Edebiyyat.az » Poeziya » Heyvanların dilindən danışan hekayələr kitabı

Heyvanların dilindən danışan hekayələr kitabı

Heyvanların dilindən danışan hekayələr kitabı
Poeziya
admin
Müəllif:
15:19, 29 oktyabr 2025
359
0
Heyvanların dilindən danışan hekayələr kitabı

Heyvanların dilindən danışan hekayələr kitabı

 

Hamımızın mavi ekranlardan, You Tube və başqa sosial şəbəkələrdən çox yaxşı tanıdığımız Xanım Əliyevanın yeni, “Volyer” adlı hekayələr kitabı işıq üzü görüb. Xanım özü də qeyd edir ki, artıq 2014-cü ildən bəri müxtəlif mövzuda hekayə yazmağa başlayıb: 

-Hər kəs çox yaxşı bilir ki, mən aktrisa kimi də fəaliyyət göstərmişəm. Bir sıra tammetrajlı və qısametrajlı filmlər, seriallarda rol almışam. Belə bir deyim var:  “Tarixdə əbədi qalmaq üçün ya ədəbiyyat, ya da incəsənət sahəsi ilə məşğul olmalısan”. Mən özüm ədəbiyyat sahəsində məhsuldar insan olmasam da ara-sıra hekayələr yazıram. Sadəcə özümdən yadigar nəsə qalsın deyə, hekayələrimi bir yerə yığıb, nəşr etdirmək istədim. Bu, mənim ilk kitabımdır. Kitab “Portuga” nəşriyyatında çap olunub. Burada toplanan hekayələr fərqli - məişət, sevgi və digər mövzuları əhatə edir. Hekayələrin bir qismində isə alleqoriya janrından istifadə olunub. Yəni, bu hissədə hekayələr heyvanların, bitkilərin və cansız əşyaların dilindən nəql olunur. Kitabın üz qabığında olan şəkil fil haqqında hekayəni əks etdirir. Volyer sözünün mənası qəfəs deməkdir. Bu da heyvanların sirklərdə və zooparklarda nə qədər əziyyət çəkdiyini göstərir. Kitab tez bir müddətdə şəhərin bütün kitab mağazalarında satışda olacaq. 

Əliyeva Xanım Vahab qızı 11.07.1989-cu ildə Bakı şəhərində dünyaya gəlib. 2007-ci ildə 64 saylı orta məktəbi bitirib, elə həmin ildə Azərbaycan Texniki Universitetinə qəbul olub. 2011-ci ildə Azərbaycan Texniki Universiteti bitirdikdən sonra, 2012-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsinə qəbul olub. İxtisasca kompüter mühəndisidir. Subaydır.

 

Fidan SALMANOVA

Edebiyyat.az

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)