Edebiyyat.az » Ədəbi tənqid » Könül Nuriyeva - Başımızı gicəlləndirən Hesse

Könül Nuriyeva - Başımızı gicəlləndirən Hesse

Könül Nuriyeva - Başımızı gicəlləndirən Hesse
Ədəbi tənqid
nemət
Müəllif:
17:34, 14 yanvar 2020
1 905
0
Könül Nuriyeva - Başımızı gicəlləndirən Hesse


 

1919- cu ildə, soyuq alman  təbiətinə yad istiqanlılıqla  Hesse  yazırdı;

-Bu prosesdə özümə sadiq qalmağı  tələb edirəm.

Və davam edirdi , ,,Demian” , ,,Muncuq  oyunu “ ,   ,,Yalquzaq” , ,,Gertruda” , ,,Təkərlər altında” əsərləri  ilə  özünə sadiq  qalan  ədəbiyyatçı idi Hesse. Özünü  bundan gözəl necə  ifadə etmək olardı?

-Mən yalnız  içimi  qaynadıb  təbii şəkildə çölə püskürən şeylərlə yaşamağa cəhd etmişəm. Bəs niyə  onlar  belə çətin olub ?

Məncə , bu fikri  gəlib – getmiş  bütün insanlar  heç olmasa bir dəfə dillərinə gətiriblər ya  da düşünüblər.Hesse insanın dərin qatlarına enməkdə Dostoyevskini ötüb keçir. Çünki  Dostoyevskinin   əzabla etdiyi işi  ,Hesse  qəribə alicənablıq ,zədəganlıqla  edir.İnsanların  ruhunu incəliklə , nəvazişlə qazıyır.Biz ona qəlbimizi adı bilinməyən  bir qüvvə ilə  könüllü açırıq.

,,Hər kəsin içində ruhun sürəti , əzab  çəkən  canlı bir rəzil , çarmıxa  çəkilən   xilaskar var. Söyləyəcəklərim   artıq  aldanmaq istəyən birinin iç qiyamı ,sayıqlamasıyla doludur.”

Məgər  biz hər birimiz  vaxti ilə   Demiən olmaq üçün  Emil  Sinkler   olmamışıqmı ?

Sinkler  kimi özümüzü qətl törətdiyi halda  oğurlanmış   bulkaya görə  təqsirli  bilinən   cinayətkar  rolunda hiss etmişik.

İnsanın özünü tanıması üçün  dağıdılması lazım olan  dirəyin silkələnməsində - iki yol ayrıcında  qalmışıq. Dərinlikdə  yaşamağa   və qapanmağa davam etmişik.

Məktəbsiz səhər saatlarının çəkici  və nağıla  bənzər  nəsnəsəsini yaşamııq.

Evimizdəki  düzənli həyat tərzi , yaxınlarımızın  yaşadığının   tam iştirakçısı ola bilməmək ,qısa müddətdə  azğınlaşma ,bizdən izahat tələb edənlərə özümüzəqapılma və soyuqluq nümayiş etdirmişik.

Sniker elə mən idim.Diqqətlə oxusan  özünü  səndə  onda tapacaq ,itirəcək   və yenidən daha kamil şəkildə  tapacaqsan.

Mən Sniklerdən danışım , sən özünü axtar.

,,Mən yeniyetməlik dövrümü yaşayırdım ,dələduz   məktəb yoldaşımın real həyatda   başıma gətirmədikləri  belə  ondan asılı təxəyyülümün  hesabına   ,,həyata keçir”  əmri  məni bütünlüklə  öz quluna çevirdi. Onun davranışları  məni incidir   və sönükləşdirirdi.

Demiən həyatıma gəldi və dedi;

-O ki qaldı qorxaqlara  ,qorxmaq onların peşəsidir.Əgər nə vaxtsa , kimdənsə  qorxmusansa  ,deməli   , həmin kimsənin sənə hakim kəsilməsinə şərait yaratmısan.

Hesse Demiəni qısa və gözəl xarakterizə edir.,,Nəsə baxışlarında ədalətə  bənzər şey vardı.”

 

Həyatımızın  müxtəlif dövrlərində elə adamlarla  yaşamağa   məcbur olmuşuq ki , ,,azadlığı son damlasına kimi içimizə çəkmək “ məcburiyyətində qalmışıq.Sinkler də  bu dövrü yaşayırdı.Daxili qarşıdurması ailəsi ilə ,məktəblə , bütün ətrafı ,hətta özü ilə davam edirdi.Tarazlıq  və rahatlığını itirmişdi.

Hessenin  bu əsərinin hər səhifəsində  özünü tanımaq üçün  olan misallar   sonda qəhrəmanla  birlikdə məni  də böyütdü. ,,Solğun  və riqqətsiz  anlam  kəsb edəcək hər hansı hadisə  sənə məhsuldarlıq gətirəcək .”

“ Heçnə insanı onun özünə aparacaq yolla getmək qədər  iyrəndirə   bilməz !”

Biz vərdiş edilmiş dairədən çıxıb  ,yeniliklərdən xəlvət məmmunluq  alanda ikili hala düşürük..Xəyallar  o vaxt   hücuma keçir ki ,dayanıqsız bəndimiz olur.

Biz nə qədər  etiraf etmək istəməsək də ,cəhənnəm dadı  verən  arzularda   ərimək  istəyirik.Bunu istəyirik ,dindar da  ,oğru da ,özünü  ləyaqətli hesab edən də ,ömrü boyu tərbiyəli yaşayan hər kəs qadağan arzuları real etməyi   istəyir.

Həyatın elə  anı çatır ki ,bizi çox istəsələr də  ,yaxınlarımız nəsə ede bilmirlər  ,köməksiz qalırıq. Sevdiyimiz  hər şeyin  bizi tərk  etdiyi vaxt  bütün   vücudumuzla  tənhalığı  və boşluğun    ölümcül  soyuqluğunu hiss edirik.Ömrün  zolağı günah dolu olmaq  üçün  ikili halımızdan birini  seçməli oluruq. Bizə gözgörəsi meydan  oxuyanlara  etirazın bu formasında  cavab vermək   düz olmasa da edirik.

Bizə  söylənilən   sözlər  gözəl və qiymətli ola bilər  ,canlı olmayacaqsa  , yetərincə   həyəcan  verməyəcəksə  , bizi  cəlb edənin   arxasınca gedəcəyik.

İradəmizi sözəbaxan at kimi  yəhərləmək istəməyəcəyik.Əgər bildirmək  istədiyimizdən  qat – qat   çox fikirləşiriksə , bu bizim  tam  şəkildə  öz fikirlərimizlə yaşamadığımızdan  xəbər verir.Yaşadiğimiz fikirlərin qiymətli olduğunu söyləyir Hesse.Deyir ki , elə Allah yaratmalıyıq ki , o özündə həm Allahı ,həm   şeytanı  birləşdirsin   və yer üzündə  təbii şəkildə  baş verənlərdən  utanmasın   , onlara göz yummasın.

Qadağalar əbədi deyil , dəyişə bilər.Hər birimiz   özümüz müəyyən etməliyik  nə bizim üçün qadağalıdır yaxud icazəlidir.Bunu valideyn ya da din edə bilməz. Ömründə qadağa qoyulmuş şeyləri etmədən də əclafın yekəsi olmaq mümkündür.Kim rahat olanı seçirsə ,  istənilən qaydaya tabe olur.

On beş yaşlı  qəhrəman   işi içinə dalmaqdan ,  qadağalı və qaranlıq  axına tabe olmaqdan , uşaqlığın şirinliyini  yaşamamaqdan ibarət idi . İlk sərxoşluğu  ürəkbulandırıcı , şirin ,cəzbedici  və qiyamçı idi.

Özü haqqında düşünürdü ki  , mən  dünyaya   nifrət edən ,  vəhşi ,  əxlaqsız   , iyrənc  , heyvandan  fərqlənməyən ,  içi murdar ehtirasla  çırpınan biriyəm..

Əsərin qəhrəmanı  tənha olmağı özünə  qayıtmaq yolu seçmişdi.Pərəstiş etmək və boyun əymək hissi güclü idi.Ürəyəyatımlılığını və iç sakitliyini çoxdan itirmişdi.Demiən ona başa saldı ki , nə vaxtsa sənə zəruri  olanı tapırsansa , bunun səbəbkarı  təsadüf yox   ,  sənin öz şəxsi tələbatın  , şəxsi qeyri – iradiliyin  səni buna doğru aparır.Özündə dünyanı daşımaq  və onu daşıdığını bilmək tamam ayrı – ayrı şeylərdi. Sən o vaxt  dəyişəcəksən ki ,  bu dəyişilmədən  xəbər tutacaqsan və  bu imkanı   yaxalayacaqsan.

İstənilən  gücün mənbəyi  adamı qorxuya salır.Dəhşətli təhlükə  hissi yaradır.Bu səbəbdən  çoxları   uçuşdan  imtina edib geriyə  , qanunlara uyğun qaydada  getməyə qərar verir.Cizıqdan çıxan , uzağa uçan  adam tədriclə uçuşa yiyələnir  , hələ üstəlik uçuşa balaca şəxsi gücünü də qatır.

Hessə bizə öyrədir ki , özümüzü heç vaxt başaaları ilə  müqayisə  etməyək ,    təbiət bizi yarasa yaradıbsa  ,  dəvəquşu olmağa  can atmayın.

Biz kiməsə nifrət edəndə  onun timsalında  içimizdə   oturanı  bəyənmirik.İçimizdə olmayan isə bizə təsir etmir.İçimizdə daşıdığımız  reallıqdan özgəsi yoxdur.İnsanlar çoxu ona görə  qeyri – real  şeylərlə yaşayır ki , xarici təsvirləri  reallıq kimi qəbul edirlər , daxili dünyalarını  qımıldamağa qoymurlar , özü də bu zaman xoşbəxt olurlar.

Hesse o güclü qələmi ilə bizə bildirir ki ,  başqasını   dərk edirsənsə , çoxluğun yolu ilə  gedə bilməzsən   , çoxluq asandır.

On beş yaşlı  Emil  düşünür , niyə cinsi ehtirasını  boğan biri   diğərindən  ,,təmiz “ sayılır ki ? Olmaya  seksuallığı  fikirlərindən və yuxularından  da qova 

 

Biləcəkmi?

 İnsan uşaqlığından və bütün  yaş keçidlərindən  bağlılıq iplərini  qırmalıdır   və bu parçalanma labüddür.Ayılan adamın   bu vəzifələri olduğunu Hesse qarşımıza   qoyur; özünü  axtarmaq ,  içində tapdığını möhkəmləndirmək ,  hara aparıb çıxartdığından asılı olmayaraq  öz yolunda   irəliləmək.

Dünyaya rəssam  ,   yazıçı  , peyğəmbər olmaq üçün gəlmədik . Bu  əsas məram deyil , sonunda  əhəmiyyətsiz olur. Hər kəsin  işi bu deyil ,   əsas iş  taleyini  tapmaq   , ona daxilən  və  bütünlüklə   qətiyyətlə  sarılmaqdır.

Yalnız o insan qorxur ki , özü ilə dil tapa   bilmir. Özünü qəbul edə bilmir.Həyat qanunlarının  zibilliyə tullamaq  lazım olduğunu bilməlidir.

Demiən və Emilin  qovuşduğu nöqtəni , həmin yolu Hesse ev adlandırır.Çoxluq  arasında  tənha birisi    , tənhalığın  dibinə getmiş  biri   ümumiliyin  mümkünsüzlüyünü  dərk edir. Bu zaman digərlərinin  birləşməsini görüb ,   onlara qovuşa   bilmədiyi üçün   nə paxıllıq  ,  nə  darıxma  hissi keçirmir.

 

Sonda  ,  mənim ən sevimli yazıçım Hesse  arzuya sona qədər inan deyir.Belə  deyilsə ona yapışıb qalma.Özündən düzgün xahiş etməyi  öyrənsən ,   içindəki  arzunun   həyata  keçməsinə   tam   inamın olsa , o çin  olar.Arzunla yanaşı  peşimançılıq hissin olmasa  real olacaq və qorxuya çevrilməyəcək .Emil Sinkler kimi.

Özünüzü bu kitabla tapa bildinizmi?

Anladınızmı , sevgi  istəmək ,  tələb etməklə olmur.Sevgi özündə inamın olarsa ,  özü sənə gələcək.Bu zaman  onu nəsə    cəzb etmir ,  o özü  cazibə   qüvvəsinə malik olur.Sevgində özünü tapırsan. Çoxluq isə  özünü itirmək üçün sevir.

Hessenin ,,Demiən” i haqqında yüz belə yazı yazmaq olar və onun gözəlliyini  ,  dərinliyini ifadə etməkdə aciz qalarıq.

Məncə ,  bu kitabı oxuyub , özümüzü taparıqsa , bu Hessəyə ən layiqli  mükafat olar.

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)