Edebiyyat.az » Ədəbi tənqid » Telli Həsənova - Anton Çexovun “Altı Nömrəli Palata”sı

Telli Həsənova - Anton Çexovun “Altı Nömrəli Palata”sı

Telli Həsənova - Anton Çexovun “Altı Nömrəli Palata”sı
Ədəbi tənqid
admin
Müəllif:
21:23, 11 fevral 2025
612
0
Telli Həsənova - Anton Çexovun “Altı Nömrəli Palata”sı

                              

      

                   

      NDU-nun Tarix-filologiya fakültəsinin II kurs tələbəsi

Anton Çexovun 1892-ci ildə yazdığı “Altı Nömrəli Palata” hekayəsi dünya ədəbiyyatının psixoloji və fəlsəfi sahələrində mühüm yer tutur. Hekayə hadisələrin cərəyan etdiyi kiçik şəhər xəstəxanasındakı psixiatriya palatasından başlayır. Bu xəstəxanada 5 psixi xəstə qalır. Xəstəxanada tibbi yardım azdır, şərait isə bərbad vəziyyətdədir. Palatanın sakinləri isə cəmiyyət tərəfindən unudulmuş, “dəli” adlandırılan insanlardır. Bu palata “Altı Nömrəli Palata” insanlığa biganə bir sistemin simvolu kimi təsvir edilir. Onlardan biri İvan Dmitriç Gromovdur. Gromov bir vaxtlar yaxşı təhsil almış, lakin paranoyaya tutulmuşdur. O, daim təqib edildiyini düşünür və gərgin bir həyat sürür. Palatada digər xəstələr arasında epilepsiyalı bir kişi var. Daha biri tamamilə sakitdir və danışmır. Xəstələrə Nikita adlı sərt gözətçi nəzarət edir. Nikita keçmişdə əsgər olmuşdur, indi isə kobud davranışları ilə seçilən bir nəzarətçi. Xəstəxananın baş həkimi Andrey Yefimiç Raqindir. Raqin ağıllı, lakin işinə biganə biridir. O, xəstəxananın vəziyyətinə çox əhəmiyyət vermir. Bir gün Raqin altıncı palatanı ziyarət edir. Orada İvan Dmitriçlə tanış olur. Gromov həkimlə söhbət etməyə başlayır. O, həkimə cəmiyyətin haqsızlıqlarından danışır. Raqin Gromovun düşüncələrinə heyran qalır. Hər gün altıncı palataya gəlməyə başlayır. Raqin və Gromov arasında uzun fəlsəfi söhbətlər olur. Gromov cəmiyyəti qəddar və ədalətsiz adlandırır. Raqin isə insanın taleyinə və əzablarına laqeyd yanaşır. Gözətçi Nikita bu söhbətləri eşidir və bəyənmir, lakin müdaxilə etmir. Xəstəxana işçiləri həkimin davranışlarından narahat olurlar. Onlar Raqinin ağlını itirdiyini düşünürlər. Bir gün Raqini də altıncı palataya yerləşdirməyə qərara alırlar. Onu İvan Dmitriç Gromovun yanına gətirirlər. Gromov əvvəlcə ona qarşı soyuq davranır. Daha sonra Raqin onunla söhbət etməyə çalışır. Gromov onu məsxərəyə qoyur və acılayır. Raqin vəziyyətindən məyus olur. Nikita həkimə də sərt davranmağa başlayır. Raqin daha dözə bilmir və vəziyyətinə üsyan edir…

 Nəticədə Raqin qəfil ürək tutmasından vəfat edir. Onun ölümü xəstəxanada böyük bir hadisə kimi qarşılanmır. Gromov isə yenidən öz paranoyalı həyatına qayıdır...

 Əsərdə o qədər incə məqamlara toxunulur ki, insan oxuduqca fərqli atmosferə düşür. Belədə olmalıdır axı insanlar öz istədikləri kimi olmayan insanları “dəli” adlandırırlar. Bu gün siz ətrafınızın sevdiyi xüsusiyyətlərdən,onların maraq dairələrindən kənara çıxdıqda sizi dəli adlandıracaqlar. Çünki, bu işin əsas məsələsi budur…

 Mənim musiqi zövqüm, geyim tərzim, yemək menum, necə deyərlər bir sözlə hər şeyim qarşımdakı insanın istəkləri ilə üst-üstə düşmürsə demək mən dəliyəm… Necə də gülməli səslənir ,amma, çox təəssüf ki, bu reallıqdır. Əsərdə İvan Dmitriç daim kimlərdənsə nələrdənsə qaçır,kiminsə onu gəlib tutub aparacağından qorxur. Əsəri oxuyarkən gözlərimin önündə mənzərə canlanır necə ki, qəlbimizin sınıq yeri olan mənzərə…

 Axı 1937-1838 Azərbaycan repressiya qurbanları da daim kimlərdənsə nələrdənsə qaçır,kiminsə onları gəlib tutub aparacaqlarından qorxurdular. Hüseyn Cavid ilə İvan Dmitriç oxşarlığı deyib susuram. Hüseyn Cavid də heç nə etmədiyi halda səbəbsizcə qorxu içində yaşayırdı eynilə İvan Dmitriç kimi. Dahada dərinə ensək neçə-neçə Hüseyn Cavidlər deyərik… Əsər bir o qədər sadə görünsə  də içindən necə dərin mənalar çıxır şahidi oluruq. Deyəsən mən də yaşadığım cəmiyyətin “dəlisiyəm” elə…


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)