buraxmağı düşünürsünüzmü? - soruşsanız, cavabım budur ki, elə edə bilməyi istərdim. Dərin bir səssizliyə gömülmək istərdim. Amma bunu edə biləcəyimi zənn etmirəm". 

 

5. Lui Ferdinand Selin, 1959

"Zamanın şahidi olmaq üçün yazıçılığı buraxdım. Özümü riskə atdım. Çünki unutmayın, ilhamın əsl qaynağı ölümdür. Əgər özünüzü riskə atmasanız, əlinizə heç bir şey keçməz. Əvəzini ödəmək lazımdır".

 

6. Fransua Saqan, 1967

"Başqa nə edə bilərdim bilmirəm. Əlindən nəsə bir iş gələn adam deyiləm. Başqa bir bacarığım yoxdur. Həmişə yazmaq istədim. Bu, mənim üçün gerçəkliyə tutunmanın bir yoludur".

 

7. Marqerit  Düras, 1984

"Yazmaq qəribə bir şeydir. Nə üçün gerçəkliyi fərqli bir baxışla ələ alaq? Nə səbəbə həyatın yanında yazmağa dair bütün bu səyahət - ki, bu həyatdan  da qaçış mümkün deyilkən? Nə olduğunu bilmirəm. Yazmaq nədir bilmirəm" .

 

8. ŞvartsMan (Tamerlan), 2021

" Yox, yazıçılıq şəxsiyyəti təsdiq edən sənəd deyil ki.. Mən heç kimə, heç nəyi sübut etməli deyiləm ki. Yazmaq mənim üçün mövcudluğun başqa sferasıdır. İki dəfə yaşamaqdır. Əqrəb necə ki sancır, mən də yazıram". 

 

Mənim üçün yazmağın 10 qaydası belədir:

 

1. Qısa, yığcam yazın. Mümkünsə aforizmsayağı cümlələr qurun. 

 

2. Mətni ürəyinizlə yazın, beyninizlə qurun. 

 

3. Mətndə (esse, hekayə, roman) çox şeylərdən danışın ki, oxucu həm darıxmasın, həm də yadında heç nə qalmasın. 

 

4. Yazıçının intellekti dialoqlarda bilinir. Dialoqlar qısa, yumorlu və hazırcavab olmalıdır. 

 

5. Deməyə çox vacib sözünüz yoxdursa, yazmayın.

 

6. Yazmaq xatirinə yazmayın. Tam hazır olanda yazın.Hər yazılan cümlələr yazıçının ruhundan xəbər verir. Maraqsız mətn maraqsız müəllif deməkdir. 

 

7. İlk cümləni yazmağa hazırlaşanda bu sualı xatırlayın: nə yazım yox, necə yazım?

 

8. Yaxşı müəllif çeynənmiş mövzudan çeynənməmiş cümlələr çıxarmağı bacarır. 

 

9. Roman janrının Şekspiri hesab olunan Balzakın bu cümləsini unutma: "Yaxşı yazmaq üçün yaxşı düşünmək lazımdır".

 

10. Dünyanın heç bir 10 uğurlu qaydası sizə kömək etməyəcək. Çünki yenə də hər kəs öz bildiyi kimi yazacaq. Bu həqiqət təkzibolunmazdır: bir yazıçı sizə yaxşı yazmağı öyrədə bilər, amma öz ruhunu sizə verə bilməz. 

 

R e k l a m    f a s i l ə s i : 

Oxucu düşünə bilər ki, mən yazılarımda həddindən artıq özümü çox gözə soxuram. Yox, özümü gözə soxmuram, mən sizin gözünüzün içindən beyninizə soxuluram. Fərqi hiss eləyirsiz? Görürsüz, sözlərlə necə rəqs edirəm, hətta Demi Murun striptizi də mənim yanımda milli rəqs kimi qalır. 

 

İndi bildiniz necə yazmaq lazımdır? Uzatmayım, Bukovski yeraltında bizi gözləyir. 

 

 

Yeraltındakı Bukovski

Alman əsilli amerikan yazıçı Çarlz Bukovski  Azərbaycanda oxunsa da, az-çox bəyənilsə də, amma ciddi yazıçı kimi qəbul edilmir. “Ciddi” sözü burada uyğun işlənmədi, daha doğrusu , onun yazdıqları ədəbiyyat nümunəsi kimi qəbul edilmir. Məəksini düşünürəm. Bizim yazıçıların görməzdən gəldiyi bir nüans var: biz oxumaqdan çox danışırıq, yazmaqdan yox. Azərbaycan ədəbiyyatını yüngülvari araşdırın görəcəksiniz ki, demək olar, heç bir yazıçı özündən sonrakına “necə yazmaq lazımdır” nümunəsi olmayıb. Bizimkilər filan kitabı oxumaqdan dəm vuraraq, yaxud “yaxşı yazmaq üçün çox oxumalısan” kimi banal aforizmləri ilə ədəbiyyatımızı yola veriblər. Bizim yazıçılar çox oxuyan, amma çox pis yazanlardır. Çünki yazmaq təkcə ədəbi məsələ deyil, eyni zamanda texniki məsələdir. Bunları bilmək çox vacibdir: sözlərin rəngi, hərflərin səsi, cümlənin quruluşunun yaratdığı effekt, mətnin ümumi psixologiyası, düzgün sinonimin seçimi, söz oyunları, anaqrammalar, ideal mətn üçün qızıl nisbət metodu və s. say, say bitməz. Şəxsən mənə yaxşı yazmaq üçün 10 il lazım oldu. Sizə tam əminliklə deyə bilərəm ki, yazıçılıqda yox, başqa bir sahədə 10 il çalışsanız nəinki işi yaxşı bilən, işinizin ustası olarsınız. Buna görə risk edib yazıçı olmayın, bunun üçün tanrılar sizin tərəfinizdə olmalıdır. Başqa cür desək, yazmaq sizin taleyiniz olmalıdır.  

 

Taleyi yazıçılıq olan Ç. Bukovski kimdir və yazmaq onun üçün nədir? 1969-cu ildə, 49 yaşlı Çarlz Bukovski “Black Sparrow” nəşriyyatının rəhbəri Con Martinin (John Martin) diqqətini çəkdi. “Diqqətini çəkdi” deyərkən Con Martin Bukovskinin yazılarını oxuyaraq düşünüb ki, bu adamda “nəsə var”. Bu “nəsə var” sözünü elə-belə bilməyin, Con Martin ondakı işığı gördü, hər adam işıq saçmır, hər adam da o işığı görmür. Və Bukovskiyə təklif etdi: ömrünün sonuna kimi, ölənə kimi ona hər ay 100 dollar verəcəkdi, amma bir şərtləŞərt budur ki, poçt işindən çıxmalı və ancaq yazmaqla məşğul olmalıdır. Bukovski bu təklifi qəbul edir. Nəşriyyat Bukovskinin ilk romanı “Poçt idarəsi”ni çap edir. Sonra başqa kitablar: …. Amma şöhrət qazanmır. Yazıçıya əsl şöhrəti nəinki dünyada, həmçinin Azərbaycanda da ən çox oxunan “Qadınlar (Women) romanı gətirir. 

 

Bukovskidəbir dəfə soruşurlar ki, niyə siyasətdən yazmırsınız? Cavab verib ki, nəyə görə? Təzə bir şeymi var? Yeməyin altının yandığını hamı bilir. 

 

Bukovski yazmaq haqqında bizim yazıçılardan çox danışıb. “Yazıram, çünki içimdən gəlir – və buna görə mənə ödəniş edirlər. Bir dəfə birinə bunu demişdim: Yazmaq, gözəl bir qadınla yatdıqdan sonrakı gün qadının oyanıb pulqabından mənə bir ovuc dolu pul verməyi kimidir. Əlbəttə, bu pulu qəbul edəcəyəm” (Ç.Bukovski). 

 

Yazmaq asan iş deyil. Hər düşündüyünü, hər ağzından çıxanı yazmaq olmur. Çünki hər düşündüyün, hər ağzından çıxan, yaxud ağzına gələn yazmağa dəyər olmaya bilər. Yazmaq -bu, incə sənətdir. Axı hər kəsin sarı simi var, qırmızı xətti var, qara üzü var. Əsl yazıçı isə sarı simi sındırmalı, qırmızı xətti keçməli və qara üzü göstərməlidir. Mənim düsturum budur: yazmaq istəyirsənsə, başqalarının xoşuna gələşeyləri yazma, başqalarının xoşuna gəlməyəşeyləri yaz. 

 

Bu yazını oxuyub bitərəcəksiniz və yaddaşınızda bir neçə sizə maraqlı və təsiriedici cümlədəəlavə, sadəcə və sadəcə heç vaxt qəlbinizdən silinməyən  sizdə yaratdığım t ə ə s s ü r a t qalacaq. Mənə görə, yazıçının qalıcılığı və böyüklüyü cümlələrdə təəssürat yaratmaqdır.

 

“Bukovski fəlsəfəsi” deyilən bir yanaşmanın kökü yazıçının  məzarında   yazılan bu cümlədə gizlidir: “Don’t Try” (ing.Çabalama). Niyə “Çabalama”? Həyatı boyu yazıçı olmaq üçün çabalayan adamın niyə qəbirdaşında “çabalama” yazılsın? Bukovski bununla bizə nə demək istəyir? 

 

Çabalama- onsuz da axırda öləcəksən. Çabalama -həşey boşunadır.

Çabalama – həşey heç nə olacaq.  Çabalama- lazım olanı, ürəkdən istədiyini et, həşey sənə doğru gələcək.

 

Mən belə izah edərdim: əgər bir şeyi saf ürəkdən, təmiz niyyətlə istəyirsənsə və edirsənsə, o şey üçün çabalamağa ehtiyac yoxdur. İstər inanın, istər inanmayın, bu həqiqətən də belədir. Bir çox gənc yazıçılar var, onların reklamı güclü və məndən də çox tanınırlar. Onlar “Coolist” saytının ətrafında dairəvi toplanıblar. Onların sözükeçən və yaşlı müəlliflərlə əlaqələri var. Ətraflarına öz dost-tanışlarını yığıblar, bir-birlərini tərifləyirlər, “ədəbiyyat bizik” deyirlər. Bütün qapılar onlara açıqdır, mən isə su kimi yalnız bağlı qapının altından içəri girirəm.  Oxuculara ancaq o yazıçıları göstərirlər. Yazıçı olmaq üçün çabalayan o gənclər mənimkimilərin varlığından narahat olarlar. Çünki mənim varlığım onların yoxluğudur. Mən sinəsinə döyüb “mən varam” deyən yazıçıları belə öz oxucularıma çevirməyi bacaran adamam. Məni oxuyan yazıçı öz yazdıqlarına inamını itirir. Bizim oxuculara daim göyqurşağının rənglərini göstəriblər, Qara həmişə qıraqda qalıb. Bilirik ki, göyqurşağı uzaqdan gözəl görünür, bir illüziyadır, yağış damcılarında günəş işığının sınmağı və əks olunmağıdır. Yazıçı olmaq üçün isə çabalayan gənclər yazırlar, amma yazıçı olmurlar. Bukovski demişkən, həşey yolunda gedəndə, bu, sənin yazıçılığı seçdiyin üçün yox, yazıçılığın səni seçdiyi üçün  baş verir. 

 

Elə bilirsiniz, məşhurluq axtarıram?Məşhurluğun gözümdə qara qəpik də olsun dəyəri yoxdur, məşhurluq mənə kitablarımın satışı üçün lazımdır; avtoqraf vermək, ya da oxucularla şəkil çəkdirmək məni həyəcanlandırmır, məni həyəcanlandıran oxucuların kitabıma pul verib almağıdır. Niçe kimi öləndən sonra məşhurluqdansa, Bukovski kimi 50 yaşdan sonra məşhurluğu istəyirəm. Niçe ilə eyni aqibəti bölüşmək istəmirəm, yox, əgəşöhrət mənə ölümümdən sonra gələcəksə, taleyimdən qaçan oğlan deyiləm. Amma yenə də sonumun Niçe kimi yox, Bukovski kimi olmağı üçün əlimdən gələni edəcəyəm ki, istəyimə nail olum. Hələ yazıçılıq üçün çox cavanam, 31 yaşım təzə tamam olub. Az da olsa tanınıram: adımı eşidənlər yazılarımı oxuyanlardan çoxdur, yazılarımı oxuyanlar isə məni tanıyanlardan. 

 

Mən getməmişdəəvvəl öz rəngimi, şvartslığımı bu dünyaya qoyub gedəcəyəm. Özümdən sonra çoxlu yazılarım qalacaq, arvad və uşaq istəmirəm. Evlilik, ailə, uşaq, arvad - bunlar mənim zövqümə uyğun deyil. Evlilik, mənim geyinə biləcəyim paltar deyil; not my style.  Sizin kimi olmadığım üçün mənə təşəkkür edin, siz eləsiniz, mən də belə. Eyni şeyləri görməkdən sonuncu dəfə nə zaman ürəkdən güldüyüm yadımda deyil. Yox, həşey o dərəcədə kədərli deyil, faciəvidir. Necə deyirlər? Qalib gələn tənha qalır. 

 

Tənhalığımın bilinməyən səbəbi görülməyəni görməkdir.  Bizdə çoxlu sosial maskalar var: ana var, ata var, bacı var, qardaş var, əmi var, dayı var, xala var, bibi var, nənə var, baba var, amma insan yoxdur. Azərbaycanlının ən çox işlətdiyi söz yuxarıdakı "var"lardır, “insan” yox.  Bu mənada mən insansızlığı görə bilən ilk insanlardanam, yəni özüməm. Gələcəkdə parkda ayaqüstə duran cansız heykəl olmaqdansa, insanların qəlb gölündə canlı suzanbağı olmağı üstün tuturam. Böyüklük parkları fəth etmək deyil, böyüklük qəlbləri fəth etməkdir. Mən seçimimi çoxdan eləmişəm: suzanbağı olmaq gözəldir. 

 

Reallığa qayıtsaq vəziyyət belədir: Evdəki(lər) yazılarımın saytda çap olunduğunu bilir(lər)və soruşur(lar): "Pul vermirlər, niyə yazırsan?" Əlbəttə ki, cavabım var: Niyə yemək yeyirik və niyə sıçırıq? Niyə çimirik və niyə işəyirik? Təbii ehtiyacdan. Təbii ehtiyacımızı ödədiyimiz üçün kimsə bizə pul verməyəcək ki... Yazmaq da təbii ehtiyacdır. Fərq budur ki, yemək yeməyin, sıçmağın, çimməyin və işəməyin səndən başqa heç kimə xeyiri yoxdur, amma yazmaq elə deyil. Səni tanımayan və səndən yüzlərlə, minlərlə kilometr uzaqlıqda yaşayan insanlara sözün çatır. Sözlə ifadə edilməyi çətin olan mütləq nəsə verirsən onlara. 

 

Yaxşı, əgər kimsə desəydi, 20 manat kartına yükləyirəm - imtina etməzdim. Amma kimsə yazılarıma görə pul vermirsə, bütün dünyaya nifrət qusan deyiləm. Böyüdükcə (qəsdən "yaşa dolduqca" demədim) həyata azərbaycanlılardan fərqli olaraq pozitiv baxmağı bacarırsan. Axı hər yazı mənim pulsuz reklamımdır. Hər yazı məni tanıdır. Hər yazı nə vaxtsa kitabda çap olunacaq və mənə pul qazandıracaq gələcəyimə investisiyadır. Sonra özümə deyirəm, axı bunların nə mənası var? Ölüm gəlişi ilə həşeyi süpürüb aparır. Nə edim, elə səssizcə oturub darıxım? Çox deyirlər, həyat elədir, yox, həyat belədir. Əslində həyat ölüm gələnə kimi başımızı nəyləsə qatmaqdır. Başqa cür dözmək və yaşamaq mümkün deyil. Niçe demişkən, insan olmağın ağırlığını daşıyıram. 

 

İndi fiziki cəhətdən ölmüş bir adam haqqında yazdım. Bukovski deyirdi ki,  ölümü sol cibimdə daşıyıramİndi isə ölüm onu sol cibində daşıyır. Təkrar edirəm: ədəbiyyat, insan olmağın ağırlığını daşımaqdır. 

 

23. 07. 2022

 

OXUCULARIN DİQQƏTİNƏ!

əllifin növbəti essesi 

 “Seksual motivlər” olacaq. 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)