Edebiyyat.az » Ədəbi tənqid » Zəhra Həşimova - Jan Pol Sartrın “Divar” hekayəsində fəlsəfi cərəyanlar

Zəhra Həşimova - Jan Pol Sartrın “Divar” hekayəsində fəlsəfi cərəyanlar

Zəhra Həşimova - Jan Pol Sartrın “Divar” hekayəsində fəlsəfi cərəyanlar
Ədəbi tənqid
admin
Müəllif:
23:39, 23 noyabr 2023
929
0
Zəhra Həşimova - Jan Pol Sartrın “Divar” hekayəsində f əlsəfi cərəyanlar





             Giriş 

               Ekzistensializm  fəlsəfi ədəbi  cərəyanının  Martin Haidiggerdən sonra ən böyük qələm sahibi olmuş  nümayəndəsi olan Jan Pol Sartr öz əsərlərində Nitşe fəlsəfəsinin yarım qalmış nihilizmini varoluşculuk ilə tamamlayaraq,  absurdizmin “yabancılaşma “ fikri ilə mükəmməl bir həddə çatdırmışdır.  Bu mövzuda “Varlıq və Heçlik", “Varoluşculuk”, “Bulantı“ kimi romanları,   “Azadlığın yolları “ başlığı ilə yazılmış üç əsərlik  ( “Yaşanmayan zaman”, “Ağıl çağı “, “Tükəniş “ )trilogiya yazan Sartr  əsərlərini, insan, onun taleyi,  daxili  hiss, duyğu və düşüncələrini, yanlızlığını qərb fəlsəfəsinin üç təməl daşı ilə (Ekzistensializm—Nihilizm—Absurdizm) taclandırmağı əvəzolunmaz qələmi ilə uğurlu şəkildə bacarmışdır. Yazıçı, özünün də yaradıcılarından olduğu Varoluşculuğun  “azadlıq”,  “izdirab",  “varlıq",  “köhnə inanc” ; nihilizmin  “heçlik" , “boşluq” və  absurdizmin  “yadlaşmaq”, “hissisləşmək" , “robotlaşmaq”  kimi  tezislərini istər roman,  istərsə də  hekayələrində  ustalıqla  mənalandırmışdır.  

              Filosofun fəlsəfi fikirlərini yansıtdığı əsərlər içərisində təkcə böyük həcmli romanlar deyil, həm də cəmi bir neçə səhifədən ibarət olan hekayələri yer alır.  İçərisində “Otaq”, “Herostrat “, “İntim" , “Madrid markası" kimi hekayələrin də yer aldığı silsilənin ilk hekayəsi olan “Divar”  əsəri yazıçının az söz ilə yaşamın tragikomik  səhnələrinin geniş təsvirini özündə əks etdirir. Ekzistensializm—absurdizm—nihilizm yolunun cəmi 12 saat çərçivəsində tamamlandığı hekayədə obrazın keçirdiyi böyük dəyişim, insanın qorxu və qayğı vəziyyətində xəyal,  plan, ümid və ən əsası da keçən zamanın sanki dayanaraq əslində heç yaşana bilməməsi kimi anlar ustalıqla qələmə alınmışdır.  

               


“Divar” hekayəsi

           Jan Pol Sartrın "Divar" əsərində ekzistensializm və bu cərəyanın təməlində duran absurdizm idealarını Pablo, Tom, Xuan, Belçikalı və başqa obrazlarla ifadə etdiyini görmək mümkündür. Hekayədə hadisələrə fərqli statuslardan baxış maraqlı olsa da, bunun eyni obraz tərəfindən icra olunması daha da diqqəti cəlb edir. Bu zaman isə belə bir fikrə sahib oluruq:əsərin əvvəlində məhkum olunmuş obraz ilə sonda ölümə doğru irəliləyən obraz arasında qalın bir divar vardır.  Edama məhkum olunmuş Pablo daha bir müddət əvvəl ağlına belə gətirmədiyi ölümü artıq təsəvvür edir, gözündə canlandırır. Əsərdə Pablonun ölüm haqqında fikirləri, əslində insan varlığının mahiyyət etibarilə bir "HEÇLİK"dən ibarət olduğunu göstərir. Ekzistensializmin üçün səciyyəvi olan "anlaşılmazlıq"  ideyası məhkumları  ölümə  aparan  son on iki  saatda gizlidir.  Bu fikrə, Pablonun  özünü  ifadə  edərkən hisslərinin qorxu olmadığını və bunun adsız olduğunu deməsi ilə gəlmək mümkündür. İnsanlığın təməlini təşkil edən əxlaqi dəyərlərin  “ölüm”  və  “Varoluş sancısı” çizgisində  sərgiləndiyi  hekayədə Pablo tərəfindən anlaşılmayan bu  hissin də varoluş sancısı olduğunu söyləyə bilərik.

              Obrazın keçmişini süzgəcdən keçirdikdən sonra həyatının əvvəlcədən məhkum olduğunu söyləməsi ilə ekzistensializmin digər bir ideyası olan "azadlıq" məsələsinə toxunulduğu hekayə absurdizmin nəticələndirdiyi hissislik və robotlaşmanın verdiyi özgürlük məsələsi öz əksini tapır. Nitşe yaradıcılığında dəfələrlə şahid olduğumuz  “düşüncə məhbusluğu”  məhz bu duyğularla yoxa çıxdıqdan sonra obrazın düşüncələrdən, qayğı və hisslərdən arınaraq məhbusluğa bir növ vida etdiyini görürük. Əsərin tam da bu nöqtəsində Nitşenin "hələ sən azadlıq axtaran məhbussan"(1 .Səh.48)  və “Özgür mü diyorsun kendine? Sana hükmeden düşünceni duymak isterim” (1. Səh.73) cümlələrinin  ruhu duyulur. Pablonu da  öz fikirlərinin məhbusu kimi qiymətləndirmək olar. Əsərdəki  "MƏN" ideasını absurdizm ilə bağlaşdırmaq təbii səciyyə daşıyır , çünki Pablo "edam olunan da , baxan da MƏNƏM" deyirdi. O özünün gözündə canlandırdığı edamına baxır, lakin gördüyü MƏN ə yaddır.  Fikrimizcə, əsərin əvvəlində adlandıra bilmədiyi hiss "ləyaqətsizcə ölmək" qorxusudur. Çünki R.Qrisi qoruduğu zaman özü də anlamasa da satqın kimi ölmək istəmir.  Bu zaman ölümdən qorxan bir obrazın komissarı səhv yönləndirib sonda ölümü gözə almayacağını da düşünmədən keçmək olmaz. “Köhnə inanc” məsələsinə irihəcmli əsərlərində olduğu kimi, hekayələrində də yer verən yazıçı azadlıq problemi ilə onu tamamlamağı bacarmışdır. Belə ki, əsərin bir neçə nöqtəsində keçmişini xatırladığını gördüyümüz Pablonun bu iki zaman çərçivəsində məhbus olana qədərki sabit və dogmatik inanclarından da arındığını söyləyə bilərik. Sartr köhnə inanclara “mauvaise foi” adlandıraraq bu keçmişin qəflət  içində  yaşamaqdan  başqa bir şey olmadığını  fəlsəfi  ağırlıqlarla sübut etməyə çalışmışdır. Determinizmin “ “şüursuzluq” anlayışına  özünün  “azadlıq” anlayışı ilə  qarşı  çıxan  filosof  varoluşu üç  istiqamətdə dəyərləndirir: özündə varlıq ; özü üçün varlıq  və başqası (cəmiyyət)  üçün varlıq. Sartr  da  Pablonun  simasında  cəmiyyət içərisində bir mövqe  tutan obrazın həyatında baş verən absurdluqlar nəticəsində  öz  seçimi olan, yəni özü üçün olan bir varlığa çevrilməsini təsvir edir.  

            Simvolizmin müxtəlif çalarlarının hakim olduğu hekayəyə diqqət yetirdikdə “həbs” anlayışının fikizi və zehni cəmiyyəti  təmsil etdiyi qənaətinə gəlmək mümkündür. Pablo və digərlərini əhatə edən həbsin dörd divarını  əslində cəmiyyətin öz düşüncəsinə uyğunlaşdırmaqla bir növ məhbusa çevirdiyi əhatə kimi də qiymətləndirə bilərik. Bu  əsər  ölüm, təsadüf, həyatın absurdluğu düşüncələrinə və "Seçimlərimizin nəticələri nədir? kimi suala  yönəlmişdir.  Hekayədə divar birinin ölümünün qaçılmazlığını simvollaşdırır və məhkumları edam edəcək atəş qrupunun "divarına" da işarə edir . Oxuduğumuz zaman  adının insanın daxili dünyası ilə cəmiyyət arasındakı qalın DİVARLARDAN alındığını düşünüldüyü əsərdə diqqət çəkən əsas məsələrdən biri də "həyat" və "ölüm" məsələsidir. Sartr fəlsəfəsində bu “Heçlik içində varoluş” adlandırılır. Hekayədə   Pablo və digərlər  obrazların həbs otağı kimi bəd bir məkanda öz “mən" lərinin arayıcısına çevrilmələrini də bu heçliyin simvolikası olaraq dəyərləndirə bilərik.   Əsərin  əvvəlində güllələrin bədəninə girdiyini , ölümün ağrısını təsəvvür edən Pablonun sonda bütün bunlara qarşı robotlaşması və sonda bu hissin məzxərəyə çevrilərək bir insan həyatını yox etməsi əslində bu iki məfhum (həyat və ölüm) arasındakı çizginin incəliyini bir daha göstərir. Aldığımız qərarlar, etdiyimiz bütün hər şey və edə biləcəklərimiz döngüsündə olan varoluş sancıları obrazın hiss etdiyi “boşluq” duyğularını dolduraraq adlandırılmayacaq bir hala çevirir.   "Insan nə deyilsə odur, nədirsə o deyil " deyən Sartr xasiyyətcə bir-birinə yad olan Tom və Pablonu eyni zirzəmidə ölümə məhkum edərək onların bir-birlərində özlərini görmələrinə nail olur. Pablonun dili ilə desək sanki onlar artıq "əkiz" idilər. Sartrın "insan tənhalığı"nı və onun "izdirab"ını hansı yollarla əks etdirməsi isə insanı daha çox düşündürür. Sartre fəlsəfəsinin mərkəzində bir-biri ilə əlaqəli dörd hadisə durur : şüur, azadlıq, zərərli niyyət və həqiqət. Zaman məhfumunun  şüur nəzəriyyəsi üçün önəmi vardır. Hekayənin qəhrəmanı duyduğu boşluq hissi ilə keçmişini müqayisə edərək öz həqiqətini tapır . 

               Sartr yaradıcılığında sadəcə mənəvi aləmin deyil, səthi, gözlə gördüyümüz adi əşyalar belə bir anlam daşıyır. Biz bunu “Bulantı” əsərində də “divan” və bu hekayədə olduğu kimi, “oturacaq" kimi əşyalarla təsvirdə görürük.      Əsərdə qəhrəmanların həbs olunduğu təkadamlıq kamera, toxunduğu oturacaq, aldığı qoxu belə bir məna ifadə edir. Təkadamlıq kameranın soyuqluğundan bəhs edən Pablonu əldən salanın  təklik olduğunu görürük. Komçanı sevməsinə rəğmən onunla görüşmək istəməsinin səbəbini qızın, onun qoxusundan iyrənmə ehtimalında göstərən Pablo, fikrimizcə, Konçanın onun gözlərində yaranmış hissizləşməni görməsini istəməməsidir. "Ürəkbulanma" əsərində "əşyalar adlarından azad olublar" deyən Sartr Rokantenin "oturacaq" üzərindəki təsəvvürlərini bu dəfə Tom ilə davam etdirir. Əlini oturacağa vuran Tom tez əlini çəkir. Lakin onu qorxudan Rokantenin gördüyü "ölü eşşək"yox , öz ölümünün təsviridir. Bütün duyğuları özünəməxsus yollarla ifadə etmiş Sartr, həmçinin əsərdə varlıq və heçlik arasındakı divarın da mövcudluğunu göstərməyə nail olmuşdur. Hekayənin son səhnəsini isə absurdizmin ən pik həddi də adlandırmaq olar. Satqın kimi ölmək istəməyən Pablonun həyatla zarafat etdiyi anda, həyatın "təsadüf" ilə əslində onunla məzxərəsini təsvir edən Sartr, düşüncə və həyat tərzinə görə bir-birinə bənzəyən, ruhları adiləşmiş insanlarlara qarşı, özünün absurdluq yolunda öz “Mən" ini, daha dəqiq desək, öz varlığına dönən obrazını qoyur.  

             Nəticə etibarilə Sartr əsərində ,insanın öz "MƏN" ində  yaşadıqlarının cəmiyyət içərisində yanaşmasını istər obrazlarla, istərsə də əşyalarla dərin şəkildə ifadə etmişdir. Həyat və ölüm mövzusundakı düşüncələri ilə insan, yaşam , yaşam qayəsi kimi dəyərləri sorğuladan Sartre həm Fransada, həm də öz ölkəsindən kənarda geniş yayılmış bir nüfuza sahib idi, yazıçı-intellektual şəxsiyyəti nəzəri və hərəkət insan keyfiyyətlərini özündə birləşdirir. 



Ədəbiyyat 

Friedrich Wilhelm Nietzsche  “Böyle buyurdu Zerdüşt “  İlgi Kültür Sanat Yayınları, 2015 , p.400. 

Jan Pol Sartr  “Seçilmiş əsərləri “  “Şərq-Qərb” nəşriyyatı,  2013, p.600.  

"e-Dalga". Şəbəkə Dərgisi. Sayı no 2, Kulturoloji. "Postmodernizm" Kulturoloji, Ədəbi-Tənqidi Yazılar toplusu

Guliyev, K. (1998). Bədii ədəbiyyatda Varoluşçuluk. "Cahan" Dərgisi, 4.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)